Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   52   53   54   55   56   57   58   59   ...   97

varliğımla söz verirəm ki, Türkiyə hökumətinin varlığı  və  şərəfi uğrunda 
çalışacağam”. 
Həmin vaxtlarda səs yayılmışdı ki, Qabaqçöl kəndində yeddi min türk əsgəri 
gəlib, onlar meşədə saxlanılır, üsyanın başlanmasını gözləyirlər. Yalamada isə 
səkkiz min nəfərdir. Atatürk artıq Bakını alıb, özü də ordadır. 
“Xalqlara Azadlıq Partiyası”nın “xalqçılar fraksiyası” Baş Göynükdə 
yerləşirdi. Onun sədri Molla Mustafa Şeyxzadə idi. Fraksiyanın 450-dən çox üzvü 
vardı. 
Üsyan aprelin 12-nə planlaşdırılıb, lakin baş tutmayıb, 13-də başlayıblar. 
Aprelin 11-də Baş Göynüklü Eyvaz kişinin evində silahlı üsyan haqqında 
son yığıncaq olub. Burada M.M.Şeyxzadə, üç nəfər Göynüklü qaçaq, iki ləzgi, iki 
erməni, Həmid Maşiyev və başqaları iştirak ediblər (həbs olunan və güllələnənlər 
arasında ermənilər yoxdu, görünür, CK işçisi olublar). 
Molla Mustafa Şeyxzadə deyib: “Sovet hökuməti devrilməlidir. Üç aydır 
ki, mən hazırlıq işi aparıram. Türkiyənin Batumdakı konsulu razılıq verib ki, may 
ayında türk ordusu Azərbaycanı alacaq”. Sonra Şeyx atasının məzarına and içib ki, 
sözlərimə məsuliyyət daşıyıram, aldığım məlumat dəqiqdir. 
Kompartiya üzvü Maşiyev Həmid: “Bu günə  qədər kor və kar olub, 
bolşeviklərə inanmışam. Dini və böyük Allahı inkar eləmişəm. İndi peşmanam, söz 
verirəm ki, bu gündən üsyançılara əlimdən gələn köməyi edəcəm. Millət və İslam 
dini uğrunda bolşeviklərə qarşı son nəfəsimə qədər vuruşacağam”. 
 
*       *       * 
 
Qax rayonu ərazisində üsyanın başçısı olan Sadıq bəy Balacayev isə 1930-cu 
il iyulun 16-da həbs olunub güllələnmişdir. 
Üsyanın üçüncü - əsas başçısı polkovnik Bəhram bəy Nəbibəyov isə Bideyiz 
kəndinin yanındakı Buxdur dağında ÇK-nın qoşunları ilə ölüm-dirim döyüşlərində 
1930-cu ilin iyul ayında həlak olmuşdur. Arxiv sənədləri və ayrı-ayrı ağsaqqallar 
şahidlik edir ki, üsyan heç də sovetlərin dediyi kimi “banditizm” üsyanı deyildi. 
Bundan əvvəl də Baş Göynük kəndində, Şəkidə və Azərbaycanın hər yerində şura 
hökumətinin ağır rejiminə qarşı üsyanlar olub. 1920-ci ilin mayından Qarabağda, 
Qazaxda, Zaqatala və Qubada Azərbaycan xalqı üsyankar səsini qaldırmışdı. 1924-
cü il aprelin 3-də Tifhsdə olan Äzərbaycan xalq komissarlığı sovetinin sədr 
müavini Mir Cəfər Bağırov “Zarya Vostoka” qəzetinə verdiyi müsahibəsində 
demişdi: 
- Cinayətkar dəstələr üç ildən çox gənc sovet respublikamızın quruculuğuna 
mane olurdular. 1920-ci ilin yazında Gəncədə, Zaqatalada, Qarabağda və başqa 
rayonlarda üsyan qaldırdılar. 1922-ci ilin may ayında belə cinayətkar dəstələrdən 
cəmisi 58-i qalmışdı. Onların ümumi sayı 310 nəfər idi. Lakin ÇK da 
mürgüləmirdi. 1924-cü ilin mart ayında Azərbaycanda çox da gücə malik olmayan 
cəmisi beş cinayətkar dəstə qaldı. Mənim Tiflisə gəlişimdən bir az əvvəl 17 nəfər 
cinayətkar bandit hökumətə  təslim oldular. İndi respublika ərazisi cinayətkar 
dəstələrdən, həm də eser, müsavat, monarxist təşkilatlardan tamamilə 


təmizlənmişdir. Hətta kəndlilər belə onlarda olan silahı könüllü olaraq təhvil verir 
və iqtisdiyyatın ikişafına kömək edirlər. 
Sovet orqanlarına inanıb desək ki, din xadimi molla Mustafa Şeyxzadə  və 
var-dövləti  əldən çıxmış Sadıq bəy Balacayev üsyan qaldırıb xalqı yoldan 
çıxartmışlar. 
Bəs onda üçüncü, əsas  şəxs,  Şəki rayon hərbi komissarı  Bəhram bəy 
Nəbibəyovun üsyana başçılıq etməkdə,  əgər belə demək mümkünsə, “cinayətkar 
dəstələrə” qoşulmaqda məqsədi nə idi? Axı Bəhram bəy hərtərəfli təmin olunmuş 
şəxs idi: vəzifə, rütbə və hər bir imkana malik bəy nəsilli hərbçi.   
Azərbaycan Baş Siyasi İdarəsinin sədri Mir Cəfər Bağırovun və Nevernovun 
imzası ilə 1930-cu il mayın 12-də 66 səhifə makina yazısı  həcmində Moskvaya 
göndərdiyi rəsmi hesabatda bu üsyanın səbəbi aydınlaşır. Oradan belə anlaşılır ki, 
yerli raykom və icrakom milis orqanlarının əməkdaşları, ümumiyyətlə, səlahiyyətli 
vəzifə sahibləri xalqa yeni qurulan kolxozun mahiyyətini düzgün başa sala 
bilməyiblər. Zaqatala - Nuxa ərazisində rüşvətxorluq, əhalini yerli-yersiz incitmək, 
səhərdən axşama kimi ağır zəhmətlə məşğul olan rəiyyətə qara qəpik də verməmək 
üsyanın alovlanmasına səbəb olmuşdur. 
Xalqın bu ağır güzəranının görüb ürəyi yanan imkanlı  Bəhram bəy 
Nəbibəyov üsyana məhz bu məqsədlə qoşulmuşdu. 
Polkovnik Bəhram bəy Nəbibəyov özü də şəkili idi. O, 1884-cü il dekabrın 
6-da bəy ailəsində anadan olmuşdur. Birinci Dünya müharibəsinin iştirakçısı olan 
Bəhram bəy Nəbibəyov 1918-20-ci illərdə məşhur sərkərdələrimiz Əliağa Şıxlinski 
və Səməd bəy Mehmandarovla milli ordu quruculuğumuzun təməl daşını  
qoyanlardandır. 
İlk təhsilini Kutaisi realnı  məktəbində alan Bəhram bəy 1904-cü il 
sentyabrın 2-də Peterburqdakı Konstantin artilleriya məktəbini birinci dərəcəli 
diplomla bitirmişdir. Həmin ildən Qafqazdakı iyirminci Artilleriya briqadasında 
podporuçik kimi xidmətə başlayan Bəhram bəy Nəbibəyov 1909-cu il sentyabrın 
7-də poruçik, 1912-ci il avqustun 31-də ştabskapitan rütbəsinə layiq görülüb. 
Bir il sonra üçüncü batareyanın komandiri təyin olunan Bəhram bəy  əlaçı 
zabit kimi birinci Əlahiddə Qafqaz ordusunun qərargahında artilleriya rəisinin 
müavini vəzifəsinə layiq görülüb. 1913-cü ildə Axalsixe şəhərində xidmət edən 
kapitan Bəhram bəy Nəbibəyov ordudakı nümunəvi xidmətinə görə “Müqəddəs 
Stanislav” ordeninin üçüncü dərəcəsi ilə təltif olunub. 
Milli ordumuzun yaranmasında əvəzsiz xidmətləri olan Bəhram bəy qardaşı 
kapitan Vahid bəy və podpolkovnik Hüseyn bəylə birgə 1918-20-ci illərdə erməni 
daşnaklarına qarşı igidliklə vuruşmuşdur. 
Polkovnik Bəhram bəy Nəbibəyovun və onun zabit qardaşlarının hərbi 
fəaliyyəti barədə Respublika Mərkəzi Dövlət Tarix Arxivində qismən də olsa, 
sənədlər saxlanılır. 1918-ci il dekabrın 5-də yenicə yaranmış Azərbaycan 
ordusunun hissələrinə baxış keçirən Hərbiyyə naziri, tam artilleriya generalı Səməd 
bəy Mehmandarov kapitan Bəhram bəy Nəbibəyovun komandir olduğu dördüncü 
Dağ batareyasında  əsgər və zabitlərin hazırlığından tam razı qaldığını bildirir. 
Nazir səkkiz saylı  əmrində qeyd edir ki, yoxlanış zamanı batareya komandiri 
Nəbibəyovun  əsgərləri məndə xoş  təəssürat yaratdı. Hiss olunur ki, batareya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə