Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   49   50   51   52   53   54   55   56   ...   97

- Xeyir, cənab nazir, Şəkini özünə vətən kimi qəbul edib. Bu da, bilirsiniz, 
kimə görədir? O, Bəhram bəyin çox yaxın dostudur. 
- Çox əla, çox pakizə, - deyib nazir dübarə sorğu-suala başladı: 
- Yarbay İsmayıl Həqqi əfəndi, cəlallı İstambul üçün darıxmırsınız ki? 
- Xeyir, mən öz Vətənim Azərbaycandayam, Mən Qeysər şəhərində dünyaya 
gəldim.  İstambulda az, lap az yaşamışam. Qafqazda çox yerlərdə oldum. 
Dərbənddə, Teymurxan-Şurada, Axtıda, Hətta,  İmam  Şamilin köyünə  də getdim. 
Amma oralarda bənd alardım. Çünki oralarda Islama, müqəddəs dinimizə, hörmət 
görmədim, orda şişpapaq bolşeviklər yabançı təbliğatlar aparırlar. Ötən il dostum 
Bəhram bəy məni  Şəkiyə qonaq apardı.  Şəkini Vətən kimi, Bəhram bəyi qardaş 
qədər sevdim, yenə sevəcəm. Oradan ev də aldım. Nazir soruşdu: 
- Şarkılardan birin oxuyarmısan? 
- Baş üstə, icazə verin. Mən oxuyan kimi bütün batareya mənə qoşulacaq. 
 
Biz əsgəriz - azəriyiz,  
Aləmdə ürfanlıyız ,  
Uca Qafqaz vətənimiz,  
Qan axıdar məc fərimiz,  
Pək şanlıyız! 
Ata-ana əkbərimiz,  
Allah, Allah rəhbərimiz,  
Yaşa, yaşa xəncərimiz  
Pək şanlıyız! 
Düşmənləri qəhr edəriz,  
Ordusunu məhv edəriz.  
Aslan kibi cəng edəriz.  
Biz bir tabur aslanlarız.  
Mərdanlarız! 
 
 
DÜŞMƏN TƏSLİM OLMAYAJNDA... 
 
Mehmandarovun gəlişinə yığışanlar çəkilib getdilər. Otaqda nazirdən başqa 
üç nəfər qalmışdı: qubernator Xosrov bəy Sultanov, general Həbib bəy Səlimov və 
polkovnik Bəhram bəy Nəbibəyov. Nazir qonaq üçün ayrılmış otağın bürkülü 
havasından darıxdı. Üzrxahlıq edib yan otağa keçdi. Bir azdan ev qiyafəsində 
qayıdıb: 
- Qafqazda, hər yer gözəldir! - dedi - Amma mənim Vətənim, dədə-baba 
torpağım Qarabağın füsunkar təbiətinin tayıbərabəri yoxdur. Əlli ilə yaxın ondan 
cismən ayrılsam da ruhən həmişə Qarabağlı olmuşam. Uzaq Şərqdə, Port-Arturda 
və Varşavada da olanda həmişə onu xatırlayıb, istəmişəm.  Ən böyük arzum 
istefaya çıxıb ömrümün axırına kimi Şuşada yaşamaq olub. Atam rəhmətlik bu 
şəhəri övladı qədər sevərdi. 
Sonra üzünü qubernator Xosrov bəyə tutub dedi: - Sənə qibtə eləyirəm 
qardaşım. Bilirəm ki, bu namərd daşnakların öhdəsindən Qarabağ general-


qubernatoru kimi bircə sən gələ bilirsən. Çünki sən, üzünə demək olmasın, hünər, 
əməl, iş adamısan. Nəsə, bu təhlükədən də sovuşduq... 
Mehmandarov bu tərifləri Xosrov bəy haqqında nahaq yerə demirdi. Ötən 
ilin yayında Qarabağda hay-küy qaldıran daşnakları yenə Xosrov bəy dizə 
çökdürınüş  və onları silah gücünə Azərbaycan hökumətini tanımağa məcbur 
etmişdi. Hətta  Şuşadakı gizli daşnak komitəsinin üzvlərini qovub ərazidən 
çıxartmışdı. Əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhval-ruhiyyəli  
müsəlmanların köməyilə  səs yaymışdılar ki, Hərbiyyə naziri Xosrov bəyi geri 
çağıracaq. Bu şayələri kəsmək üçün Uzeyir bəy Hacıbəyov “Azərbaycan” 
qəzetində (24 iyun 1919 il) yazırdı: 
“Həqiqətən, Xosrov bəy Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ 
həyatma tamamilə aşna olan hu zat sağlam bir vücüdə malik olan kimi sağlam və 
salamat politika yeridən və təht idarəsinə tapsırılmış olan yerin ümumi mənafeyini 
xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar 
çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə  ləkələmək 
istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında höyük və layiqli bir nüfuza malik 
olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qarabağın 
hökuməti başında olmasa idi, burası Azərbaycanın cənnəti hesab olunan bu yer 
çoxdan bəri cəhənnəmə dönüb qətli-qital ocağı olmuşdu”. 
Dəmir çarpayıda mütəkkəyə dirsəklənən nazir astadan yorğun-yorğun 
danışırdı. Onun səsindəki yaşlı adamlara məxsus kövrəklik həmsöhbətlərinin 
diqqətindən yayınmamışdı. 
- Altınış dörd yaşım var, - deyirdi general, xoşbəxtəm ki, ömrümün sonunda 
bir əsgər kimi vətənimə gərək oldum. Sonra birdən nəyisə xatırlamış kimi oldu. - 
Balam, elə  təkcə  mən danışıram. Bəs siz? Mən Bakıdan sizi eşitməyə  gəlmişəm. 
Bayaq  Əskərandan qayıdanda Həbib bəydən soruşdum ki, Dəli Qazar əməliyyatı 
necə olub, təfsilatı ilə bir danış görüm. O da cavab verdi ki, həmin  əməliyyatı 
polkovnik Bəhram bəy aparıb, o da Sizə danışacaq. Hə, Bəhram bəy eşidirik səni. 
Ayaq üstə dayanan Bəhram bəy gözləmədiyi sualdan qıpqırmızı oldu. 
Nazir:   
Danış, - dedi, bura çəkinməyin yeri deyil. Bu qələbənin,  əgər belə demək 
mümkünsə, qəhrəmam sənin batareyandır. 
General Həbib bəy dostunun sıxıldığını görüb onun köməyinə gəldi. 
- Daşbaşı yüksəkliyi uğrunda döyüşlərdə artilleriyanın susduran Bəhram bəy 
əvvəlcə məni hövsələdən çıxartmışdı. Yavərim tez-tez xatırladırdı ki, Bəhram bəy 
deyir tələsməsin. Dəli Qazarsa elə hey irəliləyirdi. Onu da deyim ki, Bəhram bəy 
batareyasını çox böyük məharətlə meşənin  ətəyində gizlətmişdi. Sanki düşmən 
qarşısında heç nə yox idi. Dəli Qazarın süvari dəstəsi də inamla irəliləyirdi. 
Bəhram bəy susur, düşmən irəliləyir, dözmək olmur, az qala ürəyin partlayırdı. 
Nəhayət, dözməyib bunların mövqeyinə  gəldim. Mənə  işarə verdi ki, narahat 
olmayın. Kəşfiyyat xəbər gətirib ki, ermənilərin toplarının  əksəriyyəti sıradan 
çıxıb, atınır. 
Biclik eləyib yararsız topları da özlərilə gətirirlər. Necə deyərlər, bizə “xox” 
gəlirlər. Təxminən səkkiz-on dəqiqə keçdi. Bax, indi vaxtdır, - deyib, Bəhram bəy 


var səs ilə komanda verdi: “İrəli, mənim tərlanlarım, irəli, anamız Azərbaycan 
uğrunda!” 
Döyüşə bir qasırğa kimi başlayan batareya güllə yağışı altında düşmən 
üstünə şığıdı. Heç yarım saat çəkmədi erməni süvarisi yavaş-yavaş geri çəkilməyə 
məcbur oldu. Quba batalyonunun bir rotası  və Zaqatala alayının xeyli hissəsi 
düşmənə yandan və arxadan göz açmağa imkan vermədi. - Dəli Qazarın 
süvarilərindən otuz-otuz beş adam ancaq qaçıb canım qurtara bildi. Ortada beş-altı 
nəfərlə sağ qalmış  Dəli Qazar yaralı heyvan kimi bağırırdı. Bəhram bəyin səsini 
eşidib daha da qəzəbləndi. 
Nazir maraqlandı: 
- Necə, danşırdılar, yəqin ki, rusca?.. 
- Yox, əksər sözləri Bəhram bəy o itin öz dilində deyirdi. Düzü çoxunu başa 
düşə bilmirdim. Bir onu görürdüm ki, insanın tələyə düşməsi necə də böyük fəlakət 
imiş. Eşitmişdim ki, suda boğulan saman çöpünə əl atar. Bax, elə bir vəziyyətdə idi 
erməni generalı. 
Nazir cəld bir hərəkətlə başını qaldırıb: 
- Axı, nə deyirdin Bəhram bəy, sən ona?.. 
- Kutaisi realni məktəbində oxuyanda onların dilini öyrənmişdim.  Əvvala, 
mən ona təklif elədim ki, təslim olsun, uşaqlara da tapşırdım ki, hələ atmayın, onu 
diri tutmaq istəyirəm. Gördüm ipə-sapa yatınır, yalandan dedim ki, zavvalı, sənin 
əsgərlərinə əvvəlcədən danışıb səni satın almışam. Səni özününkülər satıb. Təslim 
olmalısan...  
General Həbib bəy Səlimov: 
- Cənab nazir, eynilə bir teatr səhnəsi... Nazir: 
- Dayan, dayan, Həbib bəy, qoy özü danışsın. Bəhram bəy davam elədi: 
- Dedim, təslim olmursansa onda belə çixır ki, özünü müsəlman  əsgərinin 
gülləsilə ölməyə məhkum eləmisən. 
- Gözəl demisən,  əhsən sənə. Bax, görürsünüzmü peşəkar hərbçi olmaq 
budur. Bu əclafin döyüş ruhu varmış, qəsbkarlıq iştahı da varmış, amma döyüş 
qabiliyyəti yoxmuş. Yalançı general olduğunu dar macalda biruzə verib. Heç bir 
xidməti olmadan aldığı general rütbəsi onu iştahlandırıb ölümə  gətirib. Belə 
adamdan yalnız döyüşçü kimi istifadə etmək olardı. Hə, maraqlıdır, sonra nə oldu? 
Bəhram bəy: 
- Dəli Qazar yalvarırdı ki, icazə verin çıxıb gedim. Dilcanda, bir də 
Qarabağda görünsəm, atama nəhlət. Uşaq aldadır. Gəldim Həbib bəyin yanına. 
Soruşdum ki, nə etməliyəm, əsgərlərim də qana susayıblar, öldürınək istəyirlər. O 
da yek kəlmə ilə cavab verdi: 
Susdurun! Biz də tapşırığı əməl elədik. 
Səməd bəy Mehmandarov: 
- Düz eləmisiniz - dedi,- düşmən təslim olmadıqda onu məhv edərlər. 
 
GENERAL SƏMƏD BƏY NARAHATDIR... 
 
Qapı astadan döyüldü Səməd bəy: “buyurun” deyənə kimi qapıya yaxın olan 
polkovnik Bəhram bəy irəli yeridi. Qapıda mehriban üzlü, qıvraq geyimli bir gənc 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə