ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə7/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   2   3   4   5   6   7   8   9   10   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

22

vari briqadasının tərkibində vuruşan oğullarımızın qəhrəmanlığı 



barədə az da olsa məlumatlar verir. Onu da xatırladaq ki, Port-

Arturda Ə.Şıxlinski və S.Menmandarovdan başqa yapon samu-

raylarına qarşı döyüşən həmyerlimiz Əsəd bəy Talışxanov, Hü-

seyn xan Naxçıvanski, İbrahim ağa Usubov, qvardiya polkovniki 

Kərim bəy Novruzov, polkovnik Davud bəy Yadigarov, Gəray 

bəy Vəkilov, poruçik Ağababa Sadıqov və hələ adını bilmədiyimiz 

onlarca Azərbaycan oğlu mərdliklə vuruşmuşlar.

Dövrdən, quruluşdan asılı olmayaraq oğullar həmişə Vətənin 

əsgərləridirlər. Vətən nə vaxt təhlükə qarşısında olarsa, igidlər 

bir səslə silaha sarılmağa hazırdılar. İyirminci əsr tarixə “nəfə-

sindən” barıt püskürəndə, eloğullarımız da bir səslə ayağa qal-

xıb Vətənin müdafiəsinə gediblər.

XIX  əsrin  ortalarında  Qarabağ  igidlərinin,  Şirvan  alayının, 

Kəngərli  döyüşçülərinin,  Qazax  süvari  dəstələrinin  yadellilərə 

qarşı qeyri-adi qəhrəmanlıqlarının şahidi olan xalqımızın böyük 

mütəfəkkir oğlu M.F.Axundov fəxrlə deyirdi: “Doğmamış Qaf-

qazda analar qorxaq”.

Hələ bir xeyri əvvəl (1828-ci ildə) məşhur rus tarixçisi, general 

Platon  Zubov  “Gürcüstan  və  Qafqaz  haqqında  altı  məktub” 

əsərində yazırdı:

“Müsəlman  süvari  alayları  haqqında  mühakimə  yürütmək 

üçün onları döyüşdə görmək lazımdır: bunlar şimşəyi xatırladır, 

bunlar qəzəblənmiş allahın birdən-birə içərisinə düşərək ölüm 

və  dəhşət  saçan  oduna  bənzəyirdi.  Müsəlman  alaylarının 

gözlərim önündə törətdikləri igidlik xariqələrini hələ də heyrətlə 

yad  edirəm...  Onlar  silahdan  çox  böyük  bir  məharətlə  istifadə 

edərək, qorxmaz və cəsur süvari kimi döyüşürdülər”.

Əgər oxucu Aleksandr Stepanovun “Port-Artur”, Trofim Ba-

risovun “Portarturçular” romanlarını mütaliə edərsə, onda görər 

ki, 1904-cü il dekabrın on altısında komandan Stessel qalanı ya-

ponlara  danışıqsız  təslim  etmək  istəyəndə  polkovnik  S.Meh-

mandarov və onun zabit heyəti etiraz edərək necə əsəbiləşmişdilər. 

Səməd bəy Mehmandarov və onun zabit heyəti inad edirdilər ki, 



Şəmistan Nəzirli

23

qalanı son nəfəsə qədər müdafiə etmək lazımdır. Heç kəs biabır-



çı vəziyyətdə Rusiyaya qayıtmaq istəmirdi.

“–  Kapitan,  sizin  kimi  zabitlərə  orduda  qulluq  etmək  yara-

maz! – Mehmandarov onun üstünə qışqırdı. – Siz bizim adımızı 

korlayırsınız, – deyib yumruğunu havada oynatdı.

– Əlahəzrət, xahiş edirəm, məni təhqirlərdən qoruyasınız, – 

kapitan  Vamenzon1  hirsindən  pörtmüş  halda  general  Stesselə 

müraciət etdi.

– Hər şeydən qabaq sakit olmaq lazımdır, cənablar! Polkovnik 

Mehmandarov, sizi qayda-qanuna riayət etməyə dəvət edirəm.

Qızğın mübahisələr başlandı, zabitlər iki hissəyə bölündülər: 

bir neçəsi kapitan Vamenzonu, qalanları isə polkovnik Mehman-

darovu müdafiə edirdilər” (A.Stepanov. “Port-Artur”, səh.777-

778).

* * *


1904-cü il yanvarın 26-da Rusiya-Yaponiya müharibəsi başla-

nanda polkovnik Hüseyn xan Naxçıvanski əksəriyyəti qafqazlı-

lardan təşkil olunmuş ikinci Dağıstan süvari alayına komandan-

lıq edirdi. Hüseyn xanın alayı 1905-ci il yanvarın 14-də Lanlun-

qou kəndi uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə gün kəndi 

ala bilməyən döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan 

üzü hücuma keçərək sürətli zərbə ilə yaponları kənddən vurub 

çıxartmışlar. Bu güclü döyüş səhnəsi məşhur rəssam V.V.Mazu-

rovskinin yağlı boya ilə işlədiyi rəsmdə əbədiləşmişdir. Əsərdə 

alay döyüşçülərin qızğın həmləsi və süvari polkovniki Hüseyn 

xan Naxçıvanskinin obrazı ön planda ustalıqla işlənmişdir.

Məşhur rus jurnalisti A.Kvitka Port-Arturda müharibə başla-

nanda  könüllü  cəbhəyə  getmiş  və  döyüşlərdə  jurnalist-zabit 

1

  A.N.Vamenzon (1866–?) – artilleriya kapitanı, 22-ci batareyanın ko-



A.N.Vamenzon (1866–?) – artilleriya kapitanı, 22-ci batareyanın ko-

mandiri. Əsgərlərlə vəhşi rəftarı ilə fərqlənən pis rəftarlı komandir. Port-

arturçu  L.V.Kabelyaski  məlumat  verir  ki,  müharibədən  sonra  Rusiyaya 

qayıdan  Vamenzon  əsgərlərin  ondan  alacağı  intiqamdan  qorxaraq 

familiyasını dəyişib, Vadin eləmişdi (“Lit. qazeta”, 1959-cu il, 27 oktyabr)



General Əli ağa Şıxlinski və silahdaşları

24

kimi  iştirak  etmişdir.  Müharibə  gedə-gedə  “Zabaykalye  kazak 



zabitinin gündəliyi” adlı maraqlı bir əsər yazmışdır. 1908-ci ildə 

Sankt-Peterburqda nəşr etdirdiyi həmin kitabda igid eloğlumuz 

polkovnik  Hüseyn  xan  Naxçıvanski  haqqında  da  maraqlı 

səhifələr var.



Səhifə 181-də: “Axşamüstü Bensixuda süvari qvardiyası Hü-

seyn  xan  Naxçıvanskinin  təşkil  etdiyi  ikinci  Dağıstan  alayı 

gözlənilir. Alay qafqazlılardan və süvari qvardiyasında xidmət 

edən seçmə zabitlərdən təşkil olunmuşdu.

...Avanqard tağımının ardınca yüzlərcə adam, polk komandi-

ri, onların da ardınca uca bir ağacın zirvəsində polkovnik Xan 

Naxçıvanskiyə məxsus qızılı aypara nişanları dalğalanan dəstə 

göründü. 

Alay cərgələnmiş tağımlarla kolon boyu uzanırdı. Biz isə Xanın 

zabitlərindəki atlara həsədlə baxırdıq. Mən axşam saat onda Hü-

seyn xanı general Lyubavinin yanına ötürüb, evimə qayıtdım”.

Səhifə 245-də: “Dağıstanlıların komandiri Hüseyn xan Naxçı-

vanski, podpolkovnik Byuntiq və knyaz Tumakov həyətinə daxil 

olanda səhər saat on bir olardı. Onlar mənimlə nahar etməyə qal-

dılar...  Hüseyn  xanın  əsgər  və  komandirləri  döyüşlərdə  hamı-

dan  seçilirdi.  Onları  bir  şeyə  qınamaq  olardı,  o  da  həddindən 

artıq cəsur olmalarında...”



Səhifə 361-də: “Polkovnik Xan Naxçıvanskinin Qafqaz-kazak 

briqadasının cəsurları üç yapon nəqliyyatını məhv etmişlər...” 

İgid həmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yapon-

lara qarşı apardığı döyüş məharətinə görə “Müqəddəs Georgi” 

və dördüncü dərəcəli, bantlı, üstü yazılı qızıl silahla – “Müqəddəs 

Vladimir” və “İgidliyə görə” ordenləri ilə təltif olunmuşdur. 

Rusiya-Yaponiya  müharibəsindəki  sərkərdəlik  fəaliyyətinə 

görə Hüseyn xan Kərbalı xan oğlu Naxçıvanskiyə 1907-ci il mar-

tın 31-də general-mayor rütbəsi verilmişdir.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə