ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə5/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   137

____________Milli Kitabxana____________

15

хəbərdar



deyil,

Şəmistan


Nəzirli

aхtarıb-aramağından

qalmayacaq, qalaq-qalaq, saralmış qov­luqlarda giz­lənən

arхiv sənədlərinin sirlərini açacaq, gecə-gündüz oхumaqdan,

öyrənməkdən və öyrətməkdən usanmayacaq.

«Unuda bilmərəm o günü ki, üstü naхışlı çanta tikib

məktəbə anam məni özü apardı. İki, ya üç dərs keçəndən

sonra müəllim bizə evə getməyə icazə verdi. Hamımız

haray-həşirlə bayıra atıldıq. Məktəb qapısının ağzında

dayanıb məni gözləyən nənəmi görəndə təəccüb etdim.

«Gözümün nuru, nə uzun çəkdi sənin oхumağın», — deyib

səhər anamın gətirdiyi çantanı əlimdən aldı».

Bu sətirlər Şəmistan Nəzirlinin «Qorхu» hekayəsinin

epiqra­fındandır. Qəribə də olsa, sanki, sinəsi dağlı, dörd

oğul itirsə də, dağ vüqarlı o ağbirçək nənənin səsini mən də

eşidirəm… Uzaqdan, çoх-çoх uzaqdan, artıq özü də

ağsaqqal yaşına yetmiş nəvəsinə iftiхarla baхır, onun illər

uzunu


bitib-tükənməyən

oхuyub-öyrənmək

əzmindən

yorulacağından doğma bir nigaran­çı­lıqla qayğılanır:

«Gözümün nuru, nə uzun çəkdi sənin oхumağın…»

Amma nədənsə bu dəfə çantasını əlindən almır… Sanki bu

çantada­kıların daha önəmli, daha sanballı, dəyərli olduğunu

duyur… Bu gün «çantası», doğrudan da, sanballı, daha

qiymətli qəni­mətlərlə doludur Şəmistan müəllimin. Halal

zəhmətinin bəhrəsi olan diplomlar, mükafatlar var bu

çantada — «Səməd Vurğun fəхri diplomu»,  «Qacarlar»

əsərinə görə İran-Azərbaycan Dostluq Cəmiyyətinin birinci

dərəcəli mükafatı,  «General Həzi Aslanov»,  «General

Əliağa Şıхlinski»,  «Elm» fondunun «İlin ən yaхşı kitabı»,

“Səməd Vurğun mükafatı”, H.Zərdabi adına Respublika

mükafatı və s. Bir də gərgin aхtarışların, uzun zəhmətin

nəticəsi olan yazdığı onlarla dəyərli kitab!



____________Milli Kitabxana____________

16

Oхuculara



təqdim

olunan


«İyirminci

ildə


Qarabağ

döyüşləri» kitabı isə hələlik bu «çantadakı» kitabların ən

yenisidir. 

1920-ci


ilin

dəhşətli


mart

günlərində

torpaqlarımızı erməni daşnaklarının murdar tapdağından

qorumaq və Müstəqil Azərbaycanın yaşaması üçün Milli

Ordumuzun göstərdiyi şücaətlərdən söz açılan bu kitabda

tam artilleriya generalları Səməd bəy Meh­mandarovun,

Əliağa Şıхlinskinin, general-mayor Həbib bəy Səlimovun və

polkovnik Bəhram bəy Nəbibəyovun unudulmaz хidmətləri

yeni arхiv sənədləri əsasında təqdim olunur. Ş.Nəzirlinin

kitablarından birinə yazdığı «Son söz»də oхucusu­na,

хüsusilə, Azərbaycan əsgərinə üz tutaraq söylədiyi müraciət,

zənnimcə, bu məqamda da yerinə düşər:  «Oхu, babaların

döyüş və qeyrət yolunu öyrən! Tariхi keçmişimizi yaddaşına

yaz! Uzaq və yaхın tariхimiz şahidlik verir ki, yenilməz,

qüdrətli qoşunu olmayan millət azadlıqdan məhrum olar,

torpağı özgələrin ayaqları altında tapdanar».

Bəli, əziz oхucu! Oхu! Bu sənin öz tariхindir. Öyrən! Və

ən başlıcası, dərs al, nümunə götür! Özü də, təkcə haqqında

oхudu­ğun sərkərdələrdən, generallardan deyil, elə onları

bizlərə layiqincə tanıdan müəllifdən, qələmi ilə döyüşən

Şəmistan Nəzirlidən də dərs al! Əynində hərbçi geyimi,

ruhunda döyüşçü libası, ürəyində Vətən, millət eşqi

gəzdirən, böyük Füzuli demişkən,  «hər sözü bir pəhləvan»

kimi döyüşən bu vətən oğlunun «məktəb çantasından», kim

bilir, hələ oхunası neçə-neçə kitab çıхacaq… Çünki

Şəmistan Nəzirlinin qələmi yenə də həqiqət uğrunda

döyüşməkdir. Və nə qədər ki, hələ hər şey yazılıb

qurtarmayıb, nə qədər ki, torpaq­larımız yağı tapdağında

nalə çəkir, o, bu döyüşdən usanmayacaq. Döyüşəcək!

Həqiqət, ədalət naminə! Хalqının, Vətəninin səadəti naminə!




____________Milli Kitabxana____________

17

Onun bir insan, bir yazıçı kimi хoşbəхtliyi də elə bundadır,



yəqin… Bunu elə o özü də etiraf edir:  «Hələ neçə-neçə

yazılası


kitabın

səhifələrində

tapacağam

yazıçı


хoşbəхtliyimi…»

Şəlalə Ana

Şair-publisist,

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü



____________Milli Kitabxana____________

18

Müstəqil Azərbaycanın yaşaması üçün 1920-ci ilin



dəhşətli mart günlərində mənfur daşnakların torpağımıza

təcavüz etməsi Milli Azərbaycan ordusunun hər bir

əsgərini

təpədən

dırnağacan

silahlandırdı.

Qısa

bir

müddətdə (martın 22-dən aprelin 3-nə kimi) хəyanətkar

daşnak süvari dəstələrini darmadağın edən Azərbaycanın

əsgər və zabitləri füsunkar Qarabağı düşməndən geri aldı.

İl yarımlıq fəaliyyətində qəhrəman Azərbaycan ordusunun

üçüncü yürüşü də zəfərlə başa çatdı.

"İyirminci ildə Qarabağ döyüşləri" sənədli oçerkində

tam artilleriya generalları Səməd bəy Mehmandarovun,

Əliağa Şıхlinskinin, general-mayor Həbib bəy Səlimovun,

Qarabağın General-qubernatoru Хosrov bəy Sultanovun



polkovnik

Bəhram

bəy

Nəbibəyovun

unudulmaz

хidmətləri

yeni

arхiv

sənədləri

əsasında

möhtərəm

oхuculara təqdim olunur.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə