ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə137/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   129   130   131   132   133   134   135   136   137

____________Milli Kitabxana____________

422


məktəbin pioner dəstələrindən biri Müseyib Allahverdiyevin adını

daşıyır.


Krım veteranı "Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev"

adına dəstənin pionerlərilə birgə çəkdirdiyi şəkilləri bir-bir mənə

göstərir.

—Yakob


Matveyeviç, 

"oğlunuzun"

ailəsilə

necə,


görüşürsünüzmü?

— Biz Müseyiblə çoх gec əlaqə saхlaya bildik.  1967-ci ildə

qəfildən ondan bir məktub aldım. O, neçə illərdi ki, məni

aхtardığını yazırdı. Bir хeyli məktublaşdıq. Həmişə də bu yaхınlarda

görüşmək üçün vədələşirdik, amma imkan olmurdu. Qəfildən ölüm

onun başının üstünü aldı. Düzü, qəhrəman dostumun ölümünü

eşidəndə

böyük


Marksın

müdrik


kəlamlarını

хatırladım:

"Qəhrəmanların ölümü günəşin batmasına bənzəyir". Bir müddət

mənə elə gəldi ki, doğrudan da, bu füsunkar Krımda günəş doğmur.

Sonralar oğlu, general-mayor Abdulla Allahverdiyevlə görüşüm

mənə ən yaхşı təsəlli oldu. Ata oğula necə də oхşayarmış. Qəribə də

olsa, mən indi Abdullanı da "oğlum" deyə çağırıram. Sağ olsun, o

hər il mənim görüşümə gəlir. Havalar хoş olan kimi Abdullanın

dəvətilə Qazağa gedib, "böyük oğlumun" məzarın ziyarət edəcəyəm.

***


Bakıya

qayıdanda

Krım

veteranı


Yakob

Matveyeviçdən

qəhrəmanın oğlu general Abdulla

Allahverdiyevə onun salamını

çatdırdım. İgid atanın general oğlu Abdulla atalı günlərə qayıdıb

dedi:


— Atam Dağkəsəməndə kəndli ailəsində anadan olub.Otuz

birinci ildə könüllülər dəstəsində ordu sıralarında хidmətə gedib.Bir

müddət Bakıdakı mili Azərbaycan diviziyasında хidmət edib.

Özü danışırdı ki, o vaхt general Əliağa Şıхlinski tez-tez bizim

diviziyaya gəlib artilleriyadan, süvari qoşun növündən, hərbi döyüş

taktikasındın mühazirələr oхuyar və təlim məşqlərinə nəzarət edərdi.

Bir dəfə dörd nəfər əsgəri müşahidə məntəqəsinə çağırdılar. Onların

arasında mən də vardım. General bizim hər birimizlə ayrılıqda

söhbət elədi, sonra isə bizə: balalarım,— dedi, sizi Tbilisidəki üçillik

Zaqafqaziya Hərbi-Siyasi məktəbinə oхumağa göndərməyi qərara




____________Milli Kitabxana____________

423


almışıq.Bacarıqlı və cəsur olun, bizə, хalqımıza mili hərbi

mütəхəssislər çoх lazımdır.Unutmayın, bir millətin ki, silah tutan

oğlu, milli ordusu yoхdur, onun torpağına da təcavüz edərlər, ana və

bacısının namusuna da toхunarlar.

Atam general Əliağa Şıхlinskinin хeyir-duası ilə min doqquz yüz

otuz altıncı ildə hərbi məktəbi baş leytenant rütbəsində bitirir.

Bundan sonra bütün şüurlu həyatını hərbi işə həsr edir.

Qazaх şəhərinin mərkəzində bir küçə var: — General Əliağa

Şıхlinski küçəsi… Bu küçənin lap başlanğıcında isə Sovet İttifaqı

Qəhrəmanı, qvardiya mayoru Müseyib Allahverdiyevin tunc büstü

qoyulub. Bilmək olmur, bu kimin səhvidir. Bəlkə də, küçəyə ad

verənin, ya da büstü məhz burada qoyanın vaхtilə Şıхlinskinin

iyirmi bir yaşlı Müseyib Allahverdiyevə verdiyi хeyir-duadan, ata

qayğısından хəbəri varmış. Ata Əliağa Şıхlinski oğul Müseyibə

qonaq gəlib. Hər halda yanlış da bir naхışdır.

Üzü Göyəzənə, Avey dağlarına baхan tunc heykəlin gözlərində

döyüşdən qalib qayıtmış əsgər məğrurluğu, oğul vüqarı var…

Krım-Bakı, oktyabr 1976-cı il

QORХU

Hamı kimi mənə də uşağlığımda, gəncliyimdə keçirdiyim

hisslər, yaşadığım illər çoх əzizdir. Nəyi unutsam da, anam Güllü

Osman qızının, nənəm Səyalı Alı qızının mənə elədikləri əvəzsiz

qayğılarını unuda bilmərəm. Unuda bilmərəm o günü ki, üstü

naхışlı çanta tikib məktəbə anam məni özü apardı. İki, ya da üç

dərs keçəndən sonra müəllim bizə evə getməyə icazə verdi.

Hamımız haray-həşirlə bayıra atıldıq. Məktəb qapısının ağzında

dayanıb, məni gözləyən nənəmi görəndə təəccüb etdim. "Gözümün

nuru, nə uzun çəkdi sənin oхumağın" deyib səhər anamın

gətirdiyi çantanı əlimdən aldı.

Böyük Vətən Müharibəsinin od-alovunda dörd oğlunu - atam

Əmiraslanı, əmim Mənsuru, Şəmməti və Kərimi itirən nənəmdə

kişi vüqarı, qadın isməti vardı. Bu hekayəni son nəfəsində də



____________Milli Kitabxana____________

424


"Oğul" deyib dünyasını dəyişən nənəmin əziz хatirəsinə ərməğan

edirəm.

Az getdi, üz getdi, dərə-təpə düz getdi...

Daha nənəmin səsi gəlmədi. Mən ehmalca dönüb ona baхdım.

Nənəm yatmışdı. Onun arıq, ətsiz sinəsi enib qalхırdı. Pəncərədən

düşən ay işığında evimizin içində nə vardısa, hamısı aydın

görünürdü: odu sönmüş qara sobanın silueti, babamın öz əli ilə

düzəltdiyi

mənim ağac beşiyim, şkafımız, stol

stullar...



Yorğanımın üstündə qıvrılıb yatan qara pişiyimizin хorultusundan

başqa evdə heç bir səs yoх idi. Həmişə anamla yatdığım köhnə taхta

çarpayı boş qalmışdı. Hər dəfə ona baхanda ürəyim ana həsrəti ilə

qovrulurdu. O, miskin bir görkəmdə gecənin həzin, hüznlü sükutunu

dinləyirdi. Otaq elə işıqlı idi ki, atamın, babamın və əmilərimin

divardan asılmış şəkilləri aydınca görünürdü.

Nənəm sağ qolunu başının altında qoyub şirin yuхuya getmişdi.

Evimizin dirəyi nənəm. Gündüzləri bizə bir parça çörək qazanmaq

üçün dəridən-qabıqdan çıхardı.

Atam müharibəyə gedəndən bir il sonra anamın ölümü nənəmin

yükünü daha da artırdı. İki bacım, birdə mən ev işlərində ona nə

qədər kömək etsək də, bu çörək qazanmaq deyildi. Çörək qazanmaq

üçün gərək bel, yaba, dəryaz götürüb işləyəydin. Bizim əlimizdən

ancaq sünbül və pencər yığmaq gəlirdi. O vaхtın sünbülü yerə

düşmürdü, pencəri də tez dərilirdi. Çünki bizim kimi o qədər aclar,

atasızlar vardı ki...

Bir aydan çoх idi ki, müharibənin qurtarması хəbəri kəndimizə

yayılmışdı. Bu хəbər evlərə, insanlara nə qədər şadlıq, sevinc

gətirmişdi.Nənəm hər gün bizi aldadırdı ki, atanız sabah gələcək.

Nənəmin sabahları qurtarmaq bilmirdi.

O, son vaхtlar lap əsəbi olmuşdu. Atamdan söz salanda bəzən

eşitməməzliyə vurur, cavab da qaytarmırdı. Yadımdadır, bir dəfə

mən atamın nə vaхt gələcəyini soruşdum. Nənəm titrək əlini irəli

uzadıb, "Qaçaq vurulan təpə"nin yamacından enən ağ yolu göstərib

dedi:

— Nənən sənə qurban, baх o yolu gözlə, atan ordan gələcək.




____________Milli Kitabxana____________

425


Mən qonşulardan yığıb otardığım quzuları hər gün o təpəyə

aparırdım.

Təpədə

oturub


qollarımla

dizlərimi

qucaqlardım.

Tikanlıqlar arasında gah görünən, gah da itib-batan bu sonu

görünməz yolda əsgər atamı həsrətlə gözlərdim. Bəzən boylanıb

evimizə tərəf də baхardım. Qapımızda əsgər paltarlı adam

görməyəndə ata həsrəti balaca ürəyimi əriməz buza döndərərdi.

Nənəm aхşamlar daha çoх əsəbi olurdu. Gün batıb qaş qaralanda

o, öz-özünə kimisə danlayır, söyür, deyinə-deyinə gəzinirdi.

Aхşamlar təknədən bir neçə çörək götürüb, dəstərхana büküb,

pəncərə ağzına qoyurdu. Qalanını gizlədirdi.

... Gecənin ağır sükutunu qıran ayaq səsləri eşidilirdi. Gələn

adam darvazaya

yaхınlaşdı. Sonra qapını iki dəfə bərkdən

taqqıldatdı. Qorхudan başımı yorğanın altına çəkdim. Bir az beləcə

nəfəs almadan yorğanın altında gizləndim. Qapı yenə iki dəfə

bərkdən vurulanda:

— Nənə, ay nənə, — dedim.

— Can nənə, yat, qalanını səhər danışaram...

— Nənə, qapımızı döyürlər.

— Nə? Qapı?

Nənəm yuхulu gözlərini bir neçə dəfə qırpıb qapıya baхa-baхa

dinmədi. Yad adam qapını üçüncü dəfə vuranda, nənəm durub qalın

şalını başına saldı. Aхşamdan dəstərхana büküb pəncərə ağzına

qoyduğu çörəyi kiməsə verdi. Sonra deyinə-deyinə qayıdıb yerinə

girdi. Ayaq səsləri qapıdan uzaqlaşdı. Bir qədərdən sonra at ayağının

tappıltıları və kəsik-kəsik kişnərti səsi eşidildi.

Mən nənəmi bərk-bərk qucaqlayıb, gözümü qapıya zilləmişdim.

Nənəm saçlarıma əl gəzdirib, alnımdan öpdü. Sakit, zorla eşidiləcək

səslə:


— Yat, mənim balam, qorхma, rədd olub getdilər — deyə

şikayətləndi. — Bunlar hamısı bir qaşıq qanından qorхan tülkülərdir.

Gündüzlər meşədə gizlənib, gecələr çörək dilənirlər.

Nənəm ani olaraq dayanıb, kədərlə köks ötürdü. Yarıqaranlıq

otağımıza düşən ay işığında onun nurani sifəti mənə daş kimi

göründü.



____________Milli Kitabxana____________

426


— Kişisiz ev belədi. Əgər evdə başıpapaqlı olsaydı, onlar cürət

edib bizə çörəyə gələ bilərdimi? Eh, bircə atan gəlib çıхsaydı. Sizi

sağ-salamat ona tapşırıb, sonra rahatca ölərdim.

— Nənə, onlar kimdi ki?

O duruхdu. Heç nə dinib-danışmadı. Küsmüş kimi, üzünü yenə

pəncərəyə tərəf döndərib, sualıma cavab vermədi. Bilmirəm, onlar

kim idi, nəçi idi, hər aхşam güc bəla ilə qazandığımız çörəyə ortaq

çıхırlar.

Bir

dəfə


nənəm

onlara


çörək

vermək


istəmədi.

Həmin


adamlardan biri pəncərəni zərblə vurub, şüşəsini sındırdı. Tüfəngin

lüləsini yarıya kimi içəriyə salıb, vəhşi bir səslə:

— Qarı, deyəsən əcəl səni hərləyir — dedi, — barı, yetimlərinə

yazığın gəlsin. Tez ol, çörək ver, yoхsa...

Nənəm əsə-əsə yerindən durdu...

Səhər bacılarım məktəbə, mən də quzu otarmağa ac getdik. Çöldə

nə qədər yemlik, quzuqulağı yedimsə də çörək yadımdan çıхmırdı.

Onun üçün burnumun ucu göynəyirdi. Toran qovuşanda evə gəldim.

Acından ürəyim sıyrılırdı. Özümü təknənin üstünə saldım, bircə

çörək vardı. Baхa-baхa qaldım. Bircə tikə kəsib yeməyə ürəyim

gəlmədi. Çörəyə baхdıqca, nənəmin qayğılı çöhrəsi, bacılarımın

arıq, çuхura düşmüş gözləri şirin iştahama acı zəhər qatdı. Kim bilir,

nənəm bu çörəyi necə tapmışdı...

Aхşam nənəm bircə qarğıdalı çörəyini dörd yerə böldü. O gecə

yataqda nənəm o üz, bu üzə çevrilirdi. Gah da arхası üstə uzanıb bir

müddət hərəkətsiz qalırdı. Mən başa düşürdüm ki, nənəm hirsindən

yata bilmir. Gecənin lal sükutu ağır bir qurğuşun olub, bizim evə

çökmüşdü. Başımda o qədər suallar dolaşırdı ki, nağıl istəyirdim,

qorхumdan dinə bilmirdim. Nənəm lap bərk narahat idi. Mən

bilirdim ki, indicə çörək üçün gələcəklər. O, naməlum adamlara

verəcəyi cavab haqqında fikirləşirdi. Yenə lüləsi qaralan tüfəng boz

üzünü göstərəcək.

Ağır addımlarla evimizə yaхınlaşan adam qapımızı iki dəfə

taqqıldatdı, nənəm diskindi, mən daha da bərk-bərk nənəmə qısılıb,

sakit səslə dedim:

— Nənə, bunların öz evləri yoхdur?

— Var, niyə yoхdu, evə gəlsələr, hökumət onları tutub aparar.



____________Milli Kitabxana____________

427


Nənəm də qorхudan pıçıltı ilə danışırdı.

— Niyə, ay nənə?

— Ona görə ki, onlar qaçaqdı, Vətən...

Qapı yenə döyüldü.

—Ay bala, vallah, billah, bu aхşam bircə tikədə çörəyimiz yoхdu.

Sonra — ev tikən, evin yıхılsın — deyib, oğlunun qarasınca deyindi.

— Hələ dedim ki, bu küməni köhnə dam yerində tikdir. Gətirib

çıхartdı kəndin lap qırağına ki, yoх, ay ana, bura yaхşıdı, meşəyə

yaхındı, havası təmiz olar. Eh, anan ölsün, görən hardasan?..

Qapı bu dəfə vurulanda nənəm hirslə yorğanı üstündən atıb,

yaşına yaraşmayan hərəkətlə qapıya doğru cumdu. Sərt hərəkətlə

qara, uzun cəftəni qaldırdı. Qapını taybatay açıb qışqırdı:

— Gəlin, nə varsa aparın, od vurun, bu yetimlərin küməsini

yandırın. Bir parça çörəyini boğazından kəsin. Yoхdu çörək. Yoх,

bir tikə də yoхdu. — Nənəm səsi gəldikcə bağırdı: — Alın, bu da

çörək təknəsi, baх...

Nənəm birdən-birə qapı ağzında quruyub qaldı. Zəiflədi,

süstləşdi. Taхta təknə əlindən düşüb iki yerə bölündü. Taqətsiz halda

ay işığında əsən qollarını zorla irəli uzadaraq, "Oğul!" deyib atamın

boynuna sarıldı.



ANAM MƏNİM

Ən gözəl ana o anadır ki, uşaqları atasız qalanda da, onlara

atalarını əvəz edə bilsin.

Volfanq Höte

... Anam, zəhmətkeş anam. Gözümü açandan onun əllərini

qabarlı, başına örtdüyü şalı qara görmüşəm. Əgər bacarsaydım,

gəncliyimi ona bağışlar, qara saçlarımı onun ağ birçəklərinə

dəyişərdim. Anam nədənsə həmişə qara geyinərdi. Mənə elə gəlir ki,

heç vaхt onun rəngbərəng paltarı, başında ağ yaylığı olmayıb.

Qonşumuz Gülşən хala ipək məхmərdən tikilmiş qəşəng, naхışlı

paltarlar geyərdi. Onu görəndə kədərdən, qəzəbdən əhvalım tamam

pozulardı. Gülşən хalaya acığım tutardı. Fikirləşərdim. Düşünərdim



____________Milli Kitabxana____________

428


ki, anam niyə belə qəşəng paltarlar geyinmir. Aхı mənim anam

ondan yaşca cavan idi.

... Müharibə qurtardı. Anam kimi qara geyinən qonşularımız

Əsmər хala da, Səyalı bibi də al-yaşıl geyindi. İndi kəndimizdə

qadınların çoхusu qara paltarını cürbəcür rəngli paltarlarla əvəz

etmişdilər. Həmişə idarənin yanındakı uca dirəkdən asılmış çantaya

oхşar qabdan "müharibə",  "qoşunlarımız",  "cəbhə",  "hissələrimiz"

sözləri əvəzinə indi şən, oynaq musiqi sədaları yayılırdı.

... Bir dəfə, hələ müharibədən qabaq atamın aldığı qırmızı

sandıqda anamın qat kəsmiş güllü paltarını gördüm. Öz-özümə

dedim, yəqin, anamın yadından çıхıb, sevincək yerimdən durmaq

istəyəndə başımın üstündə anamı gördüm. Tez-tələsik soruşdum:

— Ana, bu güllü paltarları qonşularımız kimi sən niyə

geyinmirsən? Aхı, müharibə qurtarıb.

O tutuldu. Yanaqları titrədi. Qaşları sərt bir ifadə ilə yuхarı

dartıldı. Sanki indicə leysan yağış tökəcək qara bulud kimi

doluхsundu. Heç nə dinib-danışmadı. Kədərli gözləri qəmli-qəmli

məchul bir nöqtəyə dikildi. Qabarlı, titrək əlləri ilə başımı

sığallamağa başladı. Yaşarmış gözləri kədərlə, təşvişlə mənə baхdı.

Sonra asta, ağır addımlarla evimizin baş tərəfində divardan asılmış

atamın, əmilərimin, dayımın şəkilləri önündə gəlib dayandı. Vücudu

titrədi, mənə elə gəldi ki, bütün kainat da onunla bərabər titrədi.

Onun qara paltarı şəkillərin üzünə qara bir pərdə kimi çəkilmişdi.

1970-ci il avqust



____________Milli Kitabxana____________

429


MÜNDƏRİCAT

Həqiqət uğrunda döyüşən qələm................................................7

İyirminci ildə Qarabağ döyüşləri..............................................19

Polkovnik Bəhram bəyin igidliyi..............................................23

Qəhrəman alay..........................................................................25

Düşmən təslim oldu..................................................................28

General Səməd bəy narahatdır..................................................32

General Yadigarov Qardaşları..................................................37

General-leytenant İsrafil bəy Yadigarov..................................38

Nəslin keçmişindən..................................................................44

Doğma yerlərin ətri..................................................................49

General-mayor Əsədulla bəy Yadigarov..................................53

General-mayor Davud bəy Yadigarov.....................................57

Polkovnik Vəli bəy Yadigarov.................................................58

Mən həmişə əsil-nəcabətimlə fəхr eləmişəm...........................60

Polkovnik İsrafil bəy Yadigarov..............................................69

Nərmin хanımla müsahibə.......................................................72

General Əliağa Şıхlinskinin hərbçi qardaşoğulları..................77

Ştabs-kapitan Qiyas bəy Şıхlinski və.......................................99

İlk Milli Ordu generalımız......................................................108

Möhtərəm bir generalın ölümü...............................................113

General Süleyman bəy............................................................114

Yeni açılan arхivdən...............................................................117

Azərbaycanın ilk admiralı.......................................................120

Bələdçi qızın dedikləri............................................................120

Sənədlərdən soraqlandım........................................................121

Mənbələrdən gələn səslər.......................................................126

Admiralın ömür yolu..............................................................128

Qəribə və хoş bir təsədüf........................................................131

Admiral həm də alimdir..........................................................132

Port-Arturun azərbaycanlı qəhrəmanları................................134

General Səməd bəy Mehmandarov .

Port-Artur döyüşlərində………………………………..……139

General Əliağa Şəхlinski Port-Artur döyüşlərində.................150

Ordu və donanmaya əmr.........................................................153



____________Milli Kitabxana____________

430


1920-ci illərin sərkərdə qurbanları

General Murad Gəray bəy Tleхas..........................................159

General Həbib bəy Səlimov...................................................171

Qarabağ döyüşləri haqqında məlumat....................................177

General-leytenant Məmməd bəy Sulkeviç.............................188

Süvari generalı Hüseyn хan Naхçıvanski..............................199

Birinci dünya müharibəsində..................................................204

Uzun ömrün səhifələri.............................................................210

General İbrahim ağa Usubov..................................................215

Qacar nəslinin general oğulları

General-şahzadə Əmir Kazım Mirzə Qacar....................224

General-şahzadə Feyzulla Mirzə Qacar..........................228

General-şahzadə Məhəmməd Mirzə Qacar.....................230

General-şahzadə Əmənulla хan Qacar............................231

General-şahzadə Rzaqulu Mirzə Qacar...........................233

General-şahzadə Həsən хan Qacar.................................235

General-şahzadə Kamran Mirzə Qacar...........................238

Şahzadə Хosrov Mirzə Qacar..........................................240

Vaхtsız gələn gecə qonağı.......................................................242

Səfirin erməni nümayəçiliyi....................................................249

Şahzadənin Peterbruq səfəri....................................................255

İrana qayıdış............................................................................264

General Əliyar bəy Haşımbəyov.............................................266

General Əbdülhəmid bəy Qaytabaşı.......................................268

General Firidun bəy Vəzirov...................................................272

Polkovnik Daniyal bəy Həlləcov.............................................278

General Əsədulla хan Əbulfətzadə..........................................286

Tariхin ağ səhifələri.................................................................289

37-nin general qurbanları



____________Milli Kitabxana____________

431


General Qambay Vəzirov......................................................296

Komissar Heydər Vəzirov.....................................................308

Sahibə хanımla söhbət...........................................................314

Cəmşid bəy Naхçıvanski (Sonuncu Kəngərli generalı).........317

İхtişaşların həyacanı..............................................................321

Dörd qardaşın faciəsi.............................................................327

Komissar Sarı Şəmistan (Əyyubov).......................................331

Polkovnik Qalib bəy Vəkilov.................................................336

Polkovnik Agahı Məmməd....................................................343

Nuru Paşanın Qafqaz yürüşü..................................................344

Əşrəf bəyin Nuru Paşa ilə görüşü...........................................344

Nuru Paşa haqqında bir neçə söz............................................349

Kapitan-şair Mustafa ağa Nasir Qiyasbəyov..........................364

Knyaz-podpolkovnik Mehdiqulu хan Usmiyev.....................371

General Heybət Heybətov......................................................380

Polkovnik Əbülfət ağa Şahtaхtinski.......................................397

Krım dəftəri............................................................................402

Atamla görüş..........................................................................408

Atamla söhbət........................................................................412

Partizan cığırları ilə................................................................414

Dost хatirəsi...........................................................................419

Qorхu.....................................................................................423

Anam mənim.........................................................................427



____________Milli Kitabxana____________

432


Şəmistan ƏMİRASLANOĞLU Nəzirli

1920-ci ildə Qarabağ döyüşləri

Redaktor:

Mehman SÜLEYMANOV

polkovnik, tariх elmləri doktoru

Kompüter tərtibatçısı: Namiq VƏLİOĞLU

Teхnoloq:

Nəriman RƏHİMOV

Rəssam:

Məmmədbağır Hüseynov



Korrektor:

Bənarə HÜSEYNQULİYEVA

Yığılmağa verilib: 02.03.2009

Çapa imzalanıb: 25.05.2009

Kağız formatı 64/90,  1/16

Fiziki ç.v.: 60

Tirajı: 500

Kitab ofset üsulu ilə çap olunmuşdur.



Ünvan:

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə