Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   2   3   4   5   6   7   8   9   ...   97

İbrahim qamışlıqda xeyli gözlədi. O, Pənah kişinin “bir az da gözlə” 
deməyindən  şübhələndi. “Yəqin anamdan qorxur, qarğış sahibi olmaq istəmir”. 
Kür aşıb-daşanda gətirib sahilə çıxartıdığı qarağac kötüyünün üstündə oturub, ağzı 
qaralan evlər arasından Pənah kişinin evini  tapdı. 
Gündüzlər ayaqyalın, başıaçıq oynadığı hay-küylü sahil gecə yuxusunda 
uyuyurdu. Səssizlik onun qulağını batırır, qorxusunu artırırdı. Sakit çay da elə bil 
gündüzün haray-həşirindən yuxuya getmişdi. Daş atmasan, onun səsini eşitməzdin. 
Qamışlıq xışıldadı.  İbrahim diskinib əlini yerə uzatdı. Qamışlığı yara-yara ona 
tərəf nəsə  gəlirdi. Qaranlıqda iki göz od kimi yanırdı.  İbrahim “a kafir”, - deyib 
qorxa-qorxa daş atdı. Çaqqal sivişib qamışlıqda yox oldu. “Yaxşı ki, dovşan deyil, 
nənəm deyərdi yola çaqqal uğurludu”. 
İbrahim yenidən Pənah kişinin evini axtarıb tapdı.  İlxıçının qara damının 
qapısı cırıltı ilə açıldı. Əvvəl Pənah kişi, sonra da əli xurcunlu arvadı çıxdı. 
- A kişi, uşaqlara tuman-köynək almağı unutma. 
- Rəhmətliyin qızı, mən at satmağa gedirəm, yoxsa tuman-köynək almağa, - 
deyə Pənah kişi arvadına hirsləndi: 
 - Axşama kimi kor Baqrat tuman-köynək satır, ondan alsan belin qırılarını? 
- Onda, sən atanın goru, bir az mampası al, uşaqlar neçə gündü sevincək 
olublar ki, dədəmiz şəhərdən mampası alacaq. 
Pənah kişi könülsüz, - Yaxşı, yaxşı, - deyib, xurcunu atın belinə aşırdı. Atı 
yedəkləyib xalxaldan çıxartdı. Ibrahimin yanına qədər ata minmədi. Atı qamışlığın 
arxasına çəkib sağrısını, boynunu sığalladı, oxşadı. 
- Əlimdən möhkəm tut, indi atıl min. İbrahim bir göz qırpımında ata sıçradı. 
- Geri otur, - Pənah kişinin səsində arvadla danışdığı  əsəbilik qalmışdı. O, 
birdən fikrini dəyişib: - Yox, yox, a İbi, qabağa otur, bu üzülmüş xamdı, birdən 
çayın ortasında hürküb eləyər, yıxar səni. Yalmanından bərk tut, çətini çayı keçənə 
kimidi.  
İlxıçı “ya allah” deyib ata mindi. Xam at çayırı dərin-dayaz yerinə baxmayıb 
suyu yarır, fınxıra-fınxıra o taya tələsirdi. 
Sahilin o tayı başdan-başa meşə idi. Şəmkirdən başlayan qədim Qarayazı 
meşəsi Kürün sahili boyunca yaşı  kəmər kimi Gürcüstan sərhədlərinə doğru 
uzanırdı. Çayın sağ sahilindəki Salahlı, Şıxlı obalarının dolanacağı da bu meşə idi. 
Əhali otu, odunu buradan aparır, mal-qarasını burada otarırdı. Pənah kişi də burada 
ilxı saxlayırdı. Hər ilin payızında beş-altı dilbozu Tiflisə aparıb satır, pulunu 
dolanacağına sərf edirdi. 
O taya çıxan kimi at tanış  cığırda yerişini artırdı. Meşə bir az seyrələndə 
duruxub kişnədi və birdən götürüldü. Pənah kişi atın başını çəkdi: 
- Əyə, üzülmüşün boynunu sığalla, gecə vaxtı nə hay-küy salır. 
İbrahim atın yalmanın sığallaya-sığallaya: 
- Pənah  əmi, - dedi, - bu nə  dəli atdı, bunnan heç oğurluğa-zada getmək 
olmaz. 
- Təzə tutmuşam, a bala, hələ, yaxşı öyrəşməyib. Sən niyə bu gecə vaxtı tərs 
atın üstündə tərs söz danışdın. Allaha şükür, nəsil-nəcabətmdə oğurluq eləyən də 
yoxdur. Oğurluq haradan ağlına gəldi? 
İbrahim nə ağ dindi, nə də qara. 


- A İbi, sən Mirzənin evini tanıyırsanmı? 
Kişi İbrahimin yaralı yerinə toxundu. Odur ki, kefsiz-kefsiz: 
-  Yox, - dedi. 
- Əyə, bə nə təhər gedib çıxacaxsan? Heç şəhərdə olubsanmı? 
- Ötən yay Mirzə kəndə gələndə bir kağrz yazıb verdi. Ünvanı da var orda. 
- A bala, səndən qorxuram, gedib o dinsizlərin içində itib eləyərsən, mən 
qanda qalaram. Sonra anan Tükəzbanın əlindən qurtara bilmərəm. 
- Qorxma, Pənah əmi, məndən sonra evdə anamın on balası var. Hürkütməsə 
saya bilmir. Mən heç yada dyşməyəcəyəm. 
- Elə demə, a bala, ana ürəyidi, yoxluğundan əsim-əsim  əsəcək. Bir də, nə 
var o şəhərdə, bilmirəm, qaçıb gedirsən ora. Gərək qalıb kənddə işləyəydin, evin 
də böyüyü sən idin, anana da kömək olardın. 
- Yox, Pənah əmi, gedib oxuyub bir sənət qazanacam, adam olacam. 
- Burada, kəndimizdə Molla Mustafanın məktəbi səni adam olmağa qoymur? 
Oxu, molla ol, ya da Abbasağa kimi özünnən şer quraşdır. Elə o da molla kimi bir 
şeydi. 
- Şairlik mollalıq döyül, Pənah əmi, Abbasağa kişi şairdi. 
 - Niyə o boyda Vidadiyə, Vaqifə mollalıq yaraşdı, Abbasağaya yaraşmadı. 
- Pənah əmi, Vidadiynən Vaqif sən deyən o Mustafa kimi molla döyül ey. O 
vaxtlar babalarımız onlara savadlarına görə molla deyiblər. 
 - 
Yaxşı, bunlar bir yana qalsın, sən gedib şəhərdə nə olacaxsan
nə oxuyacaxsan? - Pənah kişi hirslə soruşdu.  İbrahimin canına qorxu düşdü ki, 
birdən cavabımdan razı qalmasa, bu dəli Pənah məni qaytarar ha... Özünü ələ alıb: 
- Mən başqa şey oxuyacam - dedi, - voyenni olacam. 
- O nə sözdü əyə, olmaya əfsər olacaxsan? İbrahim qorxa-qorxa: 
- Hə, - dedi. 
- Dilini bilirsənmi? Urusun deyirəm. 
- Mampassatan Baqratdan bir-iki söz öyrənmişəm, qalanını da orda 
öyrənəcəm. 
- Ay öyrəndin ha, axşama kimi gürcü çobanlarıynan bir yerdəyəm, Qoqodan, 
bicodan artıq kəlmə bilənin dədəsi tünbətün olsun. Dil öyrənmək su içmək döyül, 
oğul. 
İbrahim istədi desin ki, sənin savadın, fərasətin yoxdu, mən neyləyim. 
Qorxdu ki, dəli Pənah elə buradaca onu dəli atından düşürər, qalar dizinə döyə-
döyə. 
Meşə yolu qurtardı. Onlar sonu görünməyən Ceyrançöl düzünə çıxanda Ay 
Avey dağının bərabərində idi. Çöl bulud arxasında girib-çıxan Aydan gah nurlanır, 
gah da qaralırdı. Xeyli uzaqda otlayan ilxı  qəbir daşları kimi qaralırdı. Onların 
mindiyi at ilxını görəndə bir neçə  dəfə kişnədi. Atların bir neçəsi başını qaldırıb 
finıxırdı. Birdən yaxındakı kolun dibindən bir adam qalxdı. Vahimələnən İbrahim 
atın yalmanından yapışdı. Pənah kişi bunu dərhal hiss edib: 
- Qorxma, - dedi, - mənim ilxıçı yoldaşımdı, bunu gördüyünü heç yerdə 
danışma ha, yazıq bir gürcüdü, xozeynini öldürüb qaçıb. Mənə pənah gətirib. Goda 
kəndində bir dəmirçi dostum var, onun qardaşı oğludu. Zalım oğlu qorxu nə olan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə