Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə2/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   2   3   4   5   6   7   8   9   ...   57


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Milli Qəhrəman Mübariz İbrahimovun və  “İgidliyə görə” medalı ilə 
təltif edilmiş  şəhid baş leytenant Fərid Əhmədovun əziz xatirəsinə 
 ithaf edirəm. 
 
 
 
 
 



 
Ölüm var ki, həyat qədər dəyərli... 
Hüseyn Cavid 
 

Qısa  bir  zamanda  dünyadan  bixəbər  ucqar  kənddə 
yaşayan  kəndlilər  xəbər  tutdu  ki,  kəndə  nalyığan  gəlib. 
Hamı bir-birinə dəymişdi. Dağ kəndində heç kimin ağlına 
gələ bilməyəcəyi  bir hadisə baş vermişdi. Şəhərdən gəldi-
yi ehtimal edilən bir nəfər nal yığırdı. Həm də köhnə nal. 
Nala  verilən  pulla  dörd  təzə  nal  almaq  olardı.  Bu  işə  ən 
çox sevinən kəndin uşaqları idi, çünki küçələrdən tapdıq-
ları  dəmir  qırıntıları  onları  xeyli  varlandıracaqdı.  Amma 
nə  fayda?  Nalı  hardan  tapaydılar  bu  binəvalar?  Texnika-
nın inkişafından sonra kənddə atı olan kişilərin sayı azal-
mışdı.  Lakin  bu  kənd  dağ  döşündə  olduğu  üçün  heç  ol-
masa, iki-üç evə bir at düşürdü. Onların da çoxu yük da-
şımaq üçün yaramırdı. Təbiət qoynunda yerləşən bu kən-
də  yerli  turistlər  çox  gəldiyindən  kəndlilər  qonaqları  bu 
atlarda dövrəsi bir manata gəzdirirdilər. Yazıq atlar yabı-
ya  dönmüşdülər.  Yalı  yoluq  toyuqlara  bənzəyən  atların 
qabırğaları  sananır,  quyruğu  iki  qıçının  arasına  qısılır, 
dizləri  isə  arıqlıqdan  bir-birinə  dəyirdı.  Bir  vaxtlar  bellə-
rində igidlər daşıyan, mərd oğulları döyüşlərə aparan, öz 
sahibinin öldüyünü, yaralandığını görüb onu qoruyan at-
lar indi kimlərinsə əyləncə vasitəsi idi. Atların belinə mi-
nənlər  ya  haram  pullardan  harınlamış  qarınqulular,  ya 
dağın  döşündə  yeyib-içəndən  sonra  əylənməyə  bir  şey 
tapmayanlar,  ya  da  kişiliyin,  ərliyin,  mərdliyin  nə  oldu-
ğundan  xəbərsiz,  əqidəsiz  insanların  əqidəsizlik  əqidəsi 
ilə  böyüyən  harın  balaları  idi.  Ən  yaxşı  halda,  tələbələr 
olardı ki, onların da arasında at belinə minməyə cürəti ça-



 
tanı  az  idi.  Çünki  at  belinə  minib  qürrələnməyə  qanında 
türk qanı daşıyıb özünü türk adlandıran şəxsin gərək mə-
nəvi haqqı olaydı... Axı at belinə mindinsə özündə bir tə-
pər  hiss  etməlisən,  düşmən  üstünə  yeriməlisən...  Türklər 
iki halda ata minərdilər: bir yağı düşmən üstünə gedəndə, 
bir də qələbə çalıb, şadyanalıq edəndə... Yoxsa ki, at mey-
mun deyil ki, onunla oynayasan... 
Deyəsən, türk oğlu atı və at minməyi çoxdan yadırğa-
mışdı. Atlar yabılaşıb, igidlər qorxaqlaşıb sıradan çıxmaq-
da idi. 
Atların  da  başqa  çarələri  yox  idi:  yüyəni  onun  tale 
azadlığına qənim kəsilmiş, düzgün yolu azmış bəni-insa-
nın  əlində  idi.  Yazıq  atların  nə  kükrəməyə,  nə  də  kişnə-
məyə heyləri vardı. Zorlanmış və taleyi ilə barışmış kim-
səsiz qadınlar kimi, bu atlar da insanların nazı ilə oynayır, 
“səhər naxıra, axşam axura” prinsipi ilə həyatı yola verir-
dilər.  
Hə,  belə  atlara  nal  nə  gərəkdi  ki?  Gərək  olmadığı 
üçün şəhərdən gələn nalyığan cəmi 14-15 nal yığa bilmiş-
di.  Amma  hələ  də  istədiyi  köhnə  nalı  tapa  bilməmişdi. 
Ona daha çox nal lazım olduğunu eşidən kəndlilər nalyı-
ğanı  qoca  Dəmirçioğlunun  yanına  göndərdilər.  Bu  nal-
bəndə  ona  görə  Dəmirçioğlu  deyirdilər  ki,  o  da  cavanlı-
ğında  güclü  olmuş,  çox  özündən  deyən  Koroğluları  sın-
dırmışdı.  Qolunun  gücü,  dizinin  təpəri    bu  yaşında  onu 
köməyə  möhtac  olmaqdan  qoruyurdu.  Hər  işini  özü  gö-
rərdi. Qoca nalbənd bu yaşa kimi heç evlənməmişdi, am-
ma kəndin bütün uşaqları özlərini Dəmirçioğlunun nəvə-
nəticəsi, Dəmirçioğlunu da özlərinə baba hesab edirdilər. 
Nalyığan qoca nalbənd haqqında eşidib birbaşa onun 
yanına yollandı: 


10 
 
– Yorulmayasan, ay usta! 
– Sağ ol, a bala! Sağ ol! Qərib adama bənzəyirsən. Bu-
ralarda xeyir ola?  
– Hə, dayı, Bakıdan gəlmişəm. Köhnə nal alıram.  
–  Həəə,  o  dedikləri  sənmişsən?  Bu  sözü  elə  dedi  ki, 
elə bil, nalyığan haqqında o nəsə bilirdi. 
–  Bu  köhnə  nalları  neynirsən  belə?  Həm  də  eşitmi-
şəm, baha qiymətə alırsan. 
– Dayı, deyəcəm, güləcəksən. Bu varlılar var ha, mən 
onların  bağlarına  baxıram.  Yığdığım  nalları  onlara  sata-
cam ki, qapılarının üstünə vursunlar, nəzər dəyməsin. 
Nalbənd  gülümsündü:  –  Sənin  bu  nal  məsələn  “Yan 
tütəyinə” çevrilməsin ha! 
–  Sən  narahat  olma,  ay  dayı,  mən  nə  etdiyimi  yaxşı 
bilirəm. Sən de görüm, mənə nal verirsən, ya yox? 
Nalbənd onu dəmirçixananın kiçik otağına aparıb is-
tədiyi  qədər  nal  götürməsinə  icazə  verdi.  Orda  çoxlu  nal 
var  idi.  Bu,  nalyığanı  sevindirsə  də,  istədiyi  nalı  tapmaq 
üçün xeyli çalışdı. Bu qədər nalın içində onun axtardığını 
tapması  çox  çətin  idi.  Nalbənd  bu  nalların  hamısını  ona 
verdiyini  desə  də,  nalyığan  sanki  nalları  seçirdi.  Bunun 
şübhə  doğuracağını  hiss  edən  nalyığan  bütün  nalları  bir 
kisəyə  yığıb  köhnə  “Moskviç”  markalı  maşınına  qoydu. 
Nalbəndə  xeyli  təşəkkür  edib  maşınını  işə  salanda  nal-
bəndin astadan pıçıldadığı zərbi-məsəli eşitdi:  
–  “Bir  mıx  bir  nalı,  bir  nal  bir  atı,  bir  at  bir  igidi,  bir 
igid bir eli qurtarar”. 
Bu hadisədən bir neçə gün keçdi. Nalyığan yenə nal-
bəndin yanına gəldi. Əlində gətirdiyi nalı nalbəndə göstə-
rib ona yalnız bu naldan lazım olduğunu söylədi. Dünya-
görmüş qoca bu nalı görən kimi, nəsə baş verdiyini anla-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə