Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   13   14   15   16   17   18   19   20   ...   97

Əli Səbri mənim haqqımda məlumat verəcək Xahiş edirəm, əgər sənin üçün 
çətin olmazsa və mümkünsə  uşaqlarımın xatirinə  mənim Vətənə qayıtmağıma 
imkan daxilində kömək edəsən. 
Mən çox qocalmışam, ömrümün son illərini uşaqlarımın yanında, doğma 
diyarda keçirmək istəyirəm. Mənə elə gəlir ki, sən mənim xahişimi rədd etməzsən, 
çünki indi zaman o zaman deyil. Burdan qohumlarının və tanışlarının vəsatətmə 
əsasən çoxları evə qayıdırlar. Mehdixana və Xavər xanıma mənim ürəkdən gələn 
salamımı çatdır. Öpürəm səni, Mehdixanı, Yusifı və Vaqifi. Xoşbəxtlik və  əmin-
amanlıq arzulayıram. 
 
Hörmətlə: Nəsib ağa. 
 
1955-ci ildə Vətənə Qayıdan Nəsib ağa Vəkilov 1963-cü ildə Bakıda vəfat 
edib. O, polkovnik Əsəd ağa Vəkilovun oğlu idi. 
 
*     *      * 
 
1919-cu il fevralın on dördündə praporşik Lütvəli bəy Vəkilov Azərbaycan 
süvari alayının komandirinə belə bir məlumat göndərmişdir:  
 
 
  
“Sizin nəzərinizə çatdırıram ki, 1918-ci il iyunun on səkkizində dördüncü 
Borçalı alayının polkovniki Tuqanov cəbhədəki döyüş xidmətlərimə görə min beş 
nömrəli əmrlə məni Müqəddəs Georgi xaçı ordeninin bütün dörd dərəcəsi ilə təltif 
olunmağa təqdim etmişdi. Və buna əsasən mənə birinci Mozdok Dağ Kazak alayı 
min yüz qırx altı nömrəli attestatı da verilmişdir. Orada ordenlərin hər birinin 
nömrəsi də yazılıb. Həmin döyüşlərdə mən dörd dəfə yaralanmışam və kontuziya 
olmuşam. Bunların hamısı Sizə göndərdiyim şəxsi işimdə göstərilib.” 
Vərəqin o biri üzündə praporşik Lütvəli bəy Vəkilovun dəstixəttilə yazılmış 
qeydi də var: “Mənim şücaətlərimin və təltifatlarımın cəbhədə şahidi olan rotmistr 
Çayevski idi. O, hazırda Hərbi Nazirliyin Baş  Qərargahında baş zabit kimi 
xidmətdədir.” 
Əlbəttə, praporşik Lütvəli bəy Vəkilovun bu məlumatı müasir oxucuya adi 
ərizə kimi görünə bilər. Lakin unutmaq olmaz ki, o dövrdə belə bir yüksək ordenlə 
zabitlər çox nadir hallarda təltif olunurdu. Qeyri-adi igidlik göstərən, müqəddəs 
Georgi ordeninin bütün dərəcəsinə layiq görülən oğullarımızı barınaqla saymaq 
olar: rotmistr Teymur bəy Novruzov, praporşik Səyad bəy Zeynalov, poruçik 
Osman ağa Gülməmmədov. 
Yüz qırx birinci səhifədə Lütvəli bəyin silahdaşı Çayevskinin Baş Qərargaha 
təqdimatı saxlanılır. O, yazır ki, dördüncü Borçalı süvari alayının praporşiki 
Lütvəli bəy Vəkilovla Birinci Dünya müharibəsinin ilk günlərindən 1918-ci ilin 
sentyabrınadək birgə döyüşlərdə olub. Onun bütün qəhrəmanlıqlarının canlı 
şahididir. Qazaxda, Lori dərəsində, Borçalıda erməni daşnaklarına qarşı 
döyüşlərdə, Bakı, Qarayazı  və  Şamxorda bolşeviklərlə vuruşlarda onun cəsur 


süvari kimi igidlik göstərdiyinə zəmanət verir. Belə bir igid zabitin yüksək rütbəyə 
layiq olduğunu tamamilə qanuni hesab edir. 
Rotmistr Çayevskinin Baş Qərargaha iftixarla yazdığı təqdimatı iki general 
məmnuniyyətlə  təsdiq edib, dərkənar qoyublar: süvari diviziyaınn rəisi, general-
mayor Şahzadə Əmir Kazım Qacar və qərargah rəisi general Zaxar Amaşukeli. 
Çox təəssüf ki, sənədlərin izi elə buradaca itir. 1890-cı il təvəllüdlü 
praporşik Lütvəli bəy Abbasqulu bəy oğlu Vəkilovun bundan sonra hansı rütbəyə 
layiq görüldüyü məlum olmur. 
Polkovnik Gəray bəy Vəkilovun kiçik qardaşı, praporşik Lütvəli bəy 
Vəkilovu Zaqafqaziya Baş Siyasi İdarəsi 1932-ci il fevralın 2-də antisovet ruhlu 
zabit kimi həbs edib beş illik sürgünə göndərmişdi. Minlərlə günahsız Azərbaycan 
zabiti kimi qırx iki yaşlı Lütvəli bəyin də ömrünün hansı həbs düşərgəsində sona 
yetdiyi məlum deyil. 
Podporuçik Sadıq  Əsgər oğlu Vəkilov 1895-ci ildə Qazax qəzasının 
Salahlı kəndində anadan olub. Müsavat ordusunda üçüncü Gəncə piyada alayında 
kiçik zabit kimi xidmət edib. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının 
Tatar-Azərbaycan  şöbəsini və 1918-ci ildə  Gəncədəki praporşiklər məktəbini 
bitirib. 
Azərbaycan Milli Ordusunun kapitanı  Bahadır bəy  İbrahim ağa oğlu 
Vəkilov da bu nüfuzlu nəslin nümayəndəsidir. 1889-cu il martın 24-də Qazaxda 
zadəgan ailəsində anadan olub. İlk təhsilini Tiflisdə birinci kişi gimnaziyasında 
alıb. 1918-ci il mayın 15-də yeni yaranan Müsəlman korpusuna könüllü daxil olub. 
Sentyabrın 1-dən piyada qoşunlarında kiçik yunker, böyük yunker rütbəsində 
xidmət edib, noyabrın 18-də isə  Gəncədəki praporşiklər məktəbini birinci dərəcə 
ilə bitirib. Məktəbi  əla qiymətlərlə bitirdiyinə görə o, hərbi məktəbdə rota 
komandiri vəzifəsində saxlanılıb. Məktəbin rəisi polkovnik Şirin bəy Kəsəmənski 
28 fevral 1919-cu ildə gənc zabit Bahadır bəyə verdiyi xasiyyətnamədə qeyd edir 
ki, əla davranışa və yüksək əxlaqa malikdir. Zabit kadrlarının yetişdirilməsinə tam 
layiqdir. Siyasi hazırlığı var. Martın iyirmi ikisində  hərbi nazir, tam artilleriya 
generalı Səməd bəy Mehmandarov Gəncə praporşiklər məktəbinin rəisinə belə bir 
əmr göndərib: 
“Gəncə praporşiklər məktəbinin  əlli nəfərdən çox məzununa  əziz Novruz 
bayramı  ərəfəsində praporşik rütbəsi verilsin. Onlar xidmət üçün birinci 
Azərbaycan süvari diviziyasına, üçüncü Gəncə süvari alayına,  Əlahiddə Zaqatala 
batalyonuna yüngül artilleriya divizionuna göndərilsin. Gəncə praporşiklər 
məktəbini əla bitirdiklərinə görə podpraporşik İsrafıl ağa Şıxlinskiyə, Bahadır bəy 
Vəkilova, Musa bəy Şəmsəddinskiyə, Həşim bəy Sultanova, Həmid Mustafayevə, 
Mahmud Mustafayevə,  Əli Ağa oğlu  Şıxlinskiyə  və Süleyman xan Sultanov-
İlisuluya bayram münasibətilə pul mükafatı verilsin”.  
Həmin ilin mart ayında bacarıqlı zabit Bahadır bəy Vəkilov üçüncü Gəncə 
süvari alayının tərkibində ölkənin Şərq-Qərb cəbhəsinə ezam olunur. O, Ordubad 
rayonunda yerləşən hərbi dəstənin komandanı  təyin olunur. Naxçıvan və  Şərur 
qəzasının komandanı  Kəlbalı xan Naxçıvanski 1919-cu il mayın 9-da Baş 
Qərargahın rəisinə göndərdiyi raportda praporşik Bahadır bəy Vəkilovun  İran 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə