Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   2   3   4   5   6   7   8   9   ...   97

 
  
1922-ci il dekabrın 3-də Xalq Komissarlığının və  Hərbi Dənız 
Donanmasının əmrində oxuyuruq: 
“Hərbi topoqrafiya şöbəsinin rəisi  İbrahim ağa Vəkilov yoldaş  hərbi 
topoqrafiya kurslarının təşkili və rəhbərliyi sayəsində misilsiz xidmətlərinə, eləcə 
də yeni topoqrafların yetişdirilməsinə  səmimi və vicdanla yanaşmasına görə, 
topoqrafçıların birinci buraxılışının təntənəsi günü, ümümi iclasın qərarlarına 
əsasən hərbi topoqrafiya kurslarının fəxri kursantı seçilmişdir. 
 
Hərbi Dəniz Donanmasının Xalq komissarı 
                                          Qərargah rəisi”. 
 
Yeni gələn şura hökuməti onu “müsavat generalı” kimi gözümçıxdıya salsa 
da,  İbrahim ağa hərbi-elmi, pedaqoji fəaliyyətini dayandarmayıb. Ehtiyac içində 
yaşayan general ömrünün son günlərində hökumətə yazdığı  ərizəsində bildirirdi: 
“Dulam. Bir çarpayıdan, bir mizdən və bir arakəsmədən savayı heç nəyim yoxdur. 
Oğlumun darısqal evinin kiçik bir küncündə yaşayıram...” 
Ədalətsizliyə bax ki, arxivdə saxlanan “Hərbi xidmət kitabçası”nın “rütbəsi” 
yazılan qrafasında Sovet hökumətinin hansısa xəbis ürəkli bir nümayəndəsi 
general-mayor sözlərinin üstündən tuşla qara xətt çəkib. 
Onun çox böyük topoqraf təcrübəsi inqilabdan sonra yalnız milli 
diviziyalarda deyil, həm də Respublika Xalq Torpaq Komissarlığı Topoqrafiyaya-
Geodeziya  İdarəsinin rəisi vəzifəsində, Azərbaycanın Qədim Dövr İncəsənət 
Abidələrini və Təbiəti Müafizə Komitəsində işləyəndə karına gəlmişdi. 
General  İbrahim ağa Vəkilovun zəngin arxivi ilə tanış olduqca şəkil və 
sənədlərdə  fədakar, vicdanlı, xalqını, millətini sevən bir insanın dolğun obrazını 
açıq-aydın görmək olur. 
İstər hərbi topoqrafiya, istərsə də tariximizin ayrı-ayrı ziddiyyətli, mürəkkəb 
dövrünü öyrənmək üçün generalın məqalələri kifayət qədər material verir. Onun 
Azərbaycan Dövlət Tarix Muzeyinin arxivində mühafizə olunan əlyazmasında 
sovet dövründəki məqalə və məruzələri qeydə alınıb. Əlbəttə, bu, general İbrahim 
ağa Vəkilovun inqilabdan əvvəlki, həmçinin 1918-20-ci illərdə Milli Azərbaycan 
ordusundakı misilsiz xidmətinin yalnız bir hissəsidir. Hətta, onun sovetlər 
dövründəki elmi-tədqiqi xidmətinin də tam əksi deyil: 
1) Hərbi idarə üzrə 3 dekabr 1922-ci il 373-a nömrəli  əmrin surəti, 4-cü § 
təsdiq edir ki, mən doğrudan da topoqrafiya kurslarının fəxri kursant seçilmişdim.  
2) Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Mərkəzi İcra Komitəsinə 
8 may 1929-cu il 2406 nömrəli məlumatını hazırlamışam. 
3) Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 23/XI-1922-ci il tarixli jurnal 
qərarının çıxarışını yazmışam. 
4) Azərbaycan Hərbi Komissarlığının 8 may 1923-cü il tarixli 1347 nömrəli 
vəsiqəsini tərtib etmişəm. 
5) Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1 aprel 1922-ci il tarixli 
qətnaməsinin çıxarışını yazmışam. 


6) Köçərilər haqqında məqaləm “Azərbaycanı  Tədqiq Edən və Öyrənən 
Cəmiyyətin Xəbərləri” jurnalının 3-cü nömrəsində dərc edilib. 
7) “Yeni kənd” jurnalında Ağamalı  oğlu adına Torpaq Ölçmə 
Texnikumunun yaradıcısı kimi mənim fotoşəklim verilib. 
8) T.Q.Sultanovun “Naxçıvan Diyarı  və onun iqtisadiyyatı” kitabı  mənim 
tərtib etdiyim xəritə ilə birlikdə nəşr olunub. 
9) a) Azərbaycanın, b) Bütün Qafqazın, v) Avropanın, q) Asiyanın, d) 
Amerikanın (Şimali və  Cənubi), i) türk xalqlarının Asiya və Avropada 
məskunlaşmasının xəritələrini tərtib etmişəm. 
 
 
ALİM SÖZÜ 
 
Qoca tarix ilham almış,  
mərd əllərin yazısından. 
                                                                                               
    Səməd Vurğun 
 
General  İbrahim ağa Vəkilovun sərkərdlik fəaliyyətindən başqa ayrı-ayrı 
sahələrdə  də xalqımız qarşısında xidmətləri çox olmuşdur. Azərbaycan 
Respublikasının siyasi və təbii xəritəsinin ilk tərtibçisi də İbrahim ağadır. 
Bu dəyərli xəritənin taleyi necə olmuşdur? Bu milli xəritə nə az, nə də çox, 
yetmiş ildən artıq xalqımızdan gizlədilmiş, sovet dövründə ondan istifadə 
olunmamışdır. Yaddaşlardan qeyb olunan xəritənin yeganə nüsxəni qeyrətli alim, 
coğrafiya elmləri namizədi, dosent Malik Mirzəyev qoruyub bu günümüzə  qədər 
saxlaya bilmişdir. 
- Malik müəllim, general İbrahim ağa Vəkilovun kartoqrafik xəritəsi 
sovet xəritələrindən hansı keyfiyyətlərinə görə fərqlənir? 
   -  Generalın tərtib etdiyi “Azərbaycan Respublikasının siyasi və  təbii 
xəritəsi” kartoqrafik bir əsərdir. O, məşhur dünya alimlərinin və kartoqraflarının 
tərtib etdikləri xəritələrlə müqayisədə  nəinki onlardan geri qalmır, hətta onlardan 
çox-çox üstündür. Adətən, xəritə  tərtibçiləri bir sahəni (relyef, siyasi, iqtisadi, 
fiziki və s.) əks etdirınəklə kifayətlənirlər. Bir xəritədə iki sahəni birləşdirmək 
ideyası ilk dəfə general İbrahim ağa Vəkilova müyəssər olmuşdur. O, bir xəritədə 
həm siyasi, həm də  təbii məkanları birləşdirmiş  və  nəticədə  dərin məzmunlu, 
zəngin təfsilatlı, asan oxuna bılən orijinal kartoqrafık  əsər yaratmışdır. Xəritənin 
təhlilindən aydın olur ki, müəllif onu tərtib etmək üçün gərgin elmi axtarışlar 
aparmış, topoqrafiya, toponimika, tarix, onamistika, eləcə də coğrafiya elmlərinin 
öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Xəritə qırmızı rəng çaları ilə işlənmiş, ay-
ulduz bayrağı ilə birgə çap olunmuşdur. Onun üçün l:420000 miqyas seçilmişdir. O 
dövr üçün hər yerdə-ölkədə ondan asanlıqla istifadə etmək üçün ingilislərin 
işlətdiyi miqyasın da (verst) verilməsi onun praktiki əhəmiyyətini xeyli artırmışdır. 
Xəritədə verilən marşrut işarələrinin yığcamlığı xüsusi əhəmiyyət kəsb edir. 
Bunların sayı indiki xəritələrlə müqayisidə xeyli azdır. İnşa olunmuş, inşa olunan, 
ensiz dəmir yolları, araba, şosse yolları  və axan çay aydın nəzərə çarpan şəkildə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə