Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
  1   2   3   4   5   6   7   8   9   ...   97


      Şəmistan Nəzirli 
     Azərbaycan hərb tarixinin və Səməd Vurğun ömrünün araşdırıcısıdır. 
Hər iki sahədə silsilə əsərlər müəllifidir. “Vurğun keçib bu yerlərdən”, 
“Ellər Vurğunu”, “Yaddaslarda yaşayan Vurğun”, “Qəribə talelər”, 
“Qoridən gələn qatar”, “Azərbaycan generalları”, “Daş Salahlı  Məmməd 
koxa”, “Cümhuriyyət generalları”, “Qacarlar”, “Vurğun ömrü məktublarda”, 
“Tam artilleriya generalı S.Mehmandarov”, “Arxivlərin sirri açılır”, 
“Nəzirli ocağının üç sairi”, “Qarxunlu Əşrəfbəy” və başqa tarixi  
əsərləri ilə tanınır. 
     Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvüdür. 
“Səməd Vurğun fəxri diplomu”na (1996), “Qacarlar” əsərinə görə 
İran Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına (1995), 
“General Həzi Aslanov”,   “General Əliağa Şıxlinski” (1995) və 
“Elm” fondunun “İlin ən yaxşı kitabı” mükafatına (1999) layiq görülüb.  
 
  
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
ŞƏMİSTAN NƏZİRLİ 
 
 
 
 
 
 
 
 
TOPOQRAF - GENERAL 
İBRAHİM AĞA VƏKİLOV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – “ZAMAN” - 2002 
  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Elmi redaktoru:    Qərib Şamil oğlu Məmmədov 
Azərbaycan Milli Elmlər  
Akademiyasının müxbir üzvü,  
biologiya elmləri doktoru, professor. 
  
 
Üz qabığında  
İ.Vəkilovun tərtib etdiyi milli  
xəritədən istifadə olunmuşdur. 
 
Şəmistan Nəzirli. Topoqraf-general İbrahim ağa Vəkilov.  
Bakı, “Zaman” nəşriyyatı,- 2002. 296 səh. və 32 səh. şəkillər. 
  
Azərbaycanda elə  nəsillər var ki, həkim, maarifçi, mühəndis, elm xadimi 
yetişdirməklə yanaşı, onların hərbçi oğulları da olmuşdur. Hələ imperiya və 
Cümhuriyyət dövründə Qacarlar nəslindən səkkiz, Naxçıvan Kəngərlilərindən beş, 
Bakıxanovlardan üç, Cavanşirlərdən dörd, Yadigarovlardan üç, Şıxlinskilərdən iki, 
Talışxanovlardan dörd nəfər general yetişmişdir. Bunlar bir nəslindən sayca çox 
olanlardır. 
Nüfuzlu Vəkilovlar nəsli isə Azərbaycan hərb tarixinə topoqraf-general 
İbrahim ağa Vəkilovu (1853-1934) bəxş etmişdir. 
Hərb tariximizdə müstəsna xidmətləri olmuş topoqraf-general Zaqafqaziyada  
yeganədir - nə özündən əvvəl və sonra, nə də müasirləri arasında bu sahə üzrə belə 
ali hərbi rütbəli mütəxəssis olmayıb. 
Tədqiqatçı, polkovnik-leytenant Şəmistan Nəzirlinin yeni kitabında general-
mayor İbrahim ağa Usubovun (1872-1920), general-leytenant Fərəc bəy Ağayevin 
(1811-1891), general-mayor Həbib bəy Səlimovun (1881-1920), Həsən ağa 
Bakıxanovun (1833-1898), Ağası  bəy Avşarovun (təx.1830-?),  şahzadə Rzaqulu 
Mirzə Qacarın (1837-?), Tərlan bəy  Əliyarbəyovun (1892-1956), Əsəd bəy 
Talışxanovun (1857-1919), polkovnik Bəhram bəy Nəbibəyovun (1884-1930), 
Qalib bəy Vəkilovun (1888-1937), Gəray bəy Vəkilovun (1884-1952), kapitan 
Bahadır bəy Vəkilovun (1889-1920) və başqa görkəmli hərb xadimlərinin ömür 
yolu zəngin faktlar əsasında qələmə alınmışdır. 
Kitabda həm də ötən yüz illiklərdə indiyədək açılmayan səhifələr barədə 
(Hərb tariximizdə nələr olmuşdur?) oxuculara ilk dəfə məlumat verilir. 
 
   
 
 © 
Ş.Nəzrli - 2002 
 
 
 
 
 
 


 
 
QƏRİBƏ TALE 
 
    General İbrahim ağa Vəkilov Zaqafqaziryada yeganədir  - 
nə özündən əvvəl və sonra, nə də müasirləri arasında bu 
sahə üzrə belə ali hərbi rütbəli mütəxəssis olmayıb 
 
   
 Batan günəş soruşdu: - Ehey, burada kim var. 
Mənim işimi davam  etdirsin? 
         Saxsı şıraq cavab verdi: - Mən əlimdən 
gələni edirəm, ey hökmdar. 
 
                                              
 Rabindranat Taqor 
Məşhur hind yazıçısı 
 
Qaş qaraldı, uzaqlar yavaş-yavaş görünməz oldu. Axşam düşürdü. Örüşdən 
qayıdan mal-qaranın mələşməsi kəsildi. Yal gözləyən itlər zəncir gəmirir, dartmıb 
gah hirslə yazıq-yazıq zingildəyirdi. Yenicə doğmaqda olan Ay Kürün sularında 
“yuyunurdu”. 
Salahlı obasına qərib bir axşam düşmüşdü.  İbrahimin səbri tamam 
kəsilmişdi. Tez-tez torpaq dama girib-çıxır, dinclik tapa bilmirdi. Gözü o tayda 
qalmışdı. Pənah kişi isə görünmürdü. İbrahim bir neçə  dəfə  gəlib Pənah kişinin 
xalxalına baxıb məyus qayıtmışdı. Atasının dostu ilxıçı  Pənah sözünə düz adam 
idi. Paşa ağanın ölümündən sonra ilxıçı bu dostluğu ailənin böyüyü İbrahimlə 
davam etdirirdi. “Nə oldu, görəsən, Pənah  əmi niyə  gəlmədi, bəlkə...” Öz-özünə 
verdiyi suallar İbrahimin intizarını daha da artırırdı. 
Şəmmətli meşəsinin bərabərində bir at kişnədi. Üstündəki adam ata 
acıqlandı. At şappıltı ilə suya girdi. Bir göz qırpımında payızın bulanıq sularını 
yarıb bu taya keçdi. 
İbrahim sahildə atlı ilə üzbəüz gəldi. Hürkək və zəif bir səslə: 
- Pənah əmi, sənsənmi? - dedi. 
İlxıçı duruxdu. Qəfil zərbə  dəymiş adam kimi əvvəlcə özünü itirdi. Sonra 
özünə gəlib: 
- Mənəm, oğul, - dedi, - sən deyəsən getməyi lap doğrulamısan, yaxşı, 
hazırsanmı? Burda gözlə, evə dəyib gəlirəm. 
Atını cığıra salıb, bir az aralandı. Birdən yarı yolda geri dönüb: 
- Ayə, a İbi, - dedi, barı evə bir söz demisənmi? 
 - Deməmişəm, Pənah əmi, amma əmioğlu Yusifə bərk-bərk tapşırmışam ki, 
işdi, gördün çox axtarırlar, anam çox ağlayıb-sızlayır, onda deyərsən ki, dünən 
Qazaxda idim, eşitdim İbrahim Tiflisə oxumağa gedib. 
- Onda get Bala bərənin yanında gözlə, birdən buralara hərlənən olar, indi 
gəlirəm, bir az da orda fikirləş. 
Pənah kişi atını mahmızladı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə