Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   21   22   23   24   25   26   27   28   ...   97

təhsil alan böyük oğlu Borisi, Moskvada yunker məktəbində oxuyan Qlebi də bir 
sual düşündürdü. Mən kiməm, hansı millətə  məxsusəm? Bu izahedilməz sual 
qarşısında qalan hər iki qardaş tez-tez ata-anaya müraciət edirdilər. 
Faris Vəkilovun söhbətmdən: - Mənim on doqquz yaşım tamam oldu. Dərs 
məşğələləri ilə  bərabər Məhəmmədin dininə keçmək fikri də  məni tərk etmirdi. 
l904-05-ci illərdəki  şərait bu niyyətimin həyata keçməsinə kömək etməli idi. 
Bədniyyətli rus-yapon müharibəsi, xalq kütlələri arasındakı inqilabi əhvali-ruhiyyə 
çar hökumətini bəzi liberal qərarlar verməyə məcbur etdi. 
1904-cü ildə “Din azadlığı haqqında manifest” nəşr olundu. Orada hər hansı 
bir səbəbdən öz ata-baba dinindən dönmüşlərə yenidən o dinə qayıtmalarına icazə 
verilirdi. Adama elə  gəlirdi ki, müvafiq ərizə vermək kifayətdir ki, bununla da 
məsələ  həll olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideynlərim 
Peterburqa gəlişimin birinci ilində pravoslav dinin müdafiəçilərini bilavasitə 
yaxınlığında bu məsələni qaldırınağı  məsləhət görmədilər. Anamın Lev Tolstoya 
məktubunda da bu ehtiyat öz əksini tapmışdı. Xoşagəlməz hadisələrdən yaxa 
qurtarınaq məqsədilə  mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli 
olduq. 
Ona görə  də  çıxılmaz vəziyyətdə qalan anam Yelena Yefimovna Vəkilova 
1909-cu il martın 2-də dahi yazıçı Lev Nikolayeviç Tolstoya məktubla müraciət 
etməli olub. 
1910-cu ildə yunker Qalib bəy Vəkilov Moskvadakı Alekseyev hərbi-texniki 
məktəbini bitirib xidmətə başladı. Birinci Dünya müharibəsi başlananda o, Qərb 
cəbhəsindəki mühəndis alayında döyüşürdü. Molodeçnıy  şəhəri uğrunda gedən 
döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə podpolkovnik Qalib bəy Vəkilov 2-ci 
dərəcəli müqəddəs Georgi ordeni ilə  təltif olundu. Hərbi-texniki mütəxəssis kimi 
Qalib bəy Vəkilovun  ən başlıca vəzifəsi düşmənin qəfil hücum edəcəyi bərə  və 
keçiddlərin möhkəm qurulması, səngərlərdə piyada və tank əleyhinə  mərmilərin 
dəqiq yerləşdirilməsi idi. 
Leyla xanımın stolun üstünə qoyduğu müxtəlif sənəd və foto-şəkillərin 
hamısı inqilabdan əvvələ məxsusdur. Onların arasında çox qalın olmayan bir kitab 
da var. Bu, məşhur  ədəbiyyatşünas Firudin bəy Köçərlinin ilk “Azərbaycan 
tatarlaının  ədəbiyyatı” kitabıdır. Onu müəllif 22 oktyabr 1903-cü ildə avtoqrafla 
Leyla xanımın general babasaına  hədiyyə verib. “Hörmətli İbrahim ağa Vəkilova 
böyük məhəbbət nişanəsi ilə Firidun bəy Köçərlidən. Qori şəhəri”. 
Şəkillərdən ikisi daha maraqlıdır. Onlar general-leytenant Əliağa Şıxlinskiyə 
məxsusdur.  İndiyədək heç kəsə  məlum olmayan və heç yerdə  dərc edilməyən bu 
şəkillər 1915-ci ilə aiddir. Bir qrup zabit və üç nəfər şəfqət bacısı ilə birgə şəkildə 
isə Əliağa Şıxlinski həyat yoldaşı Nigar xanımla birgə dayanıb.  
- Nigar xanımla yanaşı  əyləşən anam Aleksandra İvanovna Vəkilovadır. 
Anam da atam Qaliblə birgə Birinci Dünya müharibəsi illərində döyüşən orduda 
xidmət edib. Anamın rütbəsi leytenant olub. O da Nigar xanım kimi hərbi səhra 
qospitalında  şəfqət bacısı  işləyib. Oktyabr inqilabı başlananda onlar Minsk 
ətrafindakı  cəbhədə olublar. Atam üç ay ordu sıralarında komandir kimi xidmət 
etdikdən sonra komandanlıq onu qulluğunu davam etdirınək üçün Bakıya ezam 
edir. O, yeni yaranan Azərbaycan Milli Ordusunda hərbi-mühəndislər idarəsinin 


rəisi təyin olunur. Podpolkovnik rütbəsində Azərbaycan ordusunun süqutuna qədər 
işləyir. Sonra atam XI Ordunun Ənzəli şəhərindəki mühəndis qoşunları hissəsinin 
rəisi vəzifəsində qulluq edir. 
Anam da bu yürüşdə atamla birgə olub. Atam bu yürüşdə ağır xəstələnib. O, 
malta qızdırınasına rutulub. Xəstəliyinə baxmayaraq, 1922-ci ildə yenidən 
Azərbaycan Baş  Hərbi - Mühəndislər Idarəsinin rəisi vəzifəsində  işə başlayıb. 
Sonra Zaqafqaziya Qızıl Ordu hərbi inqilab şurasının hərbi sənaye komitəsinin 
direktoru olub. Bu vəzifədə beş il işləyib. 
- Leyla xaınm, bayaq dediniz ki, atanız iki dəfə həbs edilib. Otuz yeddinci 
ildən əvvəl nə vaxt həbs olunmuşdu? 
- Atam ilk dəfə 1931-ci ildə  həbs edilib. O, inşaatçı-mühəndis sifətilə 
Belomor-Baltik kanalının tikintisində dustaq kimi işləmişdi. 1933-cü ildə o, 
həbsxanadan gəldi. Qocalıb əldən düşmüş, xəstəhal atamın saçı tamam ağarınış və 
dinibdanışmaz olmuşdu. O, tək bircə dəfə mənimlə həbs olunması haqqında söhbət 
edəndə dedi: “Kim mənim haqqımda sənə  nə deyirdesin, bilmirəm. Bircə onu 
yadında saxla ki, mən nə Vətənimin, nə xalqımın qarşısında, nə sənin, nə ananın, 
nə də heç kəsin qarşısında günahkar deyiləm”. 
Belomor-Baltik kanalı tikintisindən qayıdandan sonra atam Bakıda məişət-
tikinti trestində direktor müavini işlədi. 
Yadımdadır, çox tez-tez xəstələnirdi. Semaşko adına xəstəxanada, dəmiryolu 
xəstəxanasında, sonra da Bayıldakı xəstəxanada müalicə olunurdu. Onu operasiya 
elədilər. Anamla yanına çox çətinliklə gedib-gəlirdik. Bir xeyli sonra atamın 
səhhəti yaxşılaşdı. Ailəmizin güzəranı da pis deyildi. O, işini dəyişmişdi. İndi Kür 
üstündəki Bankə qəsəbəsində işləyirdi. Sən demə, ən dəhşətlisi geridə imiş. Otuz 
yeddinci il gəlib çatdı. Laxa ağzını açan bu dəhşətli qara il yüzlərlə saf Azərbaycan 
ziyalısı ilə birlikdə atamı da uddu... 
1956-cı ildə atamın günahsız məhv edilməsi haqqında iki bəraət məktubu 
aldım. Biri 1931-ci ilə görə, biri də 1937-yə görə. Sonuncuda yazılmışdı ki, 
polkovnik Qalib Vəkilov 19 dekabr 1937-ci ildə həlak olub. Anamla mən isə otuz 
yeddinci ildən əlli altıya qədər onu həbsxənalarda axtarırdıq. 
Leyla xanım Vəkilovanın stolunun üstündə daha bir tarixi şəkil var: süfrə 
arxasında altı nəfər əyləşib. Ovdan qayıdıb nahar edirlər. Məşhur sovet sərkərdəsi 
Mixail Frunze sol əli çənəsində  dərin düşüncələrə dalıb. Onun sağ yanında 
dayanmış  Əliheydər Qarayevlə Qalib bəy Vəkilov da fikirlidirlər. Təkcə diviziya 
komandiri Məmməd Veysov məşğuldur. O, əlindəki çəngəl-bıçaqla qarşısındakı 
qabda nəyisə doğrayır. Qalan iki nəfərin kimliyi məlum deyil. Leyla xanım deyir 
ki, bu şəkil 1925-ci ilin qışında M.V.Frunze ikinci dəfə Azərbaycana gələndə 
Xaçmaz rayonunun ərazisindək keçmiş Neruçev (indik №-li sovxoz) 
malikanəsində çəkilib. 
Altı ay keçməmiş bu sıradan biri - M.Frunze qəfil vəfat etdi. Əliheydər 
Qarayev, Qalib bəy Vəkilov otuz yeddinin qurbanı oldular. Məmməd Veysov isə 
doqquzillik həbs cəzası çəkib 1957-ci ildə vəfat etdi. 
- Leyla xaınm, atanızın dostlarından kimləri xatırlayırsınz? 
- Hələ  uşaq idim, yadıma gəlir ki, M.V.Frunze, Əliağa  Şıxlinski, Serqo 
Orconikidze və  ən çox Çingiz İldırım qonağımız olardı. Çingiz İldırım mənim 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə