Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə9/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
35 
İslamda Sünnilikdə Hənbəlilik, Hənəfilik, Maliki-
lik, Mötəzililik, Mövlavilik, Nurçuluq, Qadirilik, Rü-
failik, Sələfilik, Şafeilik, Şiəlikdə Babilik, Bəhailik, Bə-
dailik,  Bənanilik,  Bəktaşilik,  Carudilik,  Cəfərilik, 
Cənahilik,  Dəruzilik,  Haşimilik,  Keysanilik,  İmami-
lik, İsmaililik, Kamililik, Mənsurilik, Mehdiyyə, Mü-
favvizə, Muğabrilik, Nemətullahilik, Nəsriyyə, Nəza-
rilik, Numanilik,  Nüsayrilik, Qurabilik, Salihilik,  Sə-
bailik,  Süleymanilik,  Ulyanilik,  Vaqifilik,  Xətabilik, 
Yunusilik, Zərramilik, Zərrarilik, Zeydilik. 
Xristianlıqda  Adopsiyanizm,  Albigeosler,  An-
toinizm,  Arianizm,  Barnabascilar,  Benediktinler,  Bo-
gomilizm,  Cizvitlik,  Eukhitailer,  Flagellanti,  Fransis-
kenler,  Hieronymus,  Karmalitler,  Katarlar  Mani-
seizm,  Markionculuk,  Maruniler,  Meczuplar,  Moli-
nosculuk,  Montanosculuk,  Mormonlar,  Nasturiler, 
Paulusculuk,  Pietizm,  Presbiteryanizm,  Prutenlik, 
Quakerler,  Sabilik,  Shakerler,  Valdoculuk,  Valenti-
nizm. 
Yəhudi-Musəvilikdəki  təriqət  və  məzhəblər: 
Ortodoks  Yəhudilik,  Modern  Ortodoks  Yəhudilik, 
Haredi Yəhudiliyi, Hasidik Yəhudilik, Yeniden Yapı-
lanmacı Yəhudilik, Humanist Yəhudilik. 
Bu qədər dinin və ya təriqətin yaranma səbəbləri 
insanı  düşündürməyə  bilmir.  Fikrimizcə,  bu  gün 
dünya insanlarını yönləndirən bu fikir silahları müx-
təlif səbəblərdən meydana çıxmış və inkişaf etmişdir. 
Tədqiqatçıların  dinləri  təsnifi  müxtəlif  cürdür. 
Bunlardan diqqət çəkən bölgülər aşağıdakı kimidir: 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
36 
“1.  İlk  dinlər.  Bəzilərinin  dini  inkişafının  ilk  addımı 
olaraq  düşündükləri  animizm,  natürizm,  totemizm,  feti-
şizm  kimi  sadəcə  bir  kult  olaraq  düşünülən  nəzəriyyələr, 
ilk qəbilə dinləri (Nuer, Dinka dinlər ) 
2. Milli dinlər. Əsasən bir qurucusundan söz edilmə-
yən,  sadəcə  bir  millətə  aid  olan  ənənələr  çərçivəsindəki 
fəaliyyət  göstərən  dinlər  (Yunan,  Misir,  Roman,  Türk 
dinləri kimi) 
3. Dünya dinləri: İslam, Xristianlıq, Müsəvilik kimi.
17
 
Bu  bölgüyə  diqqət  etsək  və  dinlərin  bugünkü 
vəziyyətinə baxsaq, daha çox cəhalət və ayrıseçkiliyi 
dünya  dinləri  adlandırılan  müəllifli  dinlərdə  görə 
bilərik. Bugünkü bəşəri fəlakətlərin əsas baiskarı elə 
məhz müəllifli dinlərdir desək, yanılmarıq. 
Müəllifli  dinlərin  daxilindəki  parçalanmaların 
təzahürü  kimi  Ərəstun  Həbibbəyli  Sufi  cərəyanların 
yaranma səbələrini dörd amillə qeyd edir: 
"1.  Sufizm,  xüsusilə  islamın  ilkin  dövrlərində  bu 
dinin yeni ərazilərə yayılmasına xidmət etmişdir. 
2.  Müsəlman  dünyası  daxilində  baş  verən  siyasi  ha-
disələrə əks-reaksiya. 
3.  İslamdan  əvvəlki  elmi  dünyagörüşünün  dinin  im-
kan verdiyi çərçivədə əksi. 
4. Ərəb işğalı hesabına vahid ümmətə çevrilən müsəl-
man  dünyasında  ayrı-ayrı  milli-etnik,  teoloji  xüsusiyyət-
lərin təzahürü".
18
 
Prof.  Dr.  Neşet  Çağatay  və  prof.  Dr.  İbrahim 
Agih  Çubukçu  “İslam  məzhəbləri  tarihi”  kitabında 
                                                 
17
 Mehmet Dikici. Türklerde İnanclar ve Din. Ankara: Akçağ, 2005, s 26. 
18
 Ərəstü Həbibəyli, Sivilizasiyaların kəsişməsində türk dünyası, Bakı: Elm və 
Təhsil, 2011, s 166.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
37 
da  İslam  dinindəki  məzhəblərin  yaranma  səbəbinin 
dörd olduğu qənaətindədirlər: siyasət, İslam dövləti-
nin  sərhədlərinin  genişlənməsi,  mənfəət,  savadsız-
lıq.
19
 
Dinlərin  və  ya  məzhəblərin  yaranma  səbələrini 
isə biz bu cür ümumiləşdirə bilərik: 
1. Kamil insanın həqiqət axtarışı; 
İnsanın  dünyanı  dərki  yolundakı  mübarizəsi 
şəraitində inanclar sistemi formalaşmağa başladı. Bu 
inanclar zaman-zaman böyük kütlələri əhatə etdi və 
beləcə,  tayfa  və  qəbilələr  bu  inanc  sisteminin  gətir-
diyi qaydalarla idarə edilməyə başlandı. Sonralar isə 
həmin  sistemin  yetişdirdiyi  sonrakı  nəsil  –  kamil 
insanlar  inandıqları  dinin  naqisliyi  qənaətinə  gəldi 
və  yeni  ideya  axtarışına  çıxdı.  Əldə  olanın  əsasında 
yeni və saf ideologiya yaratmağa cəhdlər etdi ki, sirli 
dünyanı  olduğu  kimi  anlaya  bilsin  və  yaşam  tərzini 
qaydaya salsınlar. 
Bu inanclar, dinlər sistemi seçilmiş, haqq uğrun-
da  yola  çıxan  kamil  insanların  arzusu  idi.  Onlar 
inanclarının  batininə  endikcə  təhriflərin,  gizlədilmiş 
sirlərin  olduğu  qənaətinə  gəldilər,  inandıqları  dinin 
əsasları  üzərində  yeni  konsepsiyalar  irəli  sürdülər, 
zaman-zaman  haqq  səslərini  insanlara  çatdırmağa 
başladılar və təşkilatlandılar. Onların tərəfdarları ço-
xaldıqca bir din modeli yarandı... 
 
                                                 
19
 Neşet Çağatay və İbrahim Agih Çubukçu, İslam məzhəbləri tarihi, Ankara 
Universiteti Basımevi, 1985, s 10-11. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
38 
2.  Zamanın  yaratdığı  dinlər  və  ya  dinlərin  za-
manla ayaqlaşdırılması; 
İnsan  şüurunun,  elm-texnikanın  inkişafı  nəticə-
sində dəyişən dünyaya uyğunlaşdırılmış dini yaşam 
tərzi  yaratmaq  arzusu.  Bu  gün  istər  din  xadimləri, 
istərsə də hər hansı bir dinə mənsub olan insan təq-
dim  olunan  dini  olduğu  kimi  yaşaya  bilmir.  Çünki 
insan  ruhu  çərçivə  sevmir  və  azaddır  daima,  lap 
Tanrısı kimi. Biz tarixdən, bədii əsərlərdən  də görü-
rük ki, dinlərin qoyduğu qadağaları ilk pozan elə din 
keşikçilərinin  özləri  olmuşlar.  Belə  halda  ortalığa 
digərlərindən daha geniş düşünməyi bacaran dahilər 
çıxmış,  zaman  və  şəraitə  uyğun  olaraq  özünün  başa 
düşdüyü  dini  dünyagörüşü  sistemə  salmışdır.  Bu 
fikirlərlə razılaşanlar onun ətrafına toplaşandan son-
ra isə artıq bir cəmiyyət yaranmış və bu idelogiyaya 
inanıb  onu  geniş  kütlələrə  yayanlar  meydana  çıx-
mışdır. Bu isə artıq dinləri, təriqətləri meydana gətir-
mişdir. Və beləcə, parçalanmağa və savaşmağa başla-
mışdır  insan.  Mövlanə  Cəlaləddinin  dediyi  kimi, 
"təriqət  qanlı  yoldur.  Orda  can  vermək  də  hər  ada-
mın bacardığı iş deyil. Əldən düşənə qədər savaşmış, 
zəiflər  məğlub  olmuşdur.  Amma  ideyaları  məğlub 
olmamış,  insanlar  öz  ideyalarını  bəzən  heç  kimə  aç-
madan  onu  yaşamışdır."  Əslində  din  də  bir  yaşam 
tərzidir. Hər kəsin özünəməxsus yaşam tərzi düzgün 
ola  bilmədiyi  üçün  ideologiyaların  nəzarəti  altında 
da yaşam tərzi çərçivəyə salınmağa cəhd edilmişdir. 
Bu isə heç bir zaman azad insanı qane edə bilməzdi. 
Dininə  sadiq  bir  insan  birdən  oxuyur  ki,  sən  örtün-


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə