ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə4/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   2   3   4   5   6   7   8   9   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

12

olan  sözlərin  deyilişləri  türkcəyə  uyğunlaşdırılıbdır;  məsələn, 



v ə q t l ə r, t ə b i b l ə r, v ə z i f ə l i (evqat, ətibba, müəzzəf yerinə) 

və sairə…”.

Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının  müxbir 

üzvü Əliheydər Orucovun “Ə.Şıxlinskinin bir əlyazması haqqın-

da” məqaləsindən:

“Yaşının ötməsinə, səhhətinin pozulmasına baxmayaraq, ge-

neral Əli ağa Şıxlinski həyatının son günlərinə qədər dilimizin 

vəziyyəti,  terminologiya,  orfoqrafiya,  lüğətçilik  məsələləri  ilə 

maraqlanırdı. Onu tez-tez Lüğətlər İnstitutunda, həmin institu-

tun  direktoru  Heydər  Hüseynovun  yanında  görmək  olardı. 

Heydər  Hüseynov  Əli  ağa  Şıxlinskiyə  dərin  hörmət  və  həssas 

münasibət  bəslərdi.  İnstitutun  hazırladığı  lüğətlərlə  onu  tanış 

edər və bu barədə fikrini bilmək istərdi. Onun 1940-cı ildə aka-

demik  Heydər  Hüseynova  49  səhifədən  ibarət  göndərdiyi 

“Qeydlər”dən göründüyü kimi, ana dili ilə bərabər, klassik ədə-

biyyatımızı, xüsusən, folklorumuzu çox gözəl bilirmiş. Əli ağa 

Şıxlinski indi ədəbi dildə işlənməyən, buna görə də müasir lüğət-

lərə düşməmiş, amma bəzi dialekt və şivələrimizdə işlənməkdə 

davam edən sözləri yada salmaqla onların yazılı dilə (lüğətlərə) 

keçirilməsini  məqsədəuyğun  hesab  edir.  Bu  baxımdan  onun 

özünün yeni söz və formalar yaratmaq təşəbbüsü təqdirəlayiqdir. 

Bugünkü şəraitdə daha böyük əhəmiyyət qazanmış bu məsələ, 

görünür,  hələ  o  zaman  Əli  ağa  Şıxlinskini  düşündürmüş  və 

fürsətdən  istifadə  edərək,  yazdığı  “Qeydlər”  vasitəsilə  fikrini 

lüğətçilərin nəzərinə çatdırmışdır”.

O vaxtdan illər keçdi. General Əli ağa Şıxlinskinin ilk vəsait 

olan hərbi lüğəti bir daha işıq üzü görmədi. Totalitar sovet rejimi 

azərbaycanlı generalın elmindən bəhrələnməyi öz millətinə ya-

saq etdi. Az tirajla nəşr olunmuş bu kitabın nadir nüsxələri qalıb. 

Bu gün zaman, dövr dəyişib. Yeni yaranan ordumuz üçün həmin 

lüğətin  əhəmiyyəti,  şübhəsiz  ki,  əvəzsiz  olardı.  Ona  görə  də 

nəşriyyatlarımız  böyük  hərb  alimi  Şıxlinskinin  lüğətinin  yeni 

nəşri barədə təşəbbüs göstərməlidir.



Şəmistan Nəzirli

13

MİLLİ ORDU QURUCULUĞUNDA

Əlli ildən çox nizami orduda qüsursuz xidmət edən Əli ağa 

Şıxlinski  həmişə  birincilər  sırasında  olmuşdur.  O,  beş  müha-

ribənin şahidi, dördüncünün iştirakçısı olub: 1900-1901-ci illərdə 

Çin  hərbi  yürüşündə  (tarixə  “Boksyor  üsyanı”  kimi  düşüb), 

1904-1905-ci illərdə Port-Artur, 1914-cü il Cahan müharibəsində, 

1918-1920-ci illərdə isə torpaqlarımızın bütövlüyü uğrunda daş-

nak Ermənistanına qarşı döyüşüb. Böyük Vətən müharibəsinin 

şahidi olan qoca general yenə də fəaliyyətini dayandırmamışdır. 

O, “Xatirələrim” kimi qiymətli hərbi memuarını diktə edib yaz-

dırmışdır. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi me-

muardır. İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məş-

ğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan 

qidalanmasın, bir qiymətli mənbə kimi ondan istifadə etməsin.

Görkəmli sərkərdə Əli ağa Şıxlinskinin xalqımız üçün ən bö-

yük  xidmətlərindən  biri  də  1917-ci  ilin  noyabrında  olmuşdur. 

Həmin  ayın  on  beşində  Qafqaza  qayıdan  Şıxlinski  ilk  dəfə 

Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmışdır. Bu-

nunla da o, Milli Azərbaycan Ordusunun təməl daşını qoymuş-

dur.  Bu  barədə  general  “Xatirələrim”  hərbi  memuarında  daha 

dəqiq məlumat verir: 

“Tiflisə  qayıtdıqda,  müvəqqəti  olaraq  mənə  korpus  koman-

danlığı  həvalə  olduğu  barədə  əmri  oxudum.  Öz  xalqımın,  baş 

verə biləcək xarici təzyiqlərdən və daxili qarışıqlıqlardan özünü 

qorumasına  xidmət  etmək  arzusu  ilə  korpus  təşkil  etməyi  qət 

edib, Tiflisdə öz qərargahımı düzəltməyə başladım…

1

Dekabrın otuz birində mən öz qərargahımın ilk heyəti ilə Gən-



cəyə  getdim  ki,  orada  hissələrin  təşkil  edilməsilə  məşğul  olum. 

Korpus hissələrinin təşkilində böyük əngəllərə rast gəlirdik”.

1

  Qərargah  Tiflisdəki  “London”  mehmanxanasının  birinci  mərtəbə-



sində  yerləşirdi.  İkimərtəbəli  mülk  indi  də  qalır.  Bu  sətirlərin  müəllifi 

1999-cu ilin aprel ayında Tbilisidə yaradıcılıq ezamiyyətində olanda həmin 

binanı axtarıb tapmışdı – Ş.N. 



General Əli ağa Şıxlinski və silahdaşları

14

“Açıq söz” qəzeti 1918-ci il 7 yanvar tarixli nömrəsində nizami 



müsəlman  əsgəri  qüvvələrinin  yaranması  haqqında  belə  bir 

xəbər yaymışdı: 

“Yanvarın üçündə Mərkəzi Müsəlman Zaqafqaziya Komitə-

sinin üzvü, Mərkəzi Komitə sədri Fətəli xan Xoyski müsəlman 

əsgəri  dəstələri  təşkilatı  haqqında  məruzədə  bulunmuşdur. 

Məruzədən anlaşıldığına görə 1917-ci il dekabrın on birində Za-

qafqaziya  Komissarlığı  Zaqafqaziya  müsəlmanlarından  nizami 

ordu təşkil etməsi qətnaməsini çıxarmışdır. Nizami ordu üçün 

lazımi  qədər  könüllü  cəm  edilməsi  Zaqafqaziya  Mərkəzi 

Müsəlman  Komitəsinə  həvalə  edilmişdir.  Nizami  ordu  təşkil 

edildikdən  sonra  müsəlmanlardan  alınan  əsgəri  verginin  ləğv 

edilməsi  haqqında  Zaqafqaziya  Komissarlığı  tərəfindən  dekret 

veriləcəkdir.  Zaqafqaziya  Komissarlığının  qətnaməsinə  əsasən 

dekabrın on doqquzunda beşinci və yeddinci Qafqaziya nişançı 

firqələrindən ibarət olan altıncı ordu korpusunun Müsəlman Ni-

zami ordusu ilə əvəz edilməsi haqqında Qafqaziya cəbhəsi qo-

şunlarının  baş  komandanı  tərəfindən  “Əmrnamə”  verilmişdir. 

Həmin əsgər dəstələrini milliləşdirmək işlərinin nəzarəti general 

Əli ağa Şıxlinskiyə həvalə edilmişdir.

General Şıxlinski öz vəzifəsinin ifasına başlamışdır”.

1918-ci il fevralın iyirmisində general Əli ağa Şıxlinski Gən-

cədə yeni yaratdığı Milli Azərbaycan Korpusunun əsgərləri qar-

şısında çıxış edərək demişdir: “Azərbaycanlılar həmişəlik yadda 

saxlamalıdırlar ki, doğma ordu xeyriyyə evi deyildir və ondan 

ötrü mövcud deyil ki, hər bir azərbaycanlı orada özünə xeyirli 

olan yeri tutsun. O, Vətənin dayağıdır və ora ölkənin ən yaxşı 

qüvvələri daxil olmalıdır.

Özünün xırda şəxsi maraqlarını doğma diyarın və öz xalqının 

maraqlarından üstün tutan adamların qiyməti çox deyil və ordu 

təəssüf  etmədən  onlarla  vidalaşır.  Özlərini  düşünən  mənasız 

adamlar  ordunun  işini  artırmasınlar.  Belə  insanların  heç  bir 

dövlət xidmətində faydası olmayacaq”.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə