ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə9/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   5   6   7   8   9   10   11   12   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

28

coşqun, hərarətli olan bu adam sözünü çox kəskin deyirdi. Polkovnik 



Mehmandarov deyirdi ki, yalnız şücaət göstərməyi bacaran, ağıllı, özü-

nü sevən adamları qiymətləndirir; karyeraçı zabitlərinsə ən böyük ar-

zusu – həyatlarını qoruyub saxlamaq və heç bir xidmət göstərmədən 

ordenlər almaqdır”.

Səhifə 630-da (17-30 dekabr):

“Üçüncü fortun məğlubiyyəti bizim artilleriyanın vəziyyətinə pis 

təsir göstərdimi? – sualına polkovnik Mehmandarov belə cavab verdi ki, 

o, vəziyyətdə bir ağırlaşma görmür. Artilleriya şəraitinin pisləşməsinə 

üçüncü fortun heç bir mənfi təsiri yoxdur.

Yalnız general A.V.Fok özünü birbaşa cavabdan qaçıraraq, ümumi 

nəticəsi olmayan bir yığın söz dedi”.

Səhifə 643-də (18-31 dekabr):

“Kimsə döyüş meydanından belə bir xəbər gətirdi ki, bu gün general 

Fokla polkovnik Mehmandarov arasında ciddi mübahisə olub. Fok sü-

but etməyə çalışırdı ki, qala artıq dözməyəcək; Mehmandarov isə sübut 

edirdi ki, ayrı-ayrı istehkamların məhvi hələ qalanın sonu çatdığına sü-

but deyil, çünki müdafiənin ikinci xəttindən də müqavimət göstərmək 

olar.

Döyüş meydanında isə tək-tək atırdılar. Qaranlıqdır. Üçüncü fort 

istiqamətində, bəzən də qayalıqdan qırmızı fənərlər görünürdü. Deyirlər 

ki, bu fənərlər bizim sanitarlara sarğı məntəqəsini nişan verir.

Bərk yorğunluq hiss edirəm, ona görə də indi uzanıb yatacağam”.

Səhifə 690-da (23 dekabr–5 yanvar):

“S. mənə xəbər verdi ki, dünən yapon artilleriyasının rəisi qərargahı 

ilə  birgə  qalaya  gəlmişdi  və  qalanın  sağ  cinahının  artilleriya  rəisini, 

polkovnik Mehmandarovu (mühasirə zamanı general-mayor olmuşdu)

1

 

axtarırdı. Səməd bəy Mehmandarov faktiki olaraq avqust ayının ortala-

rında bütün artilleriyaya rəhbərlik edirdi.

1

  Port-Artur döyüşlərindəki xidmətlərinə görə Səməd bəy Mehman-



Port-Artur döyüşlərindəki xidmətlərinə görə Səməd bəy Mehman-

darova  1904-cü  il  oktyabrın  22-də  general-mayor  rütbəsi  verilmişdir. 

Səməd  bəy  həm  də  4-cü  dərəcəli  “Müqəddəs  Georgi”,  birinci  dərəcəli 

“Müqəddəs  Stanislav”  ordenləri  və  brilyantla  bəzədilmiş  qızıl  dəstəkli 

qılıncla təltif edilmişdir – Ş.N.



Şəmistan Nəzirli

29

Görüş zamanı o belə bir söz işlətdi: “Hörmətli qonaqlar yəqin səhv 



salıblar. Onlar çox güman ki, qala artilleriyasının rəisi, general Belini 

görmək istəyirdilər. Lakin qonaqlar cavab verdilər ki, məhz mübarizə 

aparmaqda böyük əziyyət çəkdikləri, özlərinə möhtərəm rəqib saydıqları 

adamla – Mehmandarovla tanış olmaq onlar üçün çox maraqlıdır. On-

lar general Mehmandarovun şəninə çoxlu tərifli sözlər, komplimentlər 

dedilər; etiraf etdilər ki, Port-Artur yaxınlığında yapon artilleriyasının 

verdiyi itki olduqca çoxdur. İyirmi beş minə kimi adam tələf olub, çoxlu 

yapon silahı məhv edilib, həmçinin Port-Arturda mərmilərin çatışmaz-

lığı onların məsələsini yüngülləşdirib.

General Mehmandarov əsirliyə yolu düşdü… o, vicdanına and içib 

“evə” gedənlərin ən qəddar düşməni olacağını bildirdi.

Gündüz saat on ikidir. Yaralıların yanında idim. Hər yerdə eyni söz-

söhbət – qalanın təhvil verilməsindən və əsirlikdən gedirdi”.

Səhifə 752-də (3-16 yanvar):

“Hakimiyyətin ələ keçirilməsi” haqqında müxtəlif fikirlər söylənirdi. 

Məsələn, həmişə döyüş mövqelərinin sağ cinahında olan F. və Ş. qeyd 

etdilər ki, guya mövqelərdə olarkən necə olubsa, onların yanında pol-

kovnik (indi general) Mehmandarov da söhbət əsasında bu mövzu haq-

da öz fikrini bildirmişdi: “Hakimiyyəti ələ keçirmək” nə deməkdir? Mən 

bunu  başa  düşmürəm.  Əgər  mən  komendant  olsaydım  və  vəzifəmin 

öhdəsindən az da olsa gələ bilsəydim, mənim qanuni hakimiyyətimi gö-

rüm əlimdən kim ala bilərdi?! Əgər elə adam tapılsaydı mən deyərdim: 

Əlahəzrət, nə qədər ki, kimin əsl komendant olduğunu ayırd etməmişik, 

bu yerdən heç yana tərpənən deyilik… Bu ilin sonu nə qədər axmaq 

nəticələr versəydi belə, məni bu yolda niyyətimdən heç bir şey döndərə 

bilməzdi”.

Həmişə ön cəbhədə olan Səməd bəy Mehmandarovun Port-

Artur döyüşlərində xüsusi xidmətləri olmuşdur. Yaxşı ki, onun 

müasiri  olan  rus  jurnalistləri  Səməd  bəyin  döyüş  fəaliyyətini 

qələmə almışlar.

Jurnalist E.K.Nojin Port-Arturda çıxan “Novıy kray” qəzetinin 

xüsusi müxbiri olmuşdur. Odlu cəbhələri gəzən jurnalist maraq-

lı gündəliklər müəllifidir. Qeydlərindən aydın olur ki, o, general 

eloğlumuz Səməd bəy Mehmandarovla həmişə ön xətdə görü-



General Əli ağa Şıxlinski və silahdaşları

30

şərmiş.  Rus  jurnalisti  azərbaycanlı  sərkərdənin  vətəni  Qafqaz 



üçün darıxmasının da şahidi olub.

“…Blindaja girdim. General Nadein həmişəki kimi sakitdir. 

Onun qərargah rəisi Stepanov yorğundur. Burada bir neçə zabit 

var. Polkovnik Mehmandarov da buradadır. Biz həmişəki kimi 

çox səmimi görüşdük. Mehmandarov heyranlıqla vətəni Qafqazı 

yad edirdi:

–  Qafqaz  çox  yaxşıdır,  çox  gözəldir!  –  deyirdi.  –  Təbiət  hər 

şeyin  keyfiyyətinə  zəmanət  verərək  ona  öz  möhrünü  vurmuş-

dur. Amma bədbəxtlik ondadır ki, bəzən daş lazım olan yerdə 

bir dənə də daş tapmazsan, lazım olmayan yerdə isə sayı-hesabı 

yoxdur. Su lazım olan yerdə su olmur, ehtiyac olmayan yerdə 

dərya qədərdir. – Ani olaraq dayanan Mehmandarov sözünə da-

vam etdi: – Bəs İslam? Yaxşı nə varsa – onu sonrakı həyatın verə-

cəyini vəd edir. Hər şey çox yaxşıdır, amma bizə cənnətdə yeddi 

mələk boyun olublar, yeddisinin də gözü girdə. Sizcə, bu nə olan 

işdir? Peşmançılıq deyilmi? Bilirsinizmi, mən indi heç nə istə mi-

rəm – nə cənnəti, nə də mələkləri. Mən yalnız azca istirahət istəyirəm.

Ətrafda hər yanda mərmilər partlayırdı. Onların ikisi blinda-

jın tavanına düşdü. Zabitlər qorxu hissi ilə ayağa durdular. İgid 

polkovnik Mehmandarov isə heç tövrünü belə pozmadı. Onun 

iri, ağıllı gözlərində zərrəcə qorxu hissi yox idi”.

Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özü-

nü itirmədiyinin şahidi olan onun silahdaşı Əli ağa Şıxlinski ya-

zır ki, oktyabrın on dördündə – qala topa tutulan zaman Səməd 

bəy Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe ya-

ponlar tərəfindən on bir düyməli topdan, otuz yeddi millimetr-

lik xırda dəniz topuna qədər müxtəlif toplarla atəşə tutulmuş-

dur. Həm də, bu mövqe yaponların tüfəng və pulemyot atəşi al-

tında idi. Bu zaman Mehmandarovun yaxınlığında altı düyməlik 

mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü bula-

dı, amma yaralanmadı.

Mehmandarov buna əsla əhəmiyyət verməyərək, böyük so-

yuqqanlıqla  cibindən  ağ  dəsmalını  çıxarıb,  gözəl  təzə  paltosu-

nun üzərinə sıçrayan palçığı silməyə başladı.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə