Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə17/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

62 
 
zaman başqa dini qəbul edə bilməz, olsa da, sadəcə siaysi 
məqsədlərə görə mümkündür ki, bu da dinlərin nəyə qul-
luq etdiyinin mahiyyətinin bir sübutudur. Tanrının dedi-
yi din bu cür ola bilməzdi. Yer üzündə baş verən proses-
ləri  hoqqabazlıq  kimi  qiymətləndirən  Elçin  də  həmin  an 
Tanrısı  ilə  birgə  idi.  O  da  həmin  an  Tanrısı  ilə  danışırdı, 
fəqət Məhəmməd kimi yox, Altay kimi yox. Öz daxili istə-
yi, mənəvi saflığı naminə qəlbində Uca Yaradanı yaşadır-
dı. Vicdanının səsinə qulaq asaraq,  Onu dinləyərək, Onu 
duyaraq da yaşayırdı. 
 
*** 
Ərlər  uzun  və  təhlükəli  məsafəni  qət  etdiklərindən 
dayandılar  və  kürək-kürəyə  verib  meşənin  insan  ayağı 
dəyməyən yerində istirahət etməyə başladılar. Hərdən də 
gün görməyən böyürtkən kolundan giləmeyvə dərib ağız-
larına ataraq, düşüncələrə dalırdılar. Əslində, avqust ayı-
nın isti yay günləri onlara yemək üçün ən əlverişli zaman 
idi. Böyürtkən və moruqla bol olan bu meşələr sanki igid-
lərin  bu  il,  bu  ayda  gələcəyini  bilib  bol  tədarük  görmüş-
dülər. 
Elçin isə öz-özünə düşünürdü. Üzünün cizgiləri səy-
riyirdi. Özü də fərqinə varmadan dodaqaltı: “Bu düşmən-
lərin kökünü kəsmək üçün Babəklər lazımdır bizə”, – de-
di. 
Leytenant Elçinin bu sözünü ironiya ilə qarşıladı. Ağ-
zının yanı ilə gülümsünüb başını aşağı saldı.  
Elçin  komandirin  üzünü  görməsə  də,  ağzının  səsini 
və  çiyinlərinin  hərəkətini  hiss  etmişdi.  O,  komandirin  və 
Məhəmmədin bu mövzudakı münasibətlərini bilirdi. Hət-
ta dəfələrlə mübahisə də etmişdilər.  


63 
 
 –  Nə  oldu,  komandirim,  ərəb  damarın  tutdu  yenə? 
Mən bilmirəm, Babək sənə nə edib? Səni işğal etmək istə-
yən bir xalqla döyüşüb də, qardaş.  
 – Bundan artıq nə etməlidir? Babək İslamın qatı düş-
məni olub. Onun sayəsində bu gün sənə əzab verən ermə-
nilər yaşayır, yeri gələndə səni əzir də. 
 – Erməninin mətləbə nə dəxli? Babək olmasa idi, sə-
nin  o  ərəblərin  bu  erməniləri  də  müsəlmanlaşdıracaqdı? 
Hə, çox maraqlı sualdı. Niyə onlar erməni və gürcüləri iş-
ğal etmək istəməyib, dinlərindən döndərməyiblər? 
 –  Çünki  o  zaman  onlar  təkallahlığa  və  Allahın  gön-
dərdiyi kitaba inanırdılar. 
 – Qardaş, Babəkin də öz dini vardı və ona inamı da 
yerində  idi.  Bir  də  ki  Babəkin  davası  din  davası  deyildi 
axı, o, torpağını qoruyurdu! Bu, onun qəhrəmanlığını gös-
tərən ən bariz nümunədir. 
 – Elə Babək kimilərə qəhrəman dedirdə-dedirdə bizi 
bu günə qoydular da. O dövrdə Babək sovet hökumətinə 
sərf  elədiyi  üçün  onu  belə  göylərə  qaldırmışdı.  Halbuki, 
Babəkin bu millətə elədiyi pisliyi heç erməni də etməyib. 
Babək olmasa idi, Xilafət bütün dünyanı müsəlmanlaşdıra 
bilərdi. 
 –  Onda  nə  olacaqdı?  Dünyavi-cahan  abad  olacaqdı? 
Yoxsa  əyyaş,  arvadbaz,  əxlaqsız,  kütbeyin  ərəbin  idarəsi 
və  iradəsi  altında  Marsa  uçacaqdı?  Bəşəriyyəti  sevənlər 
gərək Babəkə heykəl qoysun. Çünki Babək olmasaydı, in-
di bütün dünya varın-dövlətin daşıyacaqdı Cavid demiş, 
“İlan,  qurbağa  yeyən  ərəb  şeyxinə”,  ərəb  şeyxi  də  həmin 
pulları yığıb, 5-10 arvad alıb özü üçün hurili, mələkli cən-
nət quracaqdı. Yaxşı ki, Babək olub. Yoxsa, doğrudan da, 
bu  dünya  ərəb  zehniyyəti  ilə  İslamlaşa  və  bərbadlaşa  bi-


64 
 
lərdi. Bir də qardaşım, onu bil ki, Babək 40 milyonluq Gü-
ney  Azərbaycan  türklərinin  birlik,  qəhrəmanlıq  simvolu-
dur indi. Xalqın olub-qalan qəhrəmanlarını da əlindən al-
mağa çalışırlar. Yoxsa bu qəhrəmanlığı da murdar fars re-
jimi uydurub deyəcəksən? 
Özləri də bilmədən asta səslə mübahisəyə girişmişdi-
lər.  Komandir  mübahisə  etmək  istəməsə  də,  alınmırdı. 
Çünki din, siyasət və xəyanət mövzuları olan zaman mü-
bahisə  bitməz,  getdikcə  daha  da  qaranlıq  dərinliklərə  çə-
kib aparır insanı. Belə ki, hər üç mövzuda insanların fikir-
ləri  həmişə  fərqli  olub.  Hər  kəs  öz  pəncərəsindən  baxır, 
sadəcə  gördüklərinin  varlığını  qəbul  edir  və  ya  onlara 
uşaqlıqdan  öyrədilən  ənənə  əsasında  qəlibləşib  formala-
şırlar. Necə ki bir braziliyalı qızın intim həyata münasibə-
ti ilə azərbaycanlı qızın münasibətləri arasında fərq var və 
hər  tərəf  özünün  yanaşma  tərzini  bəyənib  onu  müdafiə 
edir,  eləcə  də  dini  baxış.  Burda  hər  kəs  ona  təlqin  edilən 
dini  baxış  əsasında  formalaşır və  yalnız  onu haqq  və  hə-
qiqət bilir. Müxtəlif dinlərə sahib olan hər kəs öz qəbul et-
diyini düzgün hesab edir.  
Məhəmməd bayaqdan komandirlə Elçinin mübahisə-
sinə kənardan qulaq assa da, bu məqamda dözə bilmədi. 
Komandirlə  dini  mövzularda  çoxlu  fikir  ayrılıqları  olsa 
da, bu məqamda onlar yenə birləşdilər. O, Elçini başa sal-
mağa çalışdı: 
 – Elçin bəy, sən bir səbir elə. Əsəbiləşmə, ağzına gə-
ləni də danışma. Birincisi, dünyanın İslamlaşması bəşəriy-
yətin xilası demək idi. Bir də ki, onsuz da bütün insanlar 
müsəlmandır. Bu heç. O ki qaldı Babəkə və onun dininə, 
o,  cəfəngiyat  idi.  İnsanlar  mütləq  Allaha  inanmalı,  onun 
buyurduqlarına  əməl  etməlidirlər.  Əgər  biri  əyri  yolda-


65 
 
dırsa, onu başa salmaq, haqqa çağırmaq hər bir müsəlma-
nın borcudur. 
 –  Həə,  deyəsən,  sizin  ortaq  nöqtəniz  yenə  tapıldı. 
Qardaşlarım,  sizin  dünyadan  xəbəriniz  yoxdur  eee.  Biri-
niz  İranın,  biriniz  də  Gülən  bəyin  ideologiyasını  təbliğ 
edir, bu milləti mənliyindən ayırırsınız, xəbəriniz yoxdur. 
Mənim üçün millət, torpaq min cür dindən önəmlidir, bu-
nu dəqiq bilin. Öncə millət, sonra din. O ki qaldı, Babəkin 
haqq  savaşına,  mən  ona  belə  baxıram:  Elə  bilin  ki,  indi 
müsəlman  ölkəsi  olan  bir  dövləti,  lap  elə  tutaq  ki,  Azər-
baycanı  hansısa  bir  xristian  ölkəsi  işğal  etmək  üçün  mü-
haribəyə başlayıb. Və işğal etdiyi yerlərdəki bütün insan-
ları xristian edirlər. Sizlər də üsyana qalxarsınız da yəqin 
ki? 
Komandir  özünəməxsus  ağırlıqla  “hə”  demək  istəsə 
də, gözlərindən qan daman Məhəmməd, üzünü ona tərəf 
çevirib: “əlbəttə!”, –  deyərək, komandiri qabaqladı. 
 – Hə, lap yaxşı. Təsəvvür edək ki, sizin mübarizənizə 
baxmayaraq,  bu  ölkə  işğal  edildi  və  hamımız  xristianlaş-
dırıldıq. Üstündən də bir 100 il keçdi. Sizin xristian varis-
ləriniz sizi qəhrəman kimi anmalıdırlar, ya yox? 
Məhəmməd  düşünmədən:  –  “Niyə  də  xatırlamasın-
lar? Axı biz onlar üçün döyüşürdük, onlar üçün şəhid ol-
duq”, – dedi. Amma komandir dişlərinin arasındakı çöpü 
oynada-oynada  Elçinin  nə  demək  istədiyini  tam  anlama-
dığı  üçün  təsdiq  etməyə  tələsmirdi.  Ümumiyyətlə,  ko-
mandir çox uzaqgörən, təmkinli, ağıllı və məntiqli idi. El-
çinin dili ilə desək: “onun, sadəcə, bir günahı vardı, o da 
dinə  çox  aludə  olması,  sufimi,  nurçumu,  gülənçimi  özü-
nün də tam ayırd edə bilmədiyi təriqətə çox bağlı olması 
idi. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə