Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   28   29   30   31   32   33   34   35   ...   97

tərəddüd etdiyimə baxmayaraq, ventillərin kütləvi buraxılması  təklifini verdi. 
Birinci sifariş ilə bizdən 5000 ventil tələb edildi. Məsələ həll edilmiş sayılırdı. Bu 
da böyük nailiyyət idi. Binaların qaz ilə təchiz edilməsi həyata keçirilirdi. 
Bizim ventillər həyat vəsiqəsi qazandı. 
 
ORYOL ŞƏHƏRİ. BEŞ NÖMRƏLİ ZAVOD 
 
Baksovet sistemində  mən 6 ildən bir aya qədər az işlədim. Bu müddət 
ərzində bizim şöbədə beş müdir dəyişildi. Bu şəxslərin hamısı yüksək vəzifə, hətta 
nazir vəzifəsi daşıyan, sonra isə iyerarasiya pillələri ilə  aşağı  vəzifəyə keçirilmiş 
müdirlər idilər. Onların heç birinin mütəxəssis kimi təcrübəsi yox idi, ona görə də 
onlar yalnız əmr verməklə kifayətlənirdilər. Şəraitə alışmamış onları yenidən başqa 
işə göndərirdilər. Mənim vəzifəm hər bir yeni müdiri şəraitlə tanış etmək və onunla 
dil tapmaqdan ibarət idi. Bu, mənə çox pis təsir edirdi. Öz ixtisasına uyğun işdə 
çalışmaq istəyirdim. 1936-cı ildə  mən Moskvaya ağır metal sənayesi Xalq 
Komissarlığına müraciət etdim. O zaman ora yoldaş Orconikidze rəhbərlik edirdi. 
Məktubda mən zavod mühəndisi kimi İttifaqın hər hansı bir şəhərində  işləmək 
arzumu bildirirdim. Tezliklə aldığım cavab məktubunda mənə Oryol şəhərindəki 
“Zavod  №5”-də texniki direktor vəzifəsi təklif olundu. Yay məzuniyyətmdən 
istifadə edərək, mən ora getdim, müəssisə ilə tanış olduqdan sonra texniki direktor 
vəzifəsini icra etməyə başladım. Texniki direktor vəzifəsində  mən çox qısa bir 
müddət işlədim, ancaq mənim orada nələr çəkdiyimi yazan olsa, həcmcə çox 
böyük, məzmunca çox təsirli bir əsər yaranar. Əsəb gərginliyi texniki məsələlərdən 
daha çox, o zamankı ümumdövlət mühitindən irəli gəlirdi. Bu, Yejovun 
hökmranlıq etdiyi (1936-1937-ci illər) dövr idi. Ağlasığmaz hadisələr baş verirdi: 
inqilabı yaradan və onu qoruyan ən fəal döyüşçülərdən biri olan Orconikidze 
qəflətən vəfat etdi. Adları vətəndaş müharibəsi təsəvvürü və Sovet hakimiyyətmin 
qurulması ilə bağlı olan Buxarinin, Kamenevin, Zinovyevin, Tuxaçevskinin, 
Qamarkinin, Pyatkovun başları vuruldu. Yaradılan yeni quruluşun xəstəliyindən 
xəbərdar olan açıq və gizli düşmənlərin kökləri kəsilirdi. Öz qurbanlarının qanı ilə 
boğularaq, cəlladların açdıqları vakxanaliyada  şəxsiyyətə  pərəstişkarlığın 
hökmranlıq etdiyi Moskvaya yaxın olan zavodda texniki direktor vəzifəsini “türk” 
daşıyırdı, rusların təsəvvüründə  həmin söz “düşmən” anlayışını ifadə edirdi. 
“Zərər” verən nümayəndə kimi, daha yaxşı fiqur ola bilməzdi. Bu şərait haqqında 
bir neçə kəlmə deməklə, mənim mənəvi vəziyyətimi sizə çatdırınağa çalışacağam. 
Bizim zavodda baş verən hadisələr məndə ümidyeri qoymamışdı. O zaman 
sağlamlaşdırıcı sayılan məhvedici dalğa bizim zavoda da gəlib çatdı. Bir neçə 
mühəndis, sonra partiya üzvü olan baş direktor Nikolay Zaxaroviç Dandıkin, bir 
neçə gündən sonra üçüncü direktor (o da partiya üzvü idi). Lev Xonoviç Yavnıx 
yoxa çıxdılar. Zavodun rəhbərliyini təşkil edən üçlükdən təkcə mən, “türk”, bitərəf 
ikinci direktor - texniki direktor qalmışdım. Bu şəraitdə  mənim özümü necə hiss 
etdiyimi təsvir etməyə ehtiyac yoxdur. Bir neçə  həftə, işdən evə qayıdarkən, 
soyunmadan yatırdım, hər an həbs olunacağımı gözləyirdim. Nə üçün: - sualını 
vermək çox gülməli idi. Lakin, yəqin ki, mənim qismətim başqa imiş. Mən bu 
hadisələrdən kənarda qaldım. Lakin buna baxmayaraq mən Oryol şəhərində 


qalmalı olmadım. 1936-37-ci illərin qışında yanıma gəlmiş arvadım, rusiyanın 
soyuğuna tab gətirə bilmirdi, buna görə də mən oranı tərk etməli, vətənə qayıtmalı 
oldum. Mən zavodun partiya təşkilat katibi Aleksandr Ivanoviç Dudetskaya 
zavodu tərk etmək fikrimi bildirdikdə, onun verdiyi cavab yaxşı yadımdadır: “Siz 
niyə gedirsiniz? Biz sizin billur kimi təmiz adam olduğunuza əminik”. 
O hadisələr ilə dolu olan dövrü xarakterizə edən daha bir neçə maraqlı anlar 
olmuşdu, ancaq onlar istehsalata aid deyildilər və özü-özünü tərifləməyin də 
mənası yoxdur. Zavodda baş vermiş bir hadisə haqqında isə danışmaq istəyirəm. 
Mən zavoddan gedərkən,  şüurlu surətdə başa düşürdüm ki, zavodda xeyli 
xidmət göstərmişəm. Məsələ onda idi ki, bizim zavodun elektrik stansiyası yox idi. 
Biz çox zəif olan şəhər  şəbəkəsindən elektrik alırdıq. Elektrik enerjisinin tez-tez 
kəsilməsi səbəbindən bizim bəzi sexlər işi dayandırınalı olurudu. Çox nadir 
hallarda onların hamısı eyni zamanda işləyə bilirdi. Çox vaxt sexlərdən biri və ya 
ikisi dayanırdı. Mən zavodun işini yenidən qurdum, ümumi istirahət gününü ləğv 
etdim. Hər sexin özünün istirahət günü var idi. Beləliklə, heç bir sex işsiz qalmır, 
zavodun proqramı yerinə yetirilirdi. Bu, nailiyyət demək idi. Bizim Moskvada 
yerləşən baş idarə bunu qiymətləndirdi və məni “təşəbbüskar texniki direktor” kimi 
mükafatlandırdı. 
İlk baxışda çox da əhəmiyyətli olmayan, lakin mənim xatirimdə silinməz bir 
iz buraxan bir hadisə də baş vermişdi. Görülmüş iş üçün norınaların və qiymətlərin 
tez-tez dəyişilməsi fəhlələrin narazılığına səbəb olurdu. Vaxtaşırı yuxarı 
idarələrdən bu cür tapşırıqlar alırdıq. Yeni daha ciddi norınaların qəbul edilməsi 
fəhlə kollektivi ilə razılaşdırlmalı idi. Bu, çox çətin məsələ idi və bu işi yerinə 
yetirınək üçün zavodun rəhbərliyindən ağıllı və bacarıqlı olmaq tələb edilirdi. Bu 
cür günlərdə partiya təşkilatı çox qayğılı olurdu, çünki fəhlələrin belə  tədbirin 
həyata keçirilməsi üçün hazırlanması çox çətin olurdu. Bu əməliyyat bütün 
sexlərdə eyni zamanda keçirilməli idi. Bu sexlərdən hər birinə bir rəhbər 
nümayəndə  gəlməli, fəhlələrə bu norınanın qəbul edilməsinin lazımi və vacib 
olduğunu başa salmalı idi. Bu nümayəndə qabaqcadan hazırlıqlı olmalı idi. Bu iş 
ilə, əslində, partiya təşkilatı məşğul olurdu. Belə günlərdən birində mən, lap ağır-
tökmə sexinə nümayəndə getməli oldum. Bu sexdən qadınlar çox çətin işdə 
çalışırdılar. Onlar çox vaxt gecələr işləyirdilər. Mən çox zaman gecələr həmin 
sexlərə  gəlir, onlar ilə söhbət edirdim. Onlar məni yaxşı tanıyır, məsləhətlərimə 
qulaq asırdılar, biz bir-birimizi yaxşı başa düşürdük. Bütün bunlara baxmayaraq, 
norınaları müəyyən etmək üçün mən o sexə gedərkən həyəcan keçiriridim. 
Qabaqcadan nə deyəcəyimi planlaşdıraraq, qısaca mətləbi açdım, bu işin 
əhəmiyyətmdən danışdım və təklıf etdim ki, onlar öz sözlərini desinlər. Boynuma 
alıram ki, çox həyəcanlı idim, bilmirdim ki, onların etirazlarına necə cavab 
verəcəyəm. Onlardan heç biri çıxış etmədi, heç bir etiraz olmadı, norınalar ilə tanış 
olmadan, onları  qəbul-etmək  qərarına gəldilər.  Bu  münasibət  onların  mənə 
inamından  əmələ  gəlmişdi. Hətta onlar bilirdilər ki, madam mən təklif edirəm, 
deməli yeni norınalar qəbul edilməlidir.  Əgər bir çətinlik baş verərsə, texniki 
direktor bu vəziyyətdən çıxmağa kömək edər. Bütün müzakirə cəmisi 20-25 dəqiqə 
davam etdi. İclasın protokolunu tərtib etdik, tələb olunduğu kimi fəhlə 
nümayəndələri onu imzaladılar. Mən iclasın nəticəsi haqqında məlumat vermək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə