Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   51   52   53   54   55   56   57   58   ...   97

Orta boylu, ağ saçlı, ağ saqqallı, səsində  və sifətində  hərbçi zəhmi olan 
altınış dörd yaşlı general Səməd bəy Mehmandarov gecənin qaranlığında xalqının 
taleyini fikirləşməkdən yumağa dönmüşdü. Qəzəb və hiddət hissi onu boğurdu. 
İki addımlıqdakı Köçərli məhəlləsində xoruzlar səs-səsə verdi. Bikef nazir 
gözucu stolun üstündəki zəncirli saatma baxdı. Gözlərinə inanmadı, pensnesini 
taxıb təəccüblə dodaqlarını bir-birinə  sıxdı. Saat dördə on dəqiqə qalırdı. Canı 
ağrıyan, narahat Səməd bəy çarpayısına tərəf getdi… 
  
30-cu İL ŞƏKİ ÜSYANI     
     
(Polkovnik Bəhram bəy Nəbibəyovun 
ömür yolundan səhifələr) 
 
Sovet çekistlərinin dili ilə desək, “Nuxa-Zaqatala banditizm üsyanı” məni 
çoxdan düşündürürdü. Düşünürdüm ki necə ola bilər ki, səkkiz rayonun əhalisi 
ayağa qalxıb hakimiyyətə qarşı üsyan etsin, sonra da onlar “bandit” 
 
 
adlandırılsınlar. Qəribədir ki, 1920-ci il aprel çevrilişdən  əvvəl həmin  ərazilərdə 
çar hökumətinə qarşı olmuş üsyanlara görə sovet hökuməti özünün tarix 
kitablarında xalqa haqq qazandırır və çar üsuli-darəsini tənqid edir. Bu mənada 
1806-cı ildə Aşağı Göynük kəndlərində, 1830-cu ildə Car Balakəndə, 1838-ci ilin 
avqustunda  Şəkidə  Məşədi Məmmədin başçılığı ilə, 1863-cü ildə Hacı Murtuzun 
başçılığı ilə Zaqatalada olan üsyanlarda xalqa bəraət qazandırılır. Amma yüz il 
sonra sovetlər quruluşunda ac-yalavac saxlanan xalq üsyana qalxıb haqqını  tələb 
etdiyinə görə səkkiz rayonun əhalisinə “bandit” damğası vurulur? 
Mən bir neçə ildir ki, vaxt tapdıqca  Şəki üsyanını arxiv sənədləri  əsasında 
öyrənirdim. Respublika Mərkəzi Dövlət və Milli Təhlükəsizlik Nazirliyinin arxiv 
sənədləri ilə “silahlanıb”, ötən ilin oktyabr ayında  Şəkiyə, yerli ağsaqqal və 
ağbirçəklərlə görüşə getdim. Balakən, Qax, Şəki, Zaqatalanın kəndlərini gəzib çox 
qiymətli fotoşəkillər, sənədlər və xatirələr topladım. 
Milli Təhlükəsizlik Nazirliyinin arxiv sənədlərinə  əsasən “Nuxa - Zaqatala 
banditizm üsyanı”nın başçısı üç nəfər olmuşdur: Baş  Şabalıdlı Molla Mustafa 
Şeyxzadə, Şəki rayon hərbi komissarı polkovnik Bəhram bəy Nəbibəyov və qaxlı 
Sadıq bəy Balacayev. 
Üsyan məğlub olandan sonra istintaq Molla Mustafa Şeyxzadəyə 1933-cü il 
avqustun 10-da güllələnmə  kəsmiş, lakin hökm icra olunmamışdır. Sənədlər 
göstərir ki, 1934-37-ci illərdə o, Solovetsk adalarından və sonralar Bakı 
türməsindən ailəsinə məktub yazmışdır. Molla Mustafa Şeyxzadənin əllinci illərdə 
də sağ olmasını sübut edən ikinci dəlil 1956-cı ilin yazında Mir Cəfər Bağırovun 
məhkəməsində  şahid kimi dindirilən, həmin  ərazidə müvəkkil işləyən Hacı 
Məmməd Padarovun məhkəmədə verdiyi ifadədir. 
1956-cı ildə M.C.Bağırovun məhkəməsində dindirilən şahid Hacı Məmməd 
Padarov demişdir: 
- Azərbaycan SSR DTN istintaq şöbəsinin rəisi işlədiyim dövrdə 
vətəndaşların Bağırov və Yemelyanovun göstərişi ilə çoxlu miqdarda qeyri-qanuni 
həbsə alınmasının şahidi olmuşam. 


Mənə məlum olan cinayət faktına diqqət yetirməyi zəruri sayıram. 1930-cu 
ildə Nuxa - Zaqatala zonasının səkkiz rayonunda silahlı  əksinqilabi üsyan baş 
verdi. Həmin üsyanın təşkilatçısı və başçışı ruhani ailəsindən çıxmış nuxalı molla 
Mustafa Şeyxzadə idi. Üsyan yatırılandan sonra üsyanın iştirakçılarına qarşı hərbi 
çekist  əməliyyatı aparıldı. Fövqəladə üçlüyün başçısı Sumbatov-Topuridze idi. 
Həmin vaxt yuzlərlə adam həbs edildi, güllələndi və sürgünə göndərildi. Lakin 
mənə məlum olmayan səbəbdən üsyanın təşkilatçısı Şeyxzadə Molla Mustafa həbs 
olunmadı. 
1932-ci ilin fevralında Azərbaycan Baş Siyasi İdarəsinin Balakən rayonu 
üzrə müvəkkili işlədiyim zaman öyrəndim ki, Şeyxzadə Molla Mustafa Tiflisdədir. 
Türkiyəyə keçməyə hazırlaşır. Mən Tiflisə getdim. Şeyxzadəni Borçalının Qızıl 
Hacılı kəndində tapdım. Həbs edib Bakıya gətirdim. O vaxtlar məlum idi ki,  
Şeyxzadənin ingilis və türk kəşfiyyatı ilə əlaqəsi var, üsyanı da onların tapşırığı ilə 
təşkil edib. Molla Mustafa Şeyxzadə çox təhlükəli cinayətkar idi və Sovet 
hökumətinə qarşı törətdiyi cinayətlər üçün güllələnməli idi. Mən  Şeyxzadəni 
Bakıya gətirəndən sonra Baş Siyasi İdarəyə təhvil verdim və bu barədə Sumbatova 
məlumat verdim. Molla Mustafa Şeyxzadənin işini Baş Siyasi İdarənin müstəntiqi 
Zeynal Əliyevə tapşırdılar. Mən elə güman etdim ki, Şeyxzadə güllələnib. Ancaq 
1937-ci ildə öyrəndim ki, Şeyxzadə sağ-salamatdır, qohum-əqrəbası ilə 
məktublaşır. Mən heyrətə  gəldim ki, üsyanın sıravi iştirakçıları (onların arasında 
elələri var ki, Şeyxzadə başlarını aldadıb üsyana qoşmuşdu) Sumbatovun əmrilə 
güllələnib, üsyanın başçısı, cəsus isə sağ qalıb. Mən bu barədə Sumbatovla 
danışdım.  O da özünü  elə  göstərdi  ki,  guya Molla  Mustafa Şeyxzadənin yüngül 
cəza ilə yaxa qurtarması onu da hiddətlənir və söz verdi ki, Şeyxzadənin işinə 
yenidən baxmaq üçün tədbir görəcək.  Əslində isə Sumbatov bu söhbəti gözdən 
pərdə asmaq üçün edirdi, çünki Şeyxzadə hal-hazırda sağ-salamatdır. Onun harada 
yaşadığı  mənə  məlum deyil, ancaq onu bilirəm ki, Nuxada yaşayan ailəsi ondan 
məktub alır (M.C.Bağırovun məhkəməsi, iş № 0043). 
Padarov öz ifadəsində Molla Mustafa Şeyxzadənin ingilis kəşfiyyatı ilə 
əlaqəsi olduğunu bildirir. Bu, tamamilə yalan faktdır. Milli Təhlükəsizlik 
Nazirliyinin arxiv sənədləri bunu tamamilə inkar edir. O ki, qaldı Molla Mustafa 
Şeyxzadənin “türk kəşfiyyatı” ilə  əlaqəsinə, bu, həqiqətən olub. Sənədlərdən və 
həbs olunan üsyançıların istintaq ifadəsindən məlum olur ki, Molla Mustafa türk 
“Istihad”çıları  və Tiflisdə yerləşən “Türkiyə komissiyası” ilə tez-tez görüşərmiş. 
Üsyanın da ideya rəhbərliyi Tiflisdə  və  Şəkidə gizli fəaliyyətdə olan “İttihadi-
Tərəqqi” partiyası olub. Həmin partiyanın başçısı türk İsmayıl Həqqi idi. 
Tala kənd sakini Süleyman Süleymanov 1921-ci ildən AzK(b)P üzvü idi. O, 
bu il (1930-cu il) aprelin 6-da Tiflisdəki gizli “Türkiyə komissiyası” təşkilatına 
belə bir ərizə ilə müraciət etmişdir: 
“Ərizəmlə bildirirəm ki, mən 1921-ci ildən Kommunist partiyasının üzvü 
olmuşam. Təəssüf ki, Kommunist partiyasmın mahiyyətini başa düşməmişəm. İndi 
isə görürəm ki, bu partiya həqiqətin və inamın düşmənidir. Mən Allahın varlığını 
danan kompartiyanın fikri ilə razı deyiləm. Söz verirəm ki, sovet hökumətinin 
əleyhinə  işləyəcəm və  İslamın təntənəsi üçün var qüvvəmlə çalışacam. Bütün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə