ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə5/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   2   3   4   5   6   7   8   9   ...   154

Şəmistan Nəzirli

15

General  Əli  ağa  Şıxlinski  bu  vətənpərvər  çıxışını  Gəncədə 



praporşiklər  məktəbinin  birinci  buraxılışı  münasibətilə  söy-

ləmişdir. Bu şənlikdə Qafqaz Ordusunun baş komandanı Nuru 

Paşa, atası Hacı Əhməd, xalq təhsil naziri Nəsib bəy Usubbəyov, 

daxili işlər nazirinin vəkili Mehdi bəy Hacınski, sosial-təminat 

naziri Musa bəy Rəfibəyov, Gəncə qubernatoru, general İbrahim 

ağa Vəkilov və başqa dövlət xadimləri iştirak edirlər.

Elçi adlı müəllif 1918-ci il noyabrın 7 və 8-də “Azərbaycan” 

qəzetində (rus dilində) yazır ki, ertəsi gün Bakıdan gəlmiş qo-

naqlar və demək olar ki, bütün şəhər əhalisi hərbi meydana yol-

landılar. Meydanda təlim üçün əvvəlcədən səngərlər, yarğanlar 

və cürbəcür maneələr hazırlanmışdı. Hamı özünün Milli bayra-

mına,  Türk-Azərbaycan  zabitlərinin  ilk  buraxılışına  tamaşa 

etməyə gəlmişdi. Ətrafda bayram əhvali-ruhiyyəsi var idi.

Əlahiddə  Azərbaycan  korpusunun  komandanı  general  Əli 

ağa Şıxlinski ətrafdakılarla birgə səflə düzülmüş yunkerlərə ya-

xınlaşıb salamlaşdı. General Əli ağa Paşanın mehriban “salamı-

na” birdən-birə səkkiz yüz gəncin ağzından gurultulu “salam” 

cavabı çıxdı. Sonra proqram üzrə təlim sınaqları keçirilməsinə 

başlandı.

1918-1920-ci  illərdə  Azərbaycan  Silahlı  Qüvvələrinin  təşki-

lində Əli ağa Şıxlinskinin müstəsna rolu olmuşdur. Doğma xal-

qın nizami ordusunu yaratmaq istəyən general uzun illik hərbi 

təcrübəsindən gecə-gündüz istifadə edirdi. Yetmiş ildən çox Res-

publika  Yeni  Tarix  Mərkəzi  Dövlət Arxivində  “tamamilə  məx-

fidir” qrifi ilə saxlanan qiymətli bir sənəd bunu bir daha təsdiq 

edir. Milli Azərbaycan korpusunun komandiri general Əli ağa 

Şıxlinski 1918-ci il dekabrın 13-də Gəncədən göndərdiyi “Mə lu-

mat”ında yeni Azərbaycan Ordusunun layihəsini hazırlamışdı.

General  yazırdı:  “Azərbaycanın  müstəqil  respublika  elan 

edilməsi mənə may ayının 27-də qəzetlərdən aydın oldu.

Mən  mayın  28-də  yeni  dövlətin  hərb  nazirliyinin  layihəsini 

artıq  hazırlamışdım;  layihənin  arxasında  izahedici  qeyd  olan 

müfəssəl sxem əlavə edilmişdir”.



General Əli ağa Şıxlinski və silahdaşları

16

Vəziyyətlə əlaqədar Əli ağa Şıxlinski layihəsində təklif edir ki, 



vaxtilə türk zabitlərinin köməyi ilə yaradılmış hərbi korpus ləğv 

edilsin. Müharibə şəraitində bu azlıq təşkil edir. “Əvəzində divi-

ziyalar təşkil edilsin. Onlar da hərb nazirinə və onun köməkçisinə 

tabe olunsun”.

Gözəl  təlim  və  tərbiyə  almış,  Mancuriyada  müvəffəqiyyətlə 

döyüşən,  yüksək  döyüş  qabiliyyətli  Yapon  ordusunun  korpus 

təşkilatı haqqında təsəvvürü belə yox idi.

Şıxlinski layihədə incə bir mətləbə də toxunmuşdu. May ayın-

da  ilk  müstəqil  Azərbaycan  hökuməti  yarananda  hərb  naziri 

doktor Xosrov bəy Sultanov təyin edilmişdi. O da mülki şəxs idi. 

Xosrov  bəy  türk  zabitlərinin  köməyi  ilə  ordunun  təşkilində 

bəzi  təxirəsalınmaz  işlər  görsə  də,  bu,  ölkədəki  ağır  vəziyyəti 

yüngülləşdirmədi. Azərbaycanın həm daxilindəki, həm də qon-

şuluğundakı amansız düşmənə qarşı güclü ordu yaratmaq vacib 

idi. Təhlükə o qədər artmışdı ki, ölkənin qərb rayonlarında hərbi 

vəziyyət elan olunmuşdu. Belə şəraitdə mülki şəxsin hərb naziri 

olmasını peşəkar hərbiçi olan Əli ağa Şıxlinski məsləhət bilmirdi. 

Ona görə də haqlı olaraq yazırdı ki, hərb naziri – əgər o, mülki 

şəxsdirsə – onda o özünün yanında səlahiyyətli şəxslərin çox ki-

çik  sayından  hərbi  şura  yaratmaq  və  qoşunların  təlim  və 

tərbiyəsinə  bilavasitə  nəzarət  etmək  üçün  köməkçi  təyin 

etməlidir. 

Mətndən o da məlum olur ki, general Əli ağa Şıxlinski layihəni 

artıq ikinci, bəlkə də üçüncü dəfə hökumətin ünvanına göndər-

mişdir.

“Hökumət Gəncə şəhərinə köçən kimi (iyun ayının əvvəlində) 



mənim  layihəm  hərb  nazirliyi  müəssisələrinin  müfəssəl  sxemi 

şəklində Nazirlər Sovetinin sədrinə təqdim edilmişdir.

Ehtimal edilirdi ki, hökumətə tam məlumatı, yəqin ki, Nazirlər 

Sovetinin  müvafiq  iclasına  dəvət  ediləcək  korpus  komandiri 

şəxsən özü təqdim edəcək.

Lakin mən heç bir yerə dəvət edilməmişəm və layihə haqqın-

da heç bir xəbərdarlıq almamışam. Güman edirəm ki, layihə heç 



Şəmistan Nəzirli

17

müzakirə  edilməmişdir.  Çünki  Bakı  quberniyasının  bolşevik-



lərdən təmizlənməsi və bunun üçün lazım olan xarici kömək ilə 

əlaqədar olaraq yaranmış xüsusi şəraitə görə hökumət hərb nazi-

ri təyin etməkdən imtina etmişdir”.

Nəhayət, hökumətin əmrilə 1918-ci il dekabrın 25-də tam ar-

tilleriya generalı Səməd bəy Mehmandarov hərb naziri oldu və 

həmin gün yanıqlı bəyanatla xalqa müraciət etdi. Dekabrın 29-da 

isə  general-leytenant  Əli  ağa  Şıxlinski  hərb  nazirinin  müavini 

təyin edildi.

* * *

“…Əli  ağa  Şıxlinski  Cümhuriyyət  dövründə  Səməd  bəyin 



müavini olmaqla bərabər həm də onun sağ əli idi. Səməd bəy 

Ə.Şıxlinskinin işıqlı zəkasını, hərbçilik istedadını və nəhayət, in-

sani keyfiyyətlərini yüksək qiymətləndirirdi. Səməd bəy Ə.Şıx-

linskinin bilik və təcrübəsindən özü bəhrələndiyi kimi, ordu qu-

ruculuğunda da ondan geniş istifadə edilirdi. Ordu quruculuğu 

prosesinin  elmi-praktik  biliklər  tələb  edən  məsələlərinin  həlli 

əsasən  Ə.Şıxlinskiyə  həvalə  edilirdi  və  həmin  məsələlərin 

keyfiyyətlə həll ediləcəyinə də Səməd bəydə heç vaxt şübhə ol-

mazdı. Səməd bəy insani qısqanclıqdan həmişə uzaq olmuşdu 

və vaxtilə rastlaşdığı bir çox hərbiçilərdən fərqli olaraq o, Ə.Şıx-

linski kimi bir hərbiçi ilə birgə xidmət etməyi nəinki karyerasına 

təhlükə saymamış, əksinə, onun nazir müavini olmasını təkidlə 

Cümhuriyyət hökuməti qarşısında qaldırmışdı. Səməd bəy bilir-

di  ki,  Ə.Şıxlinski  bütünlükdə  Nazirliyin  yükünü  öz  üzərinə 

götürməyə qadir olan bir şəxsdir və onun xidmət başında olması 

xalqına yalnız fayda verə bilər. Nazirlikdə olmadığı vaxtlarda da 

Səməd bəy nazir vəzifəsinin icrasını Ə.Şıxlinskiyə həvalə edərdi. 

Cümhuriyyət dövründə hərbi nazirin vəzifəsini digər generallar 

da icra etmişlər. Ancaq bu o zaman olurdu ki, həm Mehmanda-

rov, həm də Ə.Şıxlinski xidməti ezamiyyətdə olurdular.



General  Ə.Şıxlinskinin  Cümhuriyyət  ordusunun  təşkilində 

çox böyük xidmətləri vardır. Onun komandanlığı altında yara-


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə