Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   47   48   49   50   51   52   53   54   ...   97

üzərimə götürüb onu yenidən orduya qaytardım. Deyirsən podpolkovnik Bəhram 
bəy onun kiçik qardaşıdır, lap yaxşı. 
- Səməd bəy, bu onun kimi astagəl zabitlərdən deyil. Bəhram bəy od 
parçasıdır. Nəbibəyovlardan bizim orduda dörd qardaş olmalıdır. Vahid bəy, 
Bəhram bəy, Hüseyn bəy yox, beş nəfərdir, bir də Məməd bəy. 
Nazir: 
- Əliağa, nə yaxşı da yadında qalıb, əhsən sənə və yaddaşına, dostum. 
- Bilirsən, 1918-ci ilin noyabr-dekabr aylarında Tiflisdə Müsəlman 
korpusunu təşkil edəndə  Nəbibəyov qardaşlarını orduya mən qəbul eləmişdim. 
Onda qərargahım Veriyski körpüsünün yanındakı “London” mehmanxanasının 
birinci mərtəbəsində yerləşirdi. Düzü, ona görə yadımda qalıb ki, bunların çox 
maraqlı, dünya görüşlü ataları var. Oğlanları ilə Qasım bəy özü də  gəlmişdi. 
Türkmənistanda general Kuropatkinin qərargahında  Şərq dilləri üzrə  tərcüməçi 
olub. İndi istefadadır. Mirzə Fətəli Axundovla dostluğundan danışırdı. 
- Demək, Bəhram bəy 1884-cü il dekabrın altısında  Şəkidə  bəy ailəsində 
anadan olub. Sonra Kutaisi realnı  məktəbini və 1904-cü ildə, sentyabrın ikisində 
Peterburqdakı Konstantin Artilleriya məktəbini birinci dərəcəli diplomla bitirib. - 
Nazir dayanıb pensnesinin üstündən müavininə baxdı, fəxrlə: - Oho, nə yaxşı... 
bizim məktəbi bitirib ki, bir yuvadan pərvazlanmışıq... Görürsən,  Əliağa, 
Konstantin məktəbinin artilleristlərini?.. 
- Səməd bəy,  əsgər komandirinə, zabit generalına oxşamalıdır. Zərbməsələ 
dönmüş bu müdrik kəlamlar Sizə məxsusdur. Amma xalqımızda belə bir məsələ də 
var: Alma kökündən gen düşməz. Mən inanıram ki, podpolkovnik Bəhram bəy 
Sizin layiqli davamçınızdır. 
- Demək istəyirsən ki, Bəhram bəy xidmətdə mənə oxşayıb? - deyən nazirin 
sevincdən gözləri parıldadı. 
Əliağa Şıxlinski ciddi general zəhmilə: 
- Mən hələ 1918-ci ilin iyun-iyul aylarında onun Hövsan və Nobel çənləri 
ətrafmdakı bolşevik-daşnaklara qarşı apardığı döyüşlərin şahidi olmuşam. Bəhram 
bəy çox qoçaq və bilikli zabitdir. Onunla fəxr etməyə  dəyər. Dəli Qazar kimi 
generalı mühasirəyə salıb məhv etməsinə  şəxsən mən  şəkk-şübhə etmirəm. Belə 
qoçaq, hərbi işə böyük məhəbbəti olan zabitin yeri akademiyadır. 
- Mən də bu fikirdəyəm. Ancaq hanı  hərbi akademiya? Rusiyaya yollar 
bağlı, özümüzdə isə yox, ölkəmiz də müharibə vəziyyətində, - deyən nazir yenidən 
Bəhram bəyin sənədlərinə göz gəzdirdikcə baxışları canlanır, üzündə sevinc 
görünürdü: 
- Qafqaz Əlahiddə ordusundakı iyirminci Artilleriya briqadasında 
podporuçik, 1909-cu ildə üçüncü batareyanın komandiri, sonra Əlahiddə Qafqaz 
ordusunda artilleriya rəisinin müavini vəzifsində çalışıb. Müharibəni axıra qədər 
Qafqaz cəbhəsində keçirib. 
Təltiflərini axtarırsınız? O biri səhifənin arxasındadır - deyə Əliağa Şıxlinski 
şəhadət barınağını irəli uzadıb göstərdi. 


- Aha, budur, - deyə Mehmandarovun iti nəzərləri kağızın üzərində gəzindi. 
“Müqqədəs Stanislav” ordeninin üçüncü dərəcəsi və “Müqəddəs Anna” ordeni
10

Amma sonuncunun dərəcəsi göstərilməyib. Eybi yoxdur, hər  şey aydındır. Siz 
doğru buyurursunuz, Əliağa. Belə peşəkar zabitlərimiz çoxdur. Onlar akademik 
hərbi təhsil ala bilsəydilər, ordumuzun gücü birəbeş artardı. Çifayda hələlik buna 
imkan, şərait yoxdur. 
 
 
POLKOVNİK BƏHRAM  BƏYİN İGİDLİYİ 
 
Raportun son cümlələri nazir Mehmandarovda xüsusi maraq oyatınışdı. 
General Həbib bəy Səlimov yazırdı ki, Zati-Aliniz tərəfindən yaradılan  şanlı 
qoşunlarımız köhnə, döyüşlərdə bərkimiş hissələrə məxsus şücaətlə vuruşurdular. 
Döyüşün qəhrəmanları bunlar idi: şığıyaraq Daşkənd yüksəkliyini  ələ 
keçirən qubanlar və bir neçə erməni basqınına baxmayaraq bir an da sarsılmayan 
və üzərinə düşən hər mərmiyə görə dərhal cavab atəşi açan podpolkvnik Bəhram 
bəy Nəbibəyovun dördüncü batareyası. 
Yol boyu qələbənin havası ilə öz-özünə danışan ilk baxışdan qara-qabaq 
nazirin ürəyi işıqlı arzularla dolu idi. Oğlu qədər sevdiyi, istedadlı komandir Həbib 
bəy Səlimovun uğurları ona elə bil qanad vermişdi. Üstəlik də  Həbib bəy kimi 
qoçaq generalın Nəbibəyovun haqqında göndərdiyi raport ona sonsuz sevinc bəxş 
eləmişdi. 
İnişil (1918-ci il, dekabr 5-də) yenicə  təşkil olunan Azərbaycan ordusunun 
hissələrinə baxış keçirən hərbiyyə naziri Səməd bəy Mehmandarov Tərtərdə 
yerləşən Dağ batareyasının əsgər və zabitlərindən tam razı qalmışdı. Nazir səkkiz 
saylı  əmrində qeyd edirdi ki, yoxlanış zamanı batareya komandiri Bəhram bəy 
Nəbibəyovun  əsgərləri məndə xoş  təəscürat yaratdı. Hiss olunur ki, batareya 
komandiri zabitlərlə birlikdə qüsurları aradan qaldırmağı bacarır. Komandir 
Nəbibəyovun qısa müddətdə etdikləri mənə qəti inam verir ki, ən yaxın vaxtda bu 
batareyanı daha yüksək səviyyədə görəcəyəm. Onun azsaylı zabitlərinə  və 
komandir Nəbibəyova yorulmaz zəhmətlərinə görə təşəkkür edirəm. 
Demək? Həbib bəyin raportundan belə məlum olur ki, Dəli Qazarın dəstəsini 
bizim Dəli Bəhram bəy Nəbibəyovun batareyası mühasirəyə salıb məhv edib. - 
Yaxşıdır, çox yaxşıdır, - deyə öz-özünə danışan nazir podpolkovniklə generalın 
döyüş dostluğundan qürrələnirdi. - Qələbə, ancaq və ancaq döyüş vaxtı əmr verənlə 
icraçının bir-birini başa düşməsi sayəsində qazanılır. Nə yaxşı, Nəbibəyov 
haqqında inişilki raportu 
yazanda zəndim məni aldatmayıb... Elə biri Baş qərargah 
rəisi, onda dolayısı da olsa mənə  işarə verdi ki, Bəhram bəy yaxşı komandirdir. 
Amma çox çılğındır, bəzi məsələlərdə özünü cilovlaya bilmir... 
- Komandir cəld və  çılğın olmasa əvvəla  əsgərlər onu saymaz. İkincisi də, 
döyüş vaxtı özü zorla yeriyən komandirin əsgərləri yerindən qalxana kimi düşmən 
onları haxlayıb məhv edər,  - nazir Mehmandarov cavabını vermişdi. 
                                                 
10
 Polkovnik Bəhram bəy Qasım bəy oğlu Nəbibəyovun 1916-cı ilə qədər “Hərbi xidməti siyahsı”nın surətini 1999-
cu ildə Rusiya Dövlət hərbi Tarixi Arxivindən nəvəsi Bəhram Aslan oğlu Sultanov gətirib – Ş. N. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə