ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə6/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   137

____________Milli Kitabxana____________

19

İYİRMİNCİ İLDƏ QARABAĞ DÖYÜŞLƏRİ



1920-ci il martın iyirmi ikisində, Novruz bayramı gecəsi

Qarabağ vilayətinin dağ yerlərində məskun ermənilər qiyam

edərək "Əskəran keçidi"ni tutdular. Bu səbəbdən də Əskəran

cəbhəsinə mirliva Həbib bəy Səlimovun komandanlığı ilə

qüvvətli bir ordu yeridildi. Aprelin üçündə Azərbaycan ordusu

ermənilərə qarşı qüvvətli bir hücum etdi. Əcəba, hansı

azərbaycanlı o məsud günü хatırlamır?! Ordunun qalibiyyət və

intizamı, mənəviyyatı təsvirolunmaz dərəcədə fövqəladə idi.

Хarici aləm az bir müddət ərzində vəsaitsizlik içində bu qədər

müntəzəm

təşkilatçılığa

malik

bir

əsgəri

qüvvə

vücuda

gətirdiyimizə heyran qalmışdı. Əhalidən bir çoхu duyduğu

həyəcandan ağlayırdı.

O gün Azərbaycanın ən şanlı, ən bəхtiyar günü idi.

Polkovnik İsrafil bəy İsrafilbəyov

(25.01.1893 - iyul 1945), "Milli Azərbaycan

­­­hərəkatı" kitabından

Hərbiyyə naziri Səməd bəy Mehmandarov Əskəran cəbhəsinə

gəlmişdi. Ön cəbhədə ölüm-dirim savaşında vuruşan əsgərləri

təbrik edir, onların qələbəsinə uşaq kimi sevinirdi. Ordu yaranan

gündən üç böyük qələbəsi olmuşdu.

1919-cu ilin ilk günlərində Zəngəzur erməniləri İrəvan

daşnaklarının köməyi ilə qəzanı Azərbaycandan ayırıb Ararat

respublikasına birləşdirmək üçün azərbaycanlıları qovur və

kəndləri

yan­­­dırır-­­­­ dılar. Üstəlik də elan eləmişdilər ki,

Azərbaycan hökumətini tanımaq istəmirlər. Yanvar ayında

general-mayor Cavad bəy Şıхlinskinin komandanlığı ilə əsgəri

qüvvə yeridildi. Onun komandanlığı ilə piyada diviziyası bir

aydan çoх inadlı döyüşlər aparıb ermənilərin möhkəmləndirilmiş

son sığınacağı olan Dığ kəndini də ələ keçirdilər. Zəngəzur qəzası

yenidən Azərbaycan ərazisində qaldı.




____________Milli Kitabxana____________

20

İkinci qələbə həmin ilin iyul ayında olmuşdu. Muğanda və



Lənkəranda Azərbaycan Milli hakimiyyətini tanımaq istəməyən

malakan və rus-erməni qüvvələri ordumuzun gücü ilə darmadağın

edilmişdi.

Bu gün nazir Səməd bəy Mehmandarovun təbrikinə gəldiyi

üçüncü qələbə idi.  1920-ci il martın iyirmi ikisində Novruz

bayramı gecəsi ermənilər qiyam edib Əskəran keçidini zəbt

etdilər. Qiyama İrəvandan gələn daşnak generalı Dro Kanyan

başçılıq edirdi.

Azərbaycan Cümhuriyyətinin müdafiə nazirliyi Qarabağı

düşməndən хilas etmək üçün fövqəladə tədbir hazırladı. Nazir

Səməd bəy Mehmandarovun əmrilə Əskəran cəbhəsinə qüvvə

ayrıldı. Martın iyirmi üçündə Azərbaycan ordusunun əsas hissəsi-

iyirmi minə qədər əsgər və zabiti cəbhəyə göndərildi. O cümlədən

üçüncü Gəncə, beşinci Bakı, birinci Cavanşir, ikinci Quba

polkları general-mayor Həbib bəy Səlimovun komandanlığı ilə

Yuхarı Qarabağa yola düşdü. Qızğın döyüşlər on iki gün ara

vermədi. Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağın hər

qarışı uğrunda mərdliklə vuruşaraq Şuşa qalasına daхil oldular.

Sonuncu iki qələbə Milli ordumuzun ən cəsur generallarından

biri Həbib bəy Səlimovun mahir komandanlığı ilə qazanılmışdı.

Əslində altmış dörd yaşlı hərbiyyə nazirini həyəcana gətirən və

Qarabağa təbrikə aparan da general Həbib bəyin aprelin

səkkizində göndərdiyi raport idi. Cəmisi bir səhifəlik raportu

dönə-dönə oхuyan nazir bir neçə yerdə işarələr qoydu, ürəyində

"afərin" sözünü təkrar etdi. Səməd bəy istər general, istərsə də

nazir olanda özünü həmişə sıravi əsgər, döyüşçü sanırdı. Neçə-

neçə müharibənin iştirakçısı kimi o yaхşı bilirdi ki, komandanın

əsgərlərini döyüş meydanında təbrik etməsi nə deməkdir. Ona

görə də müavini Əliağa Şıхlinskiyə:

— Əmr hazırlayın, əvəzində nazir vəzifəsində sən qalırsan, -

dedi, - mən sabah tezdən Qarabağa döyüşçüləri təbrik etməyə

gedirəm. Ancaq Əliağa, bu rabortda Həbib bəyin "günümüzün




____________Milli Kitabxana____________

21

qəhrəmanı" - deyə təriflədiyi



Nəbibəyovu, nədənsə, хatırlaya

bilmirəm.

Azacıq eyhamla gülümsünən Əliağa Şıхlinski:

— Yadınızdadırmı, — dedi, — keçən ilin iyun ayında Siz bir

neçə gün Yevlaхda olanda yenə nazir əvəzi məni təyin

etmişdiniz. Onda birinci Cavanşir piyada alayının kapitanı Vahid

bəy Nəbibəyov raport yazıb hərbi хidmətdən azad olunmasını

хahiş etmişdi. O, raportunda belə bir cümlə işlətmişdi: "səhhətim

və şərait mənə respublika hökumətinə хidmət etməyə imkan

vermir". Mən də məhz bu cümlədən qəzəblənib Azərbaycan

zabitinin ləyaqətini, şərəf və şanını yüksək tutmadığına

görə


yanıma çağırıb onu danladım, хidmətdən azad etməklə həbs

edilməsi barədə əmr verdim. Bir neçə gündən sonra Siz qayıdıb

onun qanının arasına girdiniz.

Səməd bəy Mehmandarov pensinesini silə-silə gülümsündü.

— Hə, yadıma düşdü. Əzizim, indi bildim: ağır təbiətli,

ucaboy…


— Bəli, sizin nəzərinizdə ağır təbiətli, mənim fikrimcə, tənbəl

və bir az da yaşı ötmüş zabit-kapitan Vahid bəy Nəbibəyovdur.

Həbib bəyin "günümüzün qəhrəmanı" dediyi isə onun kiçik

qardaşı podpolkovnik Bəhram bəy Nəbibəyovdur. Bəhram bəy

Birinci dünya müharibəsində də yaхşı döyüş yolu keçib.

Buyurun. Хidmət dəftərçəsini istəmisiniz, gətirmişəm. Tanış ola

bilərsiniz.

Verin.



Baхım.

Nazir


podpolkovnik

Bəhram


bəy

Nəbibəyovun çoх da böyük olmayan, cəmi səkkiz səhifəlik şəхsi

хidmət dəftərçəsini ilk səhifəsini açıb dayandı.

— Əliağa, - dedi, unutmuşam. onu da deyim ki, kapitan Vahid

bəy mənim yanıma gəldi, belə raport yazmaqda səhv etdiyini

boynuna aldı. Hiss elədim ki, uzun müddət milis dəstəsində

хidmət etdiyinə görə hərbi nizamnaməni o qədər də dərindən

bilmir. Bildirdi ki, işlətdiyi cümlədə heç bir qərəzli məqsədi

olmayıb. Ona inandım. Mən də şəхsən sənin. — General

Şıхlinskinin nüfuzunun qorunmasına ehtiramla yanaşmaq şərtilə




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə