Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   48   49   50   51   52   53   54   55   ...   97

Mehmandarov Milli Orduda Hərbiyyə Naziri vəzifəsində xidmətdə olandan 
ilk dəfə idi ki, təzə mundirini geyinmişdi. Təmtəraqlı geyimin o qədər də aludəsi 
olmayan nazir bu dəfə akselbant və venzili
11
 də taxmışdı. Yaxasında isə bircə 
orden vardı: Birinci Cahan savaşında hər sərkərdənin ala bilmədiyi “Ağ qartal” 
ordeni... O, 1915-ci ildə alman generalı Makenzenin sürətli döyüş  əməliyyatı 
planlarını puça çıxartdığına görə bu ali ordenlə təltif olunmuşdu. 
 
QƏHRƏMAN ALAY 
 
Avtomobilin  şeypuru təhlükə görmüş qaz kimi həyəcanlı  gəlirdi. Qışlanın 
qabağında toplaşmış zabit və  əsgərlər naziri tanıyıb “urra”- deyə  qışqırdılar. 
Bəhram bəy irəli yeridi. Sərt səslə “sıraya düzülün” komandası verdi. Zabitlər 
qabaqda, əsgərlər də onlardan sonra nizami qıvraqlıqla sıraya düzüldülər. Bəhram 
bəy sıra qabağında vüqarla dayanıb ahəngdar səslə komanda verdi: 
- Alay, sağa dön! Düzlən, düzlən, deyirəm, arxada səs var... 
Alay bir nəfər vicud kimi sağa dönüb farağat dayandı. Maşından üç nəfər 
düşdü. Qarabağın genarl-qubernatoru Xosrov bəy Sultanov, Qarabağ  ərazi 
qoşunlarının komandanı general-mayor Həbib bəy Səlimov və  Hərbiyyə naziri, 
tam artilleriya generalı  Səməd bəy Mehmandarov. Nazirin iti qartal baxışları 
nizami qaydada düzülən əsgərlərə zillənmişdi. 
- Cənab hərbiyyə naziri, tam artilleriya generalı, Sizin gəlişiniz münasibətilə 
döyüşən ordunun üçüncü artilleriya batareyasının zabit və  əsgər heyəti sıraya   
düzülmüşdür. Batareya komandiri, podpolkovnik Bəhram bəy Nəbibəyov. 
Nazir Səməd bəy Mehmandarov gur və məğrur səslə: 
- Azad, mənim Vətənimin qəhrəman əsgərləri, - deyib bir neçə addım irəli 
yeridi, Bəhram bəyin əlini sıxdı: - Mərhəba, alayına da, özünə də. Sizin döyüşdə 
göstərdiyiniz qeyriadi qəhrəmanlıqlar artıq Azərbaycanın hər yerində iftixarla 
söylənilir. Komandanınız general Həbib bəy Səlimov da buradadır. Əmr edirəm! 
Üçüncü artilleriya batareyasının hər bir əsgər və zabit heyəti döyüşdə 
göstərdiyi igidliyə görə  təltif olunsun. Komandiriniz Bəhram bəyi isə  təbrik edə 
bilərsiniz. O, daha podpolkovnik yox, polkovnikdir... 
Batareya üç dəfə: “urra, urra, urra”, - deyə komandirini alqışladı. Nazir 
birdən sərt hərəkətlə yerində dikəlib, pəncələri  üstə qalxdı. 
- Mərhəba, yenə mərhəba, mənim Vətənimin xilaskarları! 
Batareyanın əsgər və zabitlərindən dalğa-dalğa çıxan səs Qarabağ dağlarında 
əks-səda verdi. Onlar bir nəfər kimi avazla: “Azərbaycan xalqına xidmət edirik!” - 
cavabını verdilər. 
Hərbiyyə naziri sıra qarşısında vargəl edib, tən ortada dayandı. 
- Biz bu gün səhər Şuşada bir yığıncaq keçirdik. Mən orda da qoşunlarımızı 
təbrik etdım. Əvvəlcədən əmr vermişdim ki, sizin batareyanı oraya gətirməsinlər. 
Sonra Bakıdan çıxanda öz-özlüyümdə belə  qərara gəldim ki, Sizi öz yerinizdə
döyüş bölgənizdə  təbrik edim. Siz buna layiqsiniz, bu hörmət və ehtiramı 
                                                 
11
 Akselbant, venzel – imperiya ordusunda zabitlərin çiyinlərinə və döyüşlərinə taxdıqları zərli, hörmə  
qaytan –  Ş. N. 


qəhrəmanlığınızla qazanmısınız. Bəli, Dəli Qazar kimi generalı  məhv edib, 
süvarisini də pərən-pərən salan üçüncü artilleriya batareyası Azərbaycan bayrağını 
ilk dəfə Qarabağda dalğalandırırdı. Martın iyirmi ikisindən iyirmi üçünə keçən 
gecə saat üç radələrində düşmən ilk dəfə güclü qüvvə ilə buradan, Əskərandan baş 
qaldırıb. 
Bizim əlli nəfər əsgərimizin bir neçəsini məhv edib və əsir alıb. 
Siz də ilk dəfə düşmənin burnunu Əskəranda ovub, öz silahdaşlarınızın 
qanını yerdə qoymadınız. 
Qəhrəman  əsgərlər, mən  şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə 
oldum. Fəqət sizin qədər qəhrəman  əsgərlərə nadir hallarda təsadüf etmişəm. Siz 
mənim ümidlərimi qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun 
namusunu layiqincə müdafiə etdiniz. Eşq olsun sizə və sizə döşlərindən süd verən 
analara! 
Əsgərlər sevimli komandanlarını “Yaşasın Azərbaycan!” sözlərilə 
alqışladılar.  
Urəyini boşaldan nazir xeyli sakitləşdi. O, özünü rahat və gümrah hiss 
edirdi. Sıradakı əsgər və zabitlərə yaxınlaşır, həmsöhbət olur və haləhval tuturdu. 
Mehmandarov cavan, sirsifətdən göyçək zabiti göstərib nəsə soruşdu. General 
Həbib bəyin işarəsilə həmin zabit nizami addımlarla qabağa çıxıb dedi: 
- Möhtərəm Səməd paşa, mən Qafqaz İslam ordusundan könüllü olaraq 
Sizdə yardımçı qaldım. Çünki dilimiz bir, inancımız bir, tariximiz də birdir. 
Azərbaycan həm sizin, həm də bizim Vətəndir. 
- İsminiz nədir? - nazir maraqla soruşdu. 
-  Əfv edin, günahkar bəndəyəm, unutdum, daha doğrusu,  şaşırdım.  İsmim: 
yarbay İsmayıl Həqqi əfəndidir. 
General Həbib bəy Səlimov nazirə bir az yaxınlaşıb əlavə etdi: 
- Cənab nazir, yarbay əfəndi yaxşı  şərqilər qoşur. Döyüşlərarası fasilədə 
əsgərlər üçün tarixdən, ədəbiyyatdan, fəlsəfədən maraqlı söhbətlər eləyir. Hər gün 
də yarım saat özü yazdığı marşları əzbərlədir. 
Nazir səmimiyyətlə: 
- Afərin, - dedi, - bu da gərəkdir, çox gərəkdir. Yüz illik rus  
hakimiyyətindən azad olunmuş türk xalqlarına xatırlatmaq lazımdır ki, biz həmişə 
boyunduruq altında olmamışıq. Hətta, Avropa və Asiyaya öz tələblərimizi diktə 
etmişik. Xalq özünün ümumdünya tarixinin səhifələrində yazılmış  şanlı, mübariz 
keçmişini bilməlidir. Əgər düşmənə qalib gəlmək istəyirsənsə, xalqda sağlam milli 
hissləri oyatmalısan. Cənab yarbay, evlisinizmi? 
- Xeyr, hələ subayam. 
- Nə oldu, briqada komandanı Həbib bəy - subay, diviziya komandiri Cavad 
bəy - subay, batareya komandiri Bəhram bəy -subay, siz də subay... Canım, atın bu 
subaylığın daşını. 
İsmayıl Həqqi əfəndi: 
- Möhtərəm paşam, - dedi - məstəvsiz gavurların axırına çıxaq, sonrasına... 
Nazir general Həbib bəydən soruşdu: 
- Yarbay İsmayıl Həqqi əfəndi harada yaşayır, Bakıda? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə