Şəmistan Nəzirli


MƏNİM NƏ ZAMAN VƏ HARADA İŞLƏDİYİM



Yüklə 5,01 Kb.

səhifə27/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   97

MƏNİM NƏ ZAMAN VƏ HARADA İŞLƏDİYİM 
HAQQINDA QISA TƏƏSÜRAT 
(Petroqrad, 1914-1915-ci illər, Putilov zavodu) 
 
Mənim əmək fəaliyyətim 1914-cü ildə başlayıb. Mən İmperator I Nikolayın 
Peterburq Texnoloji İnstitutunun 5-ci kursunun tələbəsi idim və diplom layihəsinin 
müdafiənə hazırlaşırdım. Almaniya ilə müharibə başladı. Mən tam ali təhsilli 
ixtisasçı olmasam da, müdafiədə  işləməyə - Petroqrad Putilov zavodunun Top 
emalatxanasına ezam edilim. 
O zaman zavodda 30000-ə yaxın işçi vardı. Yalnız Top emalatxanasında 
3000-ə yaxın fəhlə çalışırdı. Mən ora getməmişdən qabaq Top emalatxanasında 
bizim institutu bitirmiş beş gənc mühəndis işləyirdi. Onlar hamısı kontor xarakterli 
işlərdə - layihə, planlaşdırına və sairədə işləyirdilər. Bir neçə gün bəzi qrafik işlər 
ilə məşğul olduqdan sonra, mən başa düşdüm ki, bu, mənim işim deyil. Sexlərdən 
eşidilən dəzgah və motor səsləri mənim diqətimi cəlb edirdi. Hiss edilirdi ki, orada 
qayrıar iş gedir. Mən emalatxananın baş mexaniki Nikolay İvanoviç Pomelov ilə 
tanış olmuşdum və onu müxtəlif dəzgahlar, onların xüsusiyyətləri və xassələri 
haqqında suallarla narahat edirdim. Nikolay İvanoviç böyük həvəs ilə çoxillik 
təcrübəsini mənimlə bölüşürdü. Fəhlə ailəsində  həyata gəlmiş, xüsusi savadı 
olmayan, böyük iş  təcrübəsi olan bu şəxs, özünün məndən qat-qat təcrübəli 
olduğunu hiss etdirınədən, bildiklərini məndən əsirgəmirdi. Bizim tanışlığımızdan 
bir neçə gün sonra, mənim inciyəcəyimdən ehtiyat edərək o, böyük ədəblə  mənə 
özünün köməkçisi yerini təklif etdi. Mən bu təklifə görə çox sevindim, təşəkkür 
etdim və Nikolay İvanoviçə bildirdim ki, mən tələbəlik həyatını bitirsəm də, 
istehsalatda heç bir təcrübəm yoxdur və ola bilər ki, çox da yaxşı köməkçi 
olmayam. Nikolay İvanoviçi bu sözlər fikrindən döndərınədi. Mənim razılığımı 
qəbul edib, elə həmin gün bu haqda Top emalatxanasının rəisi Bonifatiy Pavloviç 
Fyodorovla danışdı. Fyodorov isə o zamankı vaxt və  şərait üçün nüfuzlu bir 
şəxsiyyət idi. Müharibə vaxtı bilavasitə üç topçu generalın müşahidəsi altında, 
3000 fəhləsi olan  məsul bir emalatxanada rəhbərlik etmək çox çətin iş idi. 
Fyodorov diplomlu mühəndis deyildi. Fəhlə ailəsində böyümüş, zavod 
zəhmətkeşlərinin sərt məktəbini keçmiş bu şəxs, yersiz incəliklərdən uzaq idi. 
Onun tabeliyində iki diplomlu mühəndis var idi. O, çox tələbkar idi, heç bir 
güzəştə yol verməzdi. Fyodorov öz emalatxanasının bəlası idi. O, məni köməkçi 
götürmək üçün Pomelova razılıq verdi. Birinci günlər hərlənən, küy salan 
maşınların səsindən çəkdiyim həyəcanları uzun müddət unuda bilmirdim. Fəhlələr 
tezliklə  mənim dəzgahlardan xəbərdar olmadığımı başa düşdülər. Onlar mənim 
hətta xırda məsələləri belə  həll edə bilmədiyimi görürdülər. Yazı masaları 
arxasında işləyən mühəndislər, mənim  əllərimin, bəzən isə, hətta sifətimin çirkli 
olduğunu gördükdə, təkəbbürlə gülümsəyirdilər. Mənim istehsalat işinə meylim, bu 
yolda çəkdiyim mənəvi əziyyət onlara qəribə gəlirdi. 
Mənə yad olan bu həyata qapıldığımdan üç həftə sonra başa bəla - Fyodorov 
məni yanına çağıraraq, rəisim Pomelovun xəstələndiyini və bir neçə ay zavodu tərk 
edəcəyi xəbərini mənə çatdırdıqda, mənim nə cür hisslər keçirdiyim, indi də, 60 il 
keçdikdən sonra da yaxşı yadımdadır. Top emalatxanasının böyük təsərrüfatının 


tələb olunan halda saxlanılması və təmir edilməsi vəzifəsi mənim üzərimə düşürdü. 
Üstümə ağır yük kimi düşmüş işin həcmindən mən dəhşətə gəlirdim. Mən verilən 
tapşırıqdan imtma etmək istədim, lakin Fyodorov özünə  məxsus sərtliklə: 
“Müharibə zamanı istəklə  işləmək olmaz. İşə başlayın, çətinliklərə rast gəldikdə 
şəxsən mənə müraciət edin” - dedi. Tərslikdən, mənim müstəqil işə başladığım ilk 
günlər kiçik tokar dəzgahları qrupunda qəza baş verdi. Transmissiya valı çatladı, 
bu transmissiyada işləyən 40 ədəd dəzgah sıradan çıxdı. Xoşbəxtlikdən ehtiyat 
valları var idi. Val əvəz edildi... Həftə yarım keçdikdən sonra yeni val həmin 
yerdən sındı. Valı yenə dəyişdik... Dəhşət... - yenə də o müddət keçdikdən sonra 
həmin yerdə, həmin qəza. Görəsən buna səbəb nə ola bilərdi? Bu hal pis 
qiymətlənirdi, bütün baxışlar mənə dikilmişdi. 
Heç yerdən kömək gözlənilmirdi. Vəziyyətdən çıxmaq lazım idi. Bu 
hadisələrdən bir az əvvəl “Vesmik texnoloqa” jurnalında metalların yonulması 
haqqında məqalə oxumuşdum. Bu məqalə  məndə - görəsən mənim valım tez-tez 
deformasiyaya uğramırını - fikrini yaratdı. 
Valı yoxlayarkən məlum oldu ki, onun podşipniklərindən biri yerini 
dəyişmişdir və val əks istiqamətlərdə vaxtaşırı əyilir. Qəzanın səbəbi məlum oldu. 
Yeni val norınal işləməyə başladı. Mənim kənardan kömək almadan vəziyyətdən 
çıxmağım hamının diqqətmə  səbəb oldu. Mənim nüfuzum artdı. Fyodorov məni 
birinci iş müvəffəqiyyətimə görə təbrik etdi. Bu, mənə çox baha başa gəlmişdi. Ən 
yaxşısı o idi ki, mən fəhlələr arasında hörmət qazanmışdım. Pomelov daha zavoda 
gəlmədi və  mən il yarım tək işləməli oldum. 1916-cı ilin əvvəlində, Fyodorovun 
mənə verdiyi çox yaxşı xasiyyətnamə ilə məni səhmdar cəmiyyətinə məxsus olan
ancaq ölkənin Müdafiə üçün də  işləyən “Feniks” maşınqayırma zavoduna işə 
göndərdilər. 
 
 
“FENİKS” ZAVODU 
(1916-1917-ci illər) 
 
“Feniks” zavodu Petroqradın  əks tərəfinə diametral olaraq, Polyustrov 
sahilində Finlandiya vağzalı rayonunda yerləşmişdir. 
Yeni şəraitdə ilk vaxtlar mən baş mühəndis “cənablarının” öhdəsində idim. 
Sonra isə sexlərdən birinin rəisi oldum. “Feniks” zavodunda mən özümün 
mühəndis bacarığımı göstərə bilmədim, çünki: əvvəla, təsərrüfat  əvvəlcədən 
işlənilmiş texniki proseslər və hərbi sifariş çərçivəsi ilə ciddi məhdudlaşdırılmışdı. 
Onlara dəqiq əməl edilməsinə, detalların hazırlanmasının keyfiyytinə və miqdarına 
nəzarət etmək lazım idi. İkincisi isə o zamankı düşüncələr adi fəaliyyət 
çərçivəsindən kənar idi. Bu, 1916-cı ilin ikinci yarısı, 1917-ci ilin ərəfəsi idi. 
Zavodun rəhbərliyi sanki, qarşıdakı hadisələrin nəhəngliyini, xarakterini görmür və 
zavodun gələcək inkişafi haqqında perspektivlər hazırlayırdı. 
Bizim zavodun direktoru gənc mühəndis Mixail İsayeviç Barski idi. Mən 
yaxşı işçilər sırasında idim və Amerikaya ezam ediləcək mühəndislərin siyahısına 
daxil edilmişdim. Rusiyada baş verən hadisələr ilə  əlaqədar olaraq, Amerika 
məsələsi baş tutmadı. Mən texniki personal və qulluqçular tərəfindən yeni təşkil 



Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   97


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə