Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə5/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   2   3   4   5   6   7   8   9   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
20 
buraxılacaq. 
Mən bir qədər fikrə getdim, dedim: 
Mən Nəsimi haqqında heç nə bilmirəm. 
Məlum  oldu  ki,  xalq  şairi  Rəsul  Rza  Hələb 
şəhərinə bir aylıq məzuniyyətə göndərilib ki, Nəsimi 
haqqında Suriyada mövcud olan materialların hamı-
sını  yığıb  gətirsin.  Rəsul  Rza  Hələbdən  qayıdanda 
məni  yenə  Mərkəzi  Komitəyə  çağırdılar.  Nəsiminin 
iki  “Divan”ı  əsasında  çap  olunmuş  böyük  şeirlər 
kitabını  və  azərbaycancaya  tərcümə  olunmuş  bir 
aləm material – məqalələr, jurnal məlumatları verdi-
lər  və  mən  Nəsimini  öyrənməyə  girişib,  əvvəlcə  ro-
man yazmağa başladım. Bir neçə ay sonra isə ssena-
rinin  ilk  epizodlarını  filmin  rejissoru  Həsən  Seyid-
bəyliyə  oxudum.  Həsən  bircə  kəlmə:  –  Yaxşıdı,  – 
dedi. Bundan sonra mən, demək olar ki, hər gün Hə-
sənin evinə təzə epizodlar aparıb oxuyurdum və Hə-
səndən eyni cavabı: – Yaxşıdı, – eşidirdim”.
4
 
“Nəsimi” filmi 1973-cü ildə çəkilmişdir, lakin İsa 
Muğannanın  qeybdən  səs  eşitməsi  və  bu  təlatümlü 
hadisələrin  başlanğıcı  isə  1968-ci  ildə  baş  vermişdi. 
Müəllifin həyat yoldaşı Firuzə Muğanna bunu uzun 
müddət  çap  olunmasında  problem  yaşanan  “Türfə” 
romanının  nəşrə  təqdim  olunması  üçün  AMEA-nın 
müxbir  üzvü  Nizami  Cəfərova  yazdığı  məktubda 
daha  aydın  təsvir  edir:  “1968-ci  ildə  alihəzrət  Dəmi-
rəlin  zamanının  başlandığında,  Azərbaycan  yazıçı-
ları  nümayəndəliyinin  tərkibində  Türkiyəyə  getdik. 
İstanbulu,  İzmiri,  Ankaranı,  Bursanı  və  sair  yerləri 
                                                 
4
 İsa Hüseynov, İdeal, Bakı: Yazıçı, 1986, s 5.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
21 
gəzdik,  Bolu  bəyin  kəndini,  Koroğlunun  Çənlibelini 
gördük.  İstanbula  qayıdanda  məscidləri  gəzdik. 
Ayasofiya  məscidində  İsa  üzünü  göyə  tutub  dedi: 
“Biz  çoxlu  uşaq  saxlamışıq,  özümüzə  övlad  istəmə-
mişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə 
bir  övlad  ver.  Oğlan  da  istəmirəm.  Bircə  qız.  Bircə 
qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı Sevinc Muğan-
nanı  19  ildən  sonra  bəxş  etmişdir).  Otelə  qayıtdıq. 
Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda 
oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sa-
yıq  vaxtımda  bir  altı-yeddi  aylıq,  gözəl,  gombul  qız 
uşağı  gördüm.  İməkləyib  gəlib  dizlərimdən  yapışdı, 
qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-
mışıl  nəfəs  aldı.  Səni  oyatmaq  istədim,  uşaq  yox  ol-
du. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız 
olacaq”.  Mən  inana  bilmədim.  Bakıya  qayıtdıq.  Bir 
ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğul-
du.  Bundan  sonra  mənim  həyatıma  fərəh  gəldi.  İsa-
nın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu. 
İsa  məni  Rusiyanın  şəhərlərində  kurort  zonalarında 
gəzdirdi.  Bolqariyada,  Qara  dəniz  sahillərində,  Pri-
baltika  ölkələrində,  bir  neçə  Avropa  ölkəsində  gəz-
dirdi. Yetmişinci illərdə çox qəribə hadisə baş verdi: 
İsa  birdən-birə  kainatla  bağlandı,  özünün  dediyi 
kimi,  EySarla  danışmağa  başladı.  EySar,  İsUsun,  İsa 
peyğəmbərin  həqiqi  adı  –  odu  –  rütbəsidir.  “Ey”  – 
Uca  deməkdir.  “Sar”  –  hökmdar  deməkdir.  EySar  – 
uca hökmdar deməkdir. Bu Od – həqiqət qədim türk 
dilində  –  OdƏr  dilindədir.  EySar  İsaya  OdƏr  dili 
öyrətməyə  başladı.  OdƏr  dilində  indiyə  qədər  heç 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
22 
yerdə, heç kəsə məlum olmayan məlumatlar vermə-
yə  və  tamam  yeni  ruhda  əsərlər  yazmağa  kömək 
etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məh-
şər” və bir sıra başqa  əsərlər belə yarandı. İndi oxu-
culara  təqdim  olunan  “Türfə”  əsəri  də  bu  qəbil-
dəndir”.
5
 
Məhz buna görədir ki, İsa Muğanna hələ 1978-ci 
ildə “Məhşər” romanını bitirdikdə bundan sonra ya-
zacağı  əsərləri  “Karvan”
6
  silsiləsi  adlandırır  və  yer-
dəki  ömrünün  sonuna  qədər  bu  karvanın  mənzilə 
çatması  üçün  bir  anlıq  da  yolundan  sapmır.  Ötən 
əsrin 80-ci  illərindən bu tərəfə həm ölkənin  həyatın-
da baş verən ictimai-siyası, həm də özünün həyatın-
da baş verən iki infarkt onu bu idealdan ayırmır. 
1990-cı  illərdə  çap  olunan  yazılarının  hamısında 
oxucuya  onun  bu  silsilədən  olan  əsərlərini  hansı  ar-
dıcıllıqla oxumasını  israrla tövsiyə edirdi: “Yaxın və 
uzaq  keçmişimizin  tarixi  hadisələr,  bədii  süjetlər  iç-
ində  verilmiş  SafAğ  həqiqətlərinin  qavranılmasını 
asanlaşdırmaq  məqsədilə  mən  “İdeal”  romanını  ye-
nidən və sonuncu dəfə işlədim. Bu əsərlə tanış olma-
yan  oxucu  altılığa  daxil  edilmiş  romanlarda  SafAğ 
elminin təfsilatını dərk edə bilməz. Həmin romanlar 
–  “Məhşər”  (Ənşər  -mən  şər”)  “Qəbiristan” 
“GurÜn”,  “İsahəq,  Musahəq”,  “Cəhənnəm”,  burada 
göstərilən xronologiya əsasında oxunmalıdır ki, lazı-
mınca yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, 
bədii  süjetlər  içində  verilmiş  SafAğ  həqiqətlərinin 
                                                 
5 "Mən səni tanımıram, varsansa, Firuzəyə bir övlad ver", Senet.az,  (01 aprel 
2015) 
6 İsa Hüseynov, Məhşər, Bakı: Gənclik 1978, s 3. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə