Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə6/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   2   3   4   5   6   7   8   9   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
23 
qavranılmasını  asanlaşdırmaq  məqsədilə  fayda  ver-
sin. Muğanna, 27.01. 2013”.
7
 
Gördüyümüz  kimi,  müəllif  xronoloji  baxımdan 
“Məhşər”i birinci yazsa da, məhz onu “Karvan” silsi-
ləsinin  başlanğıcı  kimi  qeyd  etsə  də,  öz  sağlığında 
“Hədəf”  nəşrlərində  Şəmil  Sadiqin  redaktorluğu  ilə 
çap  olunan  son  əsərlərində  “Məhşəri”  ideya  baxım-
dan “İdeal”ın izləyicisi hesab edir. 
İsa Muğanna əsərlərinin yazılma və nəşr tarixini 
araşdırarkən  xeyli  problemlərlə  qarşılaşırıq.  Bu,  əl-
bəttə  ki,  müəllifin  bir  əsərə  dəfələrlə  yenidən  qayıt-
ması,  yenidən  qayıdandan  sonra  həmin  əsəri  artıq 
yeni bir  əsər kimi təqdim etməsindən irəli gəlir. Bu-
nu “İdeal” romanının nəşr tarixlərini araşdırarkən də 
görürük,  sonrakı  əsərlərində  də.  Ehtimalımıza  görə 
“İdeal”  əsərinin  üzərində  müəllif  6  dəfə  dəyişiklik 
etmişdir.  İlk  dəfə  “Yanar  ürək”  adı  ilə  1956-cı  ildə 
yazılan  əsər 1965-ci  ildə nəşr edilərkən, 1979-cu  ildə 
yenidən  nəşr  edilərkən,  1984-cü  ildə  “İdeal”  adı  ilə 
ilk  dəfə  çap  edilərkən,  1997-ci  ildə  “Peyğəmbərin 
möhürü” hissəsi əlavə edilərək çap edilərkən (bu va-
riantda  heç  bir  nəşr  ili  və  ya  nəşriyyat  göstərilmə-
mişdir.  Yəqin  ki,  Peyğəmbərin  möhürünə  verilən 
yeni  yozumun  yarada  biləcəyi  narahatlıqdan  qay-
naqlanır.  Hətta  əsərdə  hansısa  bir  redaktor  və  ya 
tərtib  edən  də  yoxdur.  Məhz  bu  baxımdan  nadir 
nəşrlərdən  hesab  edilir  və  çox  da  tapılmır),  2009-cu 
ildə “Avrasiya” nəşriyyatında 6 cildlik seçilmiş əsər-
ləri çap edilərkən və ən nəhayət, 2013-cü ildə redak-
                                                 
7 İsa Hüseynov, İdeal, Bakı: Yazıçı, 1986, s 8. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
24 
torluğumla  hazırlanan  nəşrlərdə.  Özünün  də  qeyd 
etdiyi  kimi  son  nəşr  mükəmməl  və  bitmiş  nəşrdir. 
Çünki nöqtə-vergülünə qədər yenidən baxıb, “EySar 
Çarmıxda”  adlı  bölməni  əlavə  edərək  nəşrə  təqdim 
etmişdir.  Hətta  əvvəlki  bölmələrin  arasına  xeyli 
əlavələr  də  etmişdi.  “İdeal”  romanından  sonra  həm 
yazılma tarixi, həm də ideoloji cəhətdən “Qəbiristan” 
romanı  gəlir.  Bu  əsərin  əmələ  gəlməsi  də  mənim 
bioqrafiyamla bağlıdır. L.N.Tolstoy deyir: “Lamartin 
yazır  ki,  yazıçı  yaşadığı  mühitdən  yazır.”  Doxsan 
beşinci  ildə  mən  arada  infarkt  keçirsəm  də,  demək 
olar ki, gözlənilmədən ağır xəstələnib reanimasiyaya 
düşdüm. Beyin işemiyası nəticəsində yaddaşımı itir-
mişdim. Çox uzun – doqquz dəqiqə sürən klinik ölü-
mün nə olduğunu bildim. Mərhum atam ölümündən 
qırx üç il sonra ətrafında beş nəfər adamla ağ geyim-
də  palataya  gəldi,  divar  dibində,  kresloda  oturub 
gözlərini  mənə  dikdi.  Mən,  demək  olar  ki,  heç  nə 
hiss etmirdim. Yalnız onu fikirləşdim ki, əlli üçüncü 
ildə  öldürüləndə  qırx  üç  yaşı  olan  atamın,  hesabla, 
indi  səksən  beş  yaşı  olsa  da,  sifətində,  qədd-qamə-
tində heç bir dəyişiklik yoxdur. Gözlərini mənə diksə 
də,  dodaqları  tərpənmədi.  Səssiz  təlqinli  ünlə  dedi 
ki,  yanımdakılar  əmilərindi.  Biz  OdAğÜz  Bağ-
OdƏrdən heç yana çıxmamışıq. Hamımız canlı insan 
qədər  canlı  işıqdan  ibarətik.  Sənin  beynini  sağalt-
mağa, yaddaşını bərpa eləməyə, klinikadan çıxandan 
sonra təzə roman yazmaq üçün kömək eləməyə gön-
dərilmişik.  Sən  EyƏr  planetində  bizim  BağÜn  Ev-
Ərimizsən  (Bağ  Ünü  –  Ev  işığımızsan).  “İdeal” 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
25 
romanında  SafAğ  elminin  əsasını  yazmısan,  amma 
hələ  kifayət  qədər  geniş  izahını  verməmisən.  Buna 
görə  də  romanın  davamını  “Qəbiristan”  adında  ro-
manda  yazmalısan”.
8
  Özünün  qeydinə  görə  bu  ha-
disə  1995-ci  ildə  baş  vermişdir.  Lakin  “Qəbiristan” 
romanının  yazılma  tarixini  son  nəşrində
9
  2004-2005 
yazdı.  Diqqət  çəkən  məqamlardan  biri  də  bu  əsərin 
yazılma  tarixini  və  xronoloji  ardıcıllığını  fərqli 
göstərməsidir.  Biz  “Məhşər”  romanını  “İdeal”dan 
sonra  oxunmasını  tövsiyə  etməsində  də  görmüşdük 
bu cür yanaşmanı, halbuki “İdeal” romanından daha 
öncə  yazılmışdır.  “Həyatımdan  səhifələr”  adlı  bib-
lioqrafiyasında  isə  biz  görürük  ki,  “GurÜn”  və 
“Cəhənnəm” romanları “Qəbiristan romanından ön-
cə yazılmışdır. Yəqin burda da müəllif sonradan işlə-
diyi variantı nəzərdə tutaraq bu cür qeyd etmişdir. 
“Qəbiristan”  romanından  sonra  mən  1993-cü  ildə 
“Dünya” jurnalında çap etdirdiyim “GurÜn” və “Cəhən-
nəm”  əsərlərini  yenidən  işləməyə  başladım.  Daha  sonra 
köhnə  əsərlərə  yenidən  qayıtmaq  vərdişimi  davam  etdirə-
rək  “Doğma  və  yad  adamlar”  romanının  da  yeni  varian-
tını yazıb adını da dəyişdirdim: “İsahəq, Musahəq” adlan-
dırdım.
10
  Gördüyümüz  kimi,  həm  93-cü  ildə  ilk  va-
riantı çap olunan “GurÜn” və “Cəhənnəm” romanla-
rını, həm də 93-cü ildə yenidən üzərində işlənməsinə 
baxmayaraq,  hələ  1958-1960-cı  illərdə  “Doğma  və 
yad  adamlar”  adı  ilə  yazılan  “İsahəq,  Musahəq”  ro-
manlarını xronoloji ardıcıllıq baxımından birinci Qa-
                                                 
8
 İsa Hüseynov, İlan dərəsi, Bakı: Hədəf nəşrləri. 2013, s 90. 
9
 İsa Muğanna, Qəbiristan, Bakı: Hədəf nəşrləri, 2013, s 6. 
10
 İsa Hüseynov, İlan dərəsi, Bakı: Hədəf nəşrləri, 2013, s 92.
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə