Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə3/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   2   3   4   5   6   7   8   9   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
11 
dalı  olan  əsərlərinə  az  maraq  göstərirlər…  Elə  bili-
rəm ki, haqlıdır… 
Təsəllimiz  isə  ondadır  ki,  əvvəla,  böyük  əsərlər 
(və  ideyalar)  bütün  dövrlər  və  zamanlar  üçündür, 
ikincisi isə bizim günlərdə “İsa Muğanna yaradıcılığı 
“İdeal” işığında” kimi dəyərli bir əsər meydana çıxır-
sa, görünür, elə də bədbin olmağa dəyməz… 
 
Akademik Nizami Cəfərov 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
12 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
13 
Giriş 
 
Ağlımın  kəsdiyi  zamanlarda  oxuduğum  ilk  əsər 
“İdeal” romanı idi. Əruzşünas alim Zülfəli Zülfəliye-
vin məsləhəti ilə oxumuşdum. Nə qədər ağır bir əsər 
olsa  da,  əsər  elə  bir  formada  təqdim  edilib  ki,  bu 
ağırlığı  hiss  etmədim.  Dünyagörüşü  yeni  formalaş-
maqda  olan,  ədəbiyyat  aləminə  atılmağı  belə  ağlına 
gətirməyən,  sadə  kənd  uşağının  dünya  sirlərini 
özündə  daşıyan  kainat  qədər  ağır  bir  əsəri  dizləri 
əsə-əsə,  boğazı  quruya-quruya  oxuması  ona  bir  isti-
qamət  verdi.  Həyat  fəlsəfəsini,  milli  kimliyi,  mifik 
dünyagörüşlərin  altında  gizlənən  tarixi,  dildəki 
kodlu  sözlərdə  yaradılışın  sirlərinin  necə  gizlədildi-
yini  araşdırmağı,  öyrənməyi  mənə  “İdeal”  əsəri  öy-
rətdi. Hər cümlədən sonra kasıb kitab rəfimdən yeni 
bir  kitabı  masanın  üstünə  gətirməyi,  müqayisəni, 
müqayisəli  təhlili,  məntiqi  ardıcıllığı,  şübhəni,  dü-
şünməyi bu əsər öyrətdi mənə... 
“İdeal” romanını oxuduğum gündən müsahibim 
olan, kitabı sevən, milli qürurunun olduğunu hiss et-
diyim  hər  kəsə  bu  kitabı  tövsiyə  etdim.  Oxuyan-
lardan  “sağ  ol”  aldım.  Sonra  da  özüm  üçün  də  üs-
tüörtülü  qalan  suallara  cavab  verməyim  istənildi. 
Çıxılmazlara  girirdim  bəzən  və  sonda  bir  gün  bu 
“Sirr  qoxuyan  kişi”nin  özü  ilə  görüşüb  bu  suallara 
cavab alacağımı düşünürdüm həmişə. 
Tələbə vaxtı bu görüş üçün çox çalışsam da, alın-
madı. Son dövrlərdə İsa Muğanna ilə görüşmək üçün 
çox  cəhd  etdim.  Bütün  yazıçı  dostlarımdan,  ona 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
14 
yaxın  olacaq  bir  neçə  başqa  şəxslərdən  də  xahiş  et-
dim. Amma mümkün olmurdu ki, olmurdu. Adətən 
də, səhhətinin yaxşı olmadığı üçün bu görüş baş tut-
murdu. 
Bir  gün  dostum  Əli  İbrahimbəyli  zəng  etdi  ki, 
səni İsa Muğanna ilə görüşdürəcəyəm. Bu şad xəbərə 
muştuluq nə verəcəksən? Çünki bir vaxtlar bir tələbə 
üçün əlçatmaz zirvədə olan böyük bir şəxsiyyətlə gö-
rüşməyin mənim üçün  ən şad xəbər olduğunu bilir-
di. 
Və  beləcə,  İsa  Muğannanın  əlini  sıxmaq  və  o 
əllərdən  öpmək  şərəfinə  nail  oldum.  Qapalı  dün-
yamdakı bütün suallara Muğannanın özündən cavab 
aldım. Bu sirli insanın təvazökarlığı və məntiqi məni 
əsərlərində olduğundan daha çox heyran etdi. 
Həyat  yoldaşı  Firuzə  xanımla  münasibətləri  və 
bu  yaşda  insanların  bir-birinə  necə  hörmət  və  səda-
qətlə yanaşmaları adamı onlara qibtə etməyə məcbur 
edirdi. 
İlk görüşümüz elə Əli İbrahimbəyli ilə birgə baş 
tutmuşdu.  Elmə,  incəsənətə  və  mədəniyyətə  böyük 
qiymət verən Əli müəllimin və mənim suallarım Mu-
ğannanı 200000 illik tarixin dərinliklərindən, 70-80-ci 
illərin Yazıçılar Birliyinə, ordan bu günə və gələcəyə 
aparırdı. Hərdən Firuzə xanımın ərkyana “İsa, bir az 
nəfəs  al,  yavaş-yavaş danış”  deyərək  keçirdiyi  nara-
hatçılıq bizi susmağa və seyr etməyə məcbur edirdi. 
Ustad  sənətkar  söhbət  əsnasında  indiki  gənclik-
dən  şikayətini  də  dilə  gətirdi.  Əsərlərinin  oxunma-
masından və yenidən nəşr olunmamasından danışdı. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
15 
Elə bil neçə illərdir, arzusunda olduğum fikrimi səs-
ləndirmək  üçün  kömək  etdi  mənə. Və  söz  verdim: 
“85  illik  yubileyinizə  “İdeal”  silsiləsindən,  SafAğ  el-
minin  əsasları  olan  6  əsəri  müasir  tələblərə  uyğun 
çap  edəcəyik”.  Və  belə  də  oldu:  “İdeal”,  “Məhşər”, 
“Qəbiristan”, 
“Cəhənnəm”, 
“İsahəq-Musahəq”, 
“GurÜn”,  “İlan  Dərəsi”  əsərlərini  redaktorluğumla 
çap  etdik.  Həftədə  bir  dəfə  İsa  müəllimi  görməyə 
getdim,  qeydlərimizi,  dizaynlarımızı  ona  göstərdim, 
kitabın formatı haqqında fikirlərini öyrəndim, düzə-
lişlərini götürdüm. iki eynəyi üst-üstə qoyub oxuma-
sına  baxmayaraq,  ustad  sənətkar  hər  bir  kitabının 
korrektə səhvinə belə diqqət yetirirdi. Ən çox üstün-
də  işlədiyimiz  əsər  isə  “İdeal”  oldu.  Çünki  həmin 
əsərə iki ayrıca bölmə yazmış, bəzi hissələrə isə xeyli 
əlavələr etmişdi. Digər tərəfdən də “Yanar ürək”dən 
bu  tərəfə  “heç  kəsin  anlamadığı  bədbəxt  OdƏr”in 
yazdığı bu əsər hər işarəsində böyük bir məna daşı-
yır, hər bir hərfi bir körpüdür. İsa Muğannanın xətti 
də  o  qədər  mistikdir  ki,  bəzən  elə  olurdu  ki,  zəng 
edib filan sözdəki filan hərfdən sonra gələn hərf nə-
dir deyə soruşmasaq olmurdu. 
Hər  dəfə  də  ağsaqqalın  ocağında  süfrə  açılırdı. 
İstər Firuzə xanım, istərsə də qızı Sevinc xanım qərb 
bölgəsinin  zəngin  nemətləri  ilə  bəzədilmiş  süfrəyə 
əyləşməyimizi israrla tələb edirdi. O qədər qayğı ilə, 
o qədər səmimi şəkildə yeməyi təklif edirdi ki, etiraz 
etməyə  belə  adam  utanırdı.  Firuzə  xanım  əsl  azər-
baycanlı ağbirçək təcəssüməsidir. 
Firuzə xanımın İsa müəllimə qayğısı hər an diq-


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə