Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   12   13   14   15   16   17   18   19   ...   97

edirdi. 1923-cü ildə bizim məktəbin adı  dəyişdirilib Zaqafqaziya Proletar Hərbi 
məktəbi, bir il sonra isə Hərbi Hazırlıq məktəbi adlandırıldı. 
Yadımdadır, məktəbin tədris korpusu Bakıda, indiki 1 nömrəli orta 
məktəbdə, yataq korpusu isə indiki Zabitlər evinin binasında yerləşirdi. Təlim, 
siyasi-tərbiyə  işləri və  mədəni-kütləvi tədbirlər tədris korpusunda keçirilirdi. Bu, 
Zaqafqaziyada yeni-tipli nümunəvi hərbi məktəb idi. Məktəbimiz 1921-ci ilin 
oktyabrında Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun 
təşəbbüsü ilə yaradılmışdı. Ona görə  də  həmişə  Nərimanovun diqqət mərkəzində 
idi. 
Hələ birinci kursda oxuyanda Nərimanov tərəfindən qəbul edilməyimiz də 
yaddaşıma həmişəlik həkk olunub. 
Nəriman Nərimanov bir ata kimi bizimlə xeyli səmimi söhbət etdi. 
Təhsilimizlə, dolanacağımızla maraqlandı, kefimizi xəbər aldı. O, bizim hər 
birimizdən dönə-dönə soruşurdu ki, məktəbdə  nə üçün, hansı  məqsəd naminə 
oxuduğumuzu bilirikmi? Biz də onun bütün suallarına ürəkdən, cəsarətlə cavab 
verirdik ki, komandir olmaq istəyirik. Bizi ata qayğısı ilə dinləyən Nərimanov şad 
bir halda “mərhəba, balalarım, sağ olun!” - deyirdi. 
1924-cü ildə hərbi paradda iştirak etmək üçün məktəbimizin yüz iyirmi altı 
nəfər kursant və zabit heyətmi Moskvaya dəvət etdilər. Noyabrın üçündə yola 
düşdük. Rostova qədər yük vaqonlarında getdik. Gecikdiyimizə görə bizi ordan 
sürət qatarında yola saldılar. Noyabrın yeddisində səhər Qızıl meydana çatdıq. 
Bizi Moskvaya aparan komandirlərimizi yaxşı xatırlayıram. Zaqafqaziya 
Hərbi Hazırlıq məktəbinin kurs komandiri Həqqi Kəngərlinski, siyasi rəhbər 
Allahqulu Mehdiyev, məktəbin rəisi Hacıağa İbrahimbəyli, tədris hissəsinin rəisi, 
atam Gəray bəy Vəkilov və başqaları bizimlə getmişdilər. 
Qızıl meydandan keçəndə tribunada dövlət rəhbərləri arasında dayanan 
Nəriman Nərimanovu görüb daha gur səslə “Ura”! - deyə  qışqırdıq. Rəsmi 
keçiddən sonra bizim batalyonu tribunanının önündə saxladılar. Dövlət rəhbərləri 
bizim yanımıza enib salamlaşdılar. Mənim kimi 10-12 yaşlı balaca kursantları 
səmimiyyətlə dindirir, bəzələrini də atıb-tutur, öpürdülər. 
Səhərisi bizi SSRİ  MİK-nin sədrinin sədri Nəriman Nərimanov Kremldəki 
klubda qəbul etdi. Xeyli səmimi söhbət edən Nərimanovun sevincinin həddi-
hüdudu yox idi. O dedi ki, tapşırıq vermişəm, Sizin hər birinizə Xalq Komissarları 
Sovetinin hesabından iyirmi manat pul ayırsınlar. Bu pul sizə gündəlik xərclik və 
valideynlərinizə hədiyə alıb aparmaq üçün verilir. 
Sonra bizim kursant batalyonu Kremldə yerləşən hərbi komandirlər heyəti 
məktəbində oldu. 
Bu görüşlərdən sonra Nəriman Nərimanov, MİK Rəyasət Heyətmin katibi 
Avel Yenukidze bizimlə birgə Kremlin həyətindəki “Çar zəngi”nin yanında şəkil 
çəkdirdi. 
Bu tarixi fotoşəkildə görün kimlər var. O vaxt kursant olanların əksəriyyəti 
indi görkəmli alim, hərbçidirlər. Polkovnik Əliağa Babayev, Respublika EA 
keçmiş prezidenti, akademik Rüstəm  İsmayılov,  əməkdar elm xadimi, elmlər 
doktoru Məmmədtağı Nağıyev, SSRİ Neft Sənayəsi Nazirliyinin idarə  rəisi 
Əlövsət Qarayev, irriqatoralim Karrar Əliyev, Sovet İttifaqı  Qəhramanı Aslan 


Vəzirov, SSRİ xalq artisti məşhur dirijor Niyazi, Çingiz Hacıbəyov, akademik 
Şəfaət Mehdiyev, əməkdar mühəndis Böyükağa Məmmədov, elmlər doktoru 
Məmməd Fərzəliyev, məşhur  şairimiz M.Ə.Sabirin oğlu Məmmədsəlim Tahirov, 
professor, hüquq elmləri doktoru Əyyub  Əskərov, polkovnik Səttar Hacıyev, 
Fərhad Ağayev, müharibə veteranı  Əsgər Mirzəyev, fizikariyaziyyat elmləri 
doktoru Kamal Məmmədov, batalyon komandiri Hüseyn Rəhimov və başqaları. 
Onların  əksəriyyəti dünyasını  dəyişib. Bu nadir fotoşəkil isə o günlərdən 
nəsillərimizə yadigar qalıb. 
Gəray bəyin oğlu Rüstəm Vəkilov: - Atam 1920-ci ilə kimi şərəfli ömür 
yaşadığını tez-tez xatırlardı. Amma Müsavat dövründəki döyüş yolunu xatırlamaq 
ona çox çətin idi... 
Yadımdadı, otuzuncu illərdə  Səməd Vurğun bizə tez-tez gələrdi. Onların 
ikilikdə elədikləri söhbət gecədən xeyli keçənə  qədər davam edərdi. Bəzən 
mübahisələri qızışıb, səsləri ucalanda anam Sitarə zarafatla deyərdi: 
- Balam, bu sinfı düşmənlərin söhbəti qurtarınır ki, qurtarınır. 
O da yadımdadır ki, bir dəfə çay aparanda atamın 1924-cü ildə Moskvada 
Nəriman Nərimanovla görüşündən danışdığını eşitdim. Qorxu hissiyə bunu anama 
bildirdim. Anam narahatlıqla dedi: 
- Bu kişinin gözünü qan örtüb, yenə bizi işə salacaq... 
Axı, o illərdə Nəriman Nərimanovun şəxsiyyətinə haqsız olaraq qara kölgə 
salmışdılar. Onun silahdaşları həbs edilirdi. 
1924-cü ildə ordudan təxris olunan Gəray bəy ömrünün axırınadək 
Respublika Maliyyə Nazirliyində  işləyib. 1952-ci il martın on dördündə Bakıda 
vəfat edib. 
Görkəmli müğənnimiz Rəşid Behbudovun anası, maarifçi qadın Firuzə 
xanım Vəkilova (1889-1933) polkovnik Gəray bəy Vəkilovun doğma bacısı idi. 
Ştabs-kapitan Nəsib ağa  Əsəd ağa oğlu Vəkilov 1899-cu ildə Qazaxda 
anadan olub. Qori Seminariyasının Azərbaycan  şöbəsini bitirib. 1919-cu ildə 
Gəncədə praporşiklər məktəbində  hərbi təhsil alıb. Müsavat zabiti olduğuna görə 
1940-cı ildən 1955-ci ilə  qədər Maqadan və Norilskiyə sürgün edilib. 1954-ci il 
mayın səkkizində qohumu, xalq şairi Səməd Vurğuna məktub yazıb, Vətənə 
qayıtması üçün ondan kömək istəyib. Şair günahsız həbs olunmuş əmisi oğlu Nəsib 
ağanın ailəsinə maddi kömək etmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki, 
otuzuncu illərdə Vəkilovlar nəslindən bir çoxları repressiyaya uğramışdır. Səməd 
Vurğun onlardan yalnız birini - xalq müəllimi Teymur bəy Vəkilovu həbsdən azad 
etdirə bilmişdi. 
Nəsib ağa Vəkilov Norılsk sürgünündən yazırdı: 
“Hörmətli və əziz Səməd! 
On altı il ayrılıqdan sonra sən mənim məktubumu alıb yəqin ki, 
təəcüblənəcəksən. Mən qohumlardan heç kəsə məktub yazmırdım ki, onları narahat 
etməyim. Onlara xətər gəlməsindən qorxurdum. İndi mən? demək olar ki, yarı da 
olsa azad vətəndaşam. Ona görə  də  məktub yazıb, özümü xatırlatmağa ciürət 
edirəm. Bu məktubu sənə Norilskidən evə qayıdan, bizim ümumi tanışımız  Əli 
Səbri   çatdıracaq. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə