Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   7   8   9   10   11   12   13   14   ...   97

həyəcaın ondan qat-qat artıqdır. Professor Leyla xanım Vəkilova ingilis dilində 
yazılmış məktubun mətni ilə məni tanış edir. 
- Bibim Reyhan xanım 1923-cü ildə anadan olan oğluna mənim atamın, yəni 
kiçik qardaşı Qalib bəyin adını qoyub. Mənə uşaq vaxtı babam demişdi ki, sənin 
bibin oğlu var. Hətta onun balaca vaxtı  çəkilmiş iki foto şəklini də göstərmişdi. 
1934-cü ildə babam İbrahim ağa vəfat etdikdən sonra nə bibim Reyhan xanımdan, 
nə də onun oğlunun taleyi haqında heç bir məlumatım yox idi. İki min birinci ilin 
iyun ayında mənə  xəbər verdilər ki, bibin oğlu Qalib Ataməlibəyov sizi axtarır. 
Mən ona ev telefonumu və ünvanımı göndərdim. 
- Leyla xanım, 1919-1920-ci illərdə Reyhan xanım və ailəsi Fransada 
yaşayıb. Bəs necə olub ki, indi Amerikadan məktub gəlib? 
- Bibim oğlunun yazdığına görə 1920-ci ildən sonra onlar çox çətin və əzablı 
günlər yaşayıblar. Bu əzablara baxmayaraq, Qalib yaxşı  təhsil alıb, dünyanın bir 
neçə böyük ölkəsini dolaşıb. Hələ Parisdə yaşayanda o, Sarbonna universitetmi 
bitirib. Müharibə vaxtı fransızların işğalçı qoşunlarının tərkibində Almaniyada 
hərbi qulluqda olub. 
1946-cı ildə onlar ailəlikcə  Gənubi Amerikaya, Çiliyə köçüblər. Qalib 
farınokologiya mütəxəssisi kimi firınada işləyib. Onun Tayvanda, Çilidə, 
Hindistanda, Yuqoslaviyada və Misirdə filialları olub. Nəhayət, altınışıncı illərin 
sonunda Amerikada daimi yaşayıb. Bibim Reyhan xanım 1966-cı ildə Çilidə,  əri 
Abbas bəy isə 1971-ci ildə Amerikada vəfat edib. 
Yuqoslaviyada bibim oğlu milliyyətcə serb, sənəti kimyaçı olan bir qızla 
tanış olub ailə qurub. Onların indi iki övladı var - oğlu Abbas-Dominik və  qızı 
Tamara-Mariya adlı. Məktubunda Qalib söz verir ki, 2002-ci ildə dədə-baba Vətəni 
Azərbaycana ziyarətə gələcək. 
 
  
TİFLİSDƏKİ İZİMİZ 
 
 
 
Azərbaycanlı     seminaristlər    Qoridə 
özlərinin gənclik illərini keçirmişlər.  Onlar 
Gürcüstan və gürcülər haqqında ən yaxşı 
təəssüratlarla gedirlər. Gürcüstan Azərbaycanın  
bir çox mədəniyyət xadimlərinin mənəvi vətəni 
olmuşdur. Belə vətəni unutmaq olarmı? Mən  
Gürcüstan və Qori şəhərinin  sakinlərinə  səmimi  
münasibətlər üçün dərin minnətdarlığımı  
bildirirəm. 
 
Firudin bəy Köçərli
 
(1918-ci ildə “Qruziya” qəzetinin müxbirinə  
verdiyi müsahibədən). 
 


Ötən  əsrin  əvvələrindən başlayaraq Tiflisdə bizim mütərəqqi fikirli 
ziyalılarımız daha çox məskən salıblar. Ona görə  də inqilaba qədərki 
ziyalılarımızın hansının ömür yoluna nəzər salırsansa, istər-istəməz Tiflislə 
bağlılığına rast gəlirsən. Təəssüf ki, belə görkəmli  şəxsiyyətlərimizin adları 
əbədiləşdirilmir. Olub-qalan nişanələr isə bir yandan silinib itirilir. 
General-topoqraf  İbrahim ağa Vəkilovun ötən  əsrin sonlarında tikdirdiyi 
şəxsi mülkü Uş.Çxeidze küçəsində  əsl memarlıq abidəsi idi. İki göz istəyirdi 
tamaşa eləsin. Bu evi mən 1985-ci ildə generalın oğlu Faris bəyin çəkdiyi sxem 
vasitəsilə axtarıb tapmışdım. Bakıya qayıdanda Faris bəyə dedim ki, eviniz sağ-
salamatdı, getdim, Tiflisdə ziyarət elədim. Onda Faris bəyin necə sevindiyinə bir 
Allah, bir də mən şahidi oldum. Doxsan dörd yaşlı tənha qoca durub qara şkafin 
enli siyirınəsində saxladığı  həmin evin foto şəklini tapdı, dönə-dönə öpdü, uşaq 
kimi kövrəldi. 
İkimərtəbəli mülkdə iki gürcü, bir erməni ailəsi yaşayırdı. Soruşdum ki, 
bilirsiniz bu mülk kimin olub? Cavab verdilər ki, bir tatar generalının. 
Bu dəfəki gəlişimdə  də dözməyib, yenə  həmin evə baş  çəkmək istədim. 
Hansı gözəgörünməz qüvvəsə  məni ora çəkirdi. Elə bilirdim orda - o mülkdə, 
qarşısındakı o cənnətəbənzər bağda Azərbaycanın bir parçası öz oğlunun 
həsrətindədir. Üstəlik də Faris bəy danışmışdıki, qapımızdakı  ağacların hamısını 
atam Qarayazıdan, Salahlıdan gətirtmişdi. Atam o ağaclarla həmişə  həmsöhbət 
olardı. Onları sığallaya-sığallaya, hər bir ağacın boyunu sevə-sevə böyüdərdi. Uzaq 
şəhərlərə topoqrafiya çəkilişlərinə gedəndə onlara da salam yazırdı. Anama, bizə 
dönə-dönə tapşırardı ki, ağaclar amanatdı, onlara vaxtında su verin, korluq 
çəkməyə qoymayın. 
Veriyski körpüsünə keçib balaca dikdirə  çıxanda gözlərimə inanmadım. 
Generalın mülkü yox idi, yer üzündən silinmişdi, sanki heç burda belə  şey 
olmayıbmış. Yalnız sahibsiz bağın ağacları qalmışdı. Məni qınamayın, mənə elə 
gəldi ki, o ağaclar yetim uşaq kimi ağlaşırdılar. Yaxınlaşıb oxşadım onları. Əlimi 
gövdələrinə  çəkdim. Generalın ruhuna rəhmət oxudum, yaxşı tanıdığım mərhum 
Faris bəyi yada saldım. Kövrəldim. “Eh, dünya, niyə belə vəfasızsan” - pıçıldadım. 
Başım üstündə göyə yüksələn ağacların yarpaqları  xışıldadı. Küləkmi tərpətdi 
onları, yoxsa mənim gəlişimə sevinclə  pıçıldaşdılar? Deyə bilmirəm, bircə  şeyi 
bilirəm ki, canıma ad saldı o ağacların qürbətdə yetim qalmağı... 
Xeyli aralıdakı qonşulardan soruşdum ki, bu mülkü niyə uçurublar? Cavab 
verdilər ki, guya yanından keçən yolu genişləndirınək istəyiblər, yol-zad da 
çəkməyiblər. Evi uçurduqlarına da peşman olublar... 
Beləcə, bizim bir tarixi abidəmiz, tariximiz keçmiş Tiflisdən silinib. 
Acınacaqlı haldır ki, bu da bizim səlahiyyətli vəzifə adamlarımızı narahat etmirdi. 
O vaxt, 1985-ci ildə ev salamat olanda Bakıda rəsmi idarədə, bir rəsmi vəzifə 
sahibinə dedim ki, Tbilisidə generalın evi qalır. 
- Nə demək istəyirsən? - deyib, boz-boz üzümə baxdı. 
- Yaxşı olar, - dedim - Gürcüstan hökuməti ilə danışıb mülkə bir lövhə 
vurdurasınız. Axı, o evdə xalqımızın yeganə topoqraf-generalı  İbrahim ağa 
Vəkilov yaşayıb. General İbrahim ağa Vəkilov tarixi şəxsiyyətdir... 
Məni axıra qədər dinləməyən rəhbər şəxs etinasızlıqla: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə