Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   22   23   24   25   26   27   28   29   ...   97

üçün “Çi dayı idi.” O, çox şən, səsli-küylü, çox vaxt mənimlə oynayan, mənə 
cürbəcür macəralar danışan “Çi dayı” idi. 
Onun ailəsi yox idi. Vaxtının çoxunu atamla bizdə keçirərdi. “Çi dayı” 
uşaqlara xüsusi məhəbbət və hörmətlə yanaşardı. 
Onun danışdığı yarımfantastik hekayətlər də yaxşı yadımdadır. O, nəql 
edərdi ki bir dəfə qatar gedə-gedə atılıb ona mindim, ordan da hoppanıb uçan 
təyyarənin üstünə qondum, bunları danışır, özü də mənimlə birgə gah təəccüblənər, 
gah da uğunub gedərdi. 
O danışırdı ki, yadıma gəlir, bir dəfə  Lənkəran tərəfdə ov eləyəndə 
qamışlıqdan qəfil çıxan atanı qaban zənn edib az qala qanına qəltan eləmişdim. “Çi 
dayı”hər gəlişində mənə rəngli uşaq kitabları gətirərdi. Bir dəfə ağacdan yonulmuş 
qaban heykəli gətirdi. Pəncəsində anama avtoqrof yazdırınışdı. 
Həmin heykəl - qaban budur. İndi də saxlayıram. Atamın yazı stolunun 
üstündə “Çi dayı”nın Qırmızı Bayraq ordeni alandan sonra çəkilmiş fotoşəkli 
qoyulmuşdu. Onu Çingiz əmi avtoqrafla atama bağışlamışdı. 
Birdən-birə “Çi dayı” yoxa çıxdı. Bir müddət bizə  gəlmədi. Hər dəfə  mən 
atamdan soruşanda ki “Çi dayı” niyə bizə gəlmir, onlar susardılar. Mənim sualım 
cavabsız qalardı. Xeyli sonra mən başa düşdüm ki, o qara illərin qorxunc əli onun 
da yaxasından yapışıb. Çingiz İldırım cəllad Bağırovdan yaxasını qurtarınaq üçün 
əvvəl Maqnitoqorsk, 1934-də isə Kirov-Roqa gedir. Amma cəllad Bağırov orda da 
onu axtarıb tapdırır və güllələtdirir. 
Leyla xanım stolun üstündəki  şəkli götürüb kədərli səslə: - “Çi dayı”nın 
atama bağışladığı bu şəkil qeyri-adi bir təsadüf nəticəsində bizdə qalıb, - deyir. 
Atam həbs olunanda onun kitabları, bağışlanmış  şəxsi silahı, sənədləri hamısı 
müsadirə olundu. “Çi dayı”nın bu şəkli isə sonralar lazımsız bir kitabın arasından 
çıxdı. Atam Çingiz İldırımdan sonra həbs olunacağını gözləyirdi.  
 O, hətta, “Çi dayı”nın həbs olunmasmı eşidəndə anama deyib ki, indi növbə 
mənimdir. 
Görünür, atam bilə-bilə “Çi dayı”nı  şəklini lazımsız kitabın arasına qoyub 
ki, ələ düşməsin. 
Çingiz  İldırıma bəraət veriləndən sonra bu nadir şəkil o gözəl insandan 
demək olar ki, yeganə yadigar idi. Bizim muzeylər bu şəklin surətini çıxartdılar. 
Adını daşıyan Politexnik İnstitutu qarşısındakı büst də bu şəkil əsasında qoyuldu. 
Indi hər dəfə yolum Nərimanov prospektinə düşəndə o büst qarşısında istər-
isətəməz baş əyir, sanki canlı “Çi dayı”yla salamlaşıram. 
 
 
 
 
 
 
 
 
 
 


ƏZABKEŞ İNSANIN XATİRƏLƏRİ 
 
 
Xatirə tarix elmi kimidir. Belə halda 
gərək hər şeyi olduğu kimi nağıl edəsən, 
artırıb-əskiltməyəsən. Düzgün xatirə yazmaq 
üçün gündəliyin əhəmiyyəti böyükdür. Çox 
təəssüf ki, bu gözəl mədəni adət bizdə 
az qala tamamilə unudulmuşdur. 
 
 
Məmmədcəfər Cəfərov,  
akademik 
 
Sovetlər dövründə  hər adam xatirə yazmağa, gündəlik tutmağa cəsarət 
eləmirdi. Çünki xatirəni dövlət xadimi, müdrik adamlar yazır. Vəzifədə olan 
azərbaycanlılar totolitar rejimdə o qədər sıxışdırılıb, o qədər “döyülüblər” ki, 
əksəriyyəti bu xeyirxah işdən vaz keçiblər.  Əgər yazmalı da olsaydılar, mütləq 
dövrün onların səsini içində boğduğunu, ədalətsizliyi yazmalı idilər. 
Faris bəy Vəkilovdan bizə yadigar qalan gündəlik çox yığcam xatirədir. 
Ömrünün doxsan birinci ilində yaddaşına arxalanan bu saf ziyalı inamla demək 
olar ki, heç bir tarixi faktda, ildə  təhrifə yol verməyib. Yejov kimi qaniçənin 
hökmranlığı dövründə - 1936-1937-ci illərdə biliyinə  və bacanğma görə Moskva 
yaxınlığındakı “Beş saylı zavodda”direktor işləyən Faris bəyi türk oldüğüna görə 
təqib ediblər. O acı illəri xatırlayan Faris bəy yazır: “Mənim orada nələr çəkdiyimi 
yazan olsa, həcmcə böyük, məzmunca çox təsiri bir əsər yaranardı. Rusların 
təsəvvüründə “türk” sözü “düşmən anlayışı ifadə edirdi. Bir neçə həftə işdən evə 
qayıdarkən, soyunmadan yatırdım, hər an həbs olunacağımı gözləyirdim. Nə üçün? 
sualını vermək çox gülməli idi”. 
Nəhayət, vətəni Azərbaycana qayıtmağa məcbur olan Faris bəyin işdən 
getməsinə bircə nəfər - zavod partiya təşkilatı katibi Aleksandr Dudetski təəsüflə: - 
Siz niyə gedirsiniz? Biz Sizin büllur kimi təmiz adam olduğunuza əminik. 
Xatirələrində Faris bəy 1917-ci ildən birbaşa 1923-cü ilə keçir. Bu da 
təbiidir. Yetmişinci illərdə  hələ Sovet orqanlarının, senzorun qadağaları mövcud 
idi. Həyatının Müsavat dövrünü, Fransada yaşadığı illəri ötəri təsvir edir. Halbuki 
1922-1926-cı illərdə Parisdə mühacirətdə olan alim-general Məmmədsadıq bəy 
Ağabəyzadə Fransadan xalası  oğlu, məşhur alim Əlibəy Hüseynzadəyə 1922-ci 
ildə yazdığı  məktublarda  şəhərdə Faris bəy Vəkilova rast gəlib, vətən haqqında 
dərdləşdiklərindən yanıqlı epizodlar yazır. 
Əlbəttə, bütün bunlan yazmamaq Faris bəy Vəkilovun günahı deyil. Günah 
zamanın sərt abı-havası idi. “İlan vuran ala çatıdan qorxar” - deyib atalar. Faris bəy 
18 illik sürgündə gözü ilə odalov görüb gəlmişdi. 
Atalar yaxşı deyib ki, qismətdən artıq yemək mümkün olmadığı kimi, 
bəladan da qaçıb qurtarınaq olmaz. Vətəndə Faris bəyi pis qarşılamadılar. 
Mütəxəssis kimi o, lazım idi. Amma müsavatçı kimi də gözdən iraq buraxmadılar. 
“Rəhbərlik məni zavoddan çıxardıb, Baksovet sisteminə keçirməyi qərara aldı. 


Baksovetm müəssisələrinin səmərəli işinə, rəhbərlik etmək, ruhlandırmaq isə, 
üçüncü  şəxs, “sayıq göz”, xüsusi şöbənin rəisi Arsen Arakelova həvalə edildi. 
Onun peşəsinin nə olduğunu bilirdim. Ancaq onun nə üçün orada olduğunu yaxşı 
bilmirdim. Köhnə mühəndis, partiyaçı olmayan, bəy ailəsindən olan Faris bəy 
Vəkilovu nəzarətsiz qoymaq olmazdı”. 
Nəhayət, 1942-ci ilin yayında Faris bəy Vəkilovun həyatma qara bir səhifə 
yazılır. Orqan işçiləri - Medvedyev və  İşxanov addımbaşı izlədikləri Faris bəyi 
həbs edirlər. 
İlk dindirilmədə müstəntiq İşxanov (İşxanyan - Ş.N.) kin-küdurətlə deyir: 
- Sizin istehsalat fəaliyyətiniz bizə yaxşı bəllidir, o, nöqsansızdır (bu, onun 
dediyi sözlərdir), ancaq siz düşüncə tərzinizə görə cəzalanmalısınız. 
Yalnız düşüncə  tərzinə görə on səkkiz il həbsxanalarda, sürgündə olmazın 
əzab çəkən Faris bəy vətənə qayıda bilir. Sonralar Sovet Dövlət Təhlükəsizlik 
şöbəsinin polkovniki Veliçko ona bəraət verərkən demişdi: 
- Sənədlər və faktlar göstərir ki, sənin heç bir günahın yoxdur. Müstəntiq 
İşxanovun sənin haqqında topladığı iki cildlik sənədlər heç bir çürük yumurtaya da 
dəyməz. 
Zənnimizcə, Faris bəy Vəkilovun  ən böyük “günahı” 1918-1920-ci illərdə 
Gürcüstan hökuməti yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi, çar və 
müsavat generalının oğlu olması  yə  əla bir mühəndis kimi şöhrət qazanması idi. 
Namərd erməni İşxanov bunların üçünü da yığcamlaşdırıb ona “düşüncə tərzi” adı 
ilə siyasi rəng verib. 
O illərdə  ağıllı adamların biliyinə, fikirlərinə siyasi rəng vermək orqan 
işçiləri arasında dəbdə idi. Çünki belə günahsız ziyalılara ayrı cür qara yaxa 
bilmirdilər. Ümumtürk tarixinin görkəmli tədqiqatçısı Lev Nikolayeviç Qumilyovu 
1937-ci ildə həbs edən XDİK-nın prokuroru xüsusi müşavirənin qərarını oxuyaraq 
demişdi: 
“Siz təhlükəlisiniz, çünki çox savadlısınız. Ona görə  də on il həbs cəzası 
alacaqsınız”. 
Faris bəy Vəkilovun 1977-ci ildə səliqə-səhmanla yazdığı xatirələri 1914-cü 
ildən başlanır. Maraqla oxunan bu xatirə  şəxsi xarakter daşımır. Burda elə 
epizodlar, elə hadisələr var ki, onu həyəcansız oxumaq mümkün deyil. Nə 
gizlədim, bir nəfəsə oxudum bu saf qəlblə,  şirin qələmlə yazılmış xatirələri. 
Oxuduqca fransızların müdrik bir xalq deyimini xatırladım: “Yazanda, vicdanla, 
allah dərgahına üz tutaraq, bir də bəşəriyyətm istəkləri naminə yazmaq lazımdır”. 
Ömrü əzabalardan keçən Faris bəy xatirələrinə belə epiqraf seçib: 
“Unudulmuş qəbirlərin birinin üstündə yazılıb: 
 
Ey mühəndis rahat yat, 
Vətən üçün çəkdin cəfa. 
Zəhmətinin misli yox, 
Ötnür qılmadı vəfa. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə