Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   9   10   11   12   13   14   15   16   ...   97

  
“...Mülki qubernator ikinci dəfə  Əlahəzrət imperatoru Dilicanda 
Yelizavetpol vilayətmin və  Şəmşəddin məntəqəsinin ağalarından ibarət otuz 
doqquz nəfərlə qarşıladı. Onların iyirmi nəfəri poruçik Təhsi xanın komandanlığı 
ilə İstibulaq kəndinə qədər əlahəzrəti müşayət etdilər. Burada əlahəzrət imperatoru 
otuz nəfərdən ibarət Qazax ağaları qarşıladı. Burdan da iyirmi süvari podpolkovnik 
Həsən ağanın komandanlığı ilə müşayətçi təyin edilərək  Əlahəzrəti Qırmızı 
körpüyə qədər yola saldılar. Sonra Sıqnax qəzasının hörmətli sakinləri öz başçıları 
ilə Əlahəzrəti qarşılayaraq əvvəlki qayda ilə knyaz və zadəganlardan ibarət iyirmi 
nəfər onu Muğanlıya qədər müşayət etdilər. Muğanlı dayanacağında  Əlahəzrəti 
Borçalı  məntəqəsindən otuz nəfər qarşıladı. Onların iyirmi nəfəri nüfuzlu 
Məmmədqulu ağa Vəkilovun komandanlığı ilə  Əlahəzrəti Tiflis qəzasının Alget 
məntəqəsinə qədər müşayiət etdi”. 
Birinci Cahan savaşında və ondan əvvəlki müharibələrdə  Vəkilovlar 
nəslindən döyüşən orduda xidmət edib ad-san qazananlar da az olmamışdır. 
Polkovnik  Əsəd ağa Vəkil ağa oğlu Vəkilov (1853-1921), Abbasqulu bəy 
Məmmədhəsən oğlu Vəkilov (1844-1927), Gəray bəy Abbasqulu bəy oğlu Vəkilov 
(1884-1952), praporşik Lütvəli bəy Abbasqulu bəy oğlu Vəkilov (1890-1932) və 
başqaları imperiyanın orden, medalı ilə təltif olunmuşlar. 
Onlardan biri - polkovnik Abbasqulu bəy Vəkilov imperiyanın kavaler 
ordenləri ilə  təltif olunmuşdur. 1867-ci il oktyabrın 10-da zabit rütbəsi alan 
Abbasqulu bəy uzun müddət Qars şəhərində yerləşən yüz əlli beşinci Quba süvari 
alayında xidmət edib. Tiflis hərbi gimnaziyasını bitirən Abbasqulu bəy Vəkilov 
1884-cü il martın altısında podpolkovnik rütbəsı ilə təltif olunmuşdur. O, qırx ilə 
yaxın xidmət illərində Hərbi fərqlənmə ordenilə (1861), üçüncü dərəcəli Müqəddəs 
Stanislav (1873), dördüncü dərəcəli Müqəddəs Vladimir (bant və  qılıncla birgə, 
1873), ikinci dərəcəli Müqəddəs Stanislav (qılıncla birgə, 1879), ikinci dərəcəli 
Müqəddəs Anna (1888) və başqa orden, medalla təltif olunmuşdur. 
Polkovnik Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilov 1927-ci ildə yetmiş 
üç yaşında Bakıda vəfat etmişdir. 
1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətmdə Parlamentm üzvü, 
Bakıda ilk poliklinikaların təşkilatçısı və 1900-cü ildən Qafqaz Tibb Cəmiyyətinin 
həqiqi üzvü Məmmədrza ağa Vəkilov (1864-1944), daxili işlər naziri Mustafa bəy 
Vəkilov (1899-1943), Rəhim bəy Vəkilov (1897-1934), Parlamentdə  Dəftərxana 
İdarəsinin rəisi Məmməd ağa Vəkilov (1863-1939) dövlət xadimi kimi fəaliyyət 
göstərmişlər.  
Respublika Mərkəzi Dövlət Tarix Arxivində bir siyahı saxlanılır. Orada 
Birinci Cahan savaşı başlayanda Qazax qəzasından könüllü olaraq 1915-ci ilin 
iyun ayında cəbhəyə getmək üçün Tatar-Azərbaycan süvari alayın da yazılanların 
adı, soyadı göstərilir. 
Həmin siyahıda Qazax qəzasnın ayrı-ayrı kəndlərindən 67 nəfər könüllünün 
adı yazılıb. Salahlı kəndindən olan doqquz nəfərin beşi Vəkilovlar nəslindəndir: 
1.Əhməd ağa Qasım ağa oğlu Vəkilov
2. Mustafa ağa Abdulla ağa oğlu Vəkilov, 
3. Mustafa ağa Əbdülkərim ağa oğlu Vəkilov, 


4. Saleh ağa Əhməd ağa oğlu Vəkilov, 
5. Vəli ağa Nəbi ağa oğlu Vəkilov. 
 
 
 
POLKOVNİK GƏRAY BƏY VƏKİLOV 
 
Hər bir həqiqi insan öz  
irsiyyəti ilə fəxr etməlidir. 
                                                                                                
 Səməd Vurğun. 
  
1918-ci ildə yeni yaranan süvari rotalarının  təşkilatçılarından olub. Birinci 
süvari alayının komandiri kimi Gəncədə, Tərtər və Bakıda xidmət edib. 1920-ci 
ilin əvvəllərində isə Bakıdakı birinci kadet korpusunda hərbi təhsil idarəsinin rəisi 
idi. 
Polkovnik Gəray bəy 1884-cü ildə Abbasqulu bəy Məmmədhəsən oğlu 
Vəkilovun ailəsində anadan olub. Tiflisdəki kadet korpusunu bitirib. Rus-Yapon və 
Birinci Cahan savaşlarında döyüşən orduda iştirak edib. Döyüş xidmətlərinə görə 
“Müqəddəs Georgi” ordeninin üçüncü dərəcəsilə  təltif olunub. Iyirminci ildən 
sonra Şəkidə yerləşən ikinci qırmızı kadet korpusunda xidmət edib. 
Çar və Müsavat zabiti olduğuna görə şübhəli şəxs kimi dəfələrlə həbs edilib. 
Xalq  şairi Səməd Vurğunun məşhur “Komsomol poeması”ndakı  Gəray bəy 
obrazının müsbət keyfiyyətlər baxımından prototipidir. Heç təsadüfi deyil ki, 
ölkədə havanın “tutqun” olduğu tuthatut illərində yazdığı poemada Səməd Vurğun 
daxili bir vüqarla Gəray bəyin mərdliyini, tarixi faciəsini də verə bilmişdir: 
  
Keçdi o günlər ki, Gəray bəy vardı, 
Mahaldan-mahala at oynadardı... 
Elə zəni etmə ki, yenə mən sağam
At sürüb ellərə səs salacağam. 
 
Səksəninci ilin əvvəllərində professor Fatma xanım Vəkilova ilə tez-tez 
görüşərdim. Görüşümün səbəbləri çox idi. O vaxtlar “Qoridən gələn Qatar” sənədli 
povestimi işləyir, lazımi materiallar toplayırdım.  Əsərin  əsas qəhramanı  məşhur 
ədəbiyyatşünasalim Firudin bəy Köçərli idi. Arxivlərdə, xüsusilə Gürcüstan Dövlət 
Maarif Arxivinin sənədlərində daha çox iki şəxsin adına rast gələrdim. 
Məmmədağa və  İsmayıl ağa Vəkilovlar. Xeyirxah insan Mirqasım  Əfəndiyevdən 
öyrəndim ki, hər iki Vəkilovlar qardaşdırlar, Firudin bəyin seminariya yoldaşı və 
sonralar qayrıı olublar. Fatma xanım İsmayıl ağa Vəkilovun qızı idi. 
Fatma xanımla Yusif Məmmədəliyev küçəsindəki mənzilində ilk dəfə 1983-
cü il aprelin üçündə görüşdüm. Bu tarix qeyd dəftərçəmdə indi də qalır. Mənə 
məşhur sərkərdəmiz Əliağa Şıxlinskinin müasirlərimizdən heç kəsin bilmədiyi ailə 
şəcərəsi haqqında geniş  məlumat verdi. Onun anası Növrəstə xanım, generalın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə