Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   30   31   32   33   34   35   36   37   ...   97

təşəkkürünü, çıxışın diqqətəlayiq olduğunu bildirdi. O xahiş etdi ki, mən zavodda 
olan nöqsanların aradan qaldırılması üçün var qüvvəmlə çalışam. Eyni zamanda o, 
bilirdi ki, mənə qarşı heç bir zidd fikir yoxdur, mən işimi sakit davam etdirə 
bilərəm və lazım olarsa o, mənə kömək etməyə hazırdır. 
Mənə elə gəlirdi ki, Dudetskaya mənim çıxışımdan inciyəcək, sonra isə bu 
haqda narazılığını bildirəcək. Lakin, mən səhv edirdim, Dudetskaya nəinki 
narazılığını bildirdi, əksinə  mən ondan həmişə yoldaşlıq münasibəti gördüm, 
Oryolda olduğum son günlərədək onun köməyini hiss edirdim. Yaxşı yadımdadır, 
bir gecə sexləri gəzərkən bir nəfərin mənə  tərəf yönəldiyini gördüm - bu, 
Dudetskaya idi. O, təəccüblə məndən soruşdu: “Yoldaş Vəkilov, bu vaxt siz burada 
neyləyirsiniz?” Mən cavab verdim: Mənim izərimə qoyulmuş  vəzifənin 
məsuliyyəti tələb edir ki, mən zavodun müvəffəqiyyəti və xeyri üçün cavabdeh, 
qayğıkeş olmalıyam, bu müvəffəqiyyətlər isə təkcə gündüz növbəsi işinin nəticəsi 
deyildir. Gecə növbəsinin öz tələbləri, öz çətinlikləri var. Bütün bunları öyrənmək 
və  tədbir görmək lazımdır. Mən bu tələbləri onların öz dillərindən eşitmək 
istəyirəm. Elə buna görə də mən gecələrdə gəlirəm. Öz növbəmdə mən də ondan 
soruşdum: “Bəs Siz niyə gündüz işi ilə kifayətlənməyib gecə də bura gəlmişsiniz? 
Siz burada neyləyirsiniz? “Mən də elə ona görə”- deyə o cavab verdi. “Yoldaş 
Vəkilov, görünür ki, bizim ikimizin də məqsədimiz eynidir, ona görə də biz gərək 
bir-birimizə kömək edə-edə istədiyimizə nail ola bilək”. O, işə belə yanaşırdı  və 
bunu öz hərəkətlərilə sübut edirdi. O, mənim zavoddan getməyimə sənimi qəlbdən 
təəsüflənirdi və məni mehribanlıqla yola saldı. Yeri gəlmişkən demək lazımdır ki, 
qısa müddətə  mənim yanıma gəlmiş  həyat yoldaşım Liya xanımla   görüşərkən, 
Dudetskaya ona Oryol şəhərində qalmağı  və ali məktəblərin birində  təhsil işinə 
rəhbərlik etməyi təklif etmişdi. 
Üç direktorumuzu həbs etdikdən sonra Moskvadan bizə dörüncü direktor - 
Kuznetsovu göndərdilər. Bu, çox koloritli şəxs idi. Açığını desək, o, mənə ruhi 
xəstəxanadan, müalicəsini yarımçıq qoyub qaçmış xəstəni xatırladırdı. O, heç kəslə 
sakit, təmkinlə danışmağı bacarınırdı. Kiminlə olursa-olsun onun söhbəti mütləq 
dava ilə qurtarırdı. Axmaqlığından o, hamıya bildirdi ki, onu təhlükəsizlik 
orqanları buraya xüsusi tapşırıqla qiyamın qarşısını almaq üçün göndərmişlər. O, 
heç kəslə hesablaşmırdı, onun bəzi hərəkətləri lətifə xarakteri daşıyırdı. Hamını 
hörmət etdiyi Aleksandra İvanovna Dudetskaya deyirdi ki, Kuznetsov ona Şurka 
deyə müraciət edir. Zavodun işçiləri ilə yaxşı münasibətdə olduğum üçün tez-tez 
məktublaşırdıq. Mənə yazdılar ki, məndən sonra Kuznetsovu şəhər komitəsinə 
çağırıb yaxşıca danlayıblar və yeri gəlmişkən soruşublar: “Nə üçün sən texniki 
direktor Vəkilovla işləyə bilmədin? Cavabında o deyib: “O türkdür”. İç üzü 
açıldıqdan sonra onu da işdən çıxarıb, o biri direktorların ardınca göndərmişdilər. 
 
 
 
BAKI. TİKİNTİ MATERİALLARI 
BAŞ İDARƏSİ 
(1938-1942-ci illər) 


Vətənə qayıtdıqdan sonra, mən texniki kadrlar sırasına daxil oldum. Bu 
zaman Azərbaycanda Tikinti Materialları Baş  İdarəsi təşkil olunurdu. O idarənin 
səlahiyyəti təxminən nazirlik səlahiyyətinə  bərabər idi və  həmin idarə  İttifaq 
Tikinti Materialları Nazirliyinin tabeliyində idi. Bu idarəyə rəis mühəndis Əlizadə 
Zeynəb  İbrahim qızı  təyin edilmişdi. Mir Cəfər onu vəzifəyə  təyin etdikdə, 
tapşırınışdı ki, o, özünə müavin olaraq təcrübəli mühəndis seçsin. Əlizadə qabaqlar 
Bakı Sovetmin mənim baş mühəndis işlədiyim yerli sənaye  şöbəsinin sisteminə 
daxil olan daş karxanalarında işləmişdi.  Əlbəttə ki, o məni yaxşı tanıyırdı  və o, 
Bağırova Vəkilovun namizədliyini təklif etdi. Bağırov soruşdu: “O, Faris bəy?” 
Etiraz etmirəm, götürün”. Beləliklə, mən Baş idarənin baş mühəndisi oldum. 1940-
cı il rəis Əlizadəni mühəndis Şərifov Məməd Qasım oğlu əvəz etdi. Bu vaxt mən 
çox  əhəmiyyətli bir tədbir həyata keçirdim. Mən qır bişirınəyin 
mexanikləşdirilməsini işləyib hazırladım. Qır bişirilərkən qazanlarda qır kütləsi 
uzun polad ştanqalar vasitəsilə  əl ilə qarışdırılırdı. Mən bu əməliyyatı 
mexanikləşdirdim. Elektrik mühərriki ilə  işləyən qarışdırıcının layihəsini 
hazırladım. Sınaq yaxşı nəticə verdi. Baş idarədə rəisin təsdiq etdiyi hesablamalar 
göstərdi ki, ölkə ildə 50000 manat məbləğində  qənaət etmiş olacaqdır. Məni 
mükafata təqdim etdilər, lakin bu zaman müharibə başlandı, mükafatın məbləği 
çox böyük idi, mən yalnız onun bir hissəsini ala bildim. Söz verdilər ki, qalan 
hissəsini müharibədən sonra verəcəklər. Müharibə başa çatdıqda (1945-ci il) mən 
elə  vəziyyətdə idim ki, mükafat haqqında danışmağa belə  dəyməzdi. Mənə çatan 
məlumatata görə mexanikləşdirilmiş  qırbişirınə prosesindən Xırdalandaki qır 
zavodunda istifadə edilirdı. Sonra mənim cəbhəyə kömək  əmək fəaliyyətim 
başlandı. Hərbçilərin xahişi ilə  əsgər1ərin  səngər  şəraitində inkişaf edən, artan 
parazitlərlə mübarizə ücün səyyar, daşına bilən duşxana qurğusunu sınaqdan 
keçirdilər, kütləvi buraxılışa razılıq verildi. Hazır qurğuları  hərbçilər lazım olan 
yerlərə çatdırırdılar. Cəbhəyə ikinci xidmətim, Nalçik şəhərində yerləşən Tırnauz 
kombinatının mobildən istehsalında doğrama dəyİrmanlarında süxurların 
doğranması üçün kürələr ilə təchiz etməyim oldu. Mən Tırnauz kombinatma təklif 
etdim ki, polad kürələr güclü manqalı çuqun kürələr ilə əvəz edilsin. Bu təklifim 
bəyənildi və çuqunəritmə sexlərindən biri manqalı şarların hazırlanması ilə məşğul 
olmağa başladı. Bizim idarədən həmin kombinat minlərlə kürə alırdı. 
1942-ci ilin gecələrindən birində  məni telefon zəngi yuxudan oyatdı. Bu 
zəng mənim cəbhəyə üçüncü xidmətimin zəmini oldu. Yoldaş Şərifov xahiş etdi ki, 
onun iş kabinetmə  gəlim. Orada məni pencəyinin ilməsində üç şpal olan, DSİ 
(Dövlət Siyasi İdarəsinin) işçisi Medvedyev gözləyirdi. O mənə müraciət edərək, 
söylədi: “Yoldaş Vəkilov, biz bilirik ki, siz cəbhə üçün çox narahatlıq keçirirsiniz. 
Xahiş edirik cəbhə üçün üçüncü bir iş görəsiniz.  Əl qumbaraları üçün çuqun 
korpuslar hazırlamaq lazım idi. Mənə çertyoju göstərdilər, gördüm ki, çox çətin 
məsələdir. Məsələ onda idi ki, qumbaranın divarları çox nazik olur, bunun üçün 
çox duru çuqun tələb olunurdu. Bizim primitiv texnika şəraitmdə belə bir çuqun 
almaq çox çətin iş idi. Öz mülahizəmi bildirərək, söz verdim ki, çalışaram bu 
məsələni həll edəm. Səhəri gün məni DSİ-nin rəis müavininin (Yemelyanov idi) 
yanına çağırdılar. Mən yenə də Medvedyevə dediklərimi təkrar etdim, söz verdim 
ki, bacardığımı  əsirgəməyəcəyəm. Yemelyanov mənim  əlimi sıxdı  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə