Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   31   32   33   34   35   36   37   38   ...   97

müvəffəqiyyətimə ümid bəslədiyini söylədi. Mən zavodda olan bütiin qüvvələri 
səfərbər etdim. Səkkiz gün keçdikdən sonra mən Medvedyevə  zəng edib, xahiş 
etdim ki, gəlib sınaq nümunələrini aparsın. Bır neçə saatdan sonra Medvedyev 
mənə zəng çaldı və böyük sevinclə təbrik etdi. Zavod 10000 qumbara hazırlamaq 
haqqında sıtanş aldı. Bu sifariş yerinə yetirildi. Yemelyanov mənə  təşəkkurünü 
bildirdi.  
Müharibə dövrü ilə əlaqədar olan dördüncü tapşırıq daha böyük həcmli idi. 
Neft sənayesi özünün bəzi prosesləri üçün odadavamlı  kərpic tələb edirdi. Bu 
məhsul Bakıya Rusiyanın cənub zavodlarından gətirilirdi. Bu rayonlar düşmən 
tərəfindən zəbt olunmuşdu və kərpic gətirilməsi çox çətinləşmişdi. 
Bakıda odadavamlı kərpicin istehsal edilməsi zəruri idi. Odadavamlı kərpic 
sexinin layihəsini vermək və hazırlamaq lazım idi Mənə iki köməkçi mühəndis 
verdilər və biz işə başladıq. Bu, 1942-ci ilin yayı idi. Kərpic istehsalı bir yenilik 
deyildi, onun üçün xüsusi qurğu hazırlamaq lazım deyildi, ancaq həmin qurğunu 
hazırlamaq üçün çertyoj yox idi - onu hazırlamaq lazım idi. Biz bu məsələni həll 
edib, çertyojları öz zavodumuza təqdim etdik. Hazırlanma nəzarəti də  mənə 
tapşırılmışdı. 1942-ci ilin payızında mən xüsusi ayrılmış bir binada qurğunun 
montaj edilməsinə  rəhbərlik etməli oldum. İndiki kimi yadımdadır. Bizim 
yaratdığımız obyekt şəhərin qırağında “Ağ  şəhər” deyilən yerdə yerləşirdi, ora 
getmək üçün mən iki tramvay dəyişməli olurdum. Nahar fasiləsində şəhərə gəlmək 
mümkün deyildi. Səhərdən axşama qədər iş yerində qalmalı olurduq. Tərslikdən 
mən soyuqlamışdım, hər iki qulağım iltihablaşmışdı. Qulaqlarım, başım bərk 
ağrıyırdı, hərarətim yuxarı idi. Doktor Şıxlinski   evdə qalmaq lazım olduğunu 
bildirdi, işdən azad edən bülleten verdi. Lakin mən bu hərəkəti edə bilməzdim
bülleten cibimdə, başı sasıqlı işə davam edirdim. Bu vəziyyətdə işi başa çatdırdım 
və sexi təhvil verməyə hazırladım. Sentyabr ayının 28-də sex işləməyə başladı. 
Mən vəzifəmi bitirdim, lakin məni bülleten cibimdə, başı saraqlı halda birbaşa iş 
yerimdən DSİ-nə apardılar. Binaya girdikdən sonra mənim ciblərimi axtardılar, 
şalvarımın metal düymələrini kəsdilər, mən bacardığım kimi şalvarımı  əlimlə 
saxlamalı oldum. Məni zirzəmiyə saldılar; kiçik qaranlıq bir otaq idi, divarlardan 
axan su yerdə gölməçə yaratmışdı. Boş, soyuq dəmir çarpayının üstündə oturtdular 
və paraşa
8
   ilə birlikdə qoyub çıxıb getdilər. 
Həyatımın yeni mərhələsi başlandı. Mənə qarşı bu münasibət nə ilə bağlı idi 
- bilə bilmədim. Mənim gizli saxladığım cinayətkar fikilərimi açmaq tapşırığı alan 
müstəntiq  İşxanov aşağıdakı sözləri  deməyə  məcbur oldu: “Sizin istehsalat 
fəaliyyətiniz bizə yaxşı bəllidır - o nöqsansızdır (bu, onun dediyi sözlərdir), ancaq 
siz-düşüncə  tərzinizə görə  cəzalanmalısınız”. O dedi ki, mənim xəstə-xəstə  işə 
çıxmağımdan, isti qum ilə qulaqlarımı  qızdırdığımdan xəbərdardır, ancaq bütün 
bunlar mənə  bəraət qazandırınır. 18 il keçdikdən sonra mənim cinayət işimə 
yenidən baxan Dövlət Təhlükəsizlik şöbəsinin polkovniki Veliçenko mənə dedi ki, 
sənin hec bir günahın yoxdur, müstəntiq  İşxanovun sənin haqqında topladığı iki 
cildlik sənədlər “heç bir çürük yumurtaya da dəyməz”. 
                                                 
8
 Həbsxanada ləyən, vedrə 


Lakin ömrümün bu mərhələsi ondan başladı ki, məni 8 ay ibtidai  həbsdə 
saxladılar, bu müddət  ərzində müstəntiq  İşxanov mənim pis düşüncə  tərzimi 
açmağa çalışır, iki tomluq sənədlərin üstündə tərləyirdi. 
Daha sonra hərbi tribunal məni, tanımadığım 32 nəfərlə birlikdə əmlakımız 
müsadirə olunmaqla və cəzanı çəkib qurtardıqdan sonra 5 il seçicilik hüququndan 
məhrum edilməklə 10 il həbs cəzasına məhkum etdi. Böyük əsəb və zehni əmək 
sərf etməklə  ağır zəhmət çəkdiyim 1926-1942-ci illər üçün Vətən məni bu cür 
mükafatlandırdı. Bu zaman məni tanıyan çox yoldaşlar mənə partiyaya daxil 
olmağı  təklif edirdilər. Mən bu təklifləri rədd edirdim. İstəmirdim ki, məni 
partiyaya “soxulmaqda” günahlandırsınlar. Mən hiss edirdim ki, Azərbaycan 
ziyalılarının cəlladı Mir Cəfər Bağırovun yaratdığı şəraitdə bu hal baş verməli idi. 
Birinci iki ili mən Lənkəran rayonunda olan ümumi həbs düşərgələrində 
(cinayətkarın və siyasi düstaqların bir yerdə saxlandırıldıqları düşərgələr ümumi 
düşərgələr adlanırdı) saxlanıldım. Lənkəran düşərgələrində heç bir sənaye 
müəssisəsi yox idi, ona görə  də  mən öz ixtisasım üzrə  işləmirdim. 1946-cı ildə 
Lənkəran düşərgələri ləğv edildi. Dustaqları başqa düşərgələrə payladılar - 
düşərgələrin sayı-hesabı yox idi. Mən Bakının Keşlə rayonunda yerləşən 3 nömrəli 
düşərgə məntəqəsinə düşdüm. Burada məni çoxları bir mühəndis və bir insan kimi 
tanındı. Bizim düşərgə məntəqəsinin rəisi əvvələr Şollar su kəmərmin - ikinci Bakı 
xətti tikintisi rəisinin köməkçisi vəzifəsində işləmişdi. Bizim zavod su kəməri üçün 
xüsusi hissələr hazırlayırdı. O zaman mən, zavodun texniki rəhbəri kimi, işçilər ilə 
birlikdə bizim hissələrdən istifadə edilən sahələrə gedirdim. Məni su kəməri 
tikintisindən tanıyırdılar. Düşərgə  məntəqəsinin rəisi düşərgəyə  gəlməyimi bilən 
kimi, məni tikinti obyektlərindən biri olan BEMZ-nin texniki şöbəsinə göndərdi. 
Orada məni tanıyan mühəndislərin əhatəsində idim. Mən bir az rahat nəfəs almağa 
başladım. Lakin, bu səadət uzun çəkmədi. DSİ-də  mənim Bakıda olduğumu 
bildilər, bu Mir Cəfər Bağırovun ora rəis təyin etdiyi Yaqubovu dəli kimi coşurdu 
və o, Bağırova xoş olsun deyə  məni ciddi rejimli düşərgələrdən birinə yollamaq 
haqqında əmr verdi Bu zaman mən Lənkəranda qazandığım malyariya ilə əziyyət 
çəkirdim. Mən düşərgənin tibb məntəqəsində 39-40 dərəcə  hərarətlə yatırdım. 
Ancaq, xəstə dustaqları bir yerdən başqa yerə daşımağa icazə verilmədiyinə 
baxmayaraq, Yaqubovun tapşırığı ilə məni xəstəxana çarpayısından qoparıb yataba 
göndərdilər. On iki gün yük vaqonunda yol getdikdən sonra - vaqonda 70 nəfər 
idik məni Mordoviyada Penza şəhərinin Dubravlaq rayonunda yerləşən 
Tamnikovski düşərgələrinə  gətirdilər. Bu düşərgələr ciddi rejimli düşərgələr idi, 
onlar hər birində 50 min dustaq olan bir neçə düşərgə məntəqəsindən ibarət idi. Bu 
zaman mən “xoşbəxt” həyatımın yeddinci onilliyinə qədəm qoymuşdum. Bu yaşda 
mən dustaqların meşədə gördükləri ağır işi yerinə yetirə bilmirdim. Məndən 
briqadaların yerinə yetirdikləri işlərin hesabını aparmaq üçün istifadə edirdilər. 
1952-ci il-də  mənim düşərgədə qalmalı olduğum 10 il həbs cəzam tamam oldu. 
Məni azadlığa buraxmalı idilər. Lakin, bir cinayətə görə iki cəza vermək olmaz 
qanununa zidd olaraq, məni evə buraxmaq əvəzinə 10 gün xüsusi yaradılmış, çox 
çətin  şəraitdə Stolipin vaqonunda Qazaxıstan vilayətmin Karaqanda şəhərinə 
gətirdilər. Orada məni yansökük kənd evində yerləşdirdilər və iş təklif etdilər ki, 
özümü dolandıra bilim. Yeni ixtisas - qamışdan həsir toxumağı öyrənməli idim. Bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə