Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə18/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

66 
 
Elçin  Məhəmmədin  tələsik  verdiyi  cavabdan  yapışa-
raq  özünü  qalib  elan  etmiş  kimi  göstərdi  və  qalibanə  şə-
kildə dedi: – Buyurun... İndi Babəkin apardığı mücadiləyə 
bu pəncərədən qiymət verin, onun kim və nə üçün döyüş-
düyünü  görün.  Mən  indi  müsəlman  olsam  da,  əslində 
müsəlman  deyiləm,  bax  mənim  kimi  müsəlmanlardır  si-
zin  sayınızı  çox  edən.  Mən  genetik  baxımdan  saf,  təmiz 
qanlı türkəm. Mənim atam-anam müsəlman olduğu üçün 
mən  müsəlmanam,  bu,  demokratiyanın  boğulması  de-
məkdir,  qardaşlar.  Sizin  haqq  din  dediyiniz  bu  dindir? 
Mən bir balaca suallar verəndə, dərk etmədən nəyisə qə-
bul etməyəndə məni özünüzdən saymırsınız. Amma mən 
sizi  millətimin  nümayəndəsi  olaraq  sevir,  hətta  uğru-
nuzda ölümə belə gedərəm. Elə siz də eləsiniz. Sizin bey-
ninizə virus salıblar, xəbəriniz yoxdur. Elçin birdən sanki 
öz-özünə danışdığını hiss etdi. Məhəmmədin xarakterinə 
uyğun olmayan şəkildə dinləməsi, arada rabitəsiz “yoox“, 
“düz demirsən” kimi yarımçıq cümlələr işlətməsi onu na-
rahat edirdi. Danışdıqca-danışır, öz fikrini onlara yeritmə-
yə  çalışırdı.  Sanki  müəllim  olub  dərs  deyirdi.  Birdən  o 
hiss  etdi  ki,    yoldaşlarının  başı  onun  çiyninə  söykənib. 
Sən demə, onları yuxu aparmışdı. Elçin oyaq olduğu üçün 
hər  iki  ərin  başı  onun  çiyninə  düşmüşdü.  Hətta  Məhəm-
məd şirin-şirin xoruldayırdı da. 
 Bunu hiss edəndə bir az da pərt oldu. Səssizcə gözü-
nü yumub yatmaq istəsə də, dostlarının halına öz qəlbin-
də  acıyırdı.  Bu  bəşəriyyəti  parçalayan  amilin,  doğrudan 
da,  din  olduğunu  düşünürdü.  Əgər  onların  təfəkkürün-
dəki bu cür ayrılıq olmasa idi, nələrin olacağını götür-qoy 
edirdi.  
 


67 
 

 
Elçin hələ hərbi hissədə olarkən hərdən yığışıb söhbət 
etdiyi günləri yadına saldı.  
O,  dostlarına  məsləhət  xarakterli  fikir  söylədikdən 
sonra başlamışdı axırıncı mübahisələri: – Qardaş, bizi bir-
ləşdirən  din  deyil,  bizi  birləşdirən  milli  genimizdir.  Bu 
yola çıxmağa bizi vadar edən də budur; millət yolu, xalq 
yolu. Əsil haqq yolu budur. 
Komandir Elçinin bu fikrinə səbir  və təmkinlə cavab 
vermişdi:  –  Baxın,  biz  beş  dostuq,  elə  deyilmi?  Müxtəlif 
fəlsəfi  görüşlərimiz,  həyata  baxış  tərzimiz  var,  amma 
uzun müddətdir ki, bir yerdəyik. 
 –  Qardaşım,  mənim  də  demək  istədiyim  elə  budur 
da. Görürsənmi, bizi din birləşdirmir, bizi birləşdirən baş-
qa şeydir. Sən qatı İslamçı, mən isə dünyanı dərk etməkdə 
yola çıxan, hər şeyə şübhə ilə baxan bir insan. Beyin pən-
cərələri bütün fikirlərə açıq olan bir adam... 
Məhəmməd həmişəki kimi söhbətə yenə sərt reaksiya 
verdi: – Bir sözlə,“kafir”. 
 –  Qoy  sən  deyən  olsun,  olum  kafir.  Amma,  cənab, 
sən bu işləri daha yaxşı bilərsən, de görək bizi ayıran dini 
görüşlərimiz  olsa  da,  birləşdirən  nəsə  var,  bu  nədir?  Hə-
mişə  müzakirələrində  Məhəmməddəki  radikallığı  bir  az 
da artıran Elçinin bu cür ironiyalı çıxışları olurdu. Amma 
komandir adətinə uyğun təmkinini pozmayaraq:  – Əslin-
də  bizi  dini  baxışlarımız  fərqləndirmir.  Çünki  din  yaşam 
tərzidir.  Sən  də  mənim  inandığım  yaşam  tərzini  yaşayır-
san. Deməli, bizim baxışımızda elə də ciddi bir fərq yox-
dur, – dedi. 


68 
 
İslamın  qoyduğu  qaydaları,  sadəcə,  özünün  başa 
düşdüyü və hiss etdiyi kimi yaşayan Ayxan mübahisələrə 
çox nadir hallarda qoşulardı. Adətən də, söhbətin ortasın-
da  mübahisəni  tərk  edərdi.  Heç  zaman  mübahisə  ortağı 
olmağı sevməzdi. Amma bəzən dözə bilmirdi. Bu dəfə də 
söhbətin bu yerində dözə bilməmiş, sakit təbiətə malik ol-
masına baxmayaraq, bir az da uca səslə demişdi: 
 –  O nə deməkdi, axı hər bir müsəlman vacib olan 5 
şərti  yerinə  yetirməlidir.  Belə  çıxır  ki,  bunları  etmədən 
müsəlman olmaq mümkündür?  
Məhəmməd özünə və dünyagörüşünə məxsus tərzdə: 
“Əlbəttə, mümkün deyil” – deyərək, sonra da Elçinə: “bi-
zim  həyata  baxışımız  tamam  fərqlidir.  Sən  bu  dinin  nü-
mayəndəsi ola bilməzsən, qardaş”, – demişdi. 
Komandir: – Yox, mən səninlə razı deyiləm, –  deyib 
söhbətə  müdaxilə  etmişdi.  Bu  adam  əxlaqsız  deyil,  ailə 
mədəniyyətinə  hörmət  edir,  ata-ana  sevgisi  var,  vicdan-
sızlıq etmir, zəkatını verir (onun dəfələrlə kasıblara əl tut-
duğunu bildiyi üçün belə dedi), deməli, bunda İslam əxla-
qı  var.  Sizin  dediyiniz  nəzəriyyəni  bu  adam  öz  əməli  ilə 
həyata keçirir.  
 –  Alıyev  qəbul  etdiyi  əxlaqı  İslam  əxlaqı  kimi  qəbul 
etmir axı. Bu, onun öz əxlaqıdır. Ona görə də bunu İslam-
la  qarışdırmayın.  Bu,  müsəlman  ola  bilər,  anadangəlmə, 
dədəsindən, babasından ona keçə bilər. “Yəni dədəsi mü-
səlmandırsa,  bu  da  müsəlmandır”  prizmasından  yanaş-
saq, hə, sən deyən kimidir. Amma bu, İslamın heç bir tələ-
binə əməl etmir, – deyərək Ayxan fikrini bildirmişdi.  
Kapitan  missionerlik  fəaliyyəti  göstərirmiş  kimi:  “O, 
fərqində  deyil,  İslamı  yaşayır.  Nəzəriyyə  ilə  praktikanı 
qarışıq salıb, fərziyyatı bura qarışdırmayın”. 


69 
 
Elçin kapitanın bu fikrindən sonra yenə ironiyalı səs-
lə dedi: 
 –  Ayxan  bəy,  yadında  saxla  ki,  İslam  əxlaqı  deyilən 
bir  şey  yoxdur.  Unutma  ki,  milli  əxlaq  olar,    İslam  hansı 
xalqın  dinidirsə,  onun  əxlaqı  ilə  qarışır.  Bir  də  mən  bu 
dinçiləri buna görə sevirəm də. Demişəm də, əgər bir gün 
namaz qılıb, oruc tutmalı olsam, bu nurçular kimi edəcə-
yəm. İnsanları bax belə yığırlar ətraflarına. Görürsən, Mə-
həmməd, dünyada bu İslama hörmət gətirsə-gətirsə, mo-
dern İslamçılar gətirəcək. Yoxsa sənin tutduğun yol? Çox 
sərtdir, radikaldır. Mən heç bu adamın nə vaxt namaz qıl-
dığını belə görməmişəm. İncimə, komandirin yaşadığı  İs-
lam daha cazib görünür. Amma sən nə edirsən? Orda qır-
ğındır,  deyirsən,  mənim  namazımın  vaxtıdır.  Bu  zaman 
din  sənə  və  işinə  mane  olur.  İnsanlar  da  ona  yük  olacaq 
heç nəyi istəmirlər. Görürsən, Türkiyədən gələn din necə 
yayılır  Azərbaycanda?  Və  hay-küy  salmadan,  cəmiyyəti 
açıq-açığına  narahat  etmədən  öz  işlərini  görürlər.  Düz-
dür, bunların da məqsədi başqadır. Özlərinə məxsus təh-
sil  müəssisələrində  savadlı  və  bacarıqlı  müridlərini  yeti-
rirlər. Bir müddət sonra onlar da Türkiyədəki kimi Azər-
baycanda  bütün  yüksək  postlara  sahib  olacaq  və  bu  təri-
qətin rüşeyimindəki niyyətlərini həyata keçirəcəklər. Am-
ma yenə də xoş niyyətlə, xoş görüylə, Allah rizası ilə... 
Məhəmməd artıq özündən çıxırdı:  – Necə olur ki, bu, 
sağlam ola-ola səcdəyə durmur, əyilib qalxmır, amma na-
maz qılır və məndən də sadiq ibadət edir? 
Kapitan Elçinin xoş sözlərindən sonra bir az yumşal-
mışdı. Bütün insanlar belədir, nə qədər ağır söz deyirsən 
de, onun başlanğıcını təriflə və qarşı tərəfin xoşuna gələ-
cək sözlərlə, onun uğurları ilə başladınsa, sonra öz fikrini 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə