Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   19   20   21   22   23   24   25   26   ...   97

- Iyirminci ilin aprelində XI ordu gəldi.  Əliağa  Şıxlinski,  İbrahim ağa 
Vəkilov, Səməd bəy Mehmandarov, Firudin bəy Vəzirov,  əmim və bütün 
azərbaycanlı  hərbçilərə, generallara ilk günlər toxunmadılar. Xüsusi əmr verdilər 
ki, poqonlarınızı  çıxarın, indi Qızıl Orduda xidmət edəcəksiniz. Onlar da dinib-
danışmadılar. Dedilər, təki xalqa toxunmasınlar, biz də xalqa xidmət edərik. Səhv 
etmirəmsə, hətta, onlara əmək haqqı da təyin etmişdilər.  Əmimə  vəsiqə  də 
vermişdilər ki, o, diviziya komandiri kimi xidmət edir. Yadımdadır, iyul ayının ilk 
günləri idi. Evimizdə Qazaxdan gələn qonaq da vardı.  Əliağa  əmim,  İbrahim 
dayım da bizə gəlmişdi. Hamı kəndi, qohumları, uşaqlıq dostlarını soruşur, deyib-
gülürdülər. O vaxt bütün hərbçilər indiki İstiqlal küçəsindəki beş nömrəli evdə 
yaşayırdılar. Gecə on ikiyə  işləyəndə  hər kəs öz evinə getdi. Yenicə yatmağa 
hazırlaşırdıq ki, küçədə bir yük maşını dayandı. Maşından tökülüşən əsgərlər qaça-
qaça bloklara doldular. Tüfənglərin qundağı ilə qapıları döyüb içəri soxuldular. 
Əsgərlər içəri girən kimi əmimi  əhatəyə aldılar. Mən  əmimə  tərəf atılıb zorla 
əlindən yapışıb ağladım.  Əsgərlər ev əşyalarını siyahıya aldılar.  Əmimin orden-
medallarını  və özünü də apardılar. O gecə azərbaycanlı generalları - Əliağa 
Şıxlinskini, Səməd bəy Mehmandarovu, Murad Gəray bəy Tlexası, Firudin bəy 
Vəzirovu, general-qubernator Nərimanbəyovu, polkovnik Rüstəm ağa Şıxlinskini, 
kapitan Bahadır bəy Vəkilovu,  əmim  İbrahim ağa Usubovu - hamısını yük 
maşınına doldurub apardılar. Dallarınca çox gedib-gəldik, bir xəbər öyrənə 
bilmədik. Onları həbs etdirən İlya adlı hərbçi idi. O, yarı erməni, yarı yəhudi idi. 
Əmimi, on iki azərbaycanlı general və zabiti 1920-ci il iyunun on altısında gecə ilə 
Nargin adasına aparıb orada güllələyiblər. Çox get-gəldən sonra əmim arvadı 
Gövhər bibimə  əl boyda kağız verdilər ki, onları  səhvən güllələyiblər.  Şura 
hökuməti ailənizdən üzr istəyir. 
Əliağa  Şıxlinski və  Səməd bəy Mehmandarov isə ayrı kamerada olublar. 
Xoşbəxtlikdən onların Nəriman Nərimanova göndərdikləri məktub çatıb və onlar 
xilas olublar. Orduya soxulan terrorçu-daşnaklardan ehtiyat edən Nərimanov ona 
görə  də 1920-ci il avqustun 1-də  Ə.Şıxlinskini və S.Mehmandarovu Moskvaya 
göndərdi. 
General İbrahim ağa Usubovdan çox az nişanə qalıb. Bir neçə şəkil, bir də 
qızı - Azərbaycan Dövlət koservatoriyasının müəllimi, əməkdar incəsənət xadimi, 
professor Nigar xanım Usubova... Mübarizələrdə keçən ömrün anları indi illərin 
saralıb-soldurduğu çox az şəkil və sənədlərdə yaşayır. General-mayor İbrahim ağa 
Usubovun qızı Nigar xanım atasından fəxrlə söhbət açır: 
-  Əliağa  əmim deyirdi ki, atan İbrahimin hərbçi istedadı Birinci Dünya 
müharibəsi dövründə özünü parlaq şəkildə göstərdi. Döyüş zamanı çevikliyi, 
piyada qoşundan məharətlə istifadə etməsi, xüsusilə  əsgərlərlə  səmimi rəftarı 
İbrahimi rus ordusunda mahir bir sərkərdə kimi tanıtdı.  Əliağa  əmim bir də 
danışırdı ki, M.V.Frunze atanı yaxşı bir insan kimi tanıyırdı. Birinci Dünya 
müharibəsindəki fəaliyyətini, hərbi sənətkarlığını çox yüksək qiymətləndirirdi. 
Mən Xarkovda anadan olmuşam. Uşaq olsam da, bəzi  əhvalatları yaxşı 
xatırlayıram. Yadımdadır, nə münasibətləsə evimizdə qonaqlıq vardı, məclisdə 
yüksək rütbəli zabitlərlə yanaşı  sıravi  əsgərlər də  iştirak edirdi. Əsgərlərdən biri 


atam haqqında dedi: - baxmayaraq ki, o, rus deyil, azərbaycanlıdır, ancaq bizim 
üçün doğma atadan da yaxındır. 
Atam həqiqətən də  əsgərlə zabit arasında sərt sədd çəkməyən adam idi. 
Əsgərin bürün hüquqlarını əlindən alan zabitlərlə o, heç vaxt razılaşmazdı. Məhz 
bu keyfiyyətlərinə görə onu əsgərlər ata kimi sevir, hörmət edirdilər. 
...Faris baba ilə görüşlərimin birində gördüm ki, o, lüğətlə bir Azərbaycan 
yazıçısının romanını oxuyur. 
- Faris baba, - dedim, - indən belə dil öyrənmək gec deyilmi? 
- Öyrənirəm ki, İbrahim əmim kimi dünənə sabah deməyim. 
- O nə deməkdir? 
- Bu saat danışacam, - deyib qoca iri gözlərilə gülümsündü. - Xatirimdədir, 
1914-cü ilin yazında atam məni də götürüb kəndimiz Salahlıya gəlmişdi. Hələ 
müharibə başlamamışdı. Atam doğma kəndinə getməyi, qohumlara baş  çəkməyi 
çox sevirdi. Ali rütbədə, yüksək bir yerdə  işləməyinə baxmayaraq, ildə bir neçə 
dəfə kəndə gedərdi. “Bu kənd - deyirdi, - oğul, harda olsam mənimlədi, adam nə 
qədər böyük şəhərlərdə, uzaq ellərdə olsa da doğmasını, ondan süd əmdiyi yeri 
unuda bilmir. Buna haqqı da yoxdur”. 
Atam eşidir ki, İbrahim ağa Usubov da ailəsi ilə  kəndə  gəlib. Abdulla 
əmimlə onun görüşünə gedirlər. Abdulla əmim  İbrahim  əmimdən soruşur ki, nə 
vaxt gəlmisən? 
İbrahim əmim cavab verir ki, “Sabah”. 
Atam təəccüb edir ki, bu nə danışıqdır. Abdulla əmim işin nə yerdə 
olduğunu başa düşür. Gülə-gülə deyir: 
- İbrahim, əgər sabah gəlmisənsə, yəqin ki, dünən də qayıdıb gedəcəksən. - 
Qoca əhvalatı danışıb kədərlə gülümsündü. - İbrahim əmim - dedi, - uzun müddət 
Rusiyada qulluq etdiyindən Azərbaycan dilini bir az yadırğamışdı. Məni də tale 
ölkədən-ölkəyə,  şəhərdən-şəhərə atıb. Fransız, ingilis və bir neçə dildə  sərbəst 
danışıb yaza bilirəm. Amma hiss edirəm ki, o qədər yadlarla oturub-durınuşam ki, 
doğmamı unutmaq ərəfəsindəyəm. 
Faris baba çoxillik ömründə bitib-tükənməyən hadisələrin,  əhvalatların 
şahidi olmuşdu. Heyf ki, bu səmimi, mehriban qoca ilə görüşüm onun həyatının 
son günlərinə təsadüf etdi. O, bizim işıqlı dünyamızdan ömrünün doxsan dördüncü 
ilində köçdü. 
Minillik ədəbiyyata, mədəniyyətə malik xalqımızın minillik də qəhrəmanlıq 
tarixi var. İgid Cavanşirin,  əyilməz Babəkin, köhlən at belində yadellilərə qarşı 
vuruşan Koroğlunun, Nəbinin adı həm öz xalqımızın, həm də bütün bəşər tarixinin 
səhifələrində yaşayır. Onların hər biri öz doğma torpağını, öz yurdunu, öz xalqının 
əsrlərdən bəri yaratdığı mədəniyyəti qəsbkarlardan mərdliklə müdafiə ediblər. 
Hər  əsr tarixə öz qəhrəmanlarını verib, hər igid özünün şücaəti ilə  gələcək 
nəslə örnək olub. Zaman keçib, illər ötsə də, onlar yenə unudulmur, tarixin əbədi 
yaddaşında, sənədlərdə həmişəyaşar qalırlar. 
İnanırıq ki, hərbi qüdrət tarixmizin səhifələrində general-mayor İbrahim ağa 
Usubov da beləcə yaşayacaqdır. 
  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə