Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə8/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   4   5   6   7   8   9   10   11   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
29 
2014-cü  il  1  aprel  tarixinə  keçən  gecə  dünyasını  də-
yişdi.  Mistik  bir  hadisə  isə  burda  baş  verir  –  “Sirr 
qoxuyan kişi” taleyində. Yaradıclığının üçüncü döv-
rünü  başlayacağını  demişdi  ona  EySar...  O,  doğru-
dan  da,  yeni  yaradıcılığa  başladı,  amma  bu  dünya-
dan çox-çox uzaqda... 
Muğannanın  müstəqillik  dövrü  ədəbiyyatımıza 
gətirdiyi  yeni  üslub,  yeni  era,  yeni  məktəb  təkcə 
onun  bədii  əsərlərində  deyil,  publisistik  yazılarında 
və müsahibələrində də davam edirdi. 
Məhz  bu  səbəbdən  araşdırmamızı  İsa  Muğan-
nanı, İsa Hüseynov yaradıcılığından tam ayrı bir şə-
kildə, əlaqə yaratmadan təhlil etməyi qarşımıza məq-
səd qoyub romanları və povestləri üzərində işləməyi 
daha  vacib  sayır,  gələcək  yazılarımızda  və  monoq-
rafiyada bu məsələləri geniş şəkildə araşdırmağı dü-
şünürəm. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
30 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
31 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I FƏSİL 
 
 
 
 
 
Tarixilik və mistika dini-mifoloji aspektdə 
 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
32 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
33 
1.1 İsa Muğanna romanlarında vahid din 
konsepsiyası 
 
Dinlərin və təriqətlərin yaranma səbəbləri 
 
Bu  gün  dünyanı  bürümüş  müharibələr  və  çax-
naşmaların əksəriyyəti dini zəmində yaranan müna-
qişələrdən  doğduğunu  hamımız  yaxşı  bilirik.  İnanc-
sız bəşər ola bilməz. Mehmet Dikicinin dili ilə desək, 
"din  bir  inancdır,  lakin  hər  inanc  bir  din  deyil".
14
  Fikri-
mizcə,  bu  inanclar  bir  ideologiya  halına  gəldikdə, 
dinə  çevrildikdə  böyük  bir  təhlükə  mənbəyi  olur. 
Hələ ki, bu təhlükə mənbəyinin pultu bir qrup insa-
nın,  imperialistin,  dövlətin,  xüsusən  şər  qüvvələrin 
əlində  ola,  o  zaman  daha  təhlükəlidir.  Düzdür,  bu 
pultun  kütlənin  öz  əlində  olması  da,  təhlükəlidir. 
Lakin  planlı  şəkildə  yaradılan  ideologiyalar planlaş-
dırıldığı  üçün  insanlığa  daha  böyük  zərbə  vurmağa 
qadirdir.  Türkiyə  yazıçısı  Cemil  Meriç  dediyi  kimi, 
"həqiqət tərif edildikcə, təhrif edilir." Təhrif isə insa-
lığı  yanlış  istiqamətlərə  aparır.  Əgər  tarixə  nəzər 
salsaq,  insanların  kürəsəl  dini  ayrı-seçkiliyinin  har-
dasa səngidiyi bir vaxtda –erkən orta əsrlərdə dinda-
xili  münasibətlərin qızışdığını görərik. Bu, sonradan 
yaradılmış məzhəblər, təriqətlər əsasında özünü gös-
tərdi.  Maraqlıdır,  əgər  bütün  dinləri  insanlara  tək 
Tanrı  göndərmişdisə,  tək  Tanrının  çoxdinli  sistem 
yaratmaqda məqsəd nə idi? Belə çıxır ki, ya hər dini 
yaradan  bir  başqa  Allahdır,  ya  da  bir  deyim  olan 
                                                 
14
 Mehmet Dikici. Türklerde İnanclar ve Din. Ankara: Akçağ, 2005, s 24. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
34 
"yerdəki dinlərin Tanrıya heç bir aidiyyatı yoxdur." Və ya 
tutalım ki, dinin dediyi kimi, dinləri Tanrı  insanlara 
mərhələ-mərhələ  göndərib,  onları  düzgün  yola  səs-
ləyib. Onda belə çıxır ki, Aristotel kimi bir dahini gö-
rən dünyaya Xristianlıq və İslam kimi din gərək idi-
mi? Lap gerçək kimi təqdim ediləni qəbul edib düşü-
nək ki, İslam Tanrının insanlara göndərdiyi sonuncu 
dindir. Əgər belədirsə və dinlərin gəlişi sona çatmış-
dısa-sonuncu din gəlmişdisə, elə sonuncu dinin için-
dən  təriqətlərin  yaranmasına  nə  ehtiyac  var  idi? 
Məhz  ona  görə  təriqətlər  deyirik  ki,  bütün  kitablı 
dinlər özündən sonra gələnləri ya ümumiyyətlə, din 
adlandırmır, ya da uydurma din adlandırır. Necə ki 
Xristianlığın  yaradılışında  Musəviliyin,  İslamın  ya-
radılışında Musəvilik və Xristianlığın əlamətləri var, 
eləcə  də,  sonradan  yaradılmasına  cəhd  edilən  saxta 
dinlərin  hamısı  hansısa  dinin  təməlləri  üzərində 
qurulduğundan  təriqətlər  kimi  meydana  çıxmışdır. 
Marks və Engels bu barədə yazırdılar: “İslam dininin 
ideya  mənbələri  iudaizm  və  xristianlıq,  zərdüştlük, 
Qədim Şərq, xüsusilə ərəb mifologiyası olmuşdur”.
15
 
İranlı  alim  Hüseyn  Tövfiqiyə  görə  “Alimlərin  nəzə-
rincə, din cadugərlikdən, təbiətə pərəstişdən və müşriklik-
dən tövhid və təkallahlılıq mərhələsinə çatmışdır”.
16
 
Bu  məqamda  məqalənin  gedişatında  fikirlərimi-
zin daha aydın anlaşılması üçün diqqətinizə məhz üç 
böyük  səmavi  dinin  rəsmi  və  qeyri-rəsmi  təriqət  və 
məzhəblərini çatdırmaq istərdik: 
                                                 
15
 Marks K. Və Engels F., Din haqqında, Bakı, 1965, s 99. 
16
 Hüseyn Töfviqi, Böyük dinlərlər tanışlıq, Bakı:Xəzər Universitesi 
nəşriyyatı, 2013, s 27.
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə