Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   8   9   10   11   12   13   14   15   ...   97

- Fikirləşərik, - dedi, - indi vaxt yoxdur. 
Bizim “ağıllı  rəhbərimiz” fikirləşməyə vaxt tapana kimi “dəli vurub çayı 
keçdi”... 
Həmin il - 1985-ci ilin iyununda Tbilisidə  şahidi olduğum bir hadisəyə 
azərbəycanlı kimi hədsiz sevindim. İndi unuda bilmirəm. Bir küçədən keçəndə 
kitab mağazası görüb içəri keçdim. Satıcı yaraşıqlı cavan bir oğlan idi. Mən rusca 
soruşdum ki, sizdə tarixi mövzuda yaxşı kitab varmı? Saxlancın varsa, ver, neçəyə 
desən alaram. Oğlan üzümə baxıb, təmiz Azərbaycan dilində: 
- Var, - dedi, - buyurun, alın, cavan yaşında Gəncədə  vəfat etmiş  şair 
Nikoloz Barataşvilinin həyatından sənədli povestdir. Alsanız peşman olmazsınız. 
Burda o dövrün Gəncəsi haqqında maraqlı epizodlar var. 
- Azərbaycanlısanmı? - deyə, sevinclə soruşdum.  
- Yox, - dedi, gürcüyəm. Meydanda yaşayıram. Bizim Meydanda yaşayan 
bütün millətlər Azərbaycan dilində  mənim kim təmiz danışırlar, hələ sizin 
mahnıları da oxuya bilirəm, hər bazar günü saat ikidə “muğamat saatı”nı 
səbirsizliklə gözləyirəm. 
Dünən general İbrahim ağa Vəkilovun mülkünün uçurulmağı qanımı 
qaraltmışdısa, bu gün dilimizə, musiqimizə olan hörmət məni göyün yeddinci 
qatma qaldırdı. Kitab mağazısından sinədolusu sevinclə çıxdım. 
 
  
 
HƏRBÇİ VƏKİLOVLAR 
 
 
Zatından bir hünər görünsə səndə, 
 Səni yaşadacaq özün ölsən də. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əmir Xosrov Dəhləvi, 
 
 
 
 
 
məşhur hind şairi. 
 
İstər imperiya dövründə, istər 1918-1920-ci illərdə Azərbaycan “Demokratik 
Cümhuriyyətn Milli ordusunda və aprel” çevrilişindən sonra da Vəkilovlar nəslinin 
silah tutan cəsur övladları  hərbi sahədə layiqincə qulluq etmişlər. Azərbaycanın 
Rusiya işğalından sonra sevimli şairimiz Səməd Vurğunun mənsub olduğu 
Vəkilovlar nəslindən imperiya ordusunun sıralarında igidlik göstərən hərbçi 
oğullar olmuşdur. 1855-ci il sentyabrın 12-də Qafqaz Əlahiddə Ordusunun 
komandanı general N.N.Muravyovun verdiyi əmrdə oxuyuruq: 
“Üçüncü müsəlman-süvari (Azərbaycan - Ş.N.) alayındakı 
qazaxlılardan ibarət bölüyün komandiri, kapitan Mənsur ağa Vəkilova 
“İgidliyinə görə” və üstü yazılı dördüncü dərəcəli “Müqəddəs Anna ordeni”, 
Qazax bəy polusotniyasından olan milis praporşiki Mir Mirzə  Məhəmməd 
Şərif oğluna podporuçik rütbəsi, Borçalı bəy polusotniyasının vəkili Məmməd 
Şah Ağasultanova gümüş temlyak gəzdirınək huququ və yunker rütbəsi, 
Qazax bəy polusotniyasından Mustafa ağa Mirzəli ağa oğlu Vəkilova gümüş 


temlyak gəzdirınək huququnda yunkerlik rütbəsi verilsin” (Bax. “Kafkaz” 
qəzeti, № 85, 24 sentyabr 1855-ci il). 
1889-cu ildə Tiflisdə  nəşr olunmuş Qafqaz hərbi-tarix muzeyinin “Soraq 
kitabçasında belə bir məlumata rast gəldim: “Polkovnik Mirzə Xudadat bəy 
Vəkilov 1822-ci ildə Salahlı  kəndində anadan olub. İlk zabit rütbəsini 1847-ci il 
iyunun 2-də, polkovnik rütbəsini 1879-cu il dekabrın 14-də alıb. Hazırda Qafqaz 
Əlahiddə ordusunda xidmətdədir. İgidliyə görə təltif olunduğu ordenlər: dördüncü 
dərəcəli Müqəddəs Anna (1847), üçüncü dərəcəli Müqəddəs Anna, bantla birgə 
(1851), Müqəddəs Stanislav (1858), İmperatorun tacqoyma mərasimi münasibətilə 
orden (1860), ikinci dərəcəli Müqəddəs Anna, qılıncla birgə (1861), Dördüncü 
dərəcəli Vladimir bantla, birgə (1875), üçüncü dərəcəli Müqəddəs Vladimir (1883) 
və 1862-ci ildə İranın üçüncü dərəcəli “Şire-Xorşid” ordeni”. 
Polkovnik Mirzə Xudadat bəy Vəkilov Tifüsdəki hərbi gimnaziyanı bitirib. 
Qafqaz  Əlahiddə Ordusunda Şərq dilləri üzrəmütərcim-tərcüməçi işləyib. O, 
məşhur tibb alimi doktor Məmmədrza ağa Vəkilovun  əmisi oğlu, müsavat lideri 
Əlimərdan bəy Topçubaşovun isə dayısıdır. 
 
 
ALLAHIN MƏRHƏMƏTİ İLƏ BİZ 
ÜMUMRUSİYA İMPERATORU VƏ HÖKMDARI 
BİRİNCİ ALEKSANDR 
BİZƏ SƏDAQƏTLİ QAZAX XALQINA
4
 
 
 
Bizim Gürcü çarlığının Baş  rəisi general A.P.Tormasovun
5
     məlumatma 
görə, keçən 1809-cu ildə çoxsaylı  İran qoşunlarının Bizim sərhədlərə basqını 
zamanı Gürcüstanda yaşayan
6
  Qazax camaatı misilsiz şücaət göstərmiş. Bizim 
taxt-taca sədaqətli olduqlarını göstərmişlər. 
Qazax süvarilərinin bu şücaətmi və Bizə göstərilən sədaqətmi nəzrə alaraq 
(Qazax camaatma) Bizim hökmdarın təşəkkür və ehtiramını bu Fərmanla 
bildirməyinizi lazım hesab edirik. 
 
Sankt-Peterburq 
Bizim Çarlığımızın onuncıı ili 
İmperator Birinci Aleksandr. 
Daxili işlər naziri: Kozodoyev. 
7 may 1810-cu il 
 
 
 
 
                                                 
4
 Səhvdir.Qazax xalqı yox, Qazax caamatı olmalıdır –  Ş.N. 
5
 A.P.Tormasov 1809-cu ilə kimi rus qoşunlarının  Qafqazda Baş komandanı olub –  Ş.N. 
6
 Gürcüstanla qonşu olan yazılmalıdır. Qazax sultanlığı  1801-ci ildə Şərqi Gürcüstanla birgə Rusiyaya ilhaq 
olunmuşdu. Şübhəsiz  ki, bu səhv ordan yaranıb –  Ş.N. 


 
 
ALLAHIN MƏRHƏMƏTİ İLƏ BİZ 
ÜMUMRUSİYA İMPERATORU VƏ ÇARI 
İKİNCİ ALEKSANDR 
 
Qoy, hər kəsə aydın və  məlum olsun ki, hamımızın sevimlisi imperator 
Nikolay Pavloviç, Ümumrusiya padşahı, bizim çar atamız, Komet Kazım 
Hüseynqulu oğluna, onun xidmətdə göstərdiyi çalışqanlıq və  səylərə görə,  ən 
mərhəmətlimiz, min səkkiz yüz əlli birinci il, avqustun otuzuncu günü ona 
Podporuçik rütbəsi vermişdir. Ona görə də Biz, bütün təbəələrimizə bildirərək əmr 
edirik ki, Kazım Hüseynqulu oğluna Podporuçiklik təsis edib bağışlayırıq və onu 
Bizim Podporuçik kimi lazım olan qaydada tanıyıb hörmət edin. Biz inanırıq ki, O, 
ən mərhəmətli tərəfindən ona verilmiş rütbəyə layiq, sadiq və mehriban, zabitə 
yaraşan kimi hərəkət edəcək. Buna əsasən, Biz Hərbi Nazirliyin Müfəttişlik 
Departamentmə, imzalayıb Bizim dövlət möhürü ilə təsdiq etməyi tapşırdıq. 
 
Sankt-Peterburqda 1855-ci il dekabrın 26-cı günü verilmişdir. 
 
İmperator Həzrətlərinin Baş Qərargahının 
 Növbətçi Generalının köməkçisi Əlahəzrətm məiyyəti  
General-mayor -   
Vitse Direktor vəzifələrini yerinə yetirən -  
Polkovnik -  
Hərbi Nazirliyin Müfəttişlik Departamentmdə  
9218 sayla təsvir edilmişdir. 
Xarci İşlər Nazirliyində 1519 sayla möhürlənmişdir. 
 
*   *   * 
 
Bu rəsmi sənədlərdə imperator Birinci Aleksandrın təşəkkürünü və 
ehtiramanı qazanan qazaxlılardan ibarət süvari dəstənin kapitanı  Mənsur ağa 
Vəkilov, Vəkil Alı ağa oğlu Hacı Məmmədxan ağa, Xan Şıxlinski, mayor Mustafa 
ağa Arif Şıxlinski, Alqazax oğlu  Əliağa, Nəsrulla bəy, poruçik Mehralı  bəy 
Söyünbəyli, Allahyar ağa Dilbazov, Süleyman ağa Usubov, Həsən ağa Kəsəmənli, 
Şərif Zaloğlu, Molla İmanverdi Tüklübaşoğlu, Çopur Nəsib və başqaları olmuşlar. 
İmperator fərmanının  əsli hazırda (kapitan Mənsur ağa Vəkilovun nəvəsi) 
şair Mənsur Fəxri oğlu Vəkilovda saxlanılır. 
Tarixi mənbələrdə belə bir fakt da var ki, 1837-ci ilin yaz-yay aylarında 
Qafqazda olan çar birinci Nikolay ayrı-ayrı  şəhər və mahalları  gəzmişdir. 
Avqustun 18-də Dilicandan Tifiisə qayıdan çarı nüfuzlu şəxs və etibarlı ağa olan 
Məmmədqulu ağa Vəkilov müşayət etmişdir. 
Bu barədə 1912-ci ildə Tiflisdə nəşr olunmuş “Kavkazski sbornik” (I hissə, 
XXII-cild, səh. 329-da) məcmuəsi daha dəqiq məlumat verir: 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə