ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə124/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   120   121   122   123   124   125   126   127   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

394


Onların əksəriyyəti dünyasını dəyişib. Bu nadir fotoşəkil isə 

o günlərdən nəsillərimizə yadigar qalıb.

Gəray bəyin oğlu Rüstəm Vəkilov: 

– Atam 1920-ci ilə kimi şərəfli ömür yaşadığını tez-tez xatır-

lardı. Amma Müsavat dövründəki döyüş yolunu xatırlamaq ona 

çox çətin idi.

Yadımdadı,  otuzuncu  illərdə  Səməd  Vurğun  bizə  tez-tez 

gələrdi. Onların ikilikdə elədikləri söhbət gecədən xeyli keçənə 

qədər davam edərdi. Bəzən mübahisələri qızışıb, səsləri ucalan-

da anam Sitarə zarafatla deyərdi:

– Balam, bu sinfi düşmənlərin söhbəti qurtarmır ki, qurtarmır.

O da yadımdadır ki, bir dəfə çay aparanda atamın 1924-cü 

ildə Moskvada Nəriman Nərimanovla görüşündən danışdığını 

eşitdim.


Qorxu hissiylə bunu anama bildirdim.

Anam narahatlıqla dedi:

Bu kişinin gözünü qan örtüb, yenə bizi işə salacaq.

Axı, o illərdə Nəriman Nərimanovun şəxsiyyətinə haqsız ola-

raq qara kölgə salmışdılar. Onun silahdaşları həbs edilirdi. 

1924-cü  ildə  ordudan  tərxis  olunan  Gəray  bəy  ömrünün 

axırınadək  Respublika  Maliyyə  Nazirliyində  işləyib.  1952-ci  il 

martın on dördündə Bakıda vəfat edib.

Görkəmli müğənnimiz Rəşid Behbudovun anası, maarifçi qa-

dın  Firuzə  xanım  Vəkilova  (1889-1933)  polkovnik  Gəray  bəy 

Vəkilovun doğma bacısı idi.

Ştabs-kapitan Nəsib ağa Əsəd ağa oğlu Vəkilov 1899-cu ildə 

Qazaxda anadan olub. Qori Seminariyasının Azərbaycan şöbəsini 

bitirib.  1919-cu  ildə  Gəncədə  praporşiklər  məktəbində  hərbi 

təhsil alıb. Müsavat zabiti olduğuna görə 1940-cı ildən 1955-ci ilə 

qədər  Maqadan  və  Norilskiyə  sürgün  edilib.  1954-cü  il  mayın 

səkkizində  qohumu,  xalq  şairi  Səməd  Vurğuna  məktub  yazıb, 

Vətənə qayıtması üçün ondan kömək istəyib. Şair günahsız həbs 

olunmuş əmisi oğlu Nəsib ağanın ailəsinə maddi kömək etmiş-

dir.  Yeri  gəlmişkən  onu  da  qeyd  edək  ki,  otuzuncu  illərdə 




Şəmistan Nəzirli

395


Vəkilovlar nəslindən bir çoxları repressiyaya uğramışdır. Səməd 

Vurğun  onlardan  yalnız  birini  –  xalq  müəllimi  Teymur  bəy 

Vəkilovu həbsdən azad etdirə bilmişdi.

Nəsib ağa Vəkilov Norilsk sürgünündən yazırdı:



Hörmətli və əziz Səməd!

On  altı  il  ayrıldıqdan  sonra  sən  mənim  məktubumu  alıb, 

yəqin ki, təəccüblənəcəksən. Mən qohumlardan heç kəsə məktub 

yazmırdım ki, onları narahat etməyim. Onlara xətər gəlməsindən 

qorxurdum. İndi mən demək olar ki, yarı da olsa azad vətəndaşam. 

Ona görə də məktub yazıb, özümü xatırlatmağa cürət edirəm. Bu 

məktubu sənə Norilskidən evə qayıdan, bizim ümumi tanışımız 

Əli Səbri

1

 çatdıracaq.

Əli Səbri mənim haqqımda məlumat verəcək. Xahiş edirəm, 

əgər sənin üçün çətin olmazsa və mümkünsə uşaqlarımın xatirinə 

mənim Vətənə qayıtmağıma imkan daxilində kömək edəsən.

Mən çox qocalmışam, ömrümün son illərini uşaqlarımın ya-

nında, doğma diyarda keçirmək istəyirəm. Mənə elə gəlir ki, sən 

mənim xahişimi rədd etməzsən, çünki indi zaman o zaman deyil. 

Burdan qohumlarının və tanışlarının vəsatətinə əsasən çoxları 

evə  qayıdırlar.  Mehdixana  və  Xavər  xanıma  mənim  ürəkdən 

gələn salamımı çatdır. Öpürəm səni, Mehdixanı, Yusifi və Vaqifi. 

Xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Hörmətlə Nəsib ağa”

1955-ci ildə Vətənə qayıdan Nəsib ağa Vəkilov 1963-cü ildə 

Bakıda vəfat edib. O, polkovnik Əsəd ağa Vəkilovun oğlu idi.

* * *


1919-cu il fevralın on dördündə praporşik Lütfəli bəy Vəkilov 

Azərbaycan  süvari  alayının  komandirinə  belə  bir  məlumat 

göndərmişdir:

“Sizin  nəzərinizə  çatdırıram  ki,  1918-ci  il  iyunun  on  sək-

kizində dördüncü Borçalı alayının polkovniki Tuqanov Birinci 

1

  Əli Səbri (1892-1983) nasir, tərcüməçi.




General Əli ağa Şıxlinski və silahdaşları

396


Dünya  müharibəsi  illərində  döyüş  xidmətlərimə  görə  min  beş 

nömrəli əmrlə mənim Müqəddəs Georgi xaçı ordeninin bütün 

dörd dərəcəsi ilə təltif olunmağım haqqında sənəd təqdim etmiş-

di və buna əsasən mənə birinci Mozdok Dağ-Kazak alayı min 

yüz qırx altı nömrəli attestat da verilmişdir. Orada ordenlərin 

hər birinin nömrəsi də yazılıb. Həmin döyüşlərdə mən dörd dəfə 

yaralanmışam  və  kontuziya  olmuşam.  Bunların  hamısı  Sizə 

göndərdiyim şəxsi işimdə göstərilib”.

Vərəqin o biri üzündə praporşik Lütfəli bəy Vəkilovun dəsti-

xəttilə yazılmış qeydi də var: “Mənim şücaətlərimin və təltifat-

larımın cəbhədə şahidi olan rotmistr Çayevski idi. O, hazırda 

Hərbi Nazirliyin Baş Qərargahında baş zabit kimi xidmətdədir”.

Əlbəttə, praporşik Lütfəli bəy Vəkilovun bu məlumatı müa-

sir oxucuya adi ərizə kimi görünə bilər. Lakin unutmaq olmaz ki, 

o dövrdə belə bir yüksək ordenlə zabitlər çox nadir hallarda təltif 

olunurdu. Qeyri-adi igidlik göstərən, “Müqəddəs Georgi ” orde-

ninin bütün dərəcəsinə layiq görülən oğullarımızı barmaqla say-

maq olar. Rotmistr Teymur bəy Novruzov (1919-cu il, avqustun 

2-də general-mayor rütbəsi almışdır – Ş.N.), praporşik Sayad bəy 

Zeynalov, poruçik Osman ağa Gülməmmədov.

Yüz qırx birinci səhifədə Lütfəli bəyin silahdaşı Çayevskinin 

Baş Qərargaha təqdimatı saxlanır. O yazır ki, dördüncü Borçalı 

süvari  alayının  praporşiki  Lütfəli  bəy  Vəkilovla  Birinci  Dünya 

müharibəsinin ilk günlərindən 1918-ci ilin sentyabrınadək birgə 

döyüşlərdə olub. Onun bütün qəhrəmanlıqlarının canlı şahidi-

dir.  Qazaxda,  Lori  dərəsində,  Borçalıda  erməni  daşnaklarına 

qarşı döyüşlərdə, Bakı, Qarayazı və Şamxorda bolşeviklərlə vu-

ruşmalarda onun cəsur süvari kimi igidlik göstərdiyinə zəmanət 

verir. Belə bir igid zabitin yüksək rütbəyə layiq olduğunu tama-

milə qanuni hesab edir.

Rotmistr  Çayevskinin  Baş  Qərargaha  iftixarla  yazdığı  təq-

dimatı iki general məmnuniyyətlə təsdiq edib, dərkənar qoyub-

lar: süvari diviziyanın rəisi, general-mayor şahzadə Əmir Kazım 

Qacar və qərargah rəisi general Zaxar Amaşukeli.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə