Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   14   15   16   17   18   19   20   21   ...   97

quldur dəstələrinə  və daşnak generalı Andronikə, qarşı döyüşlərdə göstərdiyi 
qəhrəmanlığı haqqında məlumat verir.  
O, yazır: “Martın 17-də Yaycı  kəndində hücum edən səksən nəfərlik  İran 
quldur dəstəsi yerli əhalinin iki yüz yetmiş beş iri buynuzlu mal-qarasını 
oğurlamışdı. Praporşik Vəkilov mənim  ərimlə otuz nəfər süvari dəstə ilə onların 
dalınca gedib quldurları Araz sahilində yaxalamışlar. Güclü döyüşlərdən sonra 
mal-qara geri alınmış və on beş nəfər quldurun meyidi Araz sahilində qalmışdır. 
Martın 26-da Parağa kəndinə hücum edən ermənilər iki yüz iribuynuzlu mal-
qaranı aparmışlar və yeddi müsəlman kəndlisini öldürınüşlər. Səhərisi erməni 
kəndini süvari dəstəsilə mühasirəyə alan praporşik Vəkilov tələb etmişdir ki, mal-
qara qaytarılsın və cinayətkarlar cəzalandırılmaq üçün bizə verilsin. Lakin 
ermənilər atəşlə cavab vermişlər. Praporşik Vəkilovun cəld və bacarıqlı 
komandanlığı sayəsində üç saatlıq döyüşdən sonra ermənilər malqaranı  və 
cinayətkarları qaytarınışlar. Döyüsdən sonra məlum olur  ki, praporşik Vəkilovun 
üç nəfər əsgəri yaralanmışdır. 
Aprelin 10-da ermənilərin “qəhrəmam” Andronik ingilislərlə danışığından 
sonra Gorusdan Ordubadın 25 kilometrliyindəki Karçevan kəndinə  gəldi. Nizami 
erməni dəstəsi Ordubadın ayrı-ayrı  kəndlərini zəbt etmək üçün Nüsnüs kəndinə 
hücum etdi. Praporşik Vəkilovun bacarıqlı döyüş  əməliyyatı sayəsində Nüsnüs 
kəndi ermənilərdən təmizləndi. Digər müsəlman kəndləri də erməni hücumundan 
xilas oldu. 
Aprelin 15-də ermənilərin nizami hərbi dəstəsi Ordubadın səkkiz 
verstliyindəki darvazaya yenidən hücum etdi. Erməni hərbi dəstəsinin güclü qüvvə 
ilə hücum etməsinə baxmayaraq, beş saatlıq ara verməyən döyüşdə düşmənin əksər 
qüvvəsi öldürüldü, qalanları isə qaçmağa məcbur oldu. Bu döyüşdə praporşik 
Vəkilov Bahadır bəyin yeddi əsgəri həlak oldu, on iki nəfər isə yaralandı. 
Bütün göstərilənlərdən sonra xahiş edirəm ki, üçüncü Gəncə süvari alayının 
praporşiki Bahadır bəy döyüşlərdə yüksək səviyyədə komandanlıq etdiyinə  və 
qəhrəmanlığına görə ona podpruçik rütbəsi verilsin”. 
Bundan sonra respublika Mərkəzi Dövlət Arxivinin sənədlərində  mərd 
kapitan Bahadır bəy  İbrahim ağa oğlu Vəkilovun heç bir sənədinə rast gəlmək 
mümkün olmadı. Lakin Milli Təhlükəsizlik Nazirliyinin arxivində Bahadır bəy 
Vəkilova məxsus 21392 saylı çox nazik bir qovluq var. 1920-ci il iyunun 25-də 
həbs olunan Bahadır bəyin istintaq işini müstəntiq Akopcanov və Levitski aparıb. 
Sorğıı-sual qısa və  yığcamdır. Həbs vərəqində “cinayətm xarakteri” qrafasının 
qarşısında oxuyuruq: “Müsavat ordusunun zabiti və rota komandiri olub. 
Güllələnsin!” 
İstər-istəməz düşünürsən və  təəccüb edirsən: öz xalqının Milli ordusunda 
qulluq etmə nə vaxtdan cinayət sayılıb? Bu da XI ordunun xüsusi şöbə rəisi, cəllad 
Semyon Pankratovun təsdiq etdiyi dərkənar: “Güllələnsin, hökm dərhal yerinə 
yetirilsin. 3 iyul 1920-ci il”. 
Bəli, torpağını yağılardan qoruyan iyirmi bir yaşlı mərd kapitan Bahadır bəy 
Vəkilovun ömrü belə bitdi. 
Bu məşhur soyadın oğlunu Bakıda heç kəs tanımadı. Qazaxda ulu nəslinin 
hərbçi, maarifçi oğulları haqqında səbrlə söhbət edən  Ədilə xanım  Şıxlinskaya 


“Nikolaydan qalma” bir albomu stolun üstünə qoydu. Albomun ilk səhifəsində 
çərkəzi geyimli cavan bir zabit şəkli... İri, ala gözləri necə də tanış və doğmadır. 
Mənim şəklə diqqətlə baxdığımı görən Ədilə xanım: 
- Dayımdı,- dedi,- müsavat zabiti olduğuna görə bolşeviklər iyirminci ildə 
güllələyiblər. 
Onun səsinə hopan təsvirəgəlməz kövrəklik, həzin bir qəm dalğası varlığımı 
titrətdi. Adam belə anlarda qarşısındakına təsəlli verməkdən də  məhrum olur. 
Daxili təlatüm, vicdanın səsi olub keçmiş  ədalətsizliyi, vəhşiliyi ittiham edir. 
Dərindən köks ötürüb, “heyf” deməkdən başqa əlindən bir şey gəlmir. Çünki nahaq 
qan tökənləri, heç nədən insan güllələdənləri ittiham etmək gecdir. O vəhşilikləri 
indi tarix mühakimə edir. Tarix öz səhifələrində onlara amansız cəza verir, gec də 
olsa əyrini-əyri, düzü-duz yazır. 
Ağır qəm yükünün altından qurtarınaq xatirinə soruşdum: 
- Dayınızın adı necədir, Ədilə xanım? 
- Bahadır bəy Vəkilov, rütbəsi kapitan... 
- Ola bilməz, - dedim. Özümdən asılı olmayaraq səsim bərkdən çıxdı. 
Onda bu şəkillərə baxın, zəhmət olmasa... Mən özümlə götürdüyüm bir qrup 
Milli Ordu əsgər və zabitinin iki fotoşəklini ona göstərdim. 
- Bu, tən ortada oturan Bahadır dayımdı, - dedi. İkinci şəklə baxır: - Bu da 
odu, dayımdı... Bu şəkillər bizdə yoxdu. Sizdə hardandı? - deyə kədərlə soruşdu. 
- Arxivdən tapmışam, - dedim. 
- Oy, nə yaxşı görınüsünüz, çox sağ olun... Heyf dayımdan, cavankən, cəmi 
iyirmi bir yaşında güllələnib, heç evlənməyibmiş. Sizin tapdığmız şəklin arxasında 
yazılıbmı neçənci ildə çəkilib?       
         - 1919-cu ildə çəkilib, - deyə cavab verdim. 
- Mənimlə yaşıddı dayımın şəkli, - dedi. 
Ədilə xanım qəmli-qəmli köksünü ötürür. Ovcundakı xırdaca güllü dəsmalla 
nəmli gözlərini silir. 
- Ədilə xanım, daymız Bahadır bəyin nişanlısı, istəklisi olubmu? 
- Mən bilmirəm, rəhmətlik anam danışardı, deyəsən olub. 
  - Mən bilirəm, - dedim, - olub. Daymıza məxsus həbs qovluğunda dörd əl 
boyda məktub var. Onların da üzünü çıxartdırmışam. Sonuncu məktubu sevgilisi 
iyunun 24-də yazıb. Həmin gecə Bahadır bəyi Milyutin küçəsindəki dörd saylı evin 
üçüncü mərtəbəsində həbs ediblər. Orqan işçiləri əşyayidəlil kimi məktubları da işə 
tikiblər. İcazə verirsinizmi sonuncu məktubu oxuyum. 
- Buyurun, əlbəttə... 
“Bahadır, sən niyə narahatsan? Neçə dəfə soruşdum, araya söz qatdın. Mən 
heç vaxt səni belə  qəmli görməmişdim. Axı, sən özün dünən mənə yalvardın ki, 
görüşək. Mən bütün gecəni yata bilməyib sənə  məktub yazıram.  İndi mən sənə 
yalvarıram. Sabah mütləq görüşə  gəl. Başa düşə bilmirəm, son günlər niyə  sənin 
varlığın qəm, kədərlə doludur. Xüsusilə kədərli gözlərin məni yandırıb-yaxdı. 
Dözəcəm, bütün gecəni allahıma dua edəcəm ki, səhər tez açılsın səni 
yenidən görüm, amma kədərsiz, qəmsiz. Həmişəki kimi təbəssümlü, gülərüz. 
Dəryada çıraq yanır, 
Baxdıqca iraq yanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə