Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə50/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

186 
 
Təqribən  210  metr  geridə  qalmışdı.  Əzaları  sözünə 
baxmırdı. Beynin idarəsindən çıxmağa başlayır və bir can-
sız  əşyaya  çevrilirdi.  Qaranlığa  alışmış  gözlər  kiçik  fənə-
rin  işığında  mağaranın  sol  tərəfindəki  əbədilik  işarəsinin 
həkk  olunduğu  iki  qoşa  daşı  axtarırdı.  Bu  işarəni  kitabı 
bura  gizlədərkən  vərəsənin  nümayəndələri  çəkmişdi.  İki 
daş çıxıntısının üstündə işlənmişdilər. O daşları tapandan 
sonra arxasına baxıb dəqiqləşdirməli idi.  
Təqribən  iki  metrlik  hündürlüyü  olan  mağarada  hə-
yatdan heç bir əsər-əlamət yox idi. Elə bir qaranlıq, elə bir 
soyuqluq, elə bir səsizilik, elə bir havasızlıq hökm sürür-
dü  ki,  nə  xəyallara  dalmaq,  nə  düşünmək,  nə  də  hərəkət 
etmək  mümkün  idi.  O,  tələsirdi.  Demək  olar  ki,  vaxtı  bi-
tirdi.  Onsuz  da  ölümün  qucağında  layla  dinləyən,  zül-
mətdə həyat nişanəsi axtaran Arslanı, sadəcə, ölüm qurta-
ra bilərdi burdan. Dinlədiyi bu laylada çıxılmaz vəziyyət-
də  olan  Qıyan  türklərinin  Ergene  Konda  (Ər  Günə  qon– 
işıqlı  günə  çıxmaq)  dünyaya  yeni  açılış  sədasını  eşidirdi. 
Son dəfə nəfəs dərib, mübarizə və əzmlə yeni günə çıxma-
ğın vaxtı idi.  
Arslan  başının  üstündəki  iki  ucu  da  sivri  olan  daşı 
gördü.  Ayağının  altına  bir  daş  qoyaraq  onun  arxasına 
boylandı.  Bəli  o,  daşı  tapmışdı.  Tez  üç  addım  sol  tərəfə 
yeriyib cığırın yerini müəyyənləşdirdi. Sürünməyə başla-
dı. Amma daşların üstünə uzanan kimi sanki ölümə “xoş 
gəldin”  demişdi.  Bir  neçə  saniyəlik  başını  daşa  qoydu. 
“Oğul,  cığıra  çatdıqda  son  anın  olduğuna  inanacaqsan. 
Amma sənin ölümünün millətinin, bəşəriyyətin ölümünü 
gətirəcəyini  bilməlisən.  O  zaman  özündə  Tanrının  gücü-
nü hiss edəcəksən. Həqiqət işığının cisminə güc çilədiyini 
düşün, dayanma, beyninin sükunətinə imkan vermə, ona 


187 
 
təkan  ver.  Ürəyindəki    sevgi  işığından  yapış  və  dünyanı 
hərəkətə  gətirib  mehvərindən  çıxaracaq  qədər  silkələ“. 
Bu,  Dədə  Əfəndinin  ona  söylədiyi  son  sözlər  idi.  Arslan 
gözlərini  açdı.  Sadəcə,  ürəyinin  gücü  ilə  sürünməyə  baş-
ladı. Ona elə gəlirdi ki, sadəcə ürəyi sürünür daşların üs-
tündə. Nə əlləri, nə də ayaqları yox kimi idi. Hətta göz qa-
paqları belə açılmırdı. Sanki gözləri yanır, dərisi havasız-
lıqdan  qıyma – qıyma olub tökülürdü.  Heç vaxt can ver-
məyin  bu  qədər  çətin  olduğunu  düşünməmişdi.  Ruh  isə 
cana hökm edir, onu daşların üstündə sürüyürdü. Nəha-
yət...  Nəhayət  ki,  o  başının  daşa  dəydiyini  hiss  etdi.  Bar-
maqlarının  ucu  ilə  daşı  itələdi.  Daş  tərpənmədi.  Bir  də 
cəhd  etdi,  amma  yenə  alınmadı.  Ayağını  dayayacaq  bir 
yer axtardı. Ona söykənib bütün gücünü bir yerə topladı.  
Daşın  yerə  düşməsi  və  yarımqaranlıq  bir  mağaranın 
işıqlanması  günəşin  şüaları  kimi  göz  qamaşdırdı.  Artıq, 
hava var idi. Dərindən nəfəs alıb, gələn havanı ciyərlərinə 
çəkdi.  O,  gözlərini  yumdu,  başını  biixtiyar  rahatca  daşın 
üstünə  qoydu.  Dəqiqələrmi,  saatlarmı  keçdiyini  bilmədi.  
Amma  gözlərini  açanda  özünü  yeni  doğulmuş  bir  uşaq 
kimi hiss etdi. Əli də, ayağı da, ürəyi də yerində idi. Ya-
vaşca  bir  metr yarımlıq hündürlükdən aşağı endi.  Sələf-
ləri  buranı  elə  hazırlamışdı  ki,  burda  hava  vardı.  Hətta 
iynənin ucu boyda işıq da düşürdü. O, endiyi dəliklə üz-
bəüz dayanıb üç qarış aşağıdakı qaya parçasını dırnaqları 
ilə tərpətməyə çalışdı. Mümkün olmadığını gördükdə bı-
çağını  çıxarıb  ətrafını  təmizlədi.  Öncə  xüsusi  şəkildə  yo-
naraq  bura  yerləşdirilmiş  daşın  yanındakı  balaca  daşı  çı-
xardı.  Sonra  da  böyük  daşı  çıxardı.  Orada  kiçik  bir  san-
dıqça  gördü.  Qayanın  içi  elə  oyulmuşdu  ki,  seyfi  xatırla-
dırdı.  Üzünü  Gök  Tanrıya  tutub  təşəkkürlərini  bildirdi. 


188 
 
Əlini  qədim  OdƏr  dilində  yazılmış  bu  kitaba  vurmağa 
cürət etmirdi. Axı o kitaba neçə-neçə dədələrin, şamanla-
rın,  ataların  əli  dəymişdi.  Neçə  min  illərin  ağırlığı  vardı 
bu  kitabda.  Onun  gözləri  yaşardı.  Bir  anlıq  kitabın  bura 
hansı  əzabla,  hansı  çətinliklə  yerləşdirildiyini  görmək  is-
tədi. Amma mümkün olmadı. Kitab qoyulmuş sandıqçanı 
əlinə  götürdü.  Üfürüb  tozunu  dağıtdı,  sonra  isə  qolunun 
arxası ilə kitabın üzünü təmizlədi. Gümüş sandığın üzəri-
nə çəkilmiş əbədilik rəmzini əlinin içiylə sığalladı. Nə öp-
dü, nə də alnına qoydu, sadəcə bağrının başına qoydu. İn-
di onun yeganə istəyi sağ və salamat paytaxta çatmaq idi. 
OdƏrlər  bir-bir  gözünün  qarşısından  keçirdi.  Biri 
heyfsilənir,  biri  narahatçılıq  keçirir,  biri  gülümsəyir,  biri 
qürur duyur. Birdən Arslan özünü yalnız hiss etdi. O, in-
di  kimsəsiz  idi.  Tərk  edilmiş  torpaqlarda  yalquzaq  kimi 
tək-tənha  idi.  Əslində  Arslan  heç  vaxt  özünü  tək  hiss  et-
məmişdi. Buna səbəb Dədə Əfəndinin tarixlərin dərinlik-
lərindən xəbər verən sehrli səsinin qulaqlarında cingildə-
məsi  olurdu.  Bu  dəfə  də  elə  oldu.  Amma  bunu  eşitməyi 
özü  istədi.  Dədə  Əfəndi  də  onun  qarşısında  duraraq,  fi-
kirlərini izah etməyə başladı: 
 
 
Dədə Əfəndinin altıncı söhbəti 
 
Oğul, sənə qan təmizliyi haqqında demişdim, bax bi-
zim məqsədimiz, qayəmiz, təmiz qanlı insanları qoruyub 
saxlamaq, dünyanın gələcəyini onların üzərində qurmaq-
dır. Elə bu gün dünyada xeyirlə şər mübarizəsi adı altın-
da gedən mübarizə də bu qanla bağlıdır. Tanrının insan-
ları insan olaraq yaratmasından yüz min illər keçib. İnsa-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə