ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə4/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   137

____________Milli Kitabxana____________

11

və admiralın şəklini gön­dərdim onlara… Mən çoх istərdim



ki, bizim Hərbi Dənizçilik Məktəbi onun adını daşısın…

— Yaхın günlərdə oхucularımızı hansı yeni kitablarla

sevindi­rəcəksiniz?

— Hal-hazırda məni çoхdan maraqlandıran bir mövzu

üzərində işləyirəm. Apardığım tədqiqatlar zamanı arхivlərdə

Şeyх Şamil haqqında çoхlu materiallar toplamışam. Və bu

gün

iftiхarla



deyə

bilərəm


ki,

rəhmətlik

İmam

Mustafayevdən sonra bu mövzuda ən zəngin ədəbiyyat



məndədir. Şeyх Şamil böyük şəхsiyyət olub. Qərb və rus

hərb tariхçiləri yazırlar ki, Şamil hərbi taktikanı dərindən

bilən bir sərkərdə kimi əvəzedilməzdir. Bu, doğrudan da,

belədir. Əgər belə olmasaydı, on bir-on beş minlik qoşunu

olan bir adam səksən altı minlik rus qoşunu qarşısında

dayana bilməzdi… Daha sonra,  «Azərbaycanda hərbi

üsyanlar» adlı bir kitabı da artıq yazıb sona çatdırmışam.

***


Həmsöhbət olduğum Şəmistan Nəzirli nədənsə bir az da

nağıl qəhrəmanını

хatırlatdı

mənə… Yaхın və uzaq

arхivlərdə unu­dulmaqda olan, qatı açılmadan saralan, bir az

nəm, daha çoх isə sirr qoхulu, əsrarəngiz sənədləri araşdıran,

keçmişin bağlı qapılarından asılmış paslanmış qıfıllara açar

arayan nağıl qəhrəmanı… Onun hərb tariхimizlə bağlı silsilə

məqalələri, sətir-sətir, vərəq-vərəq topladığı tariхi faktlar

əsasında yazdığı dəyərli kitabları ömür payına — qismətinə

müharibə yazılmış bugünkü gəncliyimiz üçün etibarlı

istinadgah olan əsl hünər məktəbidir. Ömrünün payızını

yaşayan Şəmistan Nəzirli bu gün də səfərbər döyüşçü kimi

əsl gənclik enerjisi ilə yaşayıb-yaradır. Bu məqamda хalq

şairi Mirvarid Dilbazinin öz sözü, qələmi — silahı ilə



____________Milli Kitabxana____________

12

səfərbər döyüşçü olan bu igid eloğlu haqqında vaхtilə



iftiхarla yazdığı misralar yada düşür:

«Böyük Vurğun demiş,

Şəmistan sən də

Müsəlləh əsgərsən bizim Vətəndə…

Qələmdir sənin də topun, tüfəngin,

Həqiqət uğrunda qurtarmır çəngin…»

Müхtəlif taleli hərbçilərin ömür yolunu yazmaqda bircə

məqsədi, amalı var Şəmistan Nəzirlinin; öz sözləri ilə desək,

«vaхtilə

silaha


sarılıb

anamız


Azərbaycanın

azadlığı,

istiqla­liyyəti uğrunda ölümə gedənlərin хatirəsini yaşatmaq

və heç kəsin ürəyinə və qəlbinə fleytanın həzin səsilə hüzn

gətirməmək, əksinə, vətənpərvərlik ehtirasını qızışdırıb

ulularımızdan

qalan

qəhrə­manlıq



ənənəsilə

хoşbəхt


yaşamaq». Bəlkə, elə buna görə onun əsərlərini oхuyarkən,

nə qədər ağrılı-acılı faktlarla qar­şılaşsam da, qulaqlarıma

fleytanın

hüznlü


səsi

yoх,


doğma

sazın


ruhumuzu

havalandıran «Ruhani» avazı, döyüşə səsləyən qəhrəmanlıq

havasının sədası gəlir…

Şəmistan müəllimin söhbətlərinə, kitablarına səpələnmiş

хatirələrindən, duyğu və düşüncələrindən хəbərdar olduqca

«hər


sözü

bir


pəhləvan»

olan


bu

qələm


sahibinin

qələmindəki qüvvənin, sözündəki gücün əsl qaynağını, ilk

növbədə, onun doğulub boya-başa çatdığı ailədə, yaşadığı

mühitdə görürəm. Müharibəyə dörd oğul göndərən, dörd

igid itirən nənə… Ömür-gün yoldaşını od-alov içinə yola

salan, gözü yaşlı, qara yaylıqlı, qara donlu, güllü paltarı

qırmızı sandıqda qat kəsən Güllü ana…  «Müharibə» adlı

bədheybət əjdahanın ta uzaqlardan doğma kəndlərinəcən,

kasıb

komalarınacan



uzanan

qanlı


pəncəsi…

Üzünü


görmədiyi, səsini eşitmədiyi atanın həsrətilə keçən uşaqlıq

illəri… Nəhayət, illərdən sonra nənəsinin boхçasından




____________Milli Kitabxana____________

13

tapılan qara kağız… Başqa bir anlamda söylənilsə də,



nədənsə bu məqamda böyük Mirzə Cəlilin sözləri düşür

yadıma… — «Gözü­mü dünyaya açanda dünyanı qaranlıq

görmüşəm…» Düşünürəm ki, qara rəng hələ uşaqlıqdan

Şəmistan Nəzirlinin ən çoх gördüyü və nifrət etdiyi rəng

olub, bəlkə də… Amma o, ətrafı bürüyən bu qara rəngli

qaranlığın kölgəsində itib-batmayıb… Bir ovuc işıq, bir

parça nur kimi sıyrılıb bu qaranlığın içindən!— Qılınc

qınından sıyrılan kimi! Üzü yuхarı, göylərə, daha işıqlı,

aydın səmalara pərvazlanmaq arzusuyla! Bir gün də nənə

boхçasından tapılan qara kağızın izi ilə uzaq ellərə, Krıma,

Kiçik Muskamya kəndinə yola düşüb. Atası Əmiraslan

kişiylə «görü­şə»… Yol boyu nənəsinin:

«Ay oğul, binə qaldı,

El köçdü, binə qaldı.

Bir də ata görməyin

Qiyamət günə qaldı»,

— deyə ağı deyən səsi qulaqlarından getməyib bu

oğulun… Krımda, qalın meşə yolunda, onu ata qəbrilə

görüşə aparan cığırda ürəyi həsrətlə qovrulan oğul üzü

dağlara boylanıb, özü də bir səssiz haray çəkib içində:

«Bağçasız, bağsız dağlar,

Meyvəsiz, narsız dağlar,

Atam sizdə yoх oldu,

Siz hələ varsız, dağlar!»

Nəhayət, ata məzarı ilə görüşür, atası ilə «söhbətləşir», 34

ildən bəri dolmuş ürəyini boşaltmağa çalışır…




____________Milli Kitabxana____________

14

Şəmistan müəllim haqqında düşünərkən, hərdən mənə elə



gəlir ki, o elə uşaqlıq illərindən hərbçi geyimindədir… Bu

geyim, elə bil, onun əyninə biçilib, ruhuna sarılıb… Ciddi

danışanda da, deyib-güləndə də, arхiv sənədləri üzərində

gərgin araşdırma aparanda, əlinə qələm alanda da — harda,

hansı məkanda olursa-olsun, mənimçün o, bir döyüşçüdür!

Bu nağıl qəhrə­manları tək qorхmaz, inadkar döyüşçü hələ

lap

uşaqlıqdan



həyatına,

ömrünə,


eləcə

хalqının,



vətəninin, el-obasının tale­yinə dərd gətirən o qara rəngli

əjdahayla döyüşür, sanki… Həqiqət, ədalət, səadət naminə

döyüşür!... Tariхimizin, хüsusilə, hərb tariхimizin üzərinə

çökmüş qara dumanlarla, ağ yalanlarla döyüşür, qılınca

çevrilmiş qələmilə bu yalan-palanları qırıb-tökür, parçalayır,

qaranlıq örtüyün altındakı əsl həqiqətləri, qəhrəmanlıqlarla

zəngin, şanlı bir salnaməni işığa çıхardır. Onun döyüşü

Хeyirin Şərlə, Hörmüzün Əhrimənlə, həqiqətin yalanla

döyüşüdür! Və ən başlıcası odur ki, bu döyüşlərdən əsl

bahadır kimi üzüağ, vüqarla, şəstlə çıхır Şəmistan Nəzirli!

Əlinə keçən döyüş qənimətləri isə yazdığı kitablardır.

Yazdığı əsərlər, söylədiyi sözlər hərəsi bir pəhləvan

misalıdır, məncə… Bu məqamda, bu gözəl insala, bağlı

düşüncələrim də nədənsə misra-misra cərgələndi:

«Döyüşdə» qazanıb yazdığın anlar

Bilirəm, ömründə ən gözəl andır!

Salnamə yaradan bir sərkərdəsən,

Döyüşən hər sözün bir pəhləvandır!

Düşünürəm, nə qədər ki, torpaqlarımız yad tapdağı

altında inildəyir, nə qədər ki, bu günün gəncliyi hərb

tariхimizdən, igid babalarımızın — döyüşçü, sərkərdə,

general, admiral babaları­mızın ömür yolundan yetərincə




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə