Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   25   26   27   28   29   30   31   32   ...   97

orada yox idilər. Əgər ki, biz müvəffəqiyyətsizliyə uğrasaydıq, onlar bu hərəkətləri 
ilə özlərini təmizə  çıxarınış olacaqdılar. 75 tonluq bir nəhəngin bizim 
düzəltdiyimiz bir qoldan asılı  vəziyyətdə sallanmalı olduğu 15 dəqiqəlik sınaq 
müddətini mən böyük həyəcanla keçirdim. Sınaq müvəffəqiyyətlə keçdi. Zavoda 
göndərdiyi xüsusi məktubda yoldaş Bəqlay mənə təşəkkürünü bildirdi. 
Bizim qüvvəmizin xeyli gərginliyini tələb edən ikinci böyük işimiz, Muğan 
çölünün pambıq tarlalarının suvarılması üçün 5 nəhəng mərkəzdənqaçma 
nasosunun düzəldilməsi oldu. Bu, Mərkəzi Komitənin xüsusi tapşırığı idi. Cəmi 12 
nasos - 7-sini Şmidt zavodu - 5-ni bizim zavodumuz - hazırlamalı idi. Bu tapşınğın 
yerinə yetirilməsi üçün bizdə olan imkanları Şmidt zavodu ilə müqayisə belə etmək 
olmazdı.  Ən böyük çətinlik onda idi ki, belə iri nasosların çertyojları yox idi. 
Bunun üçün bu tip dağılmış nasosların hissələrindən istifadə etmək, korpus və 
təkərlərin tökmələri modellərinin çertyojunu çəkmək lazım gəlirdi. O zaman model 
ustası yoldaş  Şiryayevin mənə etdiyi köməyi qeyd etməyə bilmərəm. Biz ümumi 
gücümüzü birləşdirərək tapşırığı yerinə yetirə bildik. Nasoslar hazır idi. Bu məsul 
işdə bir direktor, bir də baş mühəndis iştirak etmirdi. Bizim nasoslardan üçü 
Muğanın Zərdab kəndinə göndərildi. Onların montajı  və  işə salınması üçün 
təcrübəli çilingər Stepan Borodin ezam edildi. 
Nasosların hər biri daxiliyanma gücü 75-80 MN olan motorlarla hərəkətə 
gətirilməli idilər. Motorlar vaqon təmiri zavodundan verilməli idi. Bu nəhəng 
nasosların zavod şəraitmdə sınaqdan keçirilməsi mümkün deyildi, bu da çox ciddi 
və  təhlükəli hal idi. Biz onları  sınaqdan keçirməmiş yollamalı olduq. Nasosları 
quraşdırılacaqları yerə göndərdikdən bir müddət keçdikdən sonra Borodindən 
zavoda teleqram gəldi: “Nasoslar su vurınur, yəqin ki,çertyojlarda səhvləriniz olub. 
Mühəndis göndərin. “Müvəffəqiyyətsizliyimizdən xəbərdar olan birinci katib 
Bağırov - hidravlika üzrə mütəxəssis-professor Arxangelskinin nasosların 
qurulacağı yerə getmələri haqqında əmr verir. Tiflisdən Zaqafqaziya su təsərrüfatı 
baş mühəndisi Kondratyev və  əlbəttə  kı, nasosun hazırlandığını zavodun 
nümayəndəsi də ora getməli idi. Bizim zavodun direktoru da, baş mühəndisi də 
üzlərini turşutmuşdular. Əlbəttə ki, onlar heç bir işdə təqsirkar deyildilər, günahkar 
təkcə Vəkilov idi. Təsəvvür edin ki, mən yola nə vəziyyətdə hazırlaşırdım... Mən 
böyük təhlükə qarşısında idim. Nasosların hansı  şəraitdə, hansı  çətinliklər ilə 
hazırlandığı heç kəsi maraqlandırınırdı. Muğana su gəlməyəcək, pambıq 
olmayacaq, bütün bunların günahkarı  Vəkilov idi. Bu hallarda Mir Cəfər 
Bağırovun işə nə cür münasibət bəslədiyini yaxşı bildiyim üçün, gələcək aqibətimi 
təsəvvür edirdim. Çertyoj və indikatoru özümlə götürərək mən Ucar stansiyasına 
yollandım. Ucar ilə Zərdab kəndinin arasında 20 kilometrlik məsafə var idi. Ucar 
stansiyasında Zərdaba getmək üçün fayton gözlədiyim zaman Bakıya gedən bir 
qrup yerli sakinlə rastlaşdım. Mən onların Zərdabda nə hadisə baş verdiyini, 
nasosların həqiqətən də su vermədikləri haqqında məlumat almaq istədim. Onlar 
mənə  dərhal cavab verdilər kı, düzdür nasoslar su vermir, lakin buna nasoslar 
deyil, onları hərəkətə gətirən motorlar səbəbdir. Mən elə bil ki, bu xəbərdən özümə 
gəldim və yenidən onlardan sual-cavab etməyə başladım. Onlar məni əmin etdilər 
ki, doğrudan da nasosların işləməməsinin səbəbi motorların yararsız olmasıdır. 
Mən Zərdaba gəldikdə, mühəndis Kondratyev artıq orada idi. Professorlar gəlib 


çıxmırdılar. Kondratyev ilə birlikdə biz qurğunu sınaqdan keçirdik. Motor işə 
düşdükdə nasos bütün gücü ilə suyuatırdı, lakin həmin an gücdən düşmüş motorlar 
sönürdü. Məsələ ayd idi. Hər ehtimala qarşı  mən motorlardan birinin indikator 
diaqrammasını  çəkdim. Diaqramma göstərdi ki, porşenin halqaları köhnəlib 
yararsız hala düşmüşdür, buna görə  də slindrlərdə lazım olan təzyiq alnmır. 
Motorların yararsız olduğu sübut edildi. Mən nasosun suyu necə qovduğunu 
müşahidə etdikcə, böyük məmnunluq hissi keçirirdim. Kondratyev və kolxoz 
sədrinin imzası ilə akt tərtib edib, mən Bakıya qayıtdım. Özümü yeni dünyaya 
gəlmiş kimi hiss edirdim. Zavodun rəhbərliyi aktı götürərək yuxarıya getdilər və 
qürurla məlumat verdilər ki, zavod ondan tələb edildiyindən də böyük iş 
görmüşdür. Lakin, məni özləri ilə aparınağı lazım bilmədilər. 
    Bu hadisədən bir qədər sonra zavodda gözlənilməz, bir az da qeyri-adi bir 
hal baş verdi. Qolikovun ona məxsus olan xüsusiyyətlərindən biri də, nöqsanları 
tez görmək və bunu o, adamın üzünə demək idi ki, bu da müxalifətçilik vəziyyəti 
yaradırdı. Belə bir hal onunla Çingiz İldırım arasında yaranmışdı. Çingiz İldırım 
Ümumittifaq Xalq Təsərrüfatı (ÜİXT) sədri Ağababovun müavini vəzifəsində 
işləyirdi. Çingiz onun özünə qarşı çıxanları sevmirdi. Günlərin bir günü o, zavoda 
gəldi, tələbə yoldaşı kimi məndən texnoloji institutda oxuyarkən Qolikovla tanış 
olub-olmadığımı soruşdu. Mən cavab verdim ki, tanımırdım, lakin yaşı  məndən 
böyük olduğu üçün ola bilər ki, o, institutu tez bitirib. Onda Çingiz İldırım bu 
haqda teleqram ilə instituta müraciət etdi, cavabında məlum oldu ki, Qolikov heç 
vaxt institutun tələbəsi olmayıb. Qolikovun yalanı açıldı. Qolikov hiss etdi ki, 
bundan sonra o, zavodda qala bilməz. Bundan bir neçə gün sonra Qolikov işə 
gecikməyə başladı. Evinə nümayəndə göndərildi. Məlum oldu ki, ev boşdur, 
Qolikov yoxa çıxmışdır. Hara - məlum deyil. 
Bizim zavodda işləyən Yenox Lvoviç Avajanskiy baş mühəndis vəzifəsinə 
təyin edildi. O özündə olan çertyojlara əsasən, ancaq tara kimi istifadə edilən 
boçkaların istehsal edilməsi üçün bondar dəzgahlarının hazırlanması ilə  məşgul 
olurdu. Baş mühəndis vəzifəsinin icrasına başlayan kimi, Alajanski mənə bildirdi 
ki, o ondar dəzgahlarının hazırlanmasından başqa, texniki şöbənin işinə
ümumiyyətlə heç bir işinə qarışmayacaq. Bu bildiriş ilə o, zavodda baş verən hər 
bir hadisə üçün məsuliyyət daşımayacağını məlum etdi. Baş mühəndis vəzifəsinin 
böyük hissəsi mənim üzərimə düşürdü. Bu zaman zavodun fəaliyyət sahəsi xeyli 
genişlənmişdi. Sifarişçilər çoxalır, onların tələbləri də artırdı. Azərdövlətmetal 
sənayesinə baş zavodda hazırlanmış ikinci marten peçi verilmişdi. Bu şəraitdə 
kompressor təsərrüfatının zəifliyi aydın görünürdü. Marten peçi üçün, hava 
çəkicləri polad təbəqələrin kəsilməsi üçün hava tələb olunurdu. İki az güclü 
kompressor azlıq edirdi. Havanın çatmaması bu və digər sahədə işin dayanmasına 
səbəb olurdu. Kompressorların gücünü artırınaq vacib idi. Təzə kompressorlar 
almaq qeyri-mümkün idi. Yerli sənaye çox az kompressor buraxırdı. Çətin 
vəziyyətdən çıxmaq lazım idi. Köhnədən qalmış  sınıq-salxaq maşınların içində 
mənə tanış olmayan iki maşın korpusu aşkar etdim. Bunlar ya buxar 
mühəriklərinin, ya da kompressorun korpusları idilər. Korpuslar yaxşı qalmışdı. 
Məncə, onlar heç işlənməmişdi, lakin detalların çoxu çatışmırdı. Üstlərindəki 
yazılardan məlum olurdu ki, onlar İngiltərədə hazırlanmışdılar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə