Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə8/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

30 
 
amma heç kim onunla zarafat edə bilməzdi, daha doğru-
su, o, özü buna şərait yaratmazdı. Dostları onu “Mübariz” 
deyə çağırırdılar. Təkcə ona görə yox ki, görünüşünə görə 
Mübariz  İbrahimova  oxşayırdı.  Həm  də  o,  həyatda  çox 
mübariz  adam  idi.  Tutduğunu  buraxmayan,  əzmkar,  yo-
rulmaz, qartal baxışlı bir türk oğlu idi Elçin. Heç vaxt, heç 
kimin qarşısında boyun əyməzdi. 
 

 
Goranboy rayonu... Avqustun ortaları... İsti yay gün-
lərindən biri...  
Ermənistanla  təmas  xəttində  yerləşən  hərbi  hissə... 
Gecə saat bir... Cırcıramalardan başqa, heç nəyin oyaq ol-
madığı bir gecə... Bir də öz yarı ilə görüşəcəyini səbirsiz-
liklə  gözləyən  və  ürəyinin  səsindən  belə  narahat  olan 
gənclər...Və  ay  işığından  bəzək  kimi  işıqlandırılmış  dağ-
lar, meşələr... 
Beş gənc ürəklərinin sözünə baxaraq, sonu görünmə-
yən bir yola çıxırlar. Kimsənin heç vaxt bilməyəcəyi, onla-
rı başa düşməyəcəyi bir yola... Bu yola ona görə çıxmırdı-
lar ki, kimlərsə onların bu hərəkətinə pis və ya yaxşı qiy-
mət verəcək. Sadəcə, onlar üçün bu, bir borcdu. Vətəndaş 
borcu.  Beləcə,  gecənin  qaranlığında  amallarının  yollarına 
tutduğu işığın ardınca getdilər. Ürəklərində vətən, millət 
sevgisindən ibarət qorxmazlıq silahı, çiyinlərində isə alın-
madan  silah  anbarından  icazəsiz  götürdükləri  silah-sur-
sat... 
 Amma  bu  yolda  onlar  ilk  böyük  maneə  ilə  qarşılaş-
dılar.  Silah  anbarına  keşik  çəkən  əsgəri  əvvəlcədən  qur-
duqları  plana  uyğun,  gizlincə  dərman  iylədərək  huşsuz 


31 
 
vəziyyətə gətirsələr də, hərbi hissənin xəzinədarı gözlənil-
mədən  bu  hadisənin  şahidi  olur.  Hay-küy  salmasına  im-
kan verməsələr də, əsgərlər bu işin təxirəsalınmaz oldğu-
nu  qətiləşdirmişdilər.  Əvvəlcə  onu  da  huşsuz  vəziyyətə 
gətirmək istəsələr də, səhər bu hadisənin üstünün açılaca-
ğı bəlli idi, çünki onların silah anbarından çıxanda etdik-
ləri  söhbəti  xəzinədar  eşitmişdi.  Arslan  yoldaşlarının  tə-
rəddüd  etdiyini  görüncə,  masxalatın  üstündən  geydiyi 
hərbi jiletdən əsgər bıçağını çıxardaraq günahsız mühasi-
bin boğazına dayadı.  
 –  Tez  seyfin  açarlarını  ver!  Bu,  sorğu-suala  imkan 
verməyən bir əmr idi. 
Xəzinədar qorxusundan nə edəcəyini bilmirdi. Ətrafa 
nəzər saldı. Kimdənsə kömək gözləyirdi sanki. Amma bu, 
mümkün  deyildi.  Ağzı  bağlı  olduğu  üçün  kəmərinin  al-
tında  olan  açarı  hədəqəsindən  çıxmış  balaca  gözləri  ilə 
işarə  etdi.  Arslan  açarı  çıxartdıqdan  sonra  xəzinədarın 
boynunu bu dəqiqə qırmağa hazır olan Ərtoğrula işarə et-
di  ki,  onu  arxasınca  gətirsin.  Komandir  Altay  Cavadov 
Arslanın  çıxılmaz  vəziyyətlərdən  ustalıqla  çıxdığını  bilsə 
də,  bu  məqamda  onun  nə  düşündüyünü  bilmirdi.  Hamı 
sakitcə  gözlənilməz  vəziyyətin  xoş  sonluqla  bitməsini 
gözləyirdi. Ərtoğrul pələng biləkli əllərindən biri ilə xəzi-
nədarın ağzını, bir əli ilə də arxadan başını tutmuşdu. Be-
ləcə,  kapitan  başda  olmaqla  Ayxan  və  Elçin  qapının  ağ-
zında durdular. Xəzinəni açan xəzinədarın boynunun ar-
xasından  elə  bir  ölümcül  zərbə  vurdu  ki,  Ərtoğrul  buna 
görə  az  qaldı,  Arslanın  yaxasından  tutub  divara  çırpsın. 
Arslan  bunu  Ərtoğrulun  gözlərindən  duysa  da,  önəm 
vermədi. Astadan: “tez ol, pulları və kartları götür”, –  de-


32 
 
di. Bu cümlə o qədər sərt və amiranə deyilmişdi ki, Ərtoğ-
ruldan başqa heç kim tab gətirə bilməzdi. 
Əslində, hamısı bilirdi ki, kassada pul olmaya  da bi-
lər, çünki maaşlar kartla verildiyindən hər zabitin öz kartı 
vardı.  Hətta  komandirlər  əsgərlərin  də  maaşlarını  özləri 
bankomatdan çıxarıb paylayırdı. Amma bəzi komandirlər 
kartları  kassirə  vermişdilər,  o  da  gedib  pulları  çıxarırdı. 
Seyfdə 15 ədəd kart, bir də iki min manat pul vardı. 
Pıçıltı  ilə  deyilməsinə  baxmayaraq,  hayqırtıya  daha 
çox oxşayan sakit səslə: – Siz nə edirsiniz, yoldaş Sultan-
bəyli! – deyə Ərtoğrul ona tərs-tərs baxdı. İlk başlanğıcda 
ərlər arasında bu cür rəsmi münasibət olsaydı da, qısa bir 
zamanda səmimiyyət öz yerini tutmuşdu. 
–  Narahat  olma,  sənin  fikrinlə  eynidir.  Dediyimi  elə, 
sonra bilərsən. Arslan bunu deyəndə çox soyuqqanlı idi.  
Arslanın  son  cümləsi  Ərtoğrulu  bir  az  yüngülləşdir-
di. Arslanın hədəfdən yayınmadığına inansa da, mübahi-
sənin  yersiz  olduğunu  düşünüb  deyilənləri  etdi.  Vaxtın 
azlığı  isə  ona  düşünməyə  imkan  vermirdi.  Könülsüz  də 
olsa, pulları götürüb otaqdan çıxdılar. Arslan qapıdan bir 
neçə addım aralandıqdan sonra bir də geriyə qayıdıb açıq 
qalmış qapını sakitcə örtdü. 
Dostları nəyin baş verdiyini başa düşməsələr də, ka-
pitanın əmri ilə tələsik hərbi hissənin hasarından tullandı-
lar.  
 
*** 
Bir neçə saatdan sonra artıq onlar plana uyğun olaraq 
ermənilərin  işğal  etdiyi  Azərbaycan  torpaqlarında  idilər. 
Tanıdıqları yolları rahatca, dinib-danışmadan irəliləyirdi-
lər. Özü də ən güclü, ötkəm addımlarla gedirdilər. Mina-


33 
 
lanmış sahələri isə, elə bil, əzbər bilirdilər. Çünki bu yol-
lardan dəfələrlə keçib getmişdilər, sanki bir gün bu tarixi 
addımı atacaqları an üçün hazırlaşmışdılar.  
Öndə  istehkamçı  funksiyasını  yerinə  yetirən  Ayxan, 
onun  ardınca  Məhəmməd,  sonra  isə  komandir,  onun  da 
ardınca Arslan və Elçin addımlayırdılar. 
Günün  doğmasına  az  qalırdı.  Heç  kim  dinib-danış-
mırdı. Amma hər kəs qəlbində nəsə düşünürdü.  
Kapitan iki gün bundan öncə atası evinə yola saldığı 
yoldaşını  və  2  yaşlı  oğlunun  gülüşünü  yadına  salıb  gü-
lümsünürdü.  Gülümsündükcə  alnından  çənəsinə  doğru 
süzülən  tər  damcıları  yanağında  iz  buraxırdı.  Uşağın  so-
nuncu dəfə ondan ayrılmaq istəməməsi onu fərəhləndirir-
di. Həmişə anasından ayrılmayan balaca Ərturan nədənsə 
bu  dəfə  atasından  ayrılmaq  istəmirdi.  Elə  bil  ona  nəsə 
əyan  olmuşdu.  Kapitan  həmin  an  sevincindən  ağlayardı 
da.  Amma  dünyalar  qədər  sevdiyi  Banunun  yanında  bu 
mümkün deyildi. Hətta Banunun “indi rahatlandın? Gör-
dün,  səni  də  çox  istəyir,  gülməşəkər  oğlun?”  sözünə  də-
rindən  ah  çəkərək:  “Daha  ölsəm  də,  arzum  qalmadı”,  – 
dedi. Addımlarının ritmi ilə sadəcə ailəsini düşünən kapi-
tan düşmənlərin varlığını hiss etsə də, vecinə almırdı. O, 
xoşbəxt idi. Arzusunun həyata keçməsi üçün addımlayır-
dı.  Arxasında  da,  hər  biri  100  düşmən  əsgərinə  bərabər 
dörd igid. 
Bu  beş  OdƏri  elə  addımlayırdı  ki,  bir  ana  istəyirdi 
bunları  belə  mərd,  qorxmaz,  qürurlu,  eyni  boyda-biçim-
də,  məzhəbindən,  təriqətindən,  dünyagörüşündən  asılı 
olmayaraq,  bir  amal  uğrunda  birgə  addımlamalarına 
“ananız  qurban”  deyib,  yaylığının  ucu  ilə  məsum  gözlə-
rindən axan yaşları silsin və arxalarınca su atsın.  


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə