Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   16   17   18   19   20   21   22   23   ...   97

Hələ beş yaşım tamam olmamış atam vəfat edib. Anam Fatma xanım Paşa 
ağa qızı səkkiz uşaqla dul qalıb. On altı yaşında ikən 1897-ci ildə böyük qardaşım 
Məmməd ağanın məktəb yoldaşı Firidun bəy Köçərliyə məni ərə veriblər. Sonralar 
Firidun bəy Köçərli Qori Seminariyasının müəllimi olmuşdur. 1920-ci ilə  qədər 
evdar qadın olmuşam. Yoldaşım öləndən - sonra 1921-ci ildə Maarif 
Komissarlığının  əmrilə Bakı Pedaqoji Texnikumunda tərbiyəçi olmuşam. 
Yoldaşım müəllim olduğuna görə  məni evdə oxutmuşdu. 1922-ci ildə Bakı 
Pedaqoji  İnstitutunun Umumi şöbəsində  təhsilimi davam etdirınişəm. 1925-ci il 
mayın 1-də Maarif Komissarlığının əmrilə Zaqatala Pedaqoji Texnikumunu təşkil 
etmək üçün məni oraya direktor göndərdilər. 
1929-cu ilin sentyabr ayına qədər Zaqatalada işlədim. Həmin ilin oktyabr 
ayının beşində Maarif Komissarlığının  əmrilə Quba Pedaqoji Texnikumunda 
təsərrüfat işləri pozğun olduğuna görə məni o rayona müdir müavini göndərdilər. 
Az müddət işlədikdən sonra xəstələndim. Bakıya qayıdıb beş ay müalicə olundum. 
1930-cu ilin oktyabr ayında Respublika Maarif Komissarlığının əmrilə Nuxa 
iki nömrəli uşaq evini təşkil etməyə göndərildim. O vaxtdan bu günə qədər burada 
direktor vəzifəsində  işləyirəm. Zəhmətimi hökumət qiymətləndirib: 1945-ci ildə 
Azərbaycan Respublikasının  Əməkdar müəllimi adı ilə, 1946-cı ilin mart ayında 
“Şərəf nişanı” ordeni və  həmin ildə “Qafqazın müdafiənə görə” medalı ilə  təltif 
olunmuşam. 
Qohumlarından bir qardaşım və bir bacım var. Qardaşım Kirovabadda 
(indiki Gəncə - red.) isləyir və pensiya alır. Bacım isə evdar qadındır. Xarici 
ölkədə qohumlarım yoxdur. 
Nuxa iki nömrəli uşaq evinin direktoru Badisəha xanım Köçərli. 
 
 
ŞƏHADƏTNAMƏ 
 
Verilir qız xeylağı Mədinə xanım Mehdi ağa qızı Vəkilovaya ondan ötrü ki., 
o, təqdim etdiyi sənədlərdən göründüyü kimi, Rusiya İmperiyasının təbəəsi, 
Yelizavetpol quberniyası Salahlı kəndinin əhli, zadəgan qızı, 1886-cı il iyulun 9-da 
doğulmuş, Məhəmməd dininə etiqadlıdır. 
Müqəddəs Nina Tiflis Qızlar məktəbində  fənlər kursunu bitirmiş  və ona 
1904-cü il iyunun 2-də verilmiş 162 nömrəli attestatdan məlum olur ki, əla tərbiyə 
ilə birlikdə İlahiyyat dərsindən əla, kilsə-slavyan və ədəbi dildə rus dilindən yaxşı 
və rus dilində inşadan kafi, riyaziyyatdan kafı, ümumi və rus coğrafiyasından 
yaxşı, ümumi və rus tarixindən yaxşı, təbiət tarixindən kafı, fızikadan, riyazi və 
fıziki coğrafiyadan kafi, hüsnxətdən yaxşı  və  əl işindən  əla qiymətlər almış; 
gimnaziya kursunun qeyri-icbari fənlərindən pedaqogikaya, fransız və tatar 
dillərinə  və  rəsmə  əla yiyələnmiş; sonra o, Mədinə xanım Vəkilova elə  həmin 
qızlar məktəbinin VIII əlavə sinfinə daxil olmuş, eiəcə də  İlahiyyət dərsinin, ana 
dilinin və hesabın ibtidai tədris üsulları ilə tanış olmuş  və  dərs ili ərzində ona 
verilən bütün nəzəri və praktik işləri kifayət qədər yerinə yetirmişdir. Onun, 
Mədinə xanım Vəkilovanın ev müəllimi olmaq arzusunu nəzərə alaraq və onun 
təqdim etdiyi təsdiqedici  şəhadətnamələri tam qənaət bəxş hesab edərək ona, 


Mədinə xanım Vəkilovaya 1870-ci il mayın 24-də (iyunun 5-də) Ali tərzdə təsdiq 
edilmiş Xalq Maarifı Nazirliyinin qızlar gimnaziyaları haqqında fərmanın 4-cü 
paraqrafına müvafiq olaraq rus dilini tədris etmək hüququ və göstərilən ada 
müqabil səmərə  və üstünlüklər olmaqla ev müəllimi adını daşımaq hüququ 
verilmişdir. Bunun təsdiqi olaraq ona, Mədinə xanım Vəkilovaya lazımi imza və 
Qafqaz Təhsil Dairəsi Popeçiteli Dəftərxanasının möhürü olan bu səhadətnamə 
verilir. 
   
Tiflis şəhəri, 
1905-ci ilin 4 iyun günü. 
Qafqaz Təhsil Dairəsinin 
                     Popeçiteli  
           Dəftərxana müdiri 
 
 
ŞƏHADƏTNAMƏ 
 
 Verilir Qazax qəza idarəsindən Salahlı  kənd sakini Məmməd Ağa Pənah 
Ağa oğlu Vəkilova ondan ötrü ki, o, Qazax qəzasının Salahlı  kəndinin yerli 
ağalarındandır. Adı  ağaların 1860-cı ildə tutulmuş kameral siyahısında öz atası 
Pənah Ağanın ailəsində 83-cü nomrə altında qeyd olunmuşdur. Cənab Yelizavetpol 
qubernatorunun 5 sentaybr 1870-ci il tarixli 50/9 saylı  sərəncamı ilə Qazax qəza 
idarəsınə göndərilmiş Ağalar Komissivasının ağalar və bəylər siyahısında isə onun 
ağalar və  bəylər rütbəsi qəbul olunmamışdır. Həmın rutbəyə  təqdim edilənlərin 
siyahısında Məmməd Ağa Pənah Ağa oğlu göstərilməmişdir. Dövlət möhürü 
basılmış imza ilə təsdiq edilir. Yanvarın 28-ci günü 1871 il. Dağkəsəmən kəndi. 
 
QAZAX QƏZA RƏİSİ  
mayor 
  
 
UZUN ÖMRÜN SƏHİFƏLƏRİ 
 
            
 
 
 
Qarayazı, 
Kür qırağı Qarayazı, 
Ömrə çox da bel bağlama 
Bir də gördün qara yazı. 
 
El bayatısı 
 
Məni çox kefsiz və bir az da könülsüz qarşıladı.  Əvvəlcə başa düşə 
bilmədim, bu etmasızlıq mənim gəlişimə görədir, yoxsa qoca xəstəhaldır. Elə-belə, 


nəzakət xatirinə “keçin, əyləşin” - dedi. Bu tənha yaşayan qocanın tərtəmiz 
geyimindən, ev şəraitmdən hiss etmək olurdu ki, çox səliqəli adamdır. 
Qoca  əvvəl eynəyini çıxartdı, sonra da dizinin üstündəki kitabı qatlayıb 
kənara qoydu. İri  şkafin enli siyirtməsini çəkib dərindən nəfəs ala-ala, qara 
məxməri parçaya bükülmüş bağlamanı açdı. Balaca bir şəkil tapıb işığa tərəf tutdu. 
İri ala gözlərini geniş açıb “budur - atam, - dedi, buyur, bax!” “Atam” - deyəndə 
səsi qırıldı. Bu qocanın bütün varlığını qəribə, təsvirolunmaz bir kövrəklik titrətdi. 
Udqunub üzünü yana döndərdi.     
Mən  şəkli alıb baxdım. Bu, cavan, çox yaraşıqlı bir zabitin ötən  əsrdə 
çəkümiş şəkli idi. 
- Faris baba, - dedim, - bəs sənədləri? Təkcə bu şəkillə  nə eləmək olar? 
Mümkünsə  sənədləri də tapın, birgə baxaq, elə buradaca... Heç yerə 
aparınayacağam. 
O, könülsüz geri döndü, ağır addımlarla yenidən  şkafa yaxlaşdı. Xeyli 
əlləşdi. Bayaq oxuduğu kitabı o küncdən bu küncə qoyur, dəftəri açıb baxır, 
arasından heç nə tapa bilməyib əsəbiləşirdi... 
Səbrim tükənmişdi, onun əhvalı mənə də təsir etmişdi. Nəhayət, şkafin tək 
gözündən götürdüyü qalın bir qovluğu mənə verib titrək, kövrək səslə soruşdu: 
- Cavan oğlan, sənin nəyinə lazımdı mənim atamın sənədləri? 
- Faris baba, atanız xalqımızın hərbi-topoqrafiya tarixində yeganə general 
olub.  İstəyirəm qəzetdə, jurnalda onun barəsində bir yazı ilə  çıxış edim, qoy 
bugünkü gənclik xalqımızın belə bir şöhrətli generalı olduğunu bilsin. 
- Mənim atam çoxdan unudulub, - deyə incik halda əlini yellədi. Ani 
fasilədən sonra əlavə etdi: - Bəlkə, elə belə yaxşıdı. Müsavat generalı kimin nəyinə 
lazımdır?.. - İndi başa düşdüm ki, qoca məni nəyə görə könülsüz qarşıladı. 
- Bir vaxt özüm çox çalışdım ki, üzə çıxsın, generallar arasında onun da adı 
çəkilsin. O da Azərbaycan üçün, xalqı üçün can qoyub, cəbhələrdə vuruşub, 
gecəsi-gündüzü topoqraflya çəkilişlərində keçib. 
- Hələ 1883-cü ildə rus-İran komissiyasının tərkibində  Xəzər dənizindən 
Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edib. Belə bir ciddi 
işi vaxtından  əvvəl yerinə yetirən atamın xidməti  İran hökumətinin  ən yüksək 
“Şire-Xorşid” ordeninə layiq görülüb. O, Krımın, Dağıstanın və bütün Qafqazın 
topoqrafik xəritəsini tərtib edib. 1892-ci ildə Türkiyəyə ezam olunan atam Qars 
vilayətinin rus-türk sərhədlərində topoqrafiya işlərinə  rəhbərlik edib. Cənubi 
Azərbaycanın Təbriz, Xoy, Urıniya və başqa şəhərlərinin də topoqrafik çəkilişinə 
atam rəhbərlik edib. Hər gələn bir sənədini,  şəklini istədi, elə o gedən oldu. - 
Kövrək-kövrək, - mən də ki, belə, gördüyün kimi, qocaldım, əldən düşdüm. Sənəd, 
şəkil aparanların da ünvanını, telefonunu itirdim. 
O, insafsızlar da nə atam haqqında yazdılar, nə də şəklini qaytardılar. 
- Mən burda baxacam, heç nəyi heç yerə aparan deyiləm. Qeydlərimi də 
burada eləyəcəm... 
- Yaxşı, onda aç qovluğu, söhbət eləyək. Əvvəla, de görüm atamın sorağını 
sənə kim verib? - zəndlə üzümə baxıb soruşdu. 
- Bir marşalın “Mənim xatirələrim” adlı yeni kitabı  çıxıb. Orda atanız, 
polkovnik  İbrahim ağa Vəkilovun Sərdarabad, Baş Abaran əməliyyatındakı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə