Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   35   36   37   38   39   40   41   42   ...   97

Vətən uğrunda ölüm həyatın davamıdır.  
Cambul Cabayev 
 
Iyirminci il martın iyirmi ikisində, Novruz bayramı axşamı    daşnaklar 
Əsgəran keçidini kəsdilər. Onlar bu yeganə keçidi  kəsməklə Qarabağın dağlıq 
hissəsini Azərbaycandan ayırmaq istəyirdilər. Top və pulemyotlarla silahlanan 
qiyamçılara İrəvandan gələn daşnak generalı Dro Kanayan komandanlıq edirdi. 
Azərbaycan Cümhuriyyətinin Müdafiə Nazirliyi Qarabağı düşməndən xilas 
etmək üçün fövqəladə tədbir hazırladı. Nazir Səməd bəy Mehmandarovun əmri ilə 
Əsgəran cəbhəsinə güclü qüvvə ayrıldı. Martın iyrıni üçündə Azərbaycan 
ordusunun əsas hissəsi - iyirmi minə yaxın əsgər və zabiti bu cəbhəyə göndərildi. 
O cümlədən, Üçüncü Gəncə, Beşinci Bakı, Birinci Cavanşir, Dördüncü Quba, 
Səkkizinci Ağdam alayları general Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı 
Qarabağa yola düşdü. Aprelin üçündə başlayan bu ölüm-dirim savaşı on iki gün 
davam etdi. Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağın hər qarışı uğrunda 
mərdliklə vuruşaraq  Şuşa qalasına, Xankəndinə daxil oldular. Yenilməz 
fədəkarlıqla vuruşan əsgərlərimiz daşnak ordusunu darınadağın etdi. Erməni süvari 
dəstəsinin başçısı  Dəli Qazar öldürüldü. Əsgəranın böyürbaşında gizlənən 
ermənilər xəndəklərdən çıxıb qaçmağa başladılar. 
Qarabağ dağlarında yenidən Azərbaycan bayrağı dalğalandı. Bu vaxt 
cəbhəyə gələn hərbi nazir Səməd bəy Mehmandarov xain düşmən üzərində çalınan 
qələbəyə görə  əsgərlərimizi təbrik edərək demişdi: “Qəhrəman  əsgərlər, mən 
şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə olmuşam. Fəqət sizin qədər 
qəhrəman  əsgərlərə az-az təsadüf etmişəm. Siz mənim ümidlərimi 
qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu müdafiə 
etdiniz”. 
Əsgəranda qanlı döyüşlər gedəndə Maqsud Şeyxzadə yeniyetmə bir gənc idi. 
On səkkiz yaşı yenicə tamam olmuşdu. Bu qələbədən ruhlanan şair iyirminci ilin 
martında “Qarabağ” və “Əsgəran marşı” kimi sanballı şerlər yazmışdır. İkinci şer 
bu günümüzlə daha çox səslənir: 
 
Vardı Əsgəranda minlərlə əsgər, 
Aslan yavrusu tək sarsılmsaz ərlər. 
İrəli, irəli, ey islamlarım, 
Yağı yuvasını dağıdanlarım. 
 
Dəydi top gülləsi yad ordusunda, 
İstərəm alaylar dağılıb sına, 
İrəli, irəli, ey tərlanlarım, 
Geniş üfüqlərə can atanlarım. 
 
Görək mərd çıxacaq neçənci igid? 
Laləzar salacaq neçənci şəhid? 
İrəli, irəli, türk oğulları, 
Sizsiniz qısaldan uzaq yolları. 


 
Azərbaycan hərb tarixinin səhifələrinə yazılacaq belə parlaq qələbələrin 
ömrü, təəssüf ki, bundan sonra bircə ay davam etdi. Mikoyanın, Qazarovun, 
Avetisovun, Amazaspın quyruq bulayıb qabaqlarına düşdüyü bolşevik-daşnak 
ordusu bir ay sonra işğalçı kimi Bakıya soxuldu. 
Həyatının son dəqiqələrinə kimi o məşum günü ürək ağrısı ilə xatırlayan 
Məmməd  Əmin Rəsulzadə yazırdı: “Azərbaycan Cümhuriyyəti hökuməti aprel 
ayının 27-də yuxusundan sərsəm bir halda qalxdı. Bir tərəfdən Bakı limanında 
lövbər salan dəniz qüvələrinin üsyan bayrağını açdığını, digər tərəfdən Benaqazi 
(Binəqədi) Yanar dağı  səmtdən Qızıl ordunun atəş saçaraq gəldiyini və geri 
qaçmaq istərkən yolunun türkiyəli bir zabitin komandasında olan “Yardım alayı” 
tərəfindən kəsildiyi gördü”. 
Bununla da dəhşətli, qorxunc bir dövr gəldi. Xüsusi bir amansızlıqla 
Vətənimizə hücum edərək bolşevikdaşnak ordu birləşmələri vətənpərvər 
oğullarımızı qan içində boğdu. Ölkəmiz təqibə, böhtana məruz qaldı. Min cür 
həngamələrlə, izahı olmayan həbslərin dalğası gücləndi. Azərbaycan Milli 
Ordusunun min iki yüzdən çox əsgər və zabiti Arazı keçərək o taylı qardaşlarınıza 
pənah apardı. Təqib olunan minlərlə ziyalımız Türkiyə, Fransa və Almaniyaya 
mühacirətə getdi. Bolşevik-daşnak təqibinin  əzabkeşlərindən biri - zabit Ələsgər 
Ələsgərov - Kəngərlinski  şahidlik edir ki, “şəxsən özüm tərəfindən yoxlanılmış 
siyahıya görə, bolşeviklərin Azərbaycandakı  ağalığı dövründə ancaq hərbi 
rütbəlilərdən məhv edilənlər: generallar - on iki, polkovnik və podpolkovniklər - 
iyirmi yeddi, kapitan və  ştabs-kapitanlar-poruçik və podporuçiklər - qırx altı, 
praporşik və podprapoşik - yüz qırx səkkiz, qalan ikiyüz altınış altı (hamısı 
müsəlmanlar)... 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda 
qırmızı  terrordan qırx səkkiz min adam öldürülmüşdü ki, bunun da çox hissəsi 
ziyalıların payına düsürdü”. 
1920-ci il mayın 30-da “Kommunist” qəzeti bolşevik terrorunun alçağlığına 
bəraət qazandıraraq, həyəsızcasına “Layiqli cəza”adlı  məqalədə yazırdı: “Ali 
inqilab tribunalı bu işə yalnız həqiqi poletar ədliyyə orqanları nümayəndələrinə xas 
olan ehtiyat və təmkinlə nəzər salmışdır. Azərbaycanın azad əmək mənafeyini əsas 
tutan tribunal heç bir “qanuni intiqam” duyğularına yol vermədən özünün soyuq və 
ölçüb-biçilmiş qərarını vermişdir”. 
Bolşeviklər “təmkinlə”, “soyuq və ölçülüb-biçilmiş” haqsız qərarları ilə bizi 
Azərbaycan Milli Ordusunun say-seçmə, yüksək rütbəli zabitlərindən və general 
oğullarından məhrum etdilər. 
Yetmiş ildən çox adı və şöhrəti bağlı qapı arxasında qalan  
generallarımızdan biri də  Həbib bəy Səlimov olmuşdu. 1918-ci ildə Milli Ordu 
yarananda polkovnik Həbib bəy Baş Qərargah və Dəftərxana rəisi olmuşdur. 
Azərbaycan Demokratik Respublikasının hərbi naziri, tam artilleriya 
generalı  Səməd bəy Mehmandarovun iyirmi altı fevral min doqquz yüz on 
doqquzuncu ildə otuz nömrəli  əmri ilə general-mayor rütbəsi ilə  təltif olunub, 
1920-ci ilin martında “Əsgəran müharibəsi”nin qəhrəmanı kimi ad-san qazanmışdı. 
1919-cu il iyul ayında briqada generalı  Həbib bəy Səlimovun komandanlığı ilə 
Muğanda və  Lənkəranda Azərbaycan milli hakimiyətmi tanımaq istəməyən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə