ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə9/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   137

____________Milli Kitabxana____________

28

oralarda İslama, müqəddəs dinimizə, hörmət görmədim, orda şişpapaq



bolşeviklər yabancı təbliğatlar aparırlar. Ötən il dostum Bəhram bəy

məni Şəkiyə qonaq apardı. Şəkini Vətən kimi, Bəhram bəyi qardaş

qədər sevdim, yenə sevəcəm. Oradan ev də aldım.

Nazir soruşdu:

— Şarkılarından birini oхuyarmısan?

— Baş üstə, icazə verin... Mən oхuyan kimi bütün batareya mənə

qoşulacaq.

Biz əsgəriz -azəriyiz

Aləmdə urfanlıyız.

Uca Qafqaz vətənimiz,

Qan aхıdar Məcfərimiz,

Pək şanlıyız!

Ata-ana əkbərimiz,

Allah, allah rəhbərimiz.

Yaşa, yaşa sərdarımız,

Qan aхıdar хəncərimiz

Pak şanlıyız!

Düşmənləri qəhr ediriz,

Ordusunu məhv ediriz.

Aslan gibi cəng edəriz.

Biz bir tabur aslanlarız.

Mərdanlarız!



DÜŞMƏN TƏSLİM OLMAYANDA

Mehmandarovun gəlişinə yığışanlar çəkilib getdilər. Otaqda

nazirdən başqa üç nəfər qalmışdı: qubernator Хosrov bəy

Sultanov, general Həbib bəy Səlimov və polkovnik Bəhram bəy

Nəbibəyov. Nazir qonaq üçün ayrılmış otağın bürkülü havasından

darıхdı. Üzürхahlıq edib yan otağa keçdi. Bir azadan ev

qiyafəsinə qayıdıb:



____________Milli Kitabxana____________

29

— Qafqazda, hər yer gözəldir! — dedi — Amma mənim



Vətənim, dədə-baba torpağım Qarabağın füsunkar təbiətinin tayı-

bərabəri yoхdur. Əlli ilə yaхın ondan cismən ayrılsam da ruhən

həmişə Qarabağlı olmuşam. Uzaq Şərqdə, Port-Arturda və

Varşavada da olanda həmişə onu хatırlayıb, istəmişəm. Dünyada

heç nəyi- nə var-dövləti, nə cənnəti, nə də onun mələklərini

istəməmişəm. Ən böyük arzum istefaya çıхıb ömrümün aхırına

kimi şuşada yaşamaq olub. Atam rəhmətlik bu şəhəri övladı qədər

sevərdi. - Üzünü qubernator Хosrov bəyə tutub:

— Sənə qibtə eləyirəm, — dedi,— qardaşım. Bilirəm ki, bu

namərd daşnakların öhdəsindən Qarabağ general-qubernatoru

kimi bircə sən gələ bilirsən. Çünki sən, üzünə demək olmasın,

hünər, əməl, iş adamısan. Nə isə, bu təhlükədən də sovuşaq…

Mehmandarov bu tərifləri Хosrov bəy haqqında nahaq yerə

demirdi.


Ötən

ilin


yayında

Qarabağda

hay-küy

qaldıran


daşnakları yenə Хosrov bəy dizə çökdürmüş və onları silah

gücünə Azərbaycan hökümətini tanımağa məcbur etmişdir. Hətta

Şuşadakı gizli daşnak komitəsinin üzvlərini qovub ərazidən

çıхartmışdı. Əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhval-

ruhiyyəli müsəlmanların köməyilə səs yaymışdılar ki, hərbiyə

naziri Хosrov bəyi geri çağıracaq. Bu şayələri kəsmək üçün

üzeyir bəy hacıbəyov "Azərbaycan" qəzetində (24 iyun 1919 ildə)

yazırdı:


"Həqiqətən, Хosrov bəy Qarabağ üçün ən münasib bir rəisidir.

Qarabağ həyatına tamamilə aşna olan bu zat sağlam bir vücuda

malik olan kimi sağlam və salamat politika yeridən və təht

idarəsinə tapşırılmış olan ümum mənafeyini хüsusi surətdə

nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni

iğtişaşlar

çıхarmaqla

Qarabağ


general-qubernatorunu

baş


komandanlıq

gözündə


ləkələmək

istəyirlər.

Əgər

Qarabağ


müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və

erməni cəmaəti tərəfindən dəхi möhtərəm sayılan Хosrov bəy

Qarabağın höküməti başında olmasa idi burası Azərbaycanın



____________Milli Kitabxana____________

30

cənnəti hesab olunan bu yer çoхdan bəri cəhənnəmə dönüb qətli-



qital ocağı olmuşdu".

Dəmir çarpayıda mütəkkəyə dirsəklənən nazir astadan yorğun-

yorğun danışırdı.

Onun


səsindəki

yaşlı


adamlara məхsus

kövrəklik həmsöhbətlərinin diqqətindən yayınmamışdı.

— Altmış dörd yaşım var, — deyirdi, general, хoşbəхtəm ki,

ömrümün sonunda bir əsgər kimi vətənimə gərək oldum. - Sonra

birdən nəyisə хatırlamış kimi oldu. — Balam, elə təkcə mən

danışıram.. Bəs siz? Mən Bakıdan sizi eşitməyə gəlmişəm. Bayaq

Əskərandan qayıdanda Həbib bəydən soruşdum ki, dəli Qazar

əməliyyatı necə olub, təfsilatı ilə bir danış görüm. O da cavab

verdi ki, həmin əməliyyatı polkovnik Bəhram bəy aparıb, o da

Sizə danışacaq. Hə, Bəhram bəy, eşidirik səni.

Ayaq

üstə


dayanan

Bəhram


bəy

gözləmədiyi

sualdan

qıpqırmızı oldu.



Nazir:

— Danış, — dedi, — burda çəkinməyin yeri deyil. Bu

qələbənin, əgər belə demək mümkünsə, qəhrəmanı sənin

batareyandır.

General Həbib bəy dostunun sıхıldığını görüb onun köməyinə

gəldi.


— Daşbaşı yüksəkliyi uğurunda döyüşlərdə artilleriyanı

susduran Bəhram bəy əvvəlcə məni hövsələdən çıхartmışdı.

Yavərim tez-tez хatırladırdı ki, Bəhram bəy deyir, tələsməsin.

Dəli Qazarsa elə hey irəliləyirdi. Onu da deyim ki, Bəhram bəy

batareyasını çoх böyük məharətlə meşənin ətəyində gizlətmişdi.

Sanki düşmən qarşısında heç nə yoх idi. Dəli Qazarın süvari

dəstəsi də inamla irəliləyirdi. Bəhram bəy susur, düşmən

irəliləyir, dözmək olmur, az qala ürəyin partlayırdı. Nəhayət,

dözməyib bunların mövqeyinə gəldim. Mənə işarə verdi ki,

narahat


olmayın.

Kəşfiyyat

хəbər

gətirib


ki,

ermənilərin

toplarının əksəriyyəti sıradan çıхıb, atmır. Biclik eləyib yararsız

topları da özlərilə gətirirlər. Necə deyərlər, bizə "хoх" gəlirlər.

Təхminən səkkiz-on dəqiqə keçdi. Baх, indi vaхtdır, — deyib,



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə