Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə19/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

70 
 
asanlıqla  yeridə  bilərsən.  Kapitan  Məhəmmədin  fikrinə 
münasibət bildirmişdi: – Mən təkliyə çəkilib Allaha ibadə-
timi edirəm. Formalizm nəyə lazımdır? Əgər imkan varsa
o heç, məscidə də gedərəm, ibadətimi də orda rahat edə-
rəm, amma bu cür hallarda sənin dediyini qəbul etmirəm. 
Bunları düşündükcə Elçinin çöhrəsində təbəssüm ya-
ranırdı.  Yanağındakı  qara  ət  xalı  sığalladı,  gülümsündü. 
Bu təbəssümdə dosta sevgi, insani məhəbbət var idi. Mü-
bahisə etmələrinə baxmayaraq, bir-birilərinin əvəzinə ölü-
mü gözə ala biləcək dostlar idi onlar. Ona gülümsünürdü, 
amma mübahisələr o həddə çatırdı ki,  hətta Məhəmməd 
az  qalırdı,  Elçini  vursun.  Sonra  yenə  hər  şey  unudulur, 
yaddan çıxır, qəlb dostları bir-birilərinə qarşı sevgi ilə ya-
naşırdılar. 
Bunun yaranmasına səbəb olan əlbəttə ki, din deyildi. 
Yaradılmışların bir-birinə gen bağlılığı, ruh bağlılığı idi... 
 
 
Dədə Əfəndinin üçüncü söhbəti 
 
Arslan  artıq  kürəyini  qayanı  parçalayaraq  göyə  uca-
lan  ayıfındığı  ağacına  söykəyib  çömbəlmişdi.  Əli  “AKM-
S”-in  tətiyində idi. Gözləri isə meşənin dərinliklərini gö-
rəcək  qədər  uzağa  zillənmişdi.  Ətrafı  180  dərəcə  görəcək 
qədər bərəlmiş gözləri dostlarını qorumaqda idi. Hər kə-
sin  öz  dünyası  olduğu  kimi,  onun  da  düşüncəsinə  Dədə 
Əfəndinin fikirləri hakim kəsilmişdi. Əgər Elçin bunun da 
düşündüklərini duya bilsəydi, bəlkə də, ucadan bağırardı 
ki, bu da insan beynini zəhərləmək üçün meydana atılmış 
bir düşüncədir. Bu da dinin başqa formasıdır. Amma eşit-
mirdi, görmürdü. Arslan isə Dədə Əfəndinin ona dediklə-


71 
 
rini bir anlıq belə unuda bilmirdi. .. Eynən Yunis Əmrənin 
Tapdıq Əmrəni unuda bilmədiyi kimi... 
 
*** 
Oğul,  “Quran”  ayələri  Məhəmməd  peyğəmbərə  heç 
də  göydən  o  cür  gəlməmişdi.  Sadəcə  həm  Məhəmməd 
peyğəmbər,  həm  də  ondan  əvvəlki  peyğəmbərlər  Tanrı-
nın,  Yaradanın  insanlığa  belə  bir  yaşam  qanunları  gön-
dərdiyini  bilirdilər.  Onun  dediklərinin  əksəriyyəti  Tanrı-
nın sözüdür, amma bəzi məsələləri dövrə, şəraitə və mə-
kana görə ya dəyişmiş, ya da əlavələr etmişlər.  
 Məhəmməd Şərqi yaxşı öyrənən, yaxşı tanıyan bir fi-
losofdur. Onun zəkası, biliyi, ağlı yaşadığı dövrün insan-
larından çox-çox öndə idi. O, oxuyub mənimsədiyi kitab-
ları, atalarımızdan eşitdiyi fikirləri yaxşıca təhlil edib, mü-
qayisələr  apardı.  Və  öz  dövrü  üçün  bəşəriyyətə  mükəm-
məl bir şəkildə təqdim etdi. Onun bu düşüncələri türklə-
rin arasında o qədər qeyri-adi ola bilməzdi. O, sadəcə, ge-
ridə qalmış ərəbi haqq yoluna çağıra, yönləndirə və idarə 
edə bilərdi. Necə ki etdi də. 
Heç  düşündünmü  ki,  müqəddəs  kitablarda  adı  çəki-
lən Peyğəmbərlər niyə məhz eyni məkandan çıxdı? Çünki 
onlar  hamısı  Tanrının  qoyduğu  qadağalara  əməl  etmə-
yənlərin  əməli  idi.  Onların-Tanrı  ocağından  qovulmuşla-
rın  qanı  qarışıq,  kirli  qan  idi.  Saf  qanlılarla  mübarizənin 
çətin  olacağını  bildikləri  üçün  özlərindən  peyğəmbərlər 
uydurmağa  başladılar.  Və  ya  İbrahim  kimi,  Musa  kimi, 
İsa kimi, Məhəmməd kimi ağıllı və seçilmiş insanların ət-
rafında birləşərək onların ideyalarından, gücündən, qabi-
liyyətindən,  istedadından  istifadə  edib  dünyaya  hökm-
ranlıq etmək həmin insanların başlıca məqsədinə çevrildi. 


72 
 
Onlar  ya  özlərindən  kimisə  seçib  əllərində  olan  biliklərlə 
göylərə qaldırır, ya da İbrahim peyğəmbərdən üzü bu tə-
rəfə  Məhəmmədə  kimi  seçilmişləri  özlərinə  peyğəmbər 
edir,  onlardan  yararlanmağa  çalışırdılar.  İbrahim  əslən 
Şumerlərdən  idi.  Bağ  Atanın  üçüncü  oğludur.  Şumerlər 
də bizim vərəsəmizin ən ulusudur. Yadına sal, səncə, niyə 
Məhəmməd  özünə  “Arabi  musaribe”  (ərəbləşmiş  ərəb) 
deyirdi. Çünki o, doğrudan da, ərəbləşmiş ərəb idi.  
Məhəmməd  əslində  bir  elm  yaratmaq  istəyində  idi, 
yaşam elmi. Oxuduğu kitablardan ən əfsəl, mükəmməl fi-
kirlərin əsasında ideal bir yaşam elmi yaratmaq arzusun-
da  idi.  Yaratdı  da..  Sadəcə,  ətrafındakılar  onu  başqa  cür 
inkişaf  etdirdi.  “Quran”ın  təhrifi  əsasında  yaradılan  bu 
elm isə Türkün Gök Tanrı elmi əsasında yaranırdı.  
Heç bilirsənmi bu gün qiblə dediyin məfhum niyə ya-
ranıb?  Yox,  bilmirsən,  oğul,  hardan  biləsən?  Bir  də  sual 
versəm,  deyəcəksən  ki,  bəs  Kəbəyə  görə.  Yox,  oğul,  yox. 
Dahi Məhəmməd hansısa bir tikiliyə görə bütün insanları 
ora  sitayiş  etdirməzdi.  O,  insanları  Gök  Tanrıya,  (Bağa, 
Boqa)  Onun  günəşinə  tərəf  sitayişə  çağırırdı.  Axı  türklə-
rin tarixini yadına salsan, görərsən ki,  Gök Tanrı dinində 
günəş  məşriqdən  çıxdığı  üçün  şərq  tərəf  daha  üstün  və 
müqəddəs sayılırdı. Türk Xaqanlarının çadırı həmişə şər-
qə tərəf açıq  olar, xaqan taxt üstündə üzü şərqə sarı otu-
rardı.  Bax  qiblə  məsələsi  burdan  yaranıb.  Sadəcə  Kəbə 
simvolik olaraq seçildi. Açarı da elə türklərə etibar edildi.   
Sonra  Məhəmməd  bütə  inanan  avam  ərəbləri  inan-
dırmaq üçün Kəbədəki qara daşdan istifadə etdi. Dünyanı 
dərk edə bilməyən insanlar üçün göydən düşən daş – me-
teor parçası müqəddəs və qeyri-adi bir şeydir, oğul. Bütə 
tapınan  insanları  müdrikcəsinə  bütlərdən  ayırıb,  daşa  ta-


73 
 
pındırdı.  İndi  fikirləş  gör,  nə  fərqi  var  bu  bütlə  qara  da-
şın?  Bax  Məhəmmədin  böyüklüyü  elə  bunda  idi,  oğul. 
Hamımız üçün də sirli məqamlar var. Hamısı o kitablarda 
yazılıb. Bizim üçün də qaranlıq qalan mətləblər bax o ki-
tablarda  yatır.  Sənin  birinci  işin  Muğannanı  bir  də  oxu-
maq  olsun.  Onda  Məhəmmədin  kim  olduğunu  biləcək-
sən. O da seçilmişlərdən idi. O da Dədə Qorqud kimi se-
çilmiş,  qanı  təmizlərdən  idi.  Gök  Tanrı  elmini  başqa  for-
mada ərəblərə satdı. Halbuki dədəmiz Mete xan əllərində 
olan ideyanı əsas tutaraq deyirdi ki, barış istəyən insanla-
rı  qurtarmaq  üçün  Tanrı  məni  vəzifələndirdi.  Biçarə  in-
sanları qorumaq üçün onun əmrinə uyaraq xaqan oldum. 
Dünyaya  başçılıq  etmək  ideyası  ilk  dəfə  türklərdə  yara-
nıb. Babamız böyük Atilla Gök Tanrıçılığa xidmət etdiyini 
belə  ifadə  etmişdir:  –  Mən  və  mənim  millətim  Tanrının 
qırmancıyıq. Tanrı yolundan çıxmış millətləri cəzalandır-
maq üçün bizi göndərib. Bəli, Tanrı türkləri yeri sahmana 
salmaq, onu qreklərdən təmizləmək üçün yaradıb və ona 
güc verib. 
Bunları  bilməlisən,  oğul.  Fikir  ver  İslamın  (mənası 
“təslim ol” deməkdir) yarandığı ilk illərdə türklərin döv-
lətçiliyi zəifləmişdi.  Çünki  onların  silahı  əllərindən  oğur-
lanmışdı. Fikir, ideya, düşüncə silahı idi bu. Bir neçə yüz 
ildən sonra özlərinə gəldilər. Öz yaratdıqları yaşam tərzi-
nə  sahib  çıxdılar.  İstər  İslamı,  istərsə  də  türkçülüyü  xilas 
etdilər. 
“Quran”ın  göydən  kəlmə-kəlmə,  surələrlə,  ayələrlə, 
gəldiyi fikir də yanlışdır, oğul. Bizi Yaradan, səncə, o qə-
dər dar düşüncəyə malik idi ki, insanlıq üçün fikirlər söy-
ləsin,  sonra  da  onların  keçərsiz  olduğunu  qeyd  etsin.  İs-
lam  tarixini  yadına  salsan,  görərsən  ki,  Məhəmmədin 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə