Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   18   19   20   21   22   23   24   25   ...   97

Port-Artur döyüşlərində  mərdliklə vuruşan  əmim müqəddəs Georgi ordeninin 
dördüncü dərəcəsiylə və bir neçə medalla təltif olunur. 
Podpolkovnik rütbəsi alır. 
Həmyerliləri, artilleriya generalları  Əliağa  Şıxlinski və  Səməd bəy 
Mehmandarovla çiyin-çiyinə vuruşan podpolkovnik İbrahim ağa Usubov rus-
yapon müharibəsində az şücaət göstərınir. Port-Artur döyüşlərindən sonra yenidən 
Xarkov  şəhərində  hərbi xidmətə başlayır. 1910-cu ildə  İbrahim ağa Usubov 
Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin 
kiçik qızı Gövhər xanımla ailə həyatı qurur. 
Müsahibimdən soruşdum: 
- Generalın oğlu, qızı qalırını? 
- Bu saat hamısını deyəcəyəm, - Faris baba yenidən əl-ayağa düşür. Köhnə 
cib dəftərçələrinin birini götürüb, o birini qoyur, - İki adamla görüş, söhbət elə. 
Əmim qızı Nigar xanım Usubova və generalın qardaşı qızı Gövhər Usubova ilə. 
Elə  həmin günü Mirzə  Şəfi küçəsinin altı nömrəli mənzilində yaşayan 
Gövhər xanıma baş çəkdim. General-mayor əmisinin adını eşidən kimi səksən yaşlı 
qadını da gözlərində, sifətində qəribə bir işıq yandı. Sonra o işıq qəfildən çəkildi və 
yerində təəccüb qaldı: “Nə əcəb? Haradan yada düşüb?”. 
Gövhər ana əlini dizlərinə vurub yana-yana dedi: 
- Fələyin gözü tökülsün, bircə əmim oğlu vardı, o da 1940-cı ildə qəfildən 
vəfat etdi. Yeganə kişi nişanəsi idi əmim ocağının. Atam İsmayılı zorla 
xatırlayıram, 1910-cu ildə  vəfat etdikdən sonra əmim  İbrahimin himayəsinə 
keçdim. O, Xarkovda hərbi qulluqda olsa da doğma kəndi Salahlını unutmurdu. 
1914-cü ildə  məni Bakıya gətirib Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinə 
qəbul etdirdi. 1917-ci ilədək bu məktəbdə oxudum. Bir il sonra Azərbaycan  
Demokratik  Hökumətinin  dəvətilə  Xarkovdan Bakıya köçdü. 
Adətən hərbçi zəhmi ağırdı, deyirlər. Əlbəttə, işdə, qulluqda necə olmağını 
deyə bilmərəm, amma evdə, ailədə  əmim xoşxasiyyət, həssas qəlbli insan idi. 
Təhsil və  tərbiyə  məsələsinə ciddi fikir verərdi. “Gövhər, deyərdi, - səni atanın 
arzusu ilə müəllimliyə qoymuşam. Sənin qarşında mədəni insan yetişdirmək kimi 
nəcib bir vəzifə durur. Gərək elə şagird yetişdirəsən ki, onunla həmişə iftixar edə 
biləsən”. Yadımdadı, general Əliağa Şıxlinski tez-tez bizə gələrdi, hər iki bacanaq 
Port-Artur döyüşlərindən, Birinci Dünya müharibəsindəki fəaliyyətlərindən söhbət 
açardılar. 
İbrahim ağa Usubov görkəmli dövlət xadimi Nəriman Nərimanovla, 
Əliheydər Qarayevlə, Mixail Frunze və başqaları ilə yaxın idi, 1916-cı ildə döyüş 
meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi. 
Bu müharibədə onun göstərdiyi şücaət haqqında “Kaspi” qəzetinin 26 fevral 
1916-cı il sayında Ceyhun Hacıbəyli yazır: “Yüz iyirmi ikinci Tamboy süvari 
alayının zabiti, ikinci dərəcəli “Müqəddəs Anna” ordenli İbrahim ağa Usubov bu 
alaya təyin olunandan sonra polkovnik rütbəsi almışdır. 1914-cü il oktyabrın on 
dördündə Mizines kəndi  ətrafindakı yüksəkliyə hücum zamanı  İbrahim ağa 
batalyona komandirlik edərkən düşməni iki cərgə səngərdən vurub çıxartmış və üç 
gün bu yüksəkliyi avstriyalıların əkshücumlarından qoruyub saxlamışdır. 


Polkovnik İbrahim ağa Usubov artilleriyası ilə öz alayına himayədarlıq etmiş 
və Peremışl qalasından düşməni vurub çıxartmışdır. 1918-ci ilin may ayında 
İbrahim ağa Usubovu milli Azərbaycan diviziyasında işləmək üçün dəvət etdilər. 
O,  Əliağa  Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, 
Oavadbəy  Şıxlinski və başqa hərbiçilərlə birgə Azərbaycan Demokratik 
Hökumətinin milli ordusunun təşkilinə başladı. On səkkizinci ilin aprelində 
Gəncədə praporşik məktəbi açdılar. Burada azərbaycanlı  gənclər təhsil alırdılar. 
Bir il sonra həmin məktəb Bakıya köçürüldü və Azərbaycan Hərbiyyə  məktəbi 
adlandırıldı. 1919-cu ildə milli hökumət xalqına sidq-ürəklə xidmət etdiyinə görə 
polkovnik İbrahim ağa Usubovu general-mayor rütbəsi ilə təltif etdi. 
Milli hökumət İbrahim ağanı on doqquzuncu ildə Azərbaycan ordusu üçün 
hərbi ləvazimat və  hərbi geyim alıb gətirmək məqsədilə  İtaliyaya ezam etmişdi. 
İbrahim ağa Usubovun xarici ölkəyə ezam olunması  təsadüfı deyildi. O, fransız, 
ingilis, alman və polyak dillərini mükəmməl bilirdi. Respublika Mərkəzi Dövlət 
Arxivində saxlanan bir sənəd Müsavat dovlətmin  İtaliyadakı nümayəndəsinin 
müsavat ordusuna geyim və  təchizat  əşyaları almaq üçün hərbi nazirliklə 
danışıqları barəsində teleqram - bunu təsdiq edir. 
 
2 dekаbr 1919-cu il 
 
Özünün sərəncamında olmadığından Italiyanın hərbi nazirliyi paltar və silah 
verə bilmir. O avtomobillər, aeroplanlar, projektorlar, dizliklər, mələfələr və 
adyallar verir. Geyim əşyaları göndərilməsi Gellə tapşırılıb. Ilk partiya dekabrın 
axırlarında Batuma gələcək. Keyfiyyətli köhnəpaltar tapmaq mümkün deyil. Əgər 
qiyməti əl versə, bu əşyaların əvəzinə parça almaq barəsində fikirləşərəm. Parçanın 
bizdəki qiymətini bildirməyinizi xahiş edirəm. 
 
General  
Ibrahim ağa Usubov. 
 
- Əmim çox zarafatcıl idi, - deyən Gövhər xanım söhbətini davam etdirir. - 
Bir dəfə süfrə başında olan bir əhvalat yadıma düşdü.  İbrahim  əmim köksünü 
ötürüb: 
- Of, - dedi, - balalarım, kaş  hər  şeydə: ağılda, kamalda, şöhrətdə özümə 
oxşasınlar. Amma bircə şeydə mənə yox, dayılarına oxşasalar yaxşıdı. 
Həyat yoldaşı - bibim tez üstünə düşdü. 
- De görüm, o nədi elə? 
Əmim bığaltı gülümsünüb: 
- Boyumu deyirəm, - dedi, - bircə boy-buxundan kəm-kəsirim var. 
Əmim ortaboylu idi, ona işarə vururdu. Əliağa  Şıxlinski də ona zarafatla 
cavab verdi. 
- Eybi yoxdu, - dedi, - İbrahim, qəm eləmə, o da igidə bir yaraşıqdır. 
- Gövhər xanım, general əminizin son taleyi necə olub. 
 
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə