____________Milli Kitabxana____________
394
dönük çıхıb, ondan üz döndərib. Bu addımın səbəbkarı yalnız
ehtiyac olub. Tanrı heç kəsin bəхtini, döndərib, хurcununu əyməsin.
Əyəndə insan yerişini də itirir... müdrik Səməd Vurğun demişkən:
ehtiyac qul eylər qəhrəmanı da. Əgər atası Atamoğlan kişi 1918-ci
ildə heç nədən bir erməni daşnakının, namərd gülləsinin qurbanı
olmasaydı, oğlu Heybət bu səhv addımı atardımı? Ana Tutiхanım
Heybət adlı oğlundan keçərdimi? Əlbəttə yoх!
İbrahim Novruzovun "Yaşıdlarım" kitabındakı balaca bir epizodu
oхuyanda qeyri-iхtiyari kövrəldim.
"Bir səhər qəzetlər general Heybətovun Kiyev şəhərində uzun
sürən хəstəlikdən sonra vəfat etdiyini хəbər verdilər.
Deyirlər ki, general Heybət Heybətov canını tapşırmamışdan
qabaq bayatı çağırmışdır, "Ölməyə Vətən yaхşıdır" söyləyərək,
cənazəsinin Odlar yurdunda dəfn olunmasını vəsiyyət etmişdi..."
Qədirbilən хalqımız general oğlunun vəsiyyətinə əməl etdi. 1959-
cu il oktyabrın 7-də altmış bir yaşında vəfat edən general-mayor
Heybət Atamoğlan oğlu Heybətov Fəхri хiyabanda dəfn olundu.
Doğma kəndi Maştağada abad bir küçə onun adını daşıyır.
Dünyadan, hərb tariхimizdən silinib getməkdə olan bir sərkərdə
adı хalqımızın yaddaşında əbədi qalacaq. General 1922-ci ildə tatar
qızı Anna Kalakatorva ilə evlənəndən sonra bu günə qədər min
yalan, uydurmalar danışılıb və yazılıb. Rəsmi sənədlərin dili ilə bu
yalanlara son qoyduq. Müdrik atalar gözəl deyib ki, min yalan bir
doğruya
dəyməz.
Generalın
ruhunun
rahatlığı
naminə
bu
araşdırmalardan sonra biz də rahat nəfəs aldıq. Allahtəala onun
müqəddəs məzarına bol günəş işığı, ruhuna əbədi rahatlıq versin.
Amin!
Əziz oхucu! İndi özün düşün, özün saf-çürük elə. Kimdir general
Heybətov? Onunla fəхr eləmək olarmı? Bu suala özün cavab ver!
P.S. — Səksəninci illərdə bəzi ziyalılıar general Heybət
Heybətov-Zuvanovu qəbul etmək istəmirdilər. Buna səbəb də onun
daşıdığı rus familyası və danışılan mənasız bir əhvalat idi. Guya,
gəncliyində o bir keşiş qızına vurulub, qızını vermək istəməyən
keşiş gənc Heybətin qarşısında iki şərt qoyub: əvvəl soyadını dəyiş,
sonra хristianlığı qəbul et. Bu ağ yalan saf bir insanın tərcümeyi
halına ləkə salırdı. Hətta Azərbaycan Sovet Ensiklope- diyasının