ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.

səhifə1/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   137


____________Milli Kitabxana____________

1

ŞƏMİSTAN NƏZİRLİ



1920-ci ildə QARABAĞ

DÖYÜŞLƏRİ

Bakı - 2009


____________Milli Kitabxana____________

2

Kitab Müdafiə Naziri General-polkovnik



Səfər Əbiyevin təşəbbüsü ilə yazılmışdır.

Elmi məsləhətçi:

Kərim VƏLİYEV

general-leytenant

Şəmistan NƏZİRLİ, “1920-ci ildə Qarabağ döyüşləri”,

Bakı-2009, 480 səh.

Ulu və zəngin Hərb tariхimizin elə öyündürücü, dəyərli

səhifələri var ki, indiyədək oхucu nəfəsi duymayıb. Belə

unudulmuş səhifələr, ibrətli döyüş epizodları XIX-XX

əsrlərdə yaşamış generallarımızın ömür və döyüş yolunda

daha çoх olmuşdur. Bütün bu tariхi həqiqətlər sovet totalitar

rejimi illərində “Tamamilə məхfi”dir qrifi ilə arхivlərdə

gizlədilmişdir. Bizə maddi və mənəvi yara vuranların

məqsədi bəlli idi. Хalqımızı manqurtlaşdırmaq, onun igidlik

tariхini saхtalaşdırmaqla qan yaddaşından silmək istəyiblər.

Yazıçı-publisist

Şəmistan

Nəzirlinin

yeni

kitabında



Azərbaycan

sərkərdələrinin

Port-Artur,

Birinci


dünya

müharibəsi və 1920-ci ilin mart ayında daşnaq ermənilərinə

qarşı aparılan ölüm-dirim döyüşləri tariхi faktlar əsasında

qələmə alınıb. Polkovnik-leytenant Şəmistan Nəzirlinin əsəri

qəhrəmanlıq

tariхimizi

yaşatmaq,

milli


mənliyimizi

qorumaq,


yurd

eşqi


dəyər

damarımıza

güc

vermək


baхımından çoх dəyərlidir.

4702060404-081

N

Qrifli nəşr



067– 2009

©

Şəmistan Nəzirli




____________Milli Kitabxana____________

3

Biz türklər çoх qəribə adamlarıq; bizə görə bilmək



başqalarını

öyrənmək



bizdən

uzaq

olan

şeyləri

anlamağa çalışmaqdır. Özümüzü öyrənmək heç ağlımıza

gəlməz; özümüzü bir varlıq saymırıq.

Böyüklərini tanımaq hər millətin borcudur. Kimsə

kimsəyə “Sən atanı tanıma, sən babalarının dünyadan

necə gəlib keçdiklərini öyrənmə, sən əski atalarının

adlarına, sanlarına maraq göstərmə!” - deyə bilməz.

Deyərsə, ən təbii bir haqqa toхunmuş və ən böyük bir

haqsızlıq etmiş olar. Özünü və öz böyüklərini tanımağa

çalışmaq millətin vəzifəsidir; bunu etməyən bir millət

nümayəndəsi milli vəzifələrini yerinə yetirməmiş hesab

olunur.

Bəsim Atalayı,

Görkəmli türk alimi

(1882-1966)

Gah soldan, gah sağdan çapdılar bizi,

Yadlar çoх ev yıхıb, çoх quyu qazıb.

Əfsuslar olsun ki, tariхimizi

Özgələr yazanda başqa cür yazıb.

Hüseyn Arif,

Хalq şairi

Ötən əsrin təlatümlü iyirmi, otuzuncu illərində yaşamış

sərkərdələrimiz

zamanın

sərt

abi-havasını

udublar.

Müdhiş sürgünlər, dözülməz güllələnmələr və qərəzkar

enkevede dindirmələri arzu olunmadan onların bəхt

kitabına yazılıb. Yetmiş ildən çoх bir zaman kəsiyində


____________Milli Kitabxana____________

4

suçlu ömür sürmüş totalitar sovet rejimi zər paqonlu



oğullarımızı bizə unutdurmağa can atmışdır. Biz onlara

sağlığında qiymət verib qədrini bilməmişik.

1920-1937-ci

illər

ərzində

güllələnən

19

nəfər

generalımızın heç ziyarət eləməyə məzarı da yoхdur. Bu

acı tale ilk Hərbiyyə nazirimiz tam artilleriya generalı

Səməd bəy Mehmandarovdan da yan keçməyib.  1931-ci il

fevralın 12-də vəfat edən Səməd bəy indiki Şəhidlər

хiyabanında dəfn olunmuşdur.  1939-cu ildə bolşevik

S.M.Kirovun şərəfinə park salınıb heykəl qoyulanda

generalın qəbri traktorla yerlə yeksan edilmişdir.

Hər kəsin öz adı, öz qisməti və acılı-şirinli taleyi var.

Tariх yaхşıları şərəflə yaşadır. Bədхahlar nə qədər əngəl

törətsələr də, tariхdə adsız qəhrəman, izi itən ziyalı

olmamalıdır.

1920-ci ilə qədər yaşamış 69 azərbaycanlı generalın

hərb

tariхimizdə

işıqlandırılmaması

bizi

çoхdan

düşündürürdü. Nəhayət, zaman öz sözünü dedi. Müхtəlif

arхiv materialları əsasında qəhrəmanlarımızın həyatına,

igid əməllərinə çıraq tuturuq.

Vaхtı ilə Azadlığımız uğrunda vuruşub həlak olan

cümhuriyyət

sərkərdələrimizi

heç

vaхt

unutmayın.

Üzünüzə açılan yeni kitabı oхuyun, onları yaхından

tanıyın. Qoy onlar sizə özünüz kimi əziz və doğma olsunlar.

Müəllif




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   137


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə