Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   6   7   8   9   10   11   12   13   ...   97

İki gənc - Yelena Yefimovna və  İbrahim ağa Paşa ağa oğlu bir-birini 
sevirlər. Lakin onların birgə  səadətlərinə din ayrılığı mane olurdu. Azərbaycanlı 
İ.Vəkilov islam, Y.Yerınolayevna isə pravoslav dininə  məxsus idi. Rusiya 
imperiyasının o vaxtı qanunlarına görə  kəbin kəsdirmək üçün ikisindən biri öz 
dinindən imtina etməli idi. Ancaq onların heç biri tərbiyə olunduqları dini 
ehkamlara qarşı çıxa bilmir. Belə olduğu halda mənim babam İbrahim ağa Vəkilov 
imperatora müraciət edir. Əla-Həzrətdən xahiş edir ki, onların dinlərini 
dəyişdirmədən kəbin kəsdirınələrinə icazə versin. Uzun çəkişmələrdən sonra bu 
icazə verildi. Lakin Rusiya imperiyasının qanunlarına görə belə  kəbindən sonra 
dünyaya gələn uşaqlar pravoslav dinində tərbiyə almalı idilər. 
Beləliklə, Yelena Yefimovna hər üç uşağını - qızı Reyhanı, oğlanları Boris 
və Qlebi xaç suyuna salır. Lakin atalarının, dost və qohumlarının təsiri ilə uşaqlar 
islam dininə daha çox meyl və rəğbət göstərirlər. Analarını çox sevən hər üç uşaq 
böyüyəndə ondan xahiş edirlər ki, onların müsəlman dininə keçmələrinə razılıq 
versin. 
Məhz bu səbəbə görə  də  mənim nənəm onu üzən “nə etməli?” sualı ilə 
“xristian dininin vicdanı” sayılan yazıçı Lev Tolstoya müraciət etməyə  məcbur 
olur. 
Lev Tolstoy dörd səhifəlik, geniş  məktubla nənəmə cavab yazır. Həmin 
məktubdan bəzi parçaları Siz qəzetmizin yeddinci nömrəsində - dosyedə  dərc 
etmisiniz. 
Tolstoyun məktubundan sonra Yelena Yefimovnanın və  İbrahim ağa Paşa 
ağa oğlunun uşaqlarının üçü də müsəlman dinini qəbul edir. Oğlanları adlarını belə 
dəyişirlər - Boris Faris, Qleb isə Qalib olur. 
Yelena Yefimovna bütün həyatını sadiq ərinə  və sevimli uşaqlaırna sərf 
etmişdir. Hərbi vəzifəsinə görə  ərinin hara göndərilməsindən asılı olmayaraq 
(babam qərargah generalı rütbəsinə  qədər yüksəlmişdir) nənəm həmişə onu 
müşayiət etmişdir. O, çox savadlı qadın olmuş, bir neçə dil bilmiş,  ədəbibədii 
tərcümələrlə  məşğul olmuş, maraqlı xatirələr yazmışdır. Nənəm 1923-cü ildə 
Tiflisdə vəfat etmişdir. 
Mənim babam və onun hər iki oğlu öz xalqına, Vətəni Azərbaycana böyük 
inam və sadiqliklə qulluq etmişlər. Xüsusilə, 1918-20-ci illərdə Azərbaycan 
Demokratik Respublikasının qurulmasında onların əvəzsiz xidmətləri olmuşdur. 
Babam Ibrahim ağa hərbi topoqraf idi. O, İran, Türkiyə və Zaqafqaziyanın 
xəritəsini yaratmışdı. Azərbaycanın ictimai həyatında görkəmli yer tuturdu. 
Azərbaycanda Demokratik Respublika olduğu zaman o, Gəncənin general-
qubernatoru idi. Türk, İran və rus ordenləri ilə təltif olunmuşdu. 
Atam Qalib bəy  İbrahim ağa oğlu Vəkilovun hərbi-texniki təhsili vardı. 
Birinci dünya savaşında iştirak etmişdi. Hərbi xidmətlərinə görə bir sıra ordenlərlə, 
o cümlədən müqəddəs Georgi xaçı ilə təltif olunmuşdu. 
Əmim Faris bəy  İbrahim ağa oğlu isə ixtiralarına görə bir sıra patent 
qazanmış istedadlı mühəndis idi. Təəssüf ki, bizim ailəmiz də siyasi təzyiq 
tədbirlərindən kənarda qalmadı. 


1931-ci ildə atam birinci dəfə  həbs olundu, sonra səhhətinə görə  həbsdən 
azad edildi. 1937-ci ildə onu ikinci dəfə  həbs etdilər və günahsız olmasma 
baxmayaraq, keçmiş çar və müsavat zabiti kimi güllələdilər... 
    Əmim isə on səkkiz il Karaqanda, Maqadan və Sibir sürgunü çəkmişdi. 
Atamdan xatirə olaraq məndə yalnız onun (ölümündən sonra) bəraət alması 
həqqında olan arayışlar qalmışdır. 
Sizin dosyenin səhifsində adını çəkdiyiniz Y.Y.Vəkilovanın ailəsi haqqında 
mənim demək istədiyim bunlar idi. 
“Hə, bir neçə kəlmə də özüm haqqında demək istəyirəm. Mən-Leyla Qalib 
qızı Vəkilova - pedaqoji elmlər doktoru, M.F.Axundov adına Pedaqoji rus dili və 
ədəbiyyatı Institutunun professoru, Azərbaycanın ali və orta məktəbləri üçün rus 
dili üzrə bir sıra dərsliklərin müəllifiyəm. Bütün şüurlu həyatımı  gənclərin 
tərbiyəsinə və təhsilinə sərf etmişəm.”  
 
 
QÜRBƏTDƏN GƏLƏN MƏKTUB 
 
General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində iki qardaşın yeganə bacısı 
Reyhan xanım idi. Atasından və  əmisindən fərəhlə danışan Leyla xanım bibisi 
haqqında heç bir məlumat vermir. Əlbəttə, bu səbəbsiz deyil. 1919-cu ildə 
Azərbaycan  nümayəndəsi    kimi    Fransada    işləyən  Abbas  bəy Ataməlibəyov 
həyat yoldaşı Reyhan xanımı da özü ilə aparmışdı. 1920-ci  il  aprel  çevrilişindən  
sonra  onlar geri  qayıtmadılar.  Şübhəsiz ki,  Reyhan xanım  “Vətən”  deyib,  
bolşevik-daşnak rejimilə yaşayan o vaxtkı Azərbaycana qayıtsaydı, bəy nəsilli, 
müsavat generalının qızına da  yaxşı  məlumdur. Otuz yeddinin qara, məşum 
günlərində doqquz yaşlı uşağa on bir il həbs cəzası kəsən, ata-anasını, hətta uzaq 
qohumlarını güllələdən sovet totalitar hakimiyyətmə etibar edib qayıtmaq 
mümkünmü idi? ƏJbəttə yox. Bütün bunları - sürgün və güllələmələri onlar 
okeanın o tayında yaşasalar da, bilirdilər. 
Yadımdadır, yetmişinci illərdə Faris bəylə tez-tez görüşəndə bir neçə  dəfə 
bacısı Reyhan xanımın adını çəkib ağladı. 
 
- Faris bəy, bacınız sizdən böyük idi, yoxsa kiçik? - deyə soruşdum. 
- Ailəmizin ən kiçiyi idi, - dedi. - Şən, şıltaq bircə bacımız vardı. O, 1896-cı 
il iyunun 20-də Tiflisdə anadan olmuşdu. İki oğuldan sonra dünyaya gələn bacımın 
şərəfinə atam bir qoç qurban kəsdi. Bacım ilk təhsilini Tiflisdəki Nücabə  qızlar 
məktəbində almışdı. 1917-ci ildə onun toyu oldu. Əri Abbas bəy Ataməlibəyov 
əslən Şamaxıdan olan, lakin çoxdan Bakıda yaşayan Seyfulla bəyin oğlu idi. Onlar 
varlı-dövlətli, həm də ali dərəcədə ziyalı bir nəsil idi. Abbas bəy Üzeyir bəyin 
qardaşı Ceyhun bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşovla yaxın dost idi. Onlar 
Fransaya da birgə getdilər, bir daha qayıtmadılar. Atamın sağlığında, qardaşım və 
mən həbs olunmamışdan  əvvəl məktublaşırdıq.  İndi isə  nə öldüsündən, nə  də 
qaldısından xəbərimiz yoxdur... 
Nə az, nə  də çox, yetmiş yeddi ildən sonra general ailəsinin yeganə varisi 
Leyla xanım Amerikadan məktub və fotoşəkil aldı. Məktub və fotoşəkli ona bibisi 
oğlu Qalib göndərib. Təbii ki, belə məktubu oxumaq nə qədər sevindirici olsa da


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə