Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   50   51   52   53   54   55   56   57   ...   97

zabit “çay hazırdır, icazə verin gətirim”, - deyib əli padnoslu içəri keçdi. Divara 
söykəndilmiş çox da böyük olmayan stolu nazirin çarpayısına yaxınlaşdırdı. Səməd 
bəy mütəkkəni kənara qoyub, çarpayıda oturdu. Çay gətirən gənc zabit dərhal 
dabansız ev ayaqqabılarını cütləiyb onun ayaqlarının yanına qoydu. Səməd bəy 
mehribanlıqla zirək zabitə baxıb ürəyində “afərin” - dedi. Üzü pörtmüş gənc zabit 
stəkanlara çay süzüb, stolun qırağındakı çayrıikin üstünə qalın dəsmal tutdu. “İcazə 
verin mürəxxəs olum”. Nazir hələ də xoş təbəssümlə onun hərəkətlərini izləyirdi. 
General Həbib bəy: 
- Azadsan, - dedi. Amma uzaq getmə... 
Gənc zabit çıxan kimi Səməd bəy onun davranışını, səliqəli geyimini və əsl 
zabit yaraşığını təriflədi: 
- Bəzi rus şovinistləri təkidlə deyirlər ki, siz müsəlmanlardan hərbçi olmaz. 
Buyursun, baxsın, belə yaraşıqlı zabiti rus ordusunda çıraqla da axtarsan 
tapmazsan.  İlyarımlıq fəaliyyəti dövründə ordumuzda qabiliyyətli zabit yetişibsə, 
rus ordusu kimi üç yüz il yaşı olsaydı gör nələrə qadir olardıq. 
O dərindon köks ötürdü: 
- Qoyurlar ki. Yağlı tikə olan Azərbaycana hərə bir cayrıaq atır. Denikin 
rədd olub getdi. İndi də bu bic bolşeviklər cənuba qoşun yeritmək həsrətilə minbir 
oyundan çıxarırlar. Dağıstanda,  Şimali Qafqazda kazaklarla dağlıların arasına 
təfriqə salıb toqquşdururlar. Bu, “ayır-buyur” siyasətinin ən bariz nümunəsidir. 
- Səməd bəy, Sizcə Denikin yenidən Qafqazda peyda ola bilərmi? - 
qubernator Xosrov bəy Sultanov çəp gözlərilə
12
 Səməd bəyə baxıb soruşdu. 
- Yox, heç vaxt! Bolşeviklər artıq onun mahnısını oxudular... Denikinin işi 
bitdi. - Üzündə  təbəssüm yox olan Səməd bəy sonra nifrət hissiylə  əlavə elədi: 
Bolşeviklər elə toxumdur ki, onlar hara yerisələr orda yüz il ot bitməz. Bu saat 
Volqa boyunda və Sibirdə vətəndaş müharibəsi aparan Kolçak cənablarını da belə 
bir tale gözləyir. 
-  Əsir aldığımız ermənilər deyirlər ki, sizə qarşı  ağqvardiyaçı Denikinlə 
birləşmək istədik, baş tutmadı - polkovnik Bəhram bəy Nəbibəyov söhbətə 
qoşuldu. - Gec-tez bolşeviklərlə əlbir olub Azərbaycan adlı müstəqil respublikaya 
divan tutacağıq. Keşişkənd uğrunda qanlı döyüşlər gedəndə ermənilərin çoxusu 
sərxoş idi. Podpolkovnik Rəfibəyovun və polkovnik Levestamın  əsir götürdüyü 
ermənilər də bu barədə çox sayaqladılar. 
Səməd bəy Mehmandarov: 
- Bolşeviklər Bakıda yaşayıb işləyən rus fəhlələri və müsəlman bolşevikləri 
arasında güclü təbliğat aparıb Azərbaycan milli hökumətinə  və bu hökuməti 
istəyənlərdə nifrət hissi yaratmağa çalışırlar. Bu gün də içimizdən təmizləyə 
bilmədiyimiz agent və  şpionların sayəsində. Bir həftə  əvvəl Gəncədə agent 
Smıslovun təxribatçı qrupunu həbs etdik. Bu dəstədə kimlər vardı? Bakıda Baş 
Qərargahda çalışan, adını çəkmək istəmirəm - bir nəfərin zövcəsi Nelli Çernışova, 
Stanislav Zuber və başqaları. Hamısı bizim əleyhimizə işləyib. Görünür, bizim əks-
kəşfiyyat və daxili orqanlar zəif fəaliyyət göstərir, mürgüləyirlər... 
                                                 
12
 1917-ci ildə Bakıda məhşur bir ağanın qoçusu ilə mübahisədən sonra bir-birinə güllə atıblar. Qoçu Xosrov bəy 
Sultanova sol gözündən xətər yetirib. Bundan sonra gözü çəp qalıb –  Ş.N. 


Mənim aldığım məlumata görə bolşeviklər Ermənistanda başqa cür təbliğat 
aparır. Onlar ermənilərə canıyananlıqla bildiriblər ki, Siz nə Azərbaycansınız, nə 
də Gürcüstan. Siz İran, Türkiyə  və Azərbaycan kimi müsəlman ölkələri arasında 
boğulursunuz. Biz Sizə Türkiyə  və Azərbaycandan torpaq qopartmaqla ərazinizi 
böyüdüb tam dövlət müstəqiliyinizə  zəmanət veririk. Görürsünüzmü, bolşeviklər 
özlərinin ikiüzlü, xəbis siyasətlərilə  Şimali Qafqazı  və Dağıstan dağlılarını  fəth 
edib, indi də murdar əllərini bizə - cənuba tərəf uzadırlar. 
General Həbib bəy Səlimov ikrah hissi ilə: 
- Rusların bu ikiüzlü siyasəti bizi təngə  gətirib - dedi. - Siz ötən həftə 
Gəncədə olanda müavininiz general Şıxlinskiyə ermənilərin Qarabağdan qovub 
çıxartmaqla arxayınlaşmamaq barəsində bir məlumat göndərmişdim. Yəqin ki, 
Sizə çatdırıb.  Şuşa və Xankəndikdəki Cavanşir alayının, Quba alayının, bir də 
Tatar süvari alayının sayını artırmaq şərtilə qvardiyanın da sayını çoxaltınalıyıq. 
Çünki, əsir alınan ermənilər desə də, deməsə də daşnaklar Qarabağ iştahı ilə 
yaşayırlar. Mənim zənnimə görə onlar mütləq bolşeviklərlə birləşib məhz 
Qarabağa hücum edəcəklər. 
Yorğun və əsəbi Səməd bəy Mehmandarov: 
- Məncə, - dedi - hələlik  Şəki və  Ərəş alaylarını da burada saxlamalıyıq. 
Polkovnik Seyfulla Qacarın alayını isə Qazağa göndərin. Ordan da həyəcanlı 
xəbərlər gəlir.  Əmir xan Xoyskinin məlumatma görə ermənilər sərhəd kəndi 
Kəmərliyə və Tatlıya hücuma hazırlaşırlar. 
Dostları gedəndən sonra Səməd bəy yata bilmədi. Yuxusu ərşə  çəkilmiş 
nazir oturduğu yerdə xeyli fikrə getdi. Gərgin düşüncələr onu ağır məngənə kimi 
sıxırdı. Günorta üstü polkovnik Bayram bəyin batareyasında olan şən  əhval-
ruhiyyəsindən elə bil onu illər ayırınışdı. Dirsəyini mütəkkəyə söykədi, göz 
qapaqlarını yumdu ki, bəlkə yuxuya gedə, mümkün olmadı. Həyəcandan boynunun 
damarları, əlləri titrəyirdi. Durub pəncərənin qabağına gəldi. Aşağılarda, Ərimgəldi 
təpəsindəki evlərdə təkəmseyrək işıqlar yanırdı. Uzaqdan qəfil güllə səsi eşidildi. 
İtlər dərhal ağız-ağıza verib hürüşdülər. Səməd bəy pəncərəyə yanakı durub 
Mehmandarovların dədə-baba mülkünə baxmaq istədi. Heç nə görə bilmədi. 
Birdən xatırladı ki, o, tamara başqa səmtdədir. “Sabah mütləq ora gedəcəm”, - 
deyə fikirləşdi. “Mütləq, yoxsa atam Sadıq bəyin, babam qatırçı Muradın ruhu 
məndən inciyər. Ya qismət, bir də  nə yaxt gələcəm,  Şuşaya allah bilir”... Fikir-
xəyal ona aman vermirdi. İllah ki, bolşeviklərin Azərbaycana soxulmaq iddiası. – 
Dünyanın işinə bax ki, Bakıda yaşayan rus fəhlələri özlərini şəhərin mütləq sahibi 
kimi aparırlar. Onların hamısına malçişka  Əlheydər dil verir. Cəfər Babayev 
kimisini Qusara göndərib alayda bolşevik təbliğatı apartdırır. Kimin fitvası ilə? - 
Mikoyan kimi daşnakın. Niyə bolşeviklər bu millətə  sərbəst, müstəqil yaşamağı 
günah hesab edir? Qayıdan kimi belələrini həbs elətdirib ciddi rejim altında 
saxlamaq barədə  sərəncam verməliyəm. Yoxsa... Əlheydər kimi bolşeviklər rus 
fəhlələrini öyrətməklə, özümüzün bəzi nadanlarımızı da başdan çıxarır. Bu da fitilə 
od vurmaq kimi bir şeydir. Mübarizə aparmalıyıq. Kim gəlir gəlsin, qabağına 
silahla çıxmalıyıq. Döyüşməliyik, vəssalam!” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə